Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-390/2022 14.07.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ondan borc olaraq götürdüyü 7000 (yeddi min) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, o, 2012-ci ildə Mahamalar kənd İ.Ə.D-üzrə nümayəndəsi vəzifəsində işləmiş, Cavabdeh isə həmin kənd sakini kimi tanımışdır. 2012-ci ilin sentyabr ayının əvvəllərində işdən nahar fasiləsinə evə gələrkən İkramatı həyətində olan navesin altında görmüşdür. İkramat onu görən kimi ağlayaraq qızı və özünün xəstə olduğunu ona bildirməklə pula ehtiyacı olduğunu və köməklik göstərilməsini ondan xahiş etmişdir. Ona bildirmişdir ki, nə ərindən nə də qardaşlarından heç kim ona “əl tutmur”, o, isə başından təcili əməliyyat olunmalıdır . İkramat onun və ailəsinin qarşısında bu sözləri ağlayaraq demiş və yardım istəmişdir. Ona bildirmişdir ki, Bərdədə tanışı var, ondan qoyunlar alıb sataraq ailəsini dolandırır. Əlində olan pulu qızının və özünün müalicəsinə xərclədiyindən qoyun almaq üçün ondan 7000 manat borc pul istəmiş və pulu 3 ay müddətinə qaytaracağını bildirmişdir. Həmin ərəfədə onun qızı nişanlı olmuş, toyu olacaqdı. İkramat ona demişdir ki, “ əl tutsan sənə qızının toyu üçün 4 baş quzunu pulsuz verəcəm” . İkramata mərhəmət edərək evdən 7000 manatı götürüb ona vermişdir. Həmin ərəfədə onun evində su xətlərini dəyişdirən usta Şahid2 da olmuşdur. Onlar nahar fasiləsini navesin altında etdikləri üçün usta da navesin altında olmuş və onun İkramata borc pul verdiyini həyat yoldaşı ilə birlikdə şahid olmuşlar. İkramat bildirmişdir ki, “tələsmə, 100 baş quzu gətirib 3 ay müddətində kökəldib satacam , təzə ildə pulunu verəcəyəm”. Ona deyilən müddət keçdikdən sonra İkramatı tapıb pulunu tələb etmişdir. İkramat demişdir ki, qış olduğu üçün quzular kökəlməyib,ona görə quzuları sata bilməyib , pulunu mart ayında verəcəkdir. Daha sonra təkrar 2013-cü ilin mart ayında İkramatın evinə gedib pulunu tələb etmişdir. İkramat yenə də quzuları sata bilmədiyini, pulu may ayında verəcəyini söyləmişdir. Ona məlum oldu ki, İkramat onu aldatmışdır, quzuları isə satıb pulunu mənimsəmişdir. Eyni zamanda,ona məlum olmuşdur ki, İkramat digər insanları da müxtəlif üsullarla aldadaraq pulunu mənimsəmişdir. Ondan pulunu ala bilmədiyi üçün İkramatın qardaşı Abdullayev Ramazana müraciət etmişdir ki, İkramat pulunu qaytarsın.Qardaşı ona bildirmişdir ki, “o, məni xeyli ziyana salıb, onu həyatımdan silmişəm, o adlı bacım yoxdur” . Ona bu barədə söhbət etməməyi belə xahiş etmişdir. O, çarəsiz qalıb yoldaşı ilə birlikdə İkramatın Qullar kəndində yaşayan bacısı Kərimətin evinə getmiş, vəziyyəti ona danışmışdır.Onlarla birlikdə Kərimətin oğlu da iştirak etmişdir. Kərimətin oğlu İkramata zəng edərək təcili onlara gəlməsini söyləmişdir. Bir saatdan sonra İkramat evə gəldikdə onu və həyat yoldaşını görüb pərt olmuşdur. Bacısı oğlu “nə üçün götürdüyün pulu qaytarmırsan?” dedikdə İkramat zəlzələdən evinə kompensasiya pulu alacağını, həmin puldan borcu qaytaracağını demişdir. Ondan pul almamışdan əvvəl İkramat pul almaq üçün kənd sakini olan Şahid1 da 10.000 manat borc tələbi ilə müraciət etmişdir. Şahid1 isə pulunun olmadığını bildirərək borc verməmişdir. Hətta Ayşəyə “kimdənsə borc al mənə ver” dedikdə, Ayşə ona borc istəyəcəyi adamı olmadığını söyləmişdir. Qeyd etdiyi kimi İkramat Ayşədən pul ala bilmədiyi üçün onu tora salmışdır. İki gün sonra Ayşə İkramatla görüşmüş , ona “pul tapdınmı?” sualını vermişdir. İkramat Ayşəyə bildirmişdir ki, İddiaçı 7.000 manat pul almışdır. O və İkramatın borclu olduğu digər insanlar qrup halında Balakən rayon prokuroruna və Polis rəisinə borc pul tələbinə dair yazdıqları şikayət ərizəsinə nə polis ,nə də prokuror baxmamışdır. Onlar tərəfindən heç bir rəsmi cavab verilməmişdir. Onun öz pulunu tələb etməməsi üçün İkramat bir qrup şəxslə guya ona pula vermələri barədə Balakən rayon prokuroruna və Balakən rayon Polis Şöbəsinə şikayət ərizələri yazmışlar. Həmin şəxslərin şikayəti əsasında Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi başlanmış və Balakən rayon Polis Şöbəsində istintaqı aparılmışdır. O, həmin cinayət işinin istintaqını aparan M.Həşimovaya İkramat tərəfindən pulunun mənimsənilməsi və ondan pulunun alınmasına köməklik göstərilməsini xahiş etsə də Mətanət Həşimova onun şikayətinin özü araşdırdığı məsələyə aidiyyatı olmadığı üçün baxmayacağını bildirmişdir. Halbuki, zərərçəkmiş şəxs kimi istintaqa dəvət edilmiş Şahid1 və həyat yoldaşı ifadələrində onun tərəfindən İkramata pul verildiyini istintaqa bildirmişlər.Eyni zamanda ondan pul alarkən evində şahid olmuş Şahid2 də istintaqa dəvət edib izahatının alınmasını müstəntiqə desə də onu da dəvət etməmişdir. Mətanət Həşimova onu və İkramatı Cinayət Məcəlləsinin 178.2.1,178.2.2 və 178.2.3-cü maddələri ilə məhkəməyə vermişdir ki, onlar əlbir olub müxtəlif şəxslərin pulunu dələduzluq yolu ilə ələ keçirtmişlər. Balakən Rayon Məhkəməsində ona bəraət verilsə də sonradan bəraət hökmü ləğv edilmiş və o məhkum olunmuşdur. Həmin hökmə əsaslanaraq məhkəmədə qaldırılmış iddialara əsasən ondan 4000 manat pulun tutulub iddiaçılara verilməsi qət edilmişdir. Bütün bunların səbəbkarı isə İkramat olmuşdur. Bu səbəbdən də o da iddia qaldıraraq İkramatdan pulunu tələb etməyə başlamışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid ismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, İddiaçı və Cavabdeh tanıyır, hər ikisi həmkəndliləridir. Cavabdeh 2012-ci ildə onun yanına gələrək ondan 10.000 manat borc pul istəmiş, lakin o, İkramata pul verməmişdir.Sonradan İkramat onun yanına gələrək Mahamalar kənd icra nümayəndəsi işləmiş İddiaçı 7000 manat borc pul aldığını bildirmişdlir. O,bir neçə gün sonra İddiaçı görmüş və ondan İkramata pul verib vermədiyini soruşmuşdur. İddiaçı əvvəlcə pul vermədiyini demiş, lakin sonradan İkramata pul verdiyini bildirmişdir. Halbuki bir müddət əvvəl o, İddiaçı 200 manat borc pul istəmiş,İddiaçı verməmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, İddiaçı həmkəndçisi kimi tanıyır, Cavabdeh isə tanımır.2012-ci ilin avqust ayında İddiaçı həyətində hovuz tikərkən orada ustalıq etmişdir. Onlar günorta zamanı çörək yeyərkən bir nəfər qadın Sabir müəllimin yanına gəlmiş və ağlayaraq ondan borc pul istəmişdir. Sabir müəllimdə arvadına pul gətirməsini demiş və arvadının gətirdiyi pulu həmin qadına vermişdir. Sonra arvadı narazılıq edərək Sabir müəllimə niyə həmin qadına 7000 pulu verdiyini demişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, İddiaçı əri, Cavabdeh isə həmkəndlisidir. 2012-ci ilin yayında Cavabdeh bir neçə dəfə onlara gəlib ağlayaraq uşağının xəstə olduğunu, ərinin Rusiyada olmaqla ona köməklik göstərmədiyini bildirərək onlardan borc pul istəmişdir. İkramat ona bildirmişdir ki, o, əri Sabirə desə Sabir ona borc pul verər. İkramat bir dəfə də günorta vaxtı onlara gələrək əri Sabirdən borc pul istəmiş və Bərdədən qoyun gətirib pulu tezliklə qaytaracağını demişdir.Sabir də ona inanıb borc olaraq İkramata 7000 manat borc pul vermişdir. Hal-hazıra kimi İkramat ərindən borc aldığı pulu qaytarmamışdır. Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçıla Cavabdeh arasında kəskin ziddiyyət və narazılıq vardır. Cavabdeh digər şəxslərlə birlikdə İddiaçı onları aldadaraq pullarını ələ keçirtməsi barədə hüquq mühafizə orqanlarına şikayət ərizələri vermişlər.Həmin şikayətlər əsasında cinayət işi başlanmış və İddiaçı məhkum olunmuşdur. Bundan sonra İddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ondan 2012-ci ilin yayında 7000 manat pulu borc aldığını göstərmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. İddiaçı Cavabdeh 7000 (yeddi min) manat pulu borc verdiyini iddia etsə də bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədi. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İddiaçı vəsatəti əsasında dindirilən şahidlərin ifadələri isə işin faktiki hallarına uyğun olmadığından məhkəmə tərəfindən qəbul edilməmişdir. Belə ki, Şahid1 İddiaçı Cavabdeh borc pul verdiyini görməmiş, ifadəsində Cavabdeh ona İddiaçı İkramata 7000 manat pul verdiyini bildirdiyini göstərdi. Halbuki Cavabdeh heç vaxt İddiaçı pul aldığını bildirməmiş, əksinə İddiaçı onun pulunu ələ keçirtdiyini bildirmişdir. Eyni zamanda o özü etiraf etdi ki, İddiaçı 200 manat pul borc istəmiş,İddiaçı ona borc verməmişdir. Şahid qismində dindirilən Şahid3 əri İddiaçı ifadəsinə uyğun ifadə verməsi təbiidir. Ona görə məhkəmə onun ifadəsini də sübut kimi qəbul etməmişdir. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində İddiaçı 2012-ci ilin avqust ayında İddiaçı həyətində hovuz tikərkən orada ustalıq etdiyini, iddiaçı isə Şahid2 onun evində su xətlərini dəyişdirdiyini göstərmişdir. Bundan başqa İddiaçı həyətdə digər şəxslərin yanında 7000 manatı Cavabdeh verməsi inandırıcı deyildir. Məhkəmə işin müəyyən edilmiş hallarını, İddiaçıla Cavabdeh arasında kəskin ziddiyyət və narazılıq olmasını, Cavabdeh şikayətləri əsasında İddiaçı məhkum olunmasını, bundan sonra İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini, icra nümayəndəsi işləmiş İddiaçı maddi vəziyyəti ağır olan bir şəxsə heç bir təminat olmadan 7000 manatı borc verməsinin inandırıcı olmamasını nəzərə alaraq bu nəticəyə gəlir ki, iddia tələbi əsassızdır, ona görə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin . Ödənilmiş 90 manat dövlət rüsumu xərci İddiaçı özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-390/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-390/2022
14.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver