Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-386/2023 03.08.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi-vəkili Vəkil iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 tam mülkiyyət hüququ üzrə ona məxsus olan daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydə alınmış evdən çıxarılmaları və o, İddiaçı1 və həyat yoldaşı İddiaçı2 həmin evə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi-vəkili Vəkil iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə ilə müraciət edib, iddianın həcmini cavabdehlər Cavabdeh1, Cavabdeh2 tam mülkiyyət hüququ üzrə ona məxsus olan daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydə alınmış evdən çıxarılmaları tələbi hissəsində azaldaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydə alınmış evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxşı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddialarını onunla əsaslandırmışlar ki, İddiaçı1 Balakən rayonu Qullar kəndində xüsusi mülkiyyətində fərdi yaşayış evi vardır. Sözügedən evdə cavabdehlər- oğlu və gəlini yaşayır. Ev tam mülkiyyət hüququ əsasında ona məxsus olsa da, cavabdehlər qanunzsuz olaraq onu və həyat yoldaşını həmin evə daxil olmağa, evdə yaşamağa evdən istifadə etməyinə maneə olurlar, nəticədə isə o, özünə məxsus evdə həyat yoldaşı ilə yaşamaq, istifadə və sərəncam vermək hüququmdan məhrum olmuşdur. Cavabdehlər yad insanlar yox, öz oğlu və gəlini olduğu üçün o və həyat yoldaşı dəfələrlə cavabdehlərə onlara həmin evdə yaşamağa, istifadə etməyə mane olmalarının həm qanunsuz, həm də milli mənəvi dəyərlərə zidd olduğunu, qohum-əqraba, qanum-qonşu arasında övladın ata- anasına qarşı bu cür davranışın düzgün olmadığını izah etsələr də, təəssüflər olsun ki, cavabdehlər böyüklərin sözünü dinləmədən ata-anasını mülkiyyət hüquqlarını həyata keçirməyə mane olmaqda davam edirlər. Bu səbəbdən də onlar böyük xəcalət hissi ilə məcburiyyət qarşısında oğlu və gəlinlərini məhkəməyə vermək, mülkiyyət hüquqlarını bərpa edib yaşlı ahıl vaxtda qalan ömürlərini mülkiyyətçisi olduqları evdə yaşamaq istəyirlər. Buna görə də göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi-vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, həmçinin iddia predmetini təşkil edən Balakən rayonu Qullar kəndində yerləşən fərdi yaşayış evinin İddiaçı1 və İddiaçı2 birgə nikah dövründə əldə oldunduğunu, iddiaçılaran ümumi birgə mülkiyyətini təşkil etdiyini, İddiaçı1 və İddiaçı2 başqa yaşayış evlərinin olmadığını, iddiaçıların hazırda çarəsizlikdən evin yanında tikdikləri heç bir şəraiti olmayan köməkçi tikilidə yaşadıqlarını bildirərək, iddianın təmin olunmasını xahiş etmişdir. Hazırki iş üzrə 25 may 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək, mübahisə predmetini təşkil edən Balakən rayonu Qullar kəndində yerləşən fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə atası İddiaçı1 adına qeydə alındığını, həmin evin atası İddiaçı1 Həybulla oğlunun və anası İddiaçı2 ərarvad kimi ümumi birgə mülkiyyətində olduğunu, eyni zamanda həmin evin yerləşdiyi 0.20 ha həyətyanı torpaq sahəsinin ümumi birgə mülkiyyət hüququ üzrə atası İddiaçı1, anası İddiaçı2, onun və X2 adına qeydə alındığını, onun həyat yoldaşı Cavabdeh2 və 2 uşağı ilə uzun müddətdir ki, həmin evdə yaşadıqlarını, atası İddiaçı1 və anası İddiaçı2 evin yanında olan köməkçi tikilidə yaşadıqlarını, evin 3 otaqdan və koridordan ibarət olduğunu və onların ailəsi üçün darısqal olduğunu, ona görə də evdə atası İddiaçı1 və anası İddiaçı2 yaşaması üçün şərait olmadığını bildirərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Hazırki iş üzrə 25 may 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək, mübahisə predmetini təşkil edən Balakən rayonu Qullar kəndində yerləşən fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə qaynatası İddiaçı1 adına qeydə alındığını, həmin evin qaynatası İddiaçı1 Həybulla oğlunun və qaynanası İddiaçı2 ər-arvad kimi ümumi birgə mülkiyyətində olduğunu, eyni zamanda həmin evin yerləşdiyi 0.20 ha həyətyanı torpaq sahəsinin ümumi birgə mülkiyyət hüququ üzrə qaynatası İddiaçı1, qaynanası İddiaçı2, əri Cavabdeh1 və X2 adına qeydə alındığını, onun həyat yoldaşı Cavabdeh1 və 2 uşağı ilə uzun müddətdir ki, həmin evdə yaşadıqlarını, qaynatası İddiaçı1 və qaynanası İddiaçı2 evin yanında olan köməkçi tikilidə yaşadıqlarını, evin 3 otaqdan və koridordan ibarət olduğunu və onların ailəsi üçün darısqal olduğunu, ona görə də evdə İddiaçı1 və İddiaçı2 yaşaması üçün şərait olmadığını bildirərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sonrakı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi idarəsi reyestr nömrəsi **********14-10301 olan, 1788 invertar qeydiyyat nömrəli 07 yanvar 2022-ci il tarixli Texniki Pasportdan görünür ki, Balakən rayonu Qullar kəndində yerləşən fərdi yaşayış evi İddiaçı1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********14-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Qullar kəndində yerləşən fərdi yaşayış evi 34 №li reyestr kitabının 48 №li vərəqində xx.xx.2022-ci il tarixdə fərdi yaşayış evi tam, torpaq sahəsi ümumi birgə İddiaçı1, torpaq sahəsi ümumi birgə İddiaçı2, Cavabdeh1 və X2 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallaırnda olan Balakən rayonu Qullar kənd soveti tərəfindən 30 sentyabr 1980-cı ildə verilmiş İİ-JQ seriyalı 310420 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 ilə İddiaçı2 arasında nikah Balakən rayonu Qullar kənd sovetində 30 sentyabr 1980-cı il tarixdə 49 nömrə ilə nikah qeyd edilmiş, nikah bağlanandan sonra arvada Dibirova soyadı verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçılar hazırki iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu ödəmişlər. Məhkəmə iddiaçıların nümayəndəsinin və 25 may 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdehlərin izahatlarını dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tərəflərin izahatı, işdə olan sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, Balakən rayonu Qullar kəndində yerləşən fərdi yaşayış evi 34 №li reyestr kitabının 48 №li vərəqində xx.xx.2022ci il tarixdə fərdi yaşayış evi tam, torpaq sahəsi ümumi birgə İddiaçı1, torpaq sahəsi ümumi birgə İddiaçı2, Cavabdeh1 və X2 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********14-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Çıxarış verilmişdir. İddia predmetini təşkil edən Balakən rayonu Qullar kəndində yerləşən fərdi yaşayış evi iddiaçılar İddiaçı1 və İddiaçı2 ümuim birgə mülkiyyətini təşkil edir. Mübahisəli evdə hal-hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 uşaqları ilə birlikdə yaşayırlar. İddiaçıların başqa yaşayış yeri yoxdur. İddiaçılar dəfələrlə İddiaçı1 xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə köçüb, orada yaşamağa cəhd göstərsələr də, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onları evə buraxmamış və evdə yaşamalarına maneçilik törətmişlər. İddiaçılar iradəsindən asılı olmayaraq, həmin evdən istifadə edə bilmirlər, həmçinin mübahisəli ev yaşayış üçün yararlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlarına müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli iş üzrə qərarında qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmli fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəkilində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.2-ci maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 8.0-cı maddəsinə görə mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə əsasən mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 9.2.1 və 9.2.2-ci maddələrinə əsasən o cümlədən mənzil hüquqlarının müdafiəsi müvafiq olaraq mənzil hüquqlarının tanınması; mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması üsulları ilə həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə-Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonratələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülikiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Məhkəmə, cavabdehlərin iddiaçıların iradəsinin ziddinə olaraq onların mübahisəli evə sahiblik etmək, həmin evdən istifadə etmək və evə sərəncam vermək hüquqlarına maneələrin yaradılmasını iddiaçıların Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrində, Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit olunmuş mülkiyyət hüquqlarının və Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 8, 9,12, 30 və sair maddələrində və Avropa Konvensiyasının 8-ci maddəsində təsbit olunmuş mənzil hüquqlarının pozulması kimi qiymətləndirir. Belə ki, işin faktoloji halları olaraq müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ər-arvaddırlar və mübahisəli Balakən rayonu Qullar kəndində yerləşən fərdi yaşayış evi onların birgə nikahı dövründə əldə edilmiş ümumi mülkiyyətini təşkil edir, həmin evə İddiaçı1 mülkiyyət hüququ qeydə alınmışdır. Yuxarıda istinad olunan qanun normalarının tələbinə əsasən mülkiyyət hüququ-əmlaka sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarının məcmusundan ibarətdir. İşdəki sübutlardan görünür ki, cavabdehlər iddiaçıları, iddiaçıların mülkiyyətində olan Balakən rayonu Qullar kəndində yerləşən fərdi yaşayış evinə yaşamağa buraxmamaqla, buna maneələr yaratmaqla, iddiaçıların həmin evə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verməkdə ifadə olunan mülkiyyət hüquqlarını pozurlar. İş materiallarından həmçinin görünür ki, iddiaçıların mülkiyyətlərində olan evə mənzil hüquqları, orada yaşamaq hüquqları vardır. Onların həmin mənzillə əlaqələri davamlı olmaqla həmin əmlaka mülkiyyət hüquqlarından irəli gəlir. Cavabdehlər iddiaçıların mənzili sayılan Balakən rayonu Qullar kəndində yerləşən fərdi yaşayış evində yaşamağa maneçiliklər yaratmaqla, onları yaşamaq üçün həmin evə buraxmamaqla iddiaçıların mənzil hüquqlarını, həmin mənzilin toxunulmazlığına hörmət hüququnu da pozurlar. Avropa İnsan Hüquqları Məhkəməsinin Strunjaq və başqaları Xorvatiyaya qarşı iş üzrə ərizənin qəbul edilənliyi barədə qərarında (ərizə №46943/99, Avropa İnsan Hüquqları Məhkəməsinin 2000-X) qeyd edilmişdir ki, Konvensiyanın 8-ci maddəsi yalnız şəxsin hazırkı mənzilinin toxunulmazlığına hörmət hüququnu qoruyur. Avropa İnsan Hüquqları Məhkəməsinin O.ROUK Birləşmiş Krallığa qarşı işində ərizənin qəbul edilənliyi barədə qərarında (ərizə №46934/99, Avropa İnsan Hüquqları Məhkəməsinin 2000-X) və X1rşı iş üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddəsində nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi yuxarıda adı çəkilən Gillounun işinə dair qərarında xatırlatmışdır ki, Gillounun işində ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə «mənzil» qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardı (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/3 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar)». Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda göstərilən qərarlarına əsasən hesab edir ki, həmin evin iddiaçıların mülkiyyət hüququ əsasında daimi yaşayış yeri olması, onların başqa yaşayış yerinə malik olmaması və evə mülkiyyət hüquqlarının olmasına görə həmin evi Avropa Konvensiyasının 8-ci maddəsinin mənası baxımından iddiaçıların mənzili adlandırmaq olar. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı tərəf həmin evə mülkiyyət hüquqlarına, o cümlədən sahiblik və istifadə hüquqlarına malik olduğundan, onların həmin evə sahiblik edib, istifadə etməsinə məhdudiyyətlərin yaradılması Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43-cü maddələri, Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi və Avropa Konvensiyasının 8-ci maddəsinin tələbləri baxımından iddiaçıların evə mülkiyyət hüququna və mənzil hüququna müdaxilə kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, iddiaçıların həmin evə köçürülməsi ilə bağlı iş üzrə mötəbər sübutlar əsasında müəyyən olunmuş faktoloji və hüquqi əsaslar iddianın tam qanuni və əsaslı olması nəticəsinə gəlməyə zəmin yaradır və məhkəmə də bu faktoloji halları yuxarıda dəyərləndirməklə iddianın təmin olunması qənaətinə gəlir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli yuxarıda göstərilən hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı1 və İddiaçı2 Balakən rayonu Qullar kəndində yerləşən İddiaçı1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydə alınmış fərdi yaşayış evinə köçürülməlidir. Həmçinin iddia təmin olunduğu üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 100 manat məbləğində dövlət rüsumu alınaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Balakən rayonu Qullar kəndində yerləşən İddiaçı1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydə alınmış fərdi yaşayış evinə köçürülsün. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 100 manat məbləğində dövlət rüsumu alınaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-386/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-386/2023
03.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver