Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-410/2023 14.11.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı torpaq sahəsinin paylarına uyğun naturada ayrılması və sair tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məxsus, ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətlərində olan Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0609 ha həyətyanı torpaq sahəsinin 4/5 hissəsinin naturada ayrılması və Cavabdeh naturada ayrılmış həmin hissədən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ilə Cavabdeh ümumi paylı mülkiyyətində Balakən rayonu Mahamalar kəndində 0.0609 ha həyətyanı torpaq sahəsi vardır. Həmin əmlak üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”dan da göründüyü kimi, Balakən rayonu Mahamalar kəndində yerləşən ümumi sahəsi 168.10 kv.m olan fərdi yaşayış evi tam və 0.0609 ha həyətyanı torpaq sahəsinin 2/5 hissəsi İddiaçı1, 0.0609 ha həyətyanı torpaq sahəsinin 1/5 hissəsi İddiaçı2, 0.0609 ha həyətyanı torpaq sahəsinin 1/5 hissəsi İddiaçı3 və 0.0609 ha həyətyanı torpaq sahəsinin 1/5 hissəsi Cavabdeh ümumi paylı mülkiyyətindədir. Yəni ümumilikdə Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0609 ha həyətyanı torpaq sahəsinin 4/5 hissəsi onlar-iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məxsusdur. İddiaçılar Cavabdeh ilə ümumi paylı mülkiyyətlərində olan Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0609 ha həyətyanı torpaq sahəsinin paylara müvafiq olaraq naturad bölünməsi ilə bağlı razılığa gəlməyə çalışmaq istəsələr də, heç bir nəticə əldə edə bilməmiş və nəticədə qeyd olunan əmlaklardan özlərinə düşən ümumi payın naturada ayrılması ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddiaçıların Cavabdeh ilə ümumi birgə mülkiyyətdə olan Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0609 ha həyətyanı torpaq sahəsinin naturada bölgüsü ilə bağlı razılığa gələ bilmədikləri, Cavabdeh həmin torpaq sahəsinin naturada bölgüsünə razı olmadığı üçün iddianın təmin edilməsini və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məxsus, ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətlərində olan Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0609 ha həyətyanı torpaq sahəsinin 4/5 hissəsinin naturada ayrılması və Cavabdeh naturada ayrılmış həmin hissədən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən hazırki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan reyestr nömrəsi **********20-10301 qeydiyyat nömrəsi ********** olan xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Balakən rayonu Mahamalar kəndində yerləşən fərdi yaşayış evinə tam, 0.069 ha həyətyanı torpaq sahəsinin 2/5 hissəsinə İddiaçı1, 0.069 ha torpaq sahəsinin 1/5 hissəsinə Cavabdeh, 0.0609 ha torpaq sahəsinin 1/5 hissəsinə İddiaçı2 və 0.0609 ha torpaq sahəsinin 1/5 hissəsinə İddiaçı3 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından həmçinin görünür ki, tərəflər arasında Balakən rayonu Mahamalar kəndində yerləşən 0.069 ha həyətyanı torpaq sahəsinin paylarına uyğun naturada ayrılması ilə bağlı razılıq əldə olunmamış və bununla bağlı mübahisə yaranmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 15 sentyabr 2023-cü il tarixli 10/3561 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində tədqiq olunan ünvanda baxış keçirilən zaman mübahisə predmeti olan torpaq sahəsinin 1 tərəfdən yol, 3 tərəfdən isə qonşu sahələri ilə əhatə olunduğu və həmin torpaq sahəsinin hüdudları daxilində 1 ədəd fərdi yaşayış evi və1 ədəd sanitar qovşaq tikilisinin mövcud olduğunun müşahidə olunduğu (şək.1), mübahisə predmeti olan torpaq sahəsinin sənəd üzrə sahəsinin 0.0609 ha təşkil etməsi, belə olan halda tədqiq olunan torpaq sahəsinin 4/5 hissəsinin aşağıdakı kimi müəyyən olunması:torpaq sahəsinin 4/5 hissəsi-0.04872 ha (0.0609 ha x 4/5), mübahisəli torpaq sahəsinin tərəflər arasında bölgüsünün yalnız təcrid sahələr şəklində aparılmaqla bu bölgü zamanı tərəflərin hər birinin sərəncamında sərhəd hasarı ilə təcrid olunmuş torpaq sahələri və bu sahələrə ayrıayrılıqda giriş-çıxış yolunun olmalı olması, torpaq sahəsinin yalnız 1 tərəfdən yol ilə əhatə olunması və həmin torpaq sahəsinin hüdudları daxilində fərdi yaşayış evinin mövcud olduğunun nəzərə alınması göstərilməklə, rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən, mübahisə predmeti olan 0.0609 ha həyətyanı torpaq sahəsinin 4/5 hissəsinin naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 15 sentyabr 2023-cü il tarixli 10/3561№li bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarından həmçinin görünür ki, iddiaçılar tərəfindən 95 manat mütəxəssis xərci Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəf hazırki iddianın qaldırılması ilə əlaqədar qanunda nəzərdə tutulmuş 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçıların nümayəndə-vəkilinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə təhqiqatı zamanı işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, reyestr nömrəsi **********20-10301 qeydiyyat nömrəsi ********** olan xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən fərdi yaşayış evinə tam və 0.069 ha həyətyanı torpaq sahəsinin 2/5 hissəsinə İddiaçı1, 0.069 ha torpaq sahəsinin 1/5 hissəsinə Cavabdeh, 0.0609 ha torpaq sahəsinin 1/5 hissəsinə İddiaçı2 və 0.0609 ha torpaq sahəsinin 1/5 hissəsinə İddiaçı3 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Tərəflər arasında Balakən rayonu Mahamalar kəndində yerləşən 0.069 ha həyətyanı torpaq sahəsinin paylara uyğun naturada ayrılması ilə bağlı razılıq əldə olunmamış və bununla bağlı mübahisə yaranmışdır. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 15 sentyabr 2023-cü il tarixli 10/3561 nömrəli rəyi ilə, rəyin tədqiqat hissəsində tədqiq olunan ünvanda baxış keçirilən zaman mübahisə predmeti olan torpaq sahəsinin 1 tərəfdən yol, 3 tərəfdən isə qonşu sahələri ilə əhatə olunduğu və həmin torpaq sahəsinin hüdudları daxilində 1 ədəd fərdi yaşayış evi və1 ədəd sanitar qovşaq tikilisinin mövcud olduğunun müşahidə olunduğu (şək.1), mübahisə predmeti olan torpaq sahəsinin sənəd üzrə sahəsinin 0.0609 ha təşkil etməsi, belə olan halda tədqiq olunan torpaq sahəsinin 4/5 hissəsinin aşağıdakı kimi müəyyən olunması:torpaq sahəsinin 4/5 hissəsi-0.04872 ha (0.0609 ha x 4/5), mübahisəli torpaq sahəsinin tərəflər arasında bölgüsünün yalnız təcrid sahələr şəklində aparılmaqla bu bölgü zamanı tərəflərin hər birinin sərəncamında sərhəd hasarı ilə təcrid olunmuş torpaq sahələri və bu sahələrə ayrı-ayrılıqda giriş-çıxış yolunun olmalı olması, torpaq sahəsinin yalnız 1 tərəfdən yol ilə əhatə olunması və həmin torpaq sahəsinin hüdudları daxilində fərdi yaşayış evinin mövcud olduğunun nəzərə alınması göstərilməklə, Balakən rayonu Mahamalar kəndində yerləşən, mübahisə predmeti olan 0.0609 ha həyətyanı torpaq sahəsinin 4/5 hissəsinin naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Həmçinin iddiaçı tərəf hazırki iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu və 95 manat mütəxəssis xərci ödəmişdir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X1 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla);daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətçin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayırlan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 116.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarəsi ilə əlaqədar xərclər ödənilir, habelə sutkalıq xərclər verilir. Azərbaycan Respublikası MPM-nin 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respukblikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. İş üzrə keçirilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 15 sentyabr 2023cü il tarixli, 10/3561 nömrəli rəyi ilə rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən, mübahisə predmeti olan 0.0609 ha həyətyanı torpaq sahəsinin 4/5 hissəsinin naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. İddiaçıların sözügedən torpaq sahəsinin 4/5 hissə paylarının naturada ayrılması mümkün olmadığı, həmin 4/5 hissənin naturada hansı sahəni təşkil etməsi müəyyən olunmadığı halında cavabdehin həmin hissədən çıxarılma tələbi də əsassızdır. Belə olan halda iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məxsus, ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətlərində olan Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0609 ha həyətyanı torpaq sahəsinin 4/5 hissəsinin naturada ayrılması və Cavabdeh naturada ayrılmış həmin hissədən çıxarılması tələbinə dair hazırki iddiası əsassız olduğundan təmin edilməməlidir. İş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 və onların nümayəndəsi-vəkili iddiaçıların Balakən rayonu Mahamalar kəndində reyestr nömrəsi **********20-10301 qeydiyyat nömrəsi ********** olan xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 0.0609 ha həyətyanı torpaq sahəsindən 4/5 hissə paylarının naturada ayrılmasının mümkün olması və iddianın əsaslı olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin əsaslılığını sübut edə bilməmişlər. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına uyğun müvafiq qiymətləndirərək, hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məxsus, ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətlərində olan Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0609 ha həyətyanı torpaq sahəsinin 4/5 hissəsinin naturada ayrılması və Cavabdeh naturada ayrılmış həmin hissədən çıxarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə ödənilmiş 95 manat mütəxəssis xərci iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 aid edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 50 manat ekspert xərci tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X2 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunmasın. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə ödənilmiş 95 manat mütəxəssis xərci iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 aid edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 50 manat ekspert xərci tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X2 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-410/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-410/2023
14.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver