Məhkəmə qərarları › İş №e-2(019)-42/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-42/2025

10.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-42/2025 10.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi Balakən Rayon Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh (X4 və X2 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) qarşı torpaq sahəsindəki payın naturada ayrılması və cavabdehin çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********09-10301, qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixdə qeydə alınmış çıxarışa əsasən ümumi birgə mülkiyyətlərində olan 0.1778 ha həyətyanı torpaq sahəsindən payına düşən 2/12 hissəsinin naturada ayrılması və Cavabdeh həmin torpaq sahəsindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşir. Həmin ünvanda onun, Cavabdeh və maraqlı şəxslər Rahilə Ustayeva, həmçinin Zenfira Ustayevanın ümumi birgə mülkiyyətində 0.1778 ha həyətyanı torpaq sahəsi var. Bu barədə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********09-10301, qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixdə qeydə alınmış “Çıxarış” verilmişdir. Bu “Çıxarış”a əsasən onun payına həmin torpaq sahəsinin 2/12 hissəsi düşür. Uzun müddətdir ki, ona məxsus həyətyanı torpaq sahəsindən cavabdeh qardaşı Cavabdeh istifadə edir. Dəfələrlə Tahirdən tələb etsə də ona məxsus torpaq sahəsindən çıxmır və istifadə etməkdə davam edir. O qeyd olunan həyətyanı torpaq sahəsindən öz payına düşən hissəni naturada ayıraraq həmin hissəyə dair hüquqmüəyyənedici sənəd olan “Çıxarış” almaq istəyir. Lakin Cavabdeh sənədləşmə işlərinin aparılması, bölgü planı və digər sənədlərin imzalanması üçün Notariat Ofisinə gəlmir. Buna görə də qeyd etdiyi həyətyanı torpaq sahəsindən payına düşən hissənin naturada ayrılması tələbi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Məhkəməyə bildirir ki, maraqlı şəxslər X4 və X2 onun torpaq payının naturada ayrılmasına etiraz etmirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4 və X2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan reyestr nömrəsi **********09-10301 qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2019-cu il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 və 0.1778 ha torpaq sahəsinin 3/12 hissəsinə X3, torpaq sahəsinin 2/12 hissəsinə İddiaçı, torpaq sahəsinin 2/12 hissəsinə Cavabdeh və fərdi yaşayış evinin 1/2 və torpaq sahəsinin 5/12 hissəsinə X1 ümumi paylı mülkiyyət hüquqları qeydə alınmışdır. xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Reyestr nömrəsi **********9- 10301 qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2019 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən fərdi yaşayış evinin 1/2 və yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin 3/12 hissəsinə X3, həmin torpaq sahəsinin 2/12 hissəsinə İddiaçı, həmin torpaq sahəsinin 2/12 hissəsinə Cavabdeh və fərdi yaşayış evinin 1/2 və torpaq sahəsinin 5/12 hissəsinə X1 ümumi paylı mülkiyyət hüquqları qeydə alınmış Balakən şəhərində yerləşən 0.1778 ha yaşayış məntəqəsinin torpaqları təyinatlı torpaq sahəsindən İddiaçı 2/12 hissə payının tikililər nəzərə alınmadan naturada ayrılması mümkündür. Həmin torpaq sahəsinin 2/12 hissə payının naturada ayrılması mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli 10/4700 nömrəli rəyində göstərilmişdir ki, Reyestr nömrəsi **********9-10301 qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2021 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən fərdi yaşayış evinin 1/2 və yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin 3/12 hissəsinə X3, həmin torpaq sahəsinin 2/12 hissəsinə İddiaçı, həmin torpaq sahəsinin 2/12 hissəsinə Cavabdeh və fərdi yaşayış evinin 1/2 və torpaq sahəsinin 5/12 hissəsinə X1 ümumi paylı mülkiyyət hüquqları qeydə alınmış Balakən şəhərində yerləşən 0.1778 ha yaşayış məntəqəsinin torpaqları təyinatlı torpaq sahəsindən İddiaçı 2/12 hissə payının tikililər nəzərə alınmadan naturada ayrılması mümkündür. Həmin torpaq sahəsinin 2/12 hissə payının naturada ayrılması mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. İş üzrə aparılmış ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.1-220.3-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” 6 dekabr 2024-cü il tarixli Qərardadına əsasən ümumi paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3 - 220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi məsələsi isə həmin Məcəllənin 221-ci maddəsi tətbiq edilməklə, bu qərardadın əsaslandırıcı hissəsində qeyd olunan hüquqi mövqelərə uyğun həll olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materialları əsasında müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 və yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.1778 ha torpaq sahəsinin 3/12 hissəsinə X3, həmin torpaq sahəsinin 2/12 hissəsinə İddiaçı, həmin torpaq sahəsinin 2/12 hissəsinə Cavabdeh və fərdi yaşayış evinin 1/2 və həmin torpaq sahəsinin 5/12 hissəsinə X1 ümumi paylı mülkiyyət hüquqları qeydə alınmışdır. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli 10/4700 nömrəli rəyinə əsasən İddiaçı 2/12 hissə payının tikililər nəzərə alınmadan naturada ayrılması mümkünlüyü göstərilmişdir. X4 və X2 onun torpaq payının naturada ayrılmasına etiraz etmirlər. Lakin onunla cavabdeh arasında torpaq sahəsinin naturada ayrılması ilə bağlı mübahisə vardır. Odur ki, paylı mülkiyyətin mülkiyyətçisi olan iddiaçı torpaq sahəsinin ayrılması və payına ayrılmış torpaq sahəsindən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********09-10301, qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixdə qeydə alınmış çıxarışa əsasən ümumi paylı mülkiyyətdə olan Balakən şəhəri Səməd Vurğun küçəsi 52 ünvanında yerləşən 0.1778 ha torpaq sahəsinin İddiaçı məxsus 2/12 hissə payı xx.xx.2024-cü il tarixli, mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilən bölgü variantı üzrə naturada ayrılmalı, ayrılmış həmin torpaq sahəsindən Cavabdeh çıxarılmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Həmçinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 50 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********09-10301, qeydiyyat nömrəsi ********** olan xx.xx.2019- cu il tarixdə qeydə alınmış çıxarışa əsasən X3, İddiaçı, Cavabdeh və X1 ümumi paylı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0.1778 ha torpaq sahəsinin İddiaçı məxsus 2/12 hissə payı xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilən bölgü variantı üzrə naturada ayrılsın, ayrılmış həmin torpaq sahəsindən Cavabdeh çıxarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə 50 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar