Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-409/2024 07.03.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 4700 (dörd min yeddi yüz) manat pulun və ödədiyi dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 67 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası MPM-nin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, İddiaçı tərəfindən məhkəmə aidiyyəti qaydalarına riayət edilmədən əsassız olaraq hazırki iddia ilə Balakən Rayon Məhkəməsinə müraciət edilmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş elektron sorğu məlumatından görünür ki, İddiaçı vergi orqanında vergi ödəyicisi kimi (VÖEN **********) qeydiyyata alınmışdır. Həmçinin iş materiallarına əlavə olunmuş elektron sorğu məlumatından görünür ki, Cavabdeh vergi orqanında vergi ödəyicisi kimi (VÖEN **********) qeydiyyata alınmışdır. Belə olan halda İddiaçı hazırki iddia ərizəsi ilə məhkəmə aidiyytəi üzrə Şəki Kommersia Məhkəməsinə müraciət etməli idi ki, bu da edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlar yuxarıda göstərilən qanun normalarına əsasən hazırki iddia ərizəsinin qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən hesab edirəm ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, ödənilmiş 67 manat dövlət rüsumu Azərbaycan Respublikasının Dövlət büdcəsindən Balakən rayon Maliyyə Şöbəsi vasitəsilə İddiaçı qaytarılmalı və İddiaçı hazırki iddia ilə ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149- 152, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın; ödənilmiş 67 manat dövlət rüsumu Azərbaycan Respublikasının Dövlət büdcəsindən Balakən rayon Maliyyə Şöbəsi vasitəsilə İddiaçı qaytarılsın; İddiaçı hazırki iddia ilə məhkəmə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-409/2024
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-409/2024
07.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver