Məhkəmə qərarları › İş №e-2(019)-419/2022

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-419/2022

25.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-419/2022 25.04.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi atalıq faktının müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək 17 may 1991-ci ildə Balakən Rayon Qeydiyyat şöbəsi tərəfindən ərizəsinə əlavə edilmiş ölüm haqqında AZ- İN290820 nömrəli şəhadətnamədə ata-ana qrafasında qeyd olunan Kaptarov Heybullahın onun atası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında Ərizəçi göstərdi ki, o, xx xxx 1957-ci ildə Balakən rayon Şərif kəndində anadan olmuşdur. Onun atası X4, anası isə X3r. Atası ilə anasının nikahı 16 may 1963-cü ildə rəsmi olaraq qeydə alınmışdır. Ona doğum haqqında şəhadətnamə 17 may 1991-ci ildə verilmişdir. Doğum haqqında şəhadətnamədə onun atasının soyadı və adı yazılsa da ,atası Heybullahın atasının ,yəni onun babasının adı yazılmamışdır. Ona görə də o, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, işə mülki icraat qaydasında baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi xx xxx 1957-ci ildə Balakən rayon Şərif kəndində anadan olmuşdur. Onun atası X4, anası isə X3r. Atası ilə anasının nikahı 16 may 1963-cü ildə rəsmi olaraq qeydə alınmışdır. Bundan sonra, yəni 17 may 1991-ci ildə Ərizəçi doğum haqqında şəhadətnamə verilmişdir. Doğum haqqında şəhadətnamədə ərizəçinin atası- X2 atasının adı qeyd edilməmişdir, yəni vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydiyyat düzgün aparılmamışdır. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi məhkəməyə müraciət etməkdə məqsədi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabındakı düzgün olmayan qeydiyyatın düzəldilməsidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 25.1- 25.2-ci maddələrinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən : 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 4 nömrəli Qərarının 9.1-ci bəndində göstərilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə, habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 15.4-cü bəndinə əsasən inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2,153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə, Ərizəçi ərizəsində atalığın müəyyən edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də,faktiki olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabındakı düzgün olmayan qeydiyyatın düzəldilməsi məqsədi ilə məhkəməyə müraciət etməsini nəzərə alaraq hesab edir ki, Ərizəçi atalıq faktının müəyyən edilməsinə dair ərizəsi üzrə işə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası MPM-in 261.0 və 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə işin hallarını, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq bu nəticəyə gəlir ki, Ərizəçi atalığın müəyyən edilməsi tələbinə dair mülki işin icraatına mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Ərizəçiyə izah olunmalıdır ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabındakı düzgün olmayan qeydiyyatın düzəldilməsi ilə bağlı Qeydiyyat orqanına müraciət etməli, onların qərarından narazı qaldığı halda isə Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edə bilər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 262.1-ci 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi Ərizəçi atalıq faktının müəyyən edilməsinə dair mülki işin icraatına mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilsin. Ərizəçiyə izah olunur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabındakı düzgün olmayan qeydiyyatın düzəldilməsi ilə bağlı Qeydiyyat orqanına müraciət etməli, onların qərarından narazı qaldığı halda isə Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edə bilər. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar