Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-408/2022 14.07.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi,Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərər tələbinə dair, Cavabdeh İddiaçı qarşı məlumatların təkzib edilməsi, şərəf və ləyaqətə, o cümlədən, işgüzar nüfuza vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh maddi zərərin əvəzi kimi 2500 manat pulun, biri gümüş və digəri qızıl olmaqla iki ədəd üzüyün, üzüklərin qaytarılması mümkün olmadıqda onların dəyəri olan 1500 manat pulun, vurulmuş mənəvi zərərin əvəzi kimi 10.000 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 132 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Təhsil Nazirliyinin 5 saylı ərazi maliyyə hesablaşma mərkəzinin rəisi X1 bildirdiyi “iddiaçının cavabdehdən 3 aylıq hamilə olması, iddiaçının həmin uşağı aldırması, ona 2500 manat pul və nişan üzüyü verməsi, iddiaçının, biabır olacağı foto və video görüntülərin mövcud olması, Balakən rayonunda yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin direktoru X3 bildirdiyi “iddiaçıya aid şəkillərin yanacaqdoldurma məntəqəsinin bütün işçilərinə göstərərək onu biabır edəcəyi barədə məlumatlar”ın İddiaçı tərəfindən həmin şəxslərə, habelə iddiaçının iş koİlektivinə eyni qaydada müraciət edilməklə təkzib edilməsi, iddiaçı Cavabdeh şərəf və ləyaqətinə, o cümlədən, işgüzar nüfuzuna vurulmuş mənəvi zərərin, əvəzi olaraq 5000 (beş min) manat pulun, qarşılıqlı iddianın irəli sürülməsi üçün ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu və 0,4 (qırx qəpik) manat xidmət haqqının cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Cavabdeh dinləyib, işin hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərər tələbinə dair iddia ərizəsi iki ədəd üzük, üzüklərin qaytarılması mümkün olmadıqda onların dəyəri olan 1500 manat pul tələbinə dair hissədə baxılmamış saxlanılmalıdır. Belə ki, İddiaçı iddia ərizəsində üzüklərin hara istehsalı olmasını, çəkisini, əyarını,formasını və qiymətini göstrməmiş, onların qiyməti barədə rəyi ərizəyə əlavə etməmiş,göstərilən nöqsanların aradan qaldırılması tələb edilsə də aradan qaldırılmamışdır. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərər tələbinə dair iddia ərizəsi iki ədəd üzük, üzüklərin qaytarılması mümkün olmadıqda onların dəyəri olan 1500 manat pul tələbinə dair hissədə baxılmamış saxlanılmalıdır. İddiaçı izah edilməlidir ki, qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərər tələbinə dair iddia ərizəsi iki ədəd üzük, üzüklərin qaytarılması mümkün olmadıqda onların dəyəri olan 1500 manat pul tələbinə dair hissədə baxılmamış saxlansın. İddiaçı izah edilir ki, qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-408/2022
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-408/2022
14.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver