Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-407/2025 20.05.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı1, cavabdeh (Cavabdeh1 nümayəndəsi-arvadı) X5, tərcüməçi X2 iştirakı ilə İddiaçı1 cavabdehlər Cavabdeh1 və X3rşı maneələrə son qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 cavabdehlər Cavabdeh1 və X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) yerləşən ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evi və 0.0915 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinə İddiaçı1 sərbəst giriş-çıxışına, yaşamasına, sahiblik və istifadəsinə maneələrin yaradılmasının cavabdehlər Cavabdeh1 və X7 (Исаева Елена Анатольевна) qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X11 İddiaçı1 və Cavabdeh1 analarıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********04-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Çıxarışla Balakən şəhəri, Ə.Ansuxski küçəsi (əvvəlki ünvanı Mahamalar kəndi) fərdi yaşayış evi və 0.0915 ha yaşayış məntəqələrinin torpaqları 19 №li reyestr kitabının 71 №li vərəqində xx.xx.2022-ci il tarixdə fərdi yaşayış evinin 1/2 hissəsi və torpaq sahəsi ümumi birgə X6, fərdi yaşayış evinin 1/2 hissəsi və torpaq sahəsi ümumi birgə İddiaçı1 və torpaq sahəsi ümumi birgə Cavabdeh1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X11 14 sentyabr 2020-ci il tarixdə ölmüşdür. Balakən Rayon Məhkəməsinin 5 fevral 2024-cü il tarixli, 2(019)-70/2024 saylı qətnaməsi ilə (hakim Z.Tahirov) iddianın qismən təmin edilməsi, xx.xx.2020-ci il tarixdə vəfat etmiş mərhum X4 miras qalmış Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0.0915 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsindən ibarət miras əmlak vəsiyyətnamə üzrə vərəsəlik qaydasında 3/4 hissədə iddiaçı Cavabdeh1 miras payının, 1/4 hissədə isə cavabdeh İddiaçı1 miras payının müəyyən edilməsi, 22 iyun 2022-ci il tarixli 2V-462 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********04-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın qismən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0915 ha həyətyanı torpaq sahəsinin mərhum X8 məxsus 1/3 hissəsi üzrə İddiaçı1 adına qeydə alınmış 1/2 hissəsində və bu hissədə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyul 2024cü il tarixli 2(107)-731/2024 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Balakən Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2(019)-70/2024 saylı qətnaməsi iddiaçı Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 yanvar 2025-ci il tarixli 2(107)- 11/2025 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyаsiyа Məhkəməsinin 08 yanvar 2025-cü il tarixli 2(107)- 11/2025 nömrəli qərardadı ilə Balakən Rayon Məhkəməsinin 11 noyabr 2022-cü il tarixli 2(019)- 820/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, hazırki iş üzrə iddia tələbinin mərhum X4 miras qalmış Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0.0915 ha həyətyanı torpaq sahəsinin mərhuma məxsus 1/3 miras payının 1/2 hissəsinə İddiaçı1 payının müəyyən edilməsi hissəsində icraata xitam verilməsi nəzərə alınmış, iş üzrə iddia tələbinin qalan hissəsində yeni qətnamə qəbul edilərək İddiaçı1 Cavabdeh1 qarşı torpaq sahəsinə payın müəyyən edilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0.0915 ha həyətyanı torpaq sahəsinin ümumilikdə 5/12 hissəsində İddiaçı1 payı müəyyən edilmişdir. Qeyd olunan hər iki məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Qanuni qüvvəsini almış məhkəmə qətnamələrinə və hüquqmüəyyən edici sənədlərə əsasən, Balakən şəhəri, ƏliAnsuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evi ½ hissədə, onun yerləşdiyi 0.0915 ha həyətyanı torpaq sahəsi 5/12 hissədə paylı mülkiyyət əsasında iddiaçının xüsusi mülkiyyətindədir. Digər cavabdeh X10 (Исаева Елена Анатольевна) isə Cavabdeh1 Rusiya Federasiyasının vətəndaşı olan arvadıdır. Yuxarıda qeyd olunan məhkəmə mübahisələri davam etdiyi müddətdə Cavabdeh1 müxtəlif maneələrlə iddiaçının mübahisəli evə və torpaq sahəsinə daxil olmasına imkan yaratmamış, daim yol qapısını bağlı saxlamışdır. Cavabdeh1 mütəmadi olaraq Rusiya Federasiyasına gedir və həmin müddətdə evin və torpaq sahəsinin giriş qapıları bağlı saxlanılır. Digər cavabdeh X10 (Исаева Елена Анатольевна) hazırda mübahisəli ünvanda yaşayır. İddiaçı cavabdehlərə müraciət edərək fərdi yaşayış evinə daxil olmasına yaradılan maneələrə son qoyulmasını, tərəflərin qarşılıqlı razılığı ilə əmlakın bölünməsini və ya satışdan əldə olunacaq vəsait paya uyğun bölünməklə əmlakın satılmasını təklif etsə də, sonuncular buna razı olmamış, iddiaçının həmin evdə yaşamasına imkan verməmişlər. Bu səbəblə iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh X10 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli iddia ərizəsinə etirazda qeyd etmişdir ki, o və həyat yoldaşı Cavabdeh1 hər ikisi oluğu mülki işə Balakən Rayon Məhkəməsində baxılıb yekunlaşana qədər Azərbaycan Respublikasını tərk edərək daimi yaşadıqları Rusiya Federasiyasının Novosibirsk şəhərinə qayıtmışlar. Cavabdeh1 həmin vaxtdan sonra bir daha Balakən rayonuna qayıtmamışdır. Özü evin sənədlərinin alınması ilə bağlı qısa müddətə gəlmişdir. Onların Balakən rayonunda olmadığı dövrdə, habelə hazırda da İddiaçı1 mübahisəli ünvana (ev və torpaq sahəsinə) sərbəst daxil olmaq imkanına sahib olmuşdur. Burda olmadıqları təqdirdə istəsələr də iddiaçıya hər hansı bir maneələr yarada bilməzdilər. Buna görə də iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh (Cavabdeh1 nümayəndəsi) X10 etiraz ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, o, qısa müddət üçün Azərbaycana gəlmişdir. Həyat yoldaşı Cavabdeh1 hazırda Azərbaycanda deyildir. Onlar evi təmir etdikdən sonra iddiaçı gəlməyə başlamış, tələbləri yaranmışdır. İddiaçı bu günə qədər evdə qalmaqla bağlı heç bir şey deməmişdir, onunla bir evdə yaşaması mümkün deyildir. İddiaçıya evə və torpağa daxil olmağa heç bir maneə yoxdur. Evin açarı iddiaçıda var. Sadəcə otaqda şəxsi əşyası olduğu üçün otaga girməyə icazə verməmişdir. Göstərilənləri nəzərə alaraq iddia ərizəsinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2(019)-70/2024 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, xx.xx.2020-ci il tarixdə vəfat etmiş mərhum X4 miras qalmış Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0.0915 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsindən ibarət miras əmlak vəsiyyətnamə üzrə vərəsəlik qaydasında 3/4 hissədə iddiaçı Cavabdeh1 miras payı, 1/4 hissədə isə cavabdeh İddiaçı1 miras payı müəyyən edilmiş, 22 iyun 2022-ci il tarixli 2V- 462 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********04- 10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış qismən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0915 ha həyətyanı torpaq sahəsinin mərhum X8 məxsus 1/3 hissəsi üzrə İddiaçı1 adına qeydə alınmış 1/2 hissəsində və bu hissədə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyul 2024-cü il tarixli 2(107)- 731/2024 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Balakən Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2(019)-70/2024 saylı qətnaməsi iddiaçı Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Balakən Rayon Məhkəməsinin 11 noyabr 2024-cü il tarixli, e-2(019)-820/2022 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, mərhum X4 miras qalmış Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0.0915 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinin 1/2 hissəsinə İddiaçı1 miras payı müəyyən edilmiş; mərhum X4 miras qalmış Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0.0915 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinin digər 1/2 hissə miras payı açıq saxlanılması, ümumilikdə Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi həmin 0.0915 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı1 payı müəyyən edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 yanvar 2025-ci il tarixli 2(107)- 11/2025 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyаsiyа Məhkəməsinin 08 yanvar 2025-cü il tarixli 2(107)-11/2025 nömrəli qərardadı ilə Balakən Rayon Məhkəməsinin 11 noyabr 2022-cü il tarixli 2(019)-820/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, hazırki iş üzrə iddia tələbinin mərhum X4 miras qalmış Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0.0915 ha həyətyanı torpaq sahəsinin mərhuma məxsus 1/3 miras payının 1/2 hissəsinə İddiaçı1 payının müəyyən edilməsi hissəsində icraata xitam verilməsi nəzərə alınmış, iş üzrə iddia tələbinin qalan hissəsində yeni qətnamə qəbul edilərək İddiaçı1 Cavabdeh1 qarşı torpaq sahəsinə payın müəyyən edilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0.0915 ha həyətyanı torpaq sahəsinin ümumilikdə 5/12 hissəsində İddiaçı1 payı müəyyən edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********04-10301 olan, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Balakən şəhəri, Ə.Ansuxski küçəsində 78.5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0.0915 ha yaşayış məntəqələrinin torpaqları - fərdi yaşayış evinin ½ hissəsi və torpaq sahəsi ümumi birgə X6, torpaq sahəsi ümumi birgə Cavabdeh1 və fərdi yaşayış evinin ½ hissəsi və torpaq sahəsi ümumi birgə İddiaçı1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, «İnsan Hüquqlarının və X9 Haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyanın: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan digər hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.2-ci maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materialları əsasında müəyyən edilmişdir ki, Balakən şəhəri, Ə.Ansuxski küçəsində 78.5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0.0915 ha yaşayış məntəqələrinin torpaqları fərdi yaşayış evinin ½ hissəsi və torpaq sahəsi ümumi birgə X6, torpaq sahəsi ümumi birgə Cavabdeh1 və fərdi yaşayış evinin ½ hissəsi və torpaq sahəsi ümumi birgə İddiaçı1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 yanvar 2025-ci il tarixli 2(107)-11/2025 nömrəli qətnaməsinə əsasən Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0.0915 ha həyətyanı torpaq sahəsinin ümumilikdə 5/12 hissəsində İddiaçı1 payı müəyyən edilmişdir. Göründüyü kimi İddiaçı1 hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüquqa malikdir. Məhkəmə hesab edir ki, iddia tələbi fərdi yaşayış evi və torpaq sahəsində İddiaçı1 yaşamasına və istifadəsinə cavabdehlər tərəfindən maneələrin yaradılmasının qadağan edilməsi hissəsində əsaslıdır, məhkəmə iclasında tədqiq edilmiş sübutlar, tərəflərin izahatları əsasında iddiaçıya cavabdehlər tərəfindən həmin maneələrin yaradılması öz təsdiqini tapmışdır. Lakin fərdi yaşayış evi və torpaq sahəsinə iddiaçının sərbəst giriş-çıxışına və sahiblik etməsinə cavabdehlər tərəfindən maneələrin yaradılması məhkəmə araşdırması nəticəsində öz təsdiqini tapmamış, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillər və videogörüntülərdə bu halların mövcud olması müəyyən edilməmişdir, bununla da iddiaçı həmin tələblərin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Beləliklə məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Balakən şəhəri, Əli Ansuxski küçəsində yerləşən ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evi və 0.0915 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinə İddiaçı1 yaşamasına və istifadəsinə maneələrin yaradılması cavabdehlər Cavabdeh1 və X1 edilməlidir. İddia tələbi İddiaçı1 sərbəst giriş-çıxış və sahibliyinə maneələrin yaradılması cavabdehlərə qadağan edilməsi hissəsində təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu İddiaçı1 özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Balakən şəhəri, Əli Ansuxski küçəsində yerləşən ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evi və 0.0915 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsində İddiaçı1 yaşamasına və istifadəsinə maneələrin yaradılması cavabdehlər Cavabdeh1 və X1 edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı1 özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №e-2(019)-407/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-407/2025
20.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver