Məhkəmə qərarları › İş №e-2(019)-38/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-38/2024

16.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-38/2024 16.02.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6 və X4 iştirakı ilə İddiaçı cavabdehlər X54 Xidmət Mərkəzinin Notariat Ofisinin xüsusi notariusu Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı qanun üzrə X41 şəhadətnamənin **********10- 10301 olan hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın və Reyestrdəki qeydin ləğv edilməsi, miras əmlakdan qanun üzrə payının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər X54 Xidmət Mərkəzinin Notariat Ofisinin xüsusi notariusu Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisində 13 avqust 2021-ci il tarixdə 2V-549 nömrə ilə tərtib edilmiş qanun üzrə X41 şəhadətnamənin və onun əsasında verilmiş qeydiyyat nömrəsi **********10- 10301 olan hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın və Reyestrdəki qeydin ləğv edilməsi, Balakən şəhəri Sabir küçəsi 17 ünvanda 0.0399 ha. olan torpaq sahəsində yerləşən 1953-cü ildə tikilmiş 1 mərtəbəli 3 otaqlı, ümumi sahəsi 88.8 kv.m olan evdən və 0.0399 ha torpaq sahəsindən, həmçinin xx.xx.2017-ci il tarixdə vəfat etmiş mərhum qardaşı X23 payına düşən torpaq sahəsinin hissəsindən qanun üzrə vərəsəlik zamanı ona çatacaq miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisində 13 avqust 2021-ci il tarixdə 2V-549 nömrə ilə tərtib edilmiş qanun üzrə X41 şəhadətnamənin və onun əsasında verilmiş qeydiyyat nömrəsi **********10-10301 olan hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın və Reyestrdəki qeydin ləğv edilməsi, mərhum valideynləri atası X27 və anası X5 miras qalmış ünvan 1 ünvanda olan 0.0399 ha həyətyanı torpaq sahəsində yerləşən 1953cü ildə tikilmiş 1 mərtəbəli 3 otaqlı, ümumi sahəsi 88.8 kv.m olan evdən və JN-303A KOD 40101004 saylı mülkiyyət şəhadətnaməsinə əsasən mərhum qardaşı X23 mülkiyyətinə verilmiş torpaq sahəsindən qanun üzrə vərəsəlik zamanı ona çatacaq miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Həmin ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, iddiası üzrə cavabdeh Balakən şəhəri Sabir küçəsi ev 17-də qeydiyyatda olan qardaşı X35 və digərləri ünvan 2 ünvanında yerləşən 0.00399 ha torpaq sahəsindən və həmin torpaq sahəsində tikilmiş evdən məcburi qaydada çıxarılması tələbi ilə müraciət etmişlər. Onların tələbini qanunsuz və əsassız hesab edir. Onun atası xx.xx.1979-cu il tarixdə vəfat etmiş X27, anası isə xx.xx.1990-cı il taridə vəfat etmiş X17 olmuşdur. Onlar vəfat edənə qədər hal-hazırda onun yaşadığı ünvan 1 evdə yaşamışlar. O da doğulduğu gündən həmin evdə yaşamışdır. 1978-ci ildə o, X28 ərə getmişdir. Onunla birgə yaşadığı dövrdə 2 uşağı olub. Cabbarla uzun müddət kirayələrdə yaşamışlar. Cabbarla bigə yaşadığı dövrdə də o, Balakən şəhəri Sabir küçəsi ev 17-də qeydiyyatda olmuşdur. 1985-ci ildə Cabbardan ayrılaraq 2 uşağı ilə birlikdə yaşamaq üçün ata evinə qayıtmışdır. Orada anası Əsiyyət, qardaşı X42 ilə birlikdə yaşamışdır. Anası uzun müddət yataq xəstəsi olmuş və o, ona baxaraq qulluq göstərmiş, təsərrüfatı idarə etmiş, kiçik qardaşı Eldara da qulluq etmişdir. O, anası ilə birlikdə yaşadığı müddətdə iddiaçı olan qardaşı X2 yaşamışdır. O anasının vəfatından iki üç ay əvvəl ata evinə qayıtmışdır. xx.xx.1990-cı il tarixdə anası Sultanova Əsiyyət vəfat edərkən qardaşı X42 hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Eldar bir müddət ata evində yaşamış və sonra işləmək məqsədi ilə X33 getmişdir. O, Tümen Vilayətində vəfat etmişdir. Eldarın ailəsi və uşaqları olmamışdır. Qardaşı Eldar vəfat edikdən sonra onu Tümen Vilayətindən onun oğlanları Əfqan və Sərxan Balakən rayonuna gətirmiş, onu Balakən rayonunda dəfn etmişlər. Mərhum qardaşı Eldarın dəfn xərclərini o, çəkmişdir. Eldardan miras qalmış əmlakı da faktiki olaraq hal-hazıra qədər o idarə edir. Belə ki, ondan qalmış mirası faktiki olaraq qəbul etmişdir. Bundan başqa qeyd etmək istəyir ki, qardaşı X35 uzun müddət Rusiyada yaşamışdır. O, Balakən rayon sakini X7 ilə evlənərək anası Əsiyyət vəfat etdikdən sonra yalnız bir ilə qədər mübahisəli evdə yaşamış, sonra isə ailəsi ilə birlikdə yaşamaq üçün Bakı şəhərinə getmişdir. Əlavə olaraq bildirir ki, anasının vəfatına qədər o, ata evində yaşayaraq anasına qulluq etdiyi müddətdə evdə müəyyən tikinti təmir işləri aparmışdır. Belə ki, ata evi 2 otaq və şüşəbənddən ibarət olmuşdur. O, yaşadığı müddətdə evin şüşəbəndini mişar daşı ilə hördürmüş, əlavə olaraq hamam və mətbəx tikdirmişdir. Tikinti işləri bacısı Sevinc Məmmədovanın mərhum əri tərəfindən aparılmışdır. Bunu bacısı Sevinc və qonşuları təsdiq edə bilər. Mübahisəli evdə yaşadığı müddətdə qaz, işıq və sudan istifadə etməyilə bağlı müvafiq təşkilatlarla aralarında müqavilələr bağlanılmış və ödənişlər onun tərəfindən aparılmışdır. Mübahisəli evin və torpağın vergilərini hər il o, ödəmişdir. O, ata evindən qeydiyyatdan çıxarılmağı ilə bağlı heç bir təşkilata müraciət etməmişdir. Onun xəbəri olmadan onu mübahisəli evdən qeydiyyatdan çıxararaq başqa ünvana qeydiyyata salmışlar. X48 vəfat edənə qədər təsərrüfat başçısı anası olmuşdur. X40 ailə üzvləri anası vəfat etdikdən sonra təsərrüfata qeydiyyata düşmüşlər. JN-303A KOD 40101004 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədən məlum olur ki, X35 və onun ailə üzvləri olan X7, uşaqları Namiq və Əsiyyətin, həmçinin bacısı X29 və qardaşı X23 mülkiyyətinə Balalkən rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 2004-cü il tarixli Qərarı ilə 0.04 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində hal-hazırda onun yaşadığı mübahisəli ev yerləşir. Mübahisəli ata evinə dair xx.xx.1992-ci il tarixdə tərtib olunmuş fərdi yaşayış evinin Texniki Pasportunun 1-ci vərəqində atası X14 adının üzərindən xətt çəkilərək onun vərəsələrinin anası X17 və uşaqları Çingiz, Sevinc, Eldar və Rahilə Sultanovlar olması, həmçinin xx.xx.1986-cı il tarixdə Notariat Kontoru tərəfindən Reyestr nömrəsi 516 olan X41 şəhadətnamənin verildiyi qeyd olunmuş və Balakən rayon Texniki İnventarlaşdırma bürosunun müdiri tərəfindən imzalanaraq möhürlə təsdiqlənmişdir. Bu sənəddən də görünür ki, atası Şaban vəfat etdikdən sonra onun adında onun vərəsələri siyahisinda olmuşdur. Bundan başqa xx.xx.1989-cu il tarixdə Balakən şəhər Xalq Deputatları İcraiyə Komitəsi tərəfindən X48ya verilmiş arayışdan məlum olur ki, atası Şaban vəfat etdikdən sonra təsərrüfatda qeydiyyatda olan ailə üzvləri siyahısında onun da adı olmuşdur. Həmin arayışda qardaşı X18 Rusiyanın Rostov şəhərində yaşaması qeyd olunub. Həmçinin xx.xx.2013-cü il tarixdə mübahisəli evə dair Daşınmaz Əmlakın texniki qiymətləndirilməsi barədə onun adına qiymətləndirmə cədvəli tərtib olunub. 13 avqust 2021-ci il tarixdə 2V- 549 sayla reyestrdə qeyd edilməklə Balakən Regional “ASAN xidmət” mərkəzində xüsusi Notariat Ofisi tərəfindən mərhum qardaşı X19 miras qalmış əmlaka dair Qanun üzrə X41 şəhadətnamə verilmişdir. Bu şəhadətnaməyə əsasən qardaşı Eldarın vəfatından sonra miras qalmış torpaq sahəsinin 1/2 hissəsi qardaşı X24 və 1/2 hissəsi isə bacısı Cavabdeh2 pay olaraq verilmişdir. Lakin o, belə bir bölğü ilə razı deyil. Belə ki, onun adı vərəsələr siyahısında göstərilsə də həmin təsərrüfatda qeydiyyatda olmadığından o, Notariusa çağrılmamış və ona mirasdan pay verilməmişdir. Bundan basqa valideynlərindən miras qalmis evin mülkiyyətçisi kimi Çıxarışda qardaşı Sultanov Çingizin adi geyd olunmusdur. Hesab edir ki, evin tam olaraq Çingizin mülkiyyətinə verilməsi də qanunsuzdur. Əlavə olaraq bildirir ki, o, mübahisəli evdə yaşadığı müddətdə, yəni xx.xx.2001-ci il tarixdə oğlu X43 da dünyaya gəlmişdir. Oğlu Rəşad 2-ci Qarabağ Müharibəsi iştirakçısıdır, qazidir. O da hal-hazırda onunla birlikdə mübahisəli evdə yaşayır. Oğlu Rəşadın və onun başqa yaşayış və qeydiyyat yeri yoxdur. Belə ki, oğlu və o, bir müddət yaşadıqları ünvan 3 ünvanda qeydiyyatda olsalar da, həmin mənzil satıldığından onlar həmin mənzildən Məhkəmənin qərarı ilə qeydiyyatdan çıxarılmışlar. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırki iş üzrə 15 avqust 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh X35 iddianı qəbul etməyərək, iddiaçının tələbinin qanunsuz və əsassız olduğunu bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir. Hazırki iş üzrə 15 avqust 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 iddianı qəbul etməyərək, iddiaçının tələbinin qanunsuz və əsassız olduğunu bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir. Hazırki iş üzrə 18 may 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, iddiaçının tələbinin qanunsuz və əsassız olduğunu bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir. Hazırki iş üzrə 18 may 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X36 iddiaçının tələbinin qanunsuz və əsassız olduğunu bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X20 iddiaçının tələbinin qanunsuz və əsassız olduğunu bildirərək, iddianın rədd edilməsini xahiş etmişlər. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 atasının və anasının mirasından pay istədiyini bildirmişdir. Cavabdehlər X54 Xidmət Mərkəzinin Notariat Ofisinin xüsusi notariusu Cavabdeh3, X35, Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10, X36 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlər X54 Xidmət Mərkəzinin Notariat Ofisinin xüsusi notariusu Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10, X37, X36 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı atası X27 xx.xx.1979-cu il tarixdə, anası X17 isə xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. X35, X42, Mamedova (Sultanova) Sevinc Şaban qızı iddiaçının qardaş bacısıdır. JN 303A KOD 40101004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Balakən rayon Aqrar İslahat Komissiyasının 2004-ci il 23 noyabr tarixli, 02 nömrəli qərarı ilə Balakən şəhərində 0,04 ha yaşayış məntəqələrinin torpaqları X18, X23, X3, X16, X21 və X6 ümumi birgə mülkiyyətinə verilmişdir. 13 avqust 2021-ci il tarixdə 2V-549 sayla reyestrdə qeyd edilməklə Balakən Regional “ASAN xidmət” mərkəzində xüsusi Notariat Ofisi tərəfindən iddiaçının mərhum qardaşı X19 miras qalmış əmlaka vərəsəlik açılmaqla həmin əmlaka dair Qanun üzrə X41 şəhadətnamə verilmişdir. Bu şəhadətnaməyə əsasən iddiaçının qardaşı Eldarın vəfatından sonra miras qalmış torpaq sahəsinin 1/2 hissəsi onun qardaşı X24 və 1/2 hissəsi isə bacısı Cavabdeh2 mirasdan pay verilmişdir. 08 dekabr 2021-ci il tarixli, Daşınmaz Əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyət hüququ üzrə özünə məxsus olan Balakən şəhəri Sabir küçəsi 17 ünvanında yerləşən 0.0399 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ ilə özünə məxsus olan 3/12 hissəsini hədiyyə olaraq qardaşı X24 bağışlamışdır. Bundan basqa iddiaçı valideynlərindən miras qalmis evin mülkiyyətçisi kimi daşınmaz əmlakın dövlət reyestrində çıxarışda fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə X18 adına rəsmiləşdirilməsini, bunun qanunsuz olmasını, mərhum qardaşı X19 miras qalmış əmlaka vərəsəlik açılarkən onun miras payından məhrum edilməsini iddia edərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında o da müəyyən edildi ki, Balakən regional «Asan xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X30 tərəfindən xx.xx.2017-ci il tarixdə ölmüş X23 adına xx.xx.2021 tarixdə X42NA verilmiş **********10-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Balakən şəhəri Sabir küçəsi ev 17 ünvanında yerləşən ümumi sahəsi 0.0399 ha olan torpaq sahəsinin mərhuma çatacaq hissəsinə dair vərəsəlik işi açarkən mirası qəbul etmiş vərəsələrin dairəsini tam müəyyən etməmiş, iddiaçıya miras əmlakdan pay verməməklə Mülki Məcəllənin 1301-ci maddəsinin tələblərini pozmuşdur. Eyni zamanda Balakən regional «Asan xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X30 tərəfindən xx.xx.2017-ci il tarixdə ölmüş X23 mirasının vərəsələr arasında bölüşdürülməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında göstərilənlərə uyğun olmamışdır. Belə ki, nəzərə alsaq ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2(019)-271/2023 saylı qərardadı ilə hazırki mülki iş üzrə icraat, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2, 1246, 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı dərc olunanadək dayandırıldığından hazırki iş üzrə mirasın bölüşdürülməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında göstərilən tələblərə uyğun yekunlaşdırılmalıdır. Belə ki, mülki qanunvericilik miras açıldığı andan mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə, vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formada mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Odur ki, şəxsin mirası qəbul etməməsinə görə onun vərəsəlik hüququndan məhrum olması barədə mövqe Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş mülkiyyət və vərəsəlik hüquqlarına ziddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, “qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. ...Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur”. 65. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıdakı hüquqi mövqelərin davamı olaraq, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, “Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. ...vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. ...mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur. Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. ...miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. ...mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. ... vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir”. Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Beləliklə Balakən regional «Asan xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X30 tərəfindən xx.xx.2017-ci il tarixdə ölmüş X23 mirasının vərəsələr arasında bölüşdürülməsi yuxarıda göstərilən hüquqi mövqelərə və qanunvericiliyə uyğun olmadığından 13 avqust 2021-ci il tarixli qanun üzrə X41 şəhadətnamə ləğv edilməli, X23 miras əmlakı onun vərəsələri olan X35, İddiaçı və Mamedova (Sultanova) Sevinc Şaban qızı arasında hər birinə 1/3 hissə olmaqla ümumi əmlakın isə 1/18 hissədə pay nisbəti olmaqla bölüşdürülməlidir. Məhkəmə iclasında o da müəyyən edildi ki, reyestr nömrəsi **********10-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışa əsasən ünvan 4 ünvanında 0.0399 ha yaşayış məntəqələrinin torpaqlarında yerləşən fərdi yaşayış evi tam hissədə X18 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının mübahisələndirdiyi ünvan 4 ünvanında 0.0399 ha yaşayış məntəqələrinin torpaqlarında yerləşən fərdi yaşayış evi mərhum atası X27 və mərhum anası X11 məxsus olmadığına və onun öldüyü məqamadək malik olduğu əmlak hüquqları və vəzifələrinə daxil olmadığına görə iddia tələbi X27 və X5 miras qalmış ünvan 1 ünvanda olan 0.0399 ha həyətyanı torpaq sahəsində yerləşən 1953-cü ildə tikilmiş 1 mərtəbəli 3 otaqlı, ümumi sahəsi 88.8 kv.m olan evdən miras payının müəyyən edilməsinə dair hissədə əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 fevral 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1134, 1145 və 1146-cı maddələrinə uyğun olaraq miras fiziki şəxsin öldüyü və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün onun ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır və miras qoyanın öldüyü anda sağ olmuş şəxslər vərəsə ola bilərlər; - Eyni gündə ölən və biri digərindən sonra vərəsə olmaq hüququna malik şəxslərlə bağlı irsi transmissiyanın tətbiqi üçün miras qoyanın dəqiq ölüm anı müəyyən edilərək daha sonra ölən şəxs ondan əvvəl ölən şəxsə vərəsə hesab edilir. Bu anı müəyyənləşdirmək mümkün olmadığı təqdirdə eyni gündə ölən şəxslər hüquqi varislik baxımından eyni anda ölmüş şəxslər hesab edilərək hər biri üçün ayrılıqda miras açılır və irsi transmissiyanın tətbiqi istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1 və 1151.2-ci maddələrinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi, mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər; 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur; 1159.1.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar… Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1269-cu maddəsinə əsasən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1276-cı maddəsinə əsasən hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 28 iyul 2022-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 95-ci bəndinə əsasən mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka dair mirası qəbul etmiş fiziki və hüquqi şəxslərə, habelə dövlətə vərəsəlik şəhadətnaməsi verir. «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 96-ci bəndinə əsasən X41 şəhadətnamə vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra verilir. Əgər notariusda şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, X41 şəhadətnamə altı aydan tez də verilə bilər. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş JN 303A KOD 40101004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 2004-ci il 23 noyabr tarixli, 02 nömrəli qərarı ilə Balakən şəhərində 0,04 ha yaşayış məntəqələrinin torpaqları X18, X23, X3, X16, X21 və X6 ümumi birgə mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********10-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışa əsasən ünvan 4 fərdi yaşayış evi və 0.0399 ha yaşayış məntəqələrinin torpaqları 31 №li reyestr kitabının 49 №li vərəqində xx.xx.2021-ci il tarixdə fərdi yaşayış evi tam, torpaq sahəsinin 6/12 hissəsi X18, torpaq sahəsinin 2/12 hissəsi X3, torpaq sahəsinin 2/12 hissəsi X21 və torpaq sahəsinin 2/12 hissəsi X6 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********10-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 4 fərdi yaşayış evi və 0.0399 ha yaşayış məntəqələrinin torpaqları 31 №li reyestr kitabının 49 №li vərəqində xx.xx.2021-ci il tarixdə fərdi yaşayış evi tam, torpaq sahəsinin 3/12 hissəsi X18, torpaq sahəsinin 3/12 hissəsi Cavabdeh2, torpaq sahəsinin 2/12 hissəsi X3, torpaq sahəsinin 2/12 hissəsi X21 və torpaq sahəsinin 2/12 hissəsi X6 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********10-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 4 fərdi yaşayış evi və 0.0399 ha yaşayış məntəqələrinin torpaqları 31 №li reyestr kitabının 49 №li vərəqində xx.xx.2021-ci il tarixdə fərdi yaşayış evi tam, torpaq sahəsi ümumi birgə X18, torpaq sahəsi ümumi birgə Cavabdeh2, X23, X3, X21 və X6 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********10-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 4 fərdi yaşayış evi və 0.0399 ha yaşayış məntəqələrinin torpaqları 31 №li reyestr kitabının 49 №li vərəqində xx.xx.2021-ci il tarixdə fərdi yaşayış evi tam, torpaq sahəsinin 6/12 hissəsi X18, torpaq sahəsinin 2/12 hissəsi X3, torpaq sahəsinin 2/12 hissəsi X21 və torpaq sahəsinin 2/12 hissəsi X6 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayon İcra Hakimiyyəti Balakən Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 17 aprel 2023-cü il tarixli 737 nömrəli arayışından görünür ki, Balakən şəhər İƏD üzrə nümayəndəliyinin 1996 - 2000-ci illər üzrə olan əhalinin qeydiyyat kitablarında həqiqətən şəhərin Sabir küçəsi 17 saylı ünvanda X8 ailə başçısı olduğu təsərrüfatda aşağıda adları qeyd edilmiş şəxslərin qeydiyyatda olması haqqında və 0.04 ha həyatyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində X8 adına 1 mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 88.0 kv.m olan fərdi yaşayış evinin olması barədə məlumat aşkar olundu : 1996 -2000 -ci illər üzrə əhalinin qeydiyyat kitabından çıxarış

1. X17- ailə başçısı 2. X35 -oğlu 3. X29-qızı 4. X42 -oğlu 5. X10-gəlini 6. X36-nəvəsi

7. X20-nəvəsi İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayon ZAQS Şöbəsi tərəfindən 26 mart 1971-ci il tarixdə verilmiş AZB seriyalı 066603 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X42 xx.xx.1971-ci il tarixdə anadan olmuş, atası X27, anası X17 yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayonu İtitala kənd soveti tərəfindən 10 aprel 1990-ci il tarixdə verilmiş XV-JQ seriyalı 280390 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx xxxx 1958-ci il tarixdə anadan olmuş, atası X27, anası X17 yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş 24 yanvar 1980-ci il tarixli İİ-JQ seriyalı 310039 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X27 ilə X22 arasında nikah 09 mart 1957-cu il tarixdə 4 nömrə ilə nikah qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Sultanova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş İşim Şəhər inzibati idarəsinin VVAQ Komitəsi tərəfindən 27 yanvar 2017-cı il tarixli İ-FP 883880 nömrəli ölüm haqqında şəhadətnaməsindən görünür ki, X42 xx.xx.2017-ci ildə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2017-ci ilin yanvar ayının 27 günündə 100 № ilə qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayonu Qeydiyyat Şöbəsinin 25 noyabr 2022-cı il tarixli AZ-İİ 297308 nömrəli ölüm haqqında şəhadətnaməsindən görünür ki, X38 xx.xx.1990-ci ildə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1990-ci ilin 10 ayının 01 günündə 28 № ilə qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayonu Qeydiyyat Şöbəsinin 24 noyabr 2022-cı il tarixli AZ-İİ 297305 nömrəli ölüm haqqında şəhadətnaməsindən görünür ki, X27 xx.xx.1979-ci ildə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1979-ci ilin 09 ayının 20 günündə 44 № ilə qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 119 nömrəli arayışında göstərilir ki, mərhum X9 həqiqətən Balakən şəhər Sabir küçəsində olan toıpaq və əmlak vergisi qızı İddiaçı tərfindən ödənilir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş «Azəriqaz» X13 RQİİ-nin Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2014-ci il tarixli ******* nömrəli aktından görünür ki, Balakən şəhəri Sabir küçəsində fərdi evdə sifarişçi (istehlakçı) kimi İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayon İcra Hakimiyyəti Balakən Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin Azərbaycan Respublikası Vəkillər Kollegiyası Balakən Rayon Vəkil Bürosunun vəkil Nümayəndə ünvanlanmış 19 aprel 2023-cü il tarixli 143 nömrəli arayışından görünür ki, Balakən şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi X1 yaranmış problemlərlə əlaqədar və müalicədə olduğunu nəzərə alaraq Balakən Rayon İcra Hakimiyyəti başçısının 29 dekabr 2020-ci il tarixli və 162 saylı sərəncamına əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Balakən şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsinin səlahiyyətlərini müvəqqəti olaraq nümayəndəliyin müavini X31 icra etmişdir. DƏDRX-nin 18 saylı Ərazi idarəsinə təqdim etmək üçün xx.xx.2021-ci il tarixdə verilmiş 205 saylı arayışda göstərilmiş məlumatlar, Balakən şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2018-2022-ci illər üzrə 6 saylı ev təsərrüfatları uçotu kitabında qeyd edilmiş məlamatlar yazılmışdır. Balakən şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 6 saylı ev təsərrüfatları uçotu kitabının 88 və 89-cu səhifəsində ünvan 1 ünvanda, əvvəllər mərhum X17 ailə başçısı olmuş, X8 vəfatından sonra isə, oğlu X18 ailə başçısı, və həmin ünvanda qeydiyyatda olduğu (Şəxsiyyət vəsiqəsi AZE ********), 511 saylı təsərrüfat qeyd edilmişdir. Həmin təsərüfatda 1937-ci ildə inşa edilmiş , l(bir) mərtəbəli, 3(üç) otaqlı, 90 kv.m ümumi sahəsi, 50 kv.m yaşayış sahəsinə malik fərdi yaşayış evi və həmin ünvanda ' 0,04 ha həyatyanı torpaq sahəsinin olduğu və X18 aşağıda qeyd edilmiş ailəsi olması barədə məlumat qeyd edilmişdir: yoldaşı X34 xx.xx.1967 Bakıda, oğlu X56 xx.xx.1992 Bakıda, qızı X44 xx.xx.1997 Bakıda. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikasinin Milli Arxiv İdarəsi Balakən Rayon İcra Hakimiyyəti Balakən Rayon Dövlət Arxivinin 27 fevral 2023-cü il tarixli 3-48-7a/2-16/2023 nömrəli məktubda göstərilir ki, Balakən Şəhər ZDS,XDS İcraiyyə Komitəsinin və İcra Nümayəndələyinin 1975-2022-ci illərə aid təsərrüfatbaşına (qeydiyyat ) kitabları Dövlət Arxivinə təhvil verilməyib. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan 08 dekabr 2021-ci il tarixli, Daşınmaz Əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 mülkiyyət hüququ üzrə özünə məxsus olan Balakən şəhəri Sabir küçəsi 17 ünvanında yerləşən 0.0399 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ ilə özünə məxsus olan 3/12 hissəsini hədiyyə olaraq qardaşı X24 bağışlamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş **********00000 nömrəli abonent saldosundan görünür ki, həmin nömrəli abonent saldosu İddiaçı adınadır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 13 avqust 2021-ci il tarixli qanun üzrə X41 şəhadətnamədən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfal etmiş-X23 vərəsələri' BALAKƏN, SABİR K-Sİ. EV 17 ünvanında qeydiyyatda olan ''QARDAŞİ Cavabdeh1 SABAN OĞLU (AZE13040542, xx.xx.2013 - Balakən, FİN:4469DN5, d/t:xx.xx.1963)BALAKƏN RAYONU, MAHAMALAR ƏRAZİ DAİRƏSİ, MAHAMALAR KƏNDİ ünvanında qeydiyyatda olan BACİSİ Cavabdeh2 QİZİDİR (AA1872406. xx.xx.2020 - BALAKƏN P^Ş QvSV qrupu FİN:xxxxxxx, d/t: xx.xx.1965) və onların hər biri miras əmlakdan 1/2 hissə ilə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ƏMDK-NİN YANİNDA DƏDRX-NİN 18 SAYLİ ZAQATALA ƏRAZİ İDARƏSİ tərəfindən xx.xx.2021 tarixdə X42NA verilmiş **********10-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən BALAKƏN ŞƏHƏRİ SABİR KÜÇƏSİ, EV 17 ünvanında yerləşən ümumi sahəsi 0.0399 ha olan torpaq sahəsinin mərhuma çatacaq hissəsindən ibarətdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X26 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları Bəyannaməsinin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.2-ci maddəsinə əsasən həmin Məcəllənin 223.2-223.4-cü maddələrinə görə birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında belə bir hüquqi mövqe ifadə edilmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayəti ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2004-cü il tarixli qərarında göstərilir ki, hüququn dövlət qeydiyyatına alınmasına qədər şəxs ona verilən əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Bu isə daşınmaz əşyanın əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Müşfiq Bayramovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyun 2011-ci il tarixli qərarında göstərilir ki, torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi torpaq üzərində mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarını istisna etmir. «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında mülkiyyət hüququnun məzmunu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: «Mülki və torpaq qanunvericilyinin müddəalarından da göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir». Məhkəmə qeyd edir ki, Konstitusiyasının 13 və 29-cu maddələrinin və mülkiyyətin müdafiəsi ilə bağlı digər qanun normalarının mahiyyəti hər bir mülki hüquq subyektinin mülkiyyət hüququnu tanımaqla bərabər onların mülki dövriyyədə eyni hüquqi rejimə malik olmalarını, həmçinin subyektiv hüquqların müdafiəsi ilə bağlı imkan və vasitələrin həcmində də (o cümlədən iddia müddətinin tətbiq olunmaması da) fərqlərin mövcudluğunu inkar edir. Bu müddəaların başqa cür qəbul edilməsi mülkiyyət növləri arasında ayrıseçkilik yaratmaqla yanaşı digər Konstitusiya normalarının deklarativliyinə gətirib çıxarmaqla bütövlükdə onların sistemliliyinə xələl gətirmiş olardı. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi əmlakdan istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə Marks Belçikaya qarşı işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Məhkəmə Sporronq və Lonrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ şərti və qeyri-sabit xarakter almışdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarının 39,40 və 41-ci bəndlərində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxil qanunvericilikdə formal təsnifatdan asılı deyil:əmlakı təşkil edən bəzi hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Belə olan halda məhkəmə razılaşır ki, ərizəçinin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən «mülkiyyət» in təşkil olunması üçnü kifayət qədər əsaslıdır. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə X41 şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 58-ci maddəsinə əsasən X41 şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir; mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə X41 şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən X41 şəhadətnamə verilənədək təqdim olunmalıdır; notarius yetkinlik yaşına çatmamış və fəaliyyət qabiliyyəti olmayan vərəsələrin adına X41 şəhadətnamə verilməsi barədə onların əmlak mənafelərini mühafizə etmək məqsədi ilə vərəsənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir: miras əmlak dövlətə keçdikdə şəhadətnamə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına verilməlidir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə əsasən notarius qanun üzrə X41 şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır; qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə X41 şəhadətnaməyə daxil edilə bilərlər. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinə əsasən notarius vəsiyyətnamə üzrə X41 şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır; notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 26 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir ki, 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir; 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır; müraciət edən şəxslərin vərəsə olması mübahisə predmeti deyildirsə, mübahisə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariat orqanları vərəsəlik payının nisbətini göstərmədən müvafiq sənədi verməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında" Təlimatın 95-ci bəndinə əsasən, mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka vərəsələr və dövlətə X41 şəhadətnamə verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1322-ci maddəsində qeyd olunur ki, vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında" Təlimatın 96-cı bəndinə görə X41 şəhadətnamə vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra verilir. Əgər notariusda şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, X41 şəhadətnamə altı aydan tez də verilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.4-cü maddəsinə əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. 2.1-ci maddəsində deyilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0.4-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X26 Haqqında” Avropa Konvensiyası müddəalarının və «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin» presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan Hüquqlarının və X26 Haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri uzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən insan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası məhkəmə hakimiyyəti orqanlarının borcudur, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları uzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları uzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı”işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Məhkəmə “Sporronq və Lonnpot İsveçə qarşı” işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 28 iyul 2022-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 95-ci bəndinə əsasən mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka dair mirası qəbul etmiş fiziki və hüquqi şəxslərə, habelə dövlətə vərəsəlik şəhadətnaməsi verir. «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 96-ci bəndinə əsasən X41 şəhadətnamə vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra verilir. Əgər notariusda şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, X41 şəhadətnamə altı aydan tez də verilə bilər. «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 102-ci bəndinə əsasən notarius qanun üzrə X41 şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə, habelə bu Təlimatın 13-cü hissəsinin altıncı abzasına uyğun miras qoyanın ölümü faktını, mirasın açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Ölüm faktı vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnaməsi, mirasın açıldığı vaxt isə həmçinin şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq edilir.Mirasın açıldığı yer aşağıdakı sənədlərlə təsdiq olunur: miras qoyanın yaşayış yeri haqqında müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edilən məlumat, ölənin yaşayış yeri məlum olmadıqda isə miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer haqqında sənəd. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməli, Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisində 13 avqust 2021-ci il tarixdə 2V-549 nömrə ilə tərtib edilmiş qanun üzrə X41 şəhadətnamə ləğv edilməli, Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisində 13 avqust 2021-ci il tarixdə 2V-549 nömrə ilə tərtib edilmiş qanun üzrə X41 şəhadətnamə əsasında verilmiş qeydiyyat nömrəsi **********10-10301 olan hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və Reyestrdəki qeyd qismən-0.0399 ha həyətyanı torpaq sahəsinə aid hissədə ləğv edilməli, JN-303A KOD 40101004 saylı mülkiyyət şəhadətnaməsinə əsasən iddiaçının mərhum qardaşı X23 mülkiyyətinə verilmiş torpaq sahəsindən qanun üzrə vərəsəlik zamanı iddiaçıya çatacaq miras payı müəyyən edilməli, iddia tələbi mərhum valideynləri atası X27 və anası X5 miras qalmış ünvan 1 ünvanda olan 0.0399 ha həyətyanı torpaq sahəsində yerləşən 1953-cü ildə tikilmiş 1 mərtəbəli 3 otaqlı, ümumi sahəsi 88.8 kv.m olan evdən qanun üzrə vərəsəlik zamanı iddiaçıya çatacaq miras payının müəyyən edilməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir. Eyni zamanda iddia qismən təmin edildiyi üçün cavabdehlər X54 Xidmət Mərkəzinin Notariat Ofisinin xüsusi notariusu Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 100 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisində 13 avqust 2021-ci il tarixdə 2V-549 nömrə ilə tərtib edilmiş qanun üzrə X41 şəhadətnamə ləğv edilsin; Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisində 13 avqust 2021-ci il tarixdə 2V-549 nömrə ilə tərtib edilmiş qanun üzrə X41 şəhadətnamə əsasında verilmiş qeydiyyat nömrəsi **********10-10301 olan hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və Reyestrdəki qeyd qismən-0.0399 ha həyətyanı torpaq sahəsinə aid hissədə ləğv edilsin. xx.xx.2017-ci il tarixdə vəfal etmiş X23 miras əmlakı olan xx.xx.2021 tarixdə verilmiş **********10-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Balakən şəhəri Sabir küçəsi ev 17 ünvanında yerləşən ümumi sahəsi 0.0399 ha olan torpaq sahəsinin mərhuma çatacaq 1/5 hissəsinə, ümumi əmlakın 1/30 hissəsinə İddiaçı miras payı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər X54 Xidmət Mərkəzinin Notariat Ofisinin xüsusi notariusu Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 100 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar