Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-371/2022 25.08.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ İbadullah Şamil oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın dəyərinin yarısının cavabdehdən alınaraq ona ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş BMW-528 markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılması və satış pulunun mülkiyyətçilər arasında onların paylarına (ikidə bir) mütənasib sürətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, birgə nikah dövründə əldə edilmiş BMW 528 markalı **-XA-*** dövlət qeydiyyat nişanli avtomobilin ekspertiza rəyinə əsasən qiymətləndirilmiş 9000 (doqquz min) manatının onun payına uyğun (1/2 (ikidə bir) hissəsini təşkil 4500 (dörd min beş yüz) manatının Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, iddiaçıya qiymətləndiricinin müvafiq rəyi ilə həmin avtomaşının dəyərinin 9000 manat təşkil etməsi məhkəmə baxışı gedişində məlum olmuşdur. Bununla da iddiaçıya iddianın predmetinin dəyişilməsi üçün əsaslar məhkəmə baxışı gedişində məlum olmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh qarşı “cehiz əşyaları, qızılzinət və birgə nikah dövründə əldə edilmiş daşinar və daşınmaz əşyaların tələbinə dair” Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)- 134/2019 saylı 30 yanvar 2019-cü il tarixli qətnaməsinə əsasən, iddiası qismən təmin edilərək cehiz əşyaları, qızıl-zinət və birgə nikah dövründə əldə edilmiş digər əşyaların bölünməsi qət edilmişdir. Belə ki, onun Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş BMW 528 markalı **-XA-*** dövlət qeydiyyat nişanli avtomobilin 1/2 (ikidə bir) hissəsinə pay hüququ məhkəmə qərarı ilə tanınmışdır. Lakin birgə nikah dövründə əldə edilmiş BMW 528 markalı **-XA-*** dövlət qeydiyyat nişanli avtomobilin naturada bölünməsi mümkün olmadığından avtomobilin real bazar dəyəri müəyyən edirək, onun payına düşən 1/2 (ikidə bir) hissəsini təşkil edən məbləğin ödənilməsi müəyyən edilməlidir. İddiaçı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə ərizə göndərərək, tərəfindən məhkəməyə müraciət edilən zaman iddia ərizəsinə bütün sübutlar, faktlar və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının əlavə edildyini göstərərək, bu səbəbdən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddiasının təmin olunmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, BMW 528 markalı **-XA-*** dövlət qeydiyyat nişanli avtomobilin İddiaçı ilə təmsil etdiyi Cavabdeh birgə nikahı dövründə əldə edilməsi və həmin BMW 528 markalı **-XA-*** dövlət qeydiyyat nişanli avtomobilin 1/2 (ikidə bir) hissəsinə İddiaçı pay hüququnun tanınması barədə Balakən Rayon Məhkəməsinin 2(019)-134/2019 saylı 30 yanvar 2019-cü il tarixli qətnaməsi qanuna uyğun deyildir və ədalətsiz qətnamədir. Baxmayaraq ki, həmin qətnamə qanuni qüvvəyə minmişdir, məhkəmənin həmin qətnamə ilə müəyyən olunmuş faktları yenidən araşdırmaq və onlara yenidən hüquqi qiymət vermək hüququ vardır. Belə ki, BMW 528 markalı **-XA-*** dövlət qeydiyyat nişanli avtomobil İddiaçı və təmsil etdiyi Cavabdeh şəxsi birgə vəsaitləri hesabına əldə edilməmişdir. Balakən Rayon Məhkəməsi 30 yanvar 2019-cu il tarixli qətnamə çıxararkən həmin avtomobilin oğurluq, bağışlama, tərəflərin şəxsi vəsaitləri və ya borc hesabına əldə edibetmədiklərini araşdırmamış və ədalətsiz qərar qəbul etmişdir. Hansı ki, məhkəmə gedişatında Cavabdeh dəfələrlə bildirmişdir ki, BMW 528 markalı **-XA-*** dövlət qeydiyyat nişanli avtomobil ondan, yəni Nümayəndə borc götürdükləri 10000 (on min) manat vəsait hesabına alınmışdır. Balakən Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli 2 (019)- 463/2019 saylı qətnaməsi də Həmidə ilə Zəkanın birgə evlilik dövründə ona, yəni Nümayəndə 10000 manat borclu olduğunu sübut edir.Həmidə və Zəka sözügedən avtomobili ondan götürülmüş 10000 manat borc hesabına əldə etdiklərindən həmin avtomobilin tərəflərin birgə nikahı dövründə əldə olunmuş əmlak sayılması və bununla da İddiaçı bu avtomobil üzrə 1/2 hissə payın tanınması tamamilə ədalətsizlikdir. Ona görə iddia tələbi tamamilə əsassızdır və iddia tələbinin rədd olunmasını xahiş edir. Cavabdeh məhkəməyə vəsatət göndərərək bildirmişdir ki, BMW 528 markalı **-XA-*** dövlət qeydiyyat nişanli avtomobilin 1/2 hissəsinə İddiaçı sahib olmaq istəyi tamamilə əsassızdır. Çünki bu əmlak İddiaçı və onun qazancı və ya şəxsi vəsaitləri hesabına əldə edilməmişdir. Balakən Rayon Məhkəməsi bu əmlakı 1/2 hissəyə bölmək qərarı verəndə qeyri-obyektivlik göstərmiş, bu əmlakın hansı yolla əldə etdikləri araşdırılmamışdır. Yəni məhkəmə bu əmlakın oğurluq, bağışlama, şəxsi vəsaitləri və ya borclanaraq əldə etdiklərini ortaya çıxarmamış və ədalətsiz qərar qəbul etmişdir. Baxmayaraq ki, məhkəmə gedişatında dəfələrlə bildirmişdir ki, bu avtomaşını atası Nümayəndə borc götürdükləri 10000 (on min) manat vəsait hesabına almışlar.Balakən Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli 2(019)-463/2019 saylı qətnaməsi də iddiaçı ilə onun evlilik dövründə atası Nümayəndə 10000 manat borclu olduğunu sübut edir. Atasına olan bu borcu ödəmədən bu vəsaitlə əldə etdikləri bu avtomaşının İddiaçı ilə onun arasında məhkəmə tərəfindən 1/2 hissəyə bölünməsi ədalətsizlikdir. Bu ədalətsizliyin aradan qaldırılmasını xahiş edir. BMW 528 markalı **-XA-*** dövlət qeydiyyat nişanli avtomobilin bir əmlak olaraq hansı vəsaitlə əldə olunmasını məhkəmə yolu ilə müəyyənləşdirilməsini, qanunlara uyğun olaraq ədalətli qətnamə qəbul edilməsini, İddiaçı iddiasının təmin olunmamasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Balakən rayon Qeydiyyat Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli 05/76-497/13 nömrəli məktubundan və xx.xx.2019-cu il tarixli 06 saylı nikahın pozulması haqqında akt qeydindən görünür ki, Cavabdeh və İddiaçı arasında xx.xx.2016-cı il tarixdə 03 saylı Bakı «ASAN xidmət» mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində 580 nömrə ilə nikah bağlanmış, həmin nikah Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli 06 saylı nikahın pozulması haqqında akt qeydinə əsasən pozulmuşdur. İş materiallarında olan xx.xx.2017-ci il tarixdə verilmiş AC 965352 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 90XA863 qeydiyyat nişanlı BMVV 528 minik markalı SEDAN tipli buraxılış ili 1999 olan avtomaşın xx.xx.2017-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli 2(019)-134/2019 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Emçiyeva (İsmayılova) Həmidə Misir qızının Cavabdeh qarşı birgə əmlakın bölünməsi, cehiş əşyalarının geri qaytarılması və əmlak tələbinə dair ilk iddia və Cavabdeh Emçiyeva (İsmayılova) Həmidə Misir qızına qarşı təzminət və minik avtomobilinə qoyulmuş məhdudiyyətin aradan qıldırılması tələbinə dair qarşılıqlı iddia ərizəsinə baxan məhkəmə tərəfindən həmin qətnamə ilə ilk iddianın qismən təmin edilməsi,1293 manat dəyərində “Meqa” firmasının 9 ədəd yastıqlı künc divan dəsti; 700 manat dəyərində «Stol Porto» firmasının 6 ədəd stul dəsti, 170 manat dəyərində kamod, 250 manat dəyərində “İnci firması"sının 2 qapılı kamodu, 1620 manat dəyərində «inci» yataq dəsti (2 ədəd tumba, 1 ədəd dolab, kupe, çarpayı, termo, oturacaq), 120 manat dəyərində 6 ədəd rəngli xrustal bokal, 140 manat dəyərində 6 ədəd xrustal bokal Çexiya istehsalı, 25 manat dəyərində 2 ədəd qara suvenir qab, 150 manat dəyərində 2 ədəd qayıq formalı xrustal qab, 70 manat dəyərində 2 ədəd xrustal qəndqabı, 35 manat dəyərində 1 ədəd dairəvi meyvə qabı, 65 manat dəyərində 1 ədəd iki mərtəbli çərəz qabı, 30 manat dəyərində 6 ədəd ağ rəngli fincan dəsti, 25 manat dəyərində 6 ədəd ağ rəngli kofe dəsti, 500 manat dəyərində mando yemək dəsti, 50 manat dəyərində 2 ədəd rəngli güldan, 90 manat dəyərində 1 ədəd iri rəngli güldan, 30 manat dəyərində 1 ədəd suvenir dəvə, 15 manat dəyərində 1 ədəd böyük külqabı, 350 manat dəyərində 1 ədəd xalça, 300 manat dəyərində 2 ədəd kiçik xalça, 30 manat dəyərində 2 ədəd kletka adyal, 45 manat dəyərində 2 ədəd orta qalın adyal, 70 manat dəyərində 4 ədəd çay dəsmalı, 85 manat dəyərində 2 ədəd əl dəsmalı, 150 manat dəyərində 2 ədəd hamam dəsmalı, 90 manat dəyərində 1 ədəd stol süfrəsi, 220 manat dəyərində 2-li pərdə, 90 manat dəyərində 2 ədəd lüstr, 30 manat dəyərində 2 ədəd yastıq, «Marier» firmasının 6000 W 200 manat dəyərində tozsoranı, «Marier» firmasının 100 manat dəyərində ütüsü, 150 manat dəyərində pərdə tül, 180 manat dəyərində «Gold General» firmasının ətçəkən maşını, 60 manat dəyərində bıçaq dəsti, 75 manat dəyərində nabor qaşıq dəsti, 60 manat dəyərində 12 ədəd bokal, 40 manat dəyərində 12 ədəd mürəbbə üçün rozetka, 160 manat dəyərində 12 ədəd qrafin və rümka, 60 manat dəyərində 2 ədəd qazan buta, 120 manat dəyərində 6 ədəd nerjaveyka qazan, 80 manat dəyərində iki ədəd tava, 60 manat dəyərində padnos və plastmas qablar, 55 manat dəyərində nerjaveyka çaynik, 220 manat dəyərində qara rəngli xəz palto, 80 manat dəyərində ağ rəngli palto, 110 manat dəyərində bir ədəd qış üçün ayaqqabı, 110 manat dəyərində yay üçün qızılı rəngli bosanoşka, 100 manat dəyərində 4 ədəd krasovka, 100 manat dəyərində 2 ədəd cins jilet və 280 manat dəyərində 5 cüt köynəyin qətnamə icra edilən vaxt naturada alınması mümkün olmayan əşyaların dəyərinin Cavabdeh alınıb iddiaçı X3 verilməsi, birgə nikah dövründə əldə edilmiş BMW 528 markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsinə iddiaçı X2 payının müəyyən olunması, ilk iddianın qalan hissədə və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. İş materiallarından həmçinin görünür ki, Balakən Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli 2(019)-134/2019 nömrəli qətnaməsi qanuni qüvvəyə minmişdir. İş materiallarına əlavə olunmuş Balakən Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli 2(019)-463/2019 nömrəli qətnaməsindən görünür ki, məhkəmə tərəfindən iddiaçı Nümayəndə Abbulməcid oğlunun cavabdehlər Cavabdeh və X3 qarşı borc pul tələbinə dair iddiası üzrə işə baxılıb Cavabdeh iddiaçının oğlu olması, digər cavabdeh X2 isə 27 fevral 2016-cı ildən 2019-cu ilədək iddiaçının gəlini olması, iddiaçı Nümayəndə 14 avqust 2017-ci il tarixdə "xxxx" ASC-dən 11000 manat məbləğində güzəştli kredit alması, oğlu Cavabdeh həmin vaxt ondan 10000 manat məbləğində pulu qaytarmaq şərti ilə borc olaraq alması, lakin Cavabdeh aldığı pulu qaytarmaması, buna görə də iddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi faktları müəyyən olunub həmin faktlara hüquqi qiymət verilməklə iddia qismən təmin edilmiş, Cavabdeh 10000 (on min) manat pul, ödənilmiş 30 manat dövlət rüsumu xərci, cəmi 10030 (on min otuz) manatın alınıb iddiaçı Nümayəndə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 58 saylı qiymətləndirmə barədə rəyindən görünür ki, Cavabdeh məxsus 90XA863 qeydiyyat nişanlı BMVV 528 minik markalı avtomaşının hazırki bazar qiyməti 9000 (doqquz min) manat təşkil edir İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 58 saylı hesabatından görünür ki, iş üzrə aparılmış müstəqil qiymətləndirmə tədqiqatının dəyəri 200,0 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etməklə mübahisə üzrə ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. 50 manat məbləğində mediasiyaya dair xərci İddiaçı təktərəfli qaydada ödədi. İş materiallarından həmçinin görünür ki, İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün qanunda nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu ödənilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Cavabdeh və İddiaçı arasında xx.xx.2016-cı il tarixdə 03 saylı Bakı «ASAN xidmət» mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində 580 nömrə ilə nikah bağlanmış, həmin nikah Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli 06 saylı nikahın pozulması haqqında akt qeydinə əsasən pozulmuşdur. Tərəflər birgə nikah dövründə birgə vəsait hesabına 90XA863 qeydiyyat nişanlı BMVV 528 minik markalı avtomobil əldə etmiş və həmin avtomobil xx.xx.2017-ci il tarixdə verilmiş AC 965352 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. Balakən Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli 2(019)- 134/2019 nömrəli qətnaməsilə iddiaçı Emçiyeva (İsmayılova) Həmidə Misir qızının Cavabdeh qarşı birgə əmlakın bölünməsi, cehiş əşyalarının geri qaytarılması və əmlak tələbinə dair ilk iddia və Cavabdeh Emçiyeva (İsmayılova) Həmidə Misir qızına qarşı təzminət və minik avtomobilinə qoyulmuş məhdudiyyətin aradan qıldırılması tələbinə dair qarşılıqlı iddia ərizəsinə baxılaraq ilk iddianın qismən təmin edilməsi,1293 manat dəyərində “Meqa” firmasının 9 ədəd yastıqlı künc divan dəsti; 700 manat dəyərində «Stol Porto» firmasının 6 ədəd stul dəsti, 170 manat dəyərində kamod, 250 manat dəyərində “İnci firması"sının 2 qapılı kamodu, 1620 manat dəyərində «inci» yataq dəsti (2 ədəd tumba, 1 ədəd dolab, kupe, çarpayı, termo, oturacaq), 120 manat dəyərində 6 ədəd rəngli xrustal bokal, 140 manat dəyərində 6 ədəd xrustal bokal Çexiya istehsalı, 25 manat dəyərində 2 ədəd qara suvenir qab, 150 manat dəyərində 2 ədəd qayıq formalı xrustal qab, 70 manat dəyərində 2 ədəd xrustal qəndqabı, 35 manat dəyərində 1 ədəd dairəvi meyvə qabı, 65 manat dəyərində 1 ədəd iki mərtəbli çərəz qabı, 30 manat dəyərində 6 ədəd ağ rəngli fincan dəsti, 25 manat dəyərində 6 ədəd ağ rəngli kofe dəsti, 500 manat dəyərində mando yemək dəsti, 50 manat dəyərində 2 ədəd rəngli güldan, 90 manat dəyərində 1 ədəd iri rəngli güldan, 30 manat dəyərində 1 ədəd suvenir dəvə, 15 manat dəyərində 1 ədəd böyük külqabı, 350 manat dəyərində 1 ədəd xalça, 300 manat dəyərində 2 ədəd kiçik xalça, 30 manat dəyərində 2 ədəd kletka adyal, 45 manat dəyərində 2 ədəd orta qalın adyal, 70 manat dəyərində 4 ədəd çay dəsmalı, 85 manat dəyərində 2 ədəd əl dəsmalı, 150 manat dəyərində 2 ədəd hamam dəsmalı, 90 manat dəyərində 1 ədəd stol süfrəsi, 220 manat dəyərində 2-li pərdə, 90 manat dəyərində 2 ədəd lüstr, 30 manat dəyərində 2 ədəd yastıq, «Marier» firmasının 6000 W 200 manat dəyərində tozsoranı, «Marier» firmasının 100 manat dəyərində ütüsü, 150 manat dəyərində pərdə tül, 180 manat dəyərində «Gold General» firmasının ətçəkən maşını, 60 manat dəyərində bıçaq dəsti, 75 manat dəyərində nabor qaşıq dəsti, 60 manat dəyərində 12 ədəd bokal, 40 manat dəyərində 12 ədəd mürəbbə üçün rozetka, 160 manat dəyərində 12 ədəd qrafin və rumka, 60 manat dəyərində 2 ədəd qazan buta, 120 manat dəyərində 6 ədəd nerjaveyka qazan, 80 manat dəyərində iki ədəd tava, 60 manat dəyərində padnos və plastmas qablar, 55 manat dəyərində nerjaveyka çaynik, 220 manat dəyərində qara rəngli xəz palto, 80 manat dəyərində ağ rəngli palto, 110 manat dəyərində bir ədəd qış üçün ayaqqabı, 110 manat dəyərində yay üçün qızılı rəngli bosanoşka, 100 manat dəyərində 4 ədəd krasovka, 100 manat dəyərində 2 ədəd cins jilet və 280 manat dəyərində 5 cüt köynəyin qətnamə icra edilən vaxt naturada alınması mümkün olmayan əşyaların dəyərinin Cavabdeh alınıb iddiaçı X3 verilməsi, birgə nikah dövründə əldə edilmiş BMW 528 markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsinə iddiaçı X2 payının müəyyən olunması, ilk iddianın qalan hissədə və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. "xxxx" MMCnin xx.xx.2022-ci il tarixli, 58 saylı müstəqil qiymətləndirmə rəyi ilə iddianın predmetini təşkil edən 90XA863 qeydiyyat nişanlı BMVV 528 minik markalı avtomobilin hazırki bazar qiymətinin 9000 (doqquz min) manat təşkil etməsi müəyyən olunmuşdur. İş üzrə mütəxəssis xərci 200,0 manat təşkil edir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək birgə nikah dövründə əldə edilmiş BMW 528 markalı **-XA-*** dövlət qeydiyyat nişanli avtomobilin ekspertiza rəyinə əsasən qiymətləndirilmiş dəyəri 9000 (doqquz min) manatın onun payına uyğun (1/2 (ikidə bir) hissəsini təşkil 4500 (dörd min beş yüz) manatının Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə porosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. İş materiallarından görünür ki, qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli 2(019)-134/2019 nömrəli qətnaməsilə iddiaçı Emçiyeva (İsmayılova) Həmidə Misir qızının Cavabdeh qarşı birgə əmlakın bölünməsi, cehiş əşyalarının geri qaytarılması və əmlak tələbinə dair ilk iddia və Cavabdeh Emçiyeva (İsmayılova) Həmidə Misir qızına qarşı təzminət və minik avtomobilinə qoyulmuş məhdudiyyətin aradan qıldırılması tələbinə dair qarşılıqlı iddiaya dair mülki iş üzrə əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin predmetinə aid olan BMW 528 markalı **- XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçı Emçiyeva (İsmayılova) Həmidə Misir qızının və Cavabdeh birgə nikahı dövründə əldə edilməsi və birgə nikah dövründə əldə edilmiş BMW 528 markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsinə iddiaçı Emçiyeva (İsmayılova) Həmidə Misir qızının payının olmasına dair faktlar müəyyən olunmuşdur. Ona görə də Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin tələbinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» 23 fevral 2016-cı il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Balakən Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli 2 (019)-134/2019 nömrəli qətnaməsilə müəyyən olunmuş BMW 528 markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçı Emçiyeva (İsmayılova) Həmidə Misir qızının və Cavabdeh birgə nikahı dövründə əldə edilməsi və birgə nikah dövründə əldə edilmiş BMW 528 markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsinə iddiaçı Emçiyeva (İsmayılova) Həmidə Misir qızının payının olmasına dair faktlar həmin işdə iştirak edən şəxslər-İddiaçı və Cavabdeh tərəfindən mübahisələndirilə və yenidən sübut edilə bilməz. Məhkəmə iş üzrə Cavabdeh və onun nümayəndəsi Nümayəndə BMW 528 markalı **- XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçı Emçiyeva (İsmayılova) Həmidə Misir qızının və Cavabdeh birgə vəsaiti hesabına deyil, onların Nümayəndə aldığı 10000 manat borc hesabına əldə etməsi və bunun Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (019)-463/2019 nömrəli qətnaməsi ilə sübut olunması, bununla da BMW 528 markalı **-XA- *** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsinə iddiaçı Emçiyeva (İsmayılova) Həmidə Misir qızının payının olmaması, Balakən Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli 2 (019)-134/2019 nömrəli qətnaməsinin qanunsuz və ədalətsiz olması barədə iddia tələbinə etirazını əsaslandırdığı hallarla bağlı mülahizələrinə hüquqi qiymət verərək hesab edir ki, bu etiraz və mülahizələr əsassızdır. Belə ki, əvvəla yuxarıda qeyd edildiyi kimi, Balakən Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli 2 (019)-134/2019 nömrəli qətnaməsi qanuni qüvvəyə minmişdir və məcburi xarakter daşıyır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlət adından çıxarılır və onların icraası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən o cümlədən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İkincisi, nəzərə çatdırıldığı kimi qanunvericiliyin tələbinə əsasən Balakən Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli 2(019)-134/2019 nömrəli qətnaməsilə müəyyən olunmuş BMW 528 markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçı Emçiyeva (İsmayılova) Həmidə Misir qızının və Cavabdeh birgə nikahı dövründə əldə edilməsi və birgə nikah dövründə əldə edilmiş BMW 528 markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsinə iddiaçı Emçiyeva (İsmayılova) Həmidə Misir qızının payının olmasına dair faktlar həmin işdə iştirak edən şəxslər-İddiaçı və Cavabdeh üçün preyudisial, yəni məcburi xarakter daşıyır, onlar tərəfindən başqa iş üzrə yenidən mübahisələndirilə və yenidən sübut edilə bilməz. Üçüncüsü, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (019)-463/2019 nömrəli qətnaməsi heç də BMW 528 markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçı Emçiyeva (İsmayılova) Həmidə Misir qızının və Cavabdeh Nümayəndə alınan 10000 manat borc pul hesabına əldə etmələrini, tərəflərin birgə nikah dövründə alınan əmlak olmadığını və həmin avtomobilə İddiaçı 1/2 hissə payının olmamasını sübut etmir. Belə ki, Balakən Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli 2(019)-463/2019 nömrəli qətnaməsilə məhkəmə tərəfindən iddiaçı Nümayəndə Abbulməcid oğlunun cavabdehlər Cavabdeh və X3 qarşı borc pul tələbinə dair iddiası üzrə işə baxılıb Cavabdeh iddiaçının oğlu olması, digər cavabdeh X2 isə 27 fevral 2016-cı ildən 2019-cu ilədək iddiaçının gəlini olması, iddiaçı Nümayəndə 14 avqust 2017-ci il tarixdə "xxxx" ASCdən 11000 manat məbləğində güzəştli kredit alması, oğlu Cavabdeh həmin vaxt ondan 10000 manat məbləğində pulu qaytarmaq şərti ilə borc olaraq alması, lakin Cavabdeh aldığı pulu qaytarmaması, buna görə də iddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi faktları müəyyən olunub həmin faktlara hüquqi qiymət verilməklə iddia qismən təmin edilmiş, Cavabdeh 10000 (on min) manat pul, ödənilmiş 30 manat dövlət rüsumu xərci, cəmi 10030 (on min otuz) manatın alınıb iddiaçı Nümayəndə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Göründüyü kimi, 09 aprel 2019-cu il tarixli qətnamədə Emçiyeva (İsmayılova) Həmidə Misir qızının deyil, Cavabdeh Nümayəndə Abdlulməcid oğlundan 10000 manat borc alması və həmin borcu qaytarmaması müəyyən olunmaqla iddia Cavabdeh münasibətdə təmin olunmuş, Cavabdeh Nümayəndə xeyrinə 10000 manat borcun tutulması müəyyən edilmiş, iddia Emçiyeva (İsmayılova) Həmidə Misir qızına münasibətdə isə təmin edilməmişdlir. Həmçinin 09 aprel 2019-cu il tarixli qətnamədə Cavabdeh tərəfindən məhz sözügedən avtomobilin alınması üçün Nümayəndə 10000 manatın alınması, həmçinin məhz borc kimi götürülmüş həmin 10000 manat pul hesabına BMW 528 markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınması, BMW 528 markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin tərəflərin birgə nikahı dövründə alınmış əmlak olmaması və İddiaçı həmin avtomobilin 1/2 hissəsinə payının olmaması halları və faktları müəyyən olunmamışdır. Ona görə də Balakən Rayon Məhkəməməsinin 09 aprel 2019-cu il tarixli 2 (019)-463/2019 nömrəli qətnaməsi hazırki işin faktoloji halları ilə bağlı preyudisial əhəmiyyət daşımır və iddia tələbinə etirazın əsaslandırıldığı hallarla bağlı sübut əhəmiyyətinə malik deyildir. Qeyd olunanlara əsasən məhkəmə Cavabdeh və onun nümayəndəsi Nümayəndə hazırki iddia tələbinə etirazını əsassız hesab edir və qəbul etmir. Məhkəmə hesab edir ki, qanun normasının tələbinə görə qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli 2(019)-134/2019 nömrəli qətnaməsilə müəyyən olunmuş BMW 528 markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçı Emçiyeva (İsmayılova) Həmidə Misir qızının və Cavabdeh birgə nikahı dövründə əldə edilməsi və birgə nikah dövründə əldə edilmiş BMW 528 markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsinə iddiaçı X2 payının olmasına dair faktlar hazırki işdə də preyudisial əhəmiyyət daşımaqla məhkəmə tərəfindən sübut olunmuş faktlar kimi qəbul edilir. Müvafiq qiymətləndiricinin rəyinə əsasən həmin BMW 528 markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar qiyməti 9000 manat müəyyən olunmuşdur və həmin avtomobilin hazırki dəyərinin iddiaçı X1 1/2 hissə payına düşən məbləği 4500 manat təşkil edir ki, iddiaçı da cavabdehdən həmin 4500 manat məbləği tələb edir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-32.2.2-ci maddələrinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə: - onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); - ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-36.4-cü maddələrinə görə ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ərarvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə görə ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçmsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları»na əsasən hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, konstruktiv maksimal sürəti 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları daşınar əşyaların dövlət reyestrində qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qornuna hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 154.1-ci maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.2-ci maddəsinə əsasən əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.6-cı maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218.1-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 219.1-ci maddəsinə əsasən ümumi mülkiyyət hüququndakı pay, əgər tərəflərin razılaşmasında ayrı vaxt nəzərdə tutulmayıbsa, müqavilənin bağlandığı andan müqavilə üzrə əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 219.2-ci maddəsinə əsasən doğurduğu hüquqlar dövlət qeydiyyatına alınmalı olan müqavilə üzrə ümumi mülkiyyət hüququndakı payın keçməsi anı həmin hüquqların dövlət qeydiyyatına alındığı vaxtdan müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 4 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasnıda onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.1, 223.2, 223.3 və 223.4-cü maddələrinə əsasən birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir; birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər; ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır; ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb edə bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara yuxarıda göstərilən tətbiq edilməli hüquq normalarına uyğun müvafiq hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, İddiaçı ilə Cavabdeh birgə nikahı dövründə əldə edilmiş BMW 528 markalı **-XA-*** dövlət qeydiyyat nişanli avtomobilin hazırki bazar dəyərini təşkil edən 9000 (doqquz min) manatının həmin avtomobilin İddiaçı 1/2 hissə payına düşən 4500 (dörd min beş yüz) manatı Cavabdeh alınaraq İddiaçı ödənilməli, hazırki iddianın qaldırılması üçün ödənilmiş 75 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməli, avtomobilin qiymətləndirilməsi ilə bağlı iş üzrə 200 manat qiymətləndirmə xərci Cavabdeh alınaraq "xxxx" MMC-nin Azərbaycan Respablikası, Bakı şəhəri, Nərimanov rayonu cİ.Hidayətzadə küçəsi 156 (20A) 1933-cü məhəllə VÖENi:********** İcraçının hesablaşma hesabı:H\h:AZ66AİİB******************** Kapital Bank ASC-nin Nərimanov filialı Kod:200093 VÖEN:********** S.VV.İ.F.T. AİİBAZ2X M\h:AZ37NABZ******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. Azərbaycan Rnespublikası MPM-nin 17.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat+1000 manatdan yuxarı olan iddianın qiymətinin 1 faizi dövlət rüsumu tutulur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahı dövründə əldə edilmiş BMW 528 markalı **-XA-*** dövlət qeydiyyat nişanli avtomobilin hazırki bazar dəyərini təşkil edən 9000 (doqquz min) manatının həmin avtomobilin İddiaçı 1/2 hissə payına düşən 4500 (dörd min beş yüz ) manatı Cavabdeh alınaraq İddiaçı ödənilsin; hazırki iddianın qaldırılması üçün ödənilmiş 75 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin; avtomobilin qiymətləndirilməsi ilə bağlı iş üzrə 200 manat qiymətləndirmə xərci Cavabdeh alınaraq "xxxx" MMC-nin Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu cİ.Hidayətzadə küçəsi 156 (20A) 1933-cü məhəllə VÖENi:********** İcraçının hesablaşma hesabı:H\h:AZ66AİİB******************** Kapital Bank ASC-nin Nərimanov filialı Kod:200093 VÖEN:********** S.VV.İ.F.T. AİİBAZ2X M\h:AZ37NABZ******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-371/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-371/2022
25.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver