Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-423/2022 02.06.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, ərizəçi İddiaçı Məhəmməd oğlunun nümayəndəsi-vəkili X13 iştirakı ilə Ərizəçi İddiaçı mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Püştətala kənd sakini olmuş qohumu 01 sentyabr 2007-ci il tarixdə vəfat etmiş X6 qalan mirasın onun tərəfindən qəbulu faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1ində yaşayır. Püştətala kənd sakini olmuş anası X1 əmisi X2 həyat yoldaşı olmuş X18 vəfatına qədər özünə məxsus əmlakını ona vəsiyyət etmişdir. Bununla bağlı 30.11.2001-ci il tarixdə vəsiyyətnamə tərtib olunmuşdur. Vəsiyyətnamə 30 noyabr 2001-ci il tarixdə Balakən rayon Dövlət Notariat Kontorunda 2V-125 sayla qeydə alınmış və notarius tərəfindən imzalanaraq möhürlənmişdir. Vəsiyyətnaməni 2 nəfər şahid Balakən rayonu Püştətala kəndində yaşayan X4 və Balakən şəhəri Sovet küçəsi ev 17-də yaşayan X16 imzalamışlar. X23 01 sentyabr 2007-ci il tarixdə vəfat etmişdir. Onun əri X7 17.09.1988-ci il tarixdə vəfat edib. Maizət vəfat etdikdən sonra ona məxsus olmuş bütün əmlakı o, idarə edir. Miras əmlaka 2497.97 kv.m olan həyətyanı torpaq sahəsi, onun üzərində yerləşən tikililər və 0.40 ha pay torpaq sahəsi daxildir. Maizətdən miras qalmış əmlakı faktiki olaraq qəbul etmişdir. Torpaq sahələrindən istifadə edir və vergilərini tam olaraq hər il ödəyir. Halhazırda X23dan miras qalmış əmlaklara dair hüquqmüəyyənedici sənəd almaq istəyir. Bununla bağlı Notariat Ofisinə müraciət etmişdir. Orada ona X23nın ölümündən sonra mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddəti ötürdüyü bildirilərək, məhkəməyə müracəit etməli olduğu izah edilmişdir. Bu barədə arayışı ərizəsinə əlavə etmişdir. Bundan başqa notarius tərəfindən verilmiş arayışda Maizət Xəlilova tərəfindən ona qoyulmuş vəsiyyətnamənin forması tərtib edilərkən şahidlərin imzalarının notarius tərəfindən təsdiqlənmədiyi bildirilmişdir. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. O, hüquqi məlumatsızlığından mirasın qəbul edilməsi və bununla bağlı vərəsəlik şəhadətnaməsinin əldə edilməsi üçün vaxtında Notariat Kontoruna müraciət etməmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı nümayəndəsi-vəkili X20 ərizəni müdafəi edərək, ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Balakən regional «Asan xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh Əhməd qızı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə ərizə göndərərək, Balakən regionla Asan xidmət mərkəzində fasiləsiz iş rejiminin olması, o cümlədən notariusun iştirakı olmadan notarial hərəkətləri rəsmiləşdirilmədiyinə görə məhkəmə iclasında iştirak etməsinin mümkünsüz olduğunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxs Balakən regional «Asan xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmpağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Püştatala kənd soveti tərəfindən 10 sentyabr 1975-ci il tarixdə verilmiş İV-JQ seriyalı 250162 nömrəli doğum haqqında şəhadətnamənin surətində göstərilir ki, İddiaçı xx.xx.1975-ci ildə anadan olmuş, atası Qalayçiyev Məhəmməd Şəfi oğlu, anası Qalayçiyeva Samarat Cəbrail qızı qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən regional «Asan xidmət» mərkəzində notariat ofisinin 08 yanvar 2022-ci il tarixli 31 nömrəli arayışında göstərilir ki, 01 sentyabr 2007-ci il tarixdə vəfat etmiş X11 vərəsəlik işi ilə əlaqədar 08.01.2022-ci il tarixdə X27 xidmət mərkəzində notariat ofisinə vəsiyyət üzrə vərəsəsi İddiaçı müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə “miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu hissəsinə əsasən əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasım təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Təqdim olunan sənədlərə əsasən məlum olmuşdur ki, mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddət gecikdirilmiş,həmçinin mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddət ərzində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə dair sübutlar təqdim olunmamışdır. Bundan əlavə Balakən rayon dövlət notariat kontorunda X3 tərəfindən 30.11.2001-ci il tarixdə qoyulmuş 2V-İ25 reyestr nömrəli vəsiyyətnamədə şahid imzaları təsdiq olunmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəməyə müraciət etməyi tövsiyyə olunur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Püştətala kənd Bələdiyyəsi tərəfindən 05.03.2022-ci il tarixdə verilmiş 05 nömrəli arayışda göstərilir ki; X8 JN-357 saylı aktda olan torpaq sahəsinin torpaq vergilərini İddiaçı ödəyib heç bir borcu yoxdur və həmin təsərrüfatda yaşayıb. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 30 noyabr 2001-ci il tarixli vəsiyyətnamədə göstərilir ki, ünvan 1ində yaşayan Xəlilova Maizət Şaban qızı harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən gündə mənə məxsus olan bütün əmlakını, o, cümlədən Balakən rayonunun Püştətala kəndi ünvanında yerləşən mənzilini (evini) İddiaçı Məhəmməd oğluna vəsiyyət edir, bundan əlavə aşağıdakılara sərəncam verir-bu vəsiyyətlə əlaqədar olaraq qalan vərəsələrini vərəsəlik hüququndan məhrum edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon İcra Hakimiyyəti Püştətala kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş 03 sentyabr 2007-ci il tarixli AZ-İ seriyalı 232587 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Xəlilova Maizət Şaban qızı 01 sentyabr 2007-ci ildə ölmüşdlür. Bu barədə ölum haqqında akt qeydləri kitabında 2007-ci ilin sentyabr ayının 03 günündə 11 № ilə qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Püştətala kənd soveti tərəfindən verilmiş 19 sentyabr 1988-ci il tarixli İİİ-JQ seriyalı 346021 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Xəlilov Nəcməddin İbrahim oğlu 17 sentyabr 1988-ci ildə ölmüşdür. Bu barədə ölum haqqında akt qeydləri kitabında 1988ci ilin sentyabr ayının 19 günəndə 12 № ilə qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon icra Hakimiyyəti Başçısının Püştətala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 27 may 2022-ci il tarixdə verilmiş 177 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən Püştətala kənd sakinidir. Mərhum X18 vəfat etdikdən sonra İddiaçı həmin evdə yaşayır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu İHB- Püştətala kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş13.05.2022-ci il tarixli 163 nömrəli İddiaçı Məhəmməd oğluna ünvanlanmış arayışdan görünür ki, mərhum Xəlilova Maizət Şaban qızı 30 noyabr 2001-ci ildə Reyestr 2V-125 nömrə ilə qeyd edilmiş Vəsiyyətnamə İddiaçı vəsiyyət edilmişdir. İddiaçı Məhəmməd oğlundan başqa varis yoxdur. Hal-hazırda da həmin təsərrüfatı İddiaçı Məhəmməd oğlu idarə edir. İşdə olan 16.03.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki İddiaçı hazırki ərizə ilə bağlı 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, ərizəçi İddiaçı ünvan 1ində yaşayır. Püştətala kənd sakini olmuş anası X1 əmisi X2 həyat yoldaşı olmuş X18 vəfatına qədər özünə məxsus əmlakını ərizəçiyə vəsiyyət etmişdir. Bununla bağlı 30.11.2001 -ci il tarixdə vəsiyyətnamə tərtib olunmuş və vəsiyyətnamə 30 noyabr 2001-ci il tarixdə Balakən rayon Dövlət Notariat Kontorunda 2V-125 sayla qeydə alınmış və notarius tərəfindən imzalanaraq möhürlənmişdir. Vəsiyyətnamə 2 nəfər şahid Balakən rayonu Püştətala kəndində yaşayan X4 və Balakən şəhəri Sovet küçəsi ev 17- də yaşayan X16 tərəfindən imzalalanmışdır. Ərizəçinin X23 01 sentyabr 2007-ci il tarixdə vəfat etmişdir. Onun əri X7 17.09.1988-ci il tarixdə vəfat edib. Maizət vəfat etdikdən sonra ona məxsus olmuş bütün əmlakı ərizəçi idarə edir və ərizəçi İddiaçı miras qalmış Maizət Xəlilovaya məxsus evdə yaşayır. Miras əmlaka 2497.97 kv.m olan həyətyanı torpaq sahəsi, onun üzərində yerləşən tikililər və 0.40 ha pay torpaq sahəsi daxildir. Maizət Xəlilovadan miras qalmış əmlakı faktiki olaraq ərizəçi qəbul etmiş, torpaq sahələrindən istifadə edir və vergilərini tam olaraq hər il ödəyir. X17 miras qalmış əmlaklara dair hüquqmüəyyənedici sənəd almaq istəyir, bununla bağlı Notariat Ofisinə müraciət etmişdir. Notariat Ofisi ərizəçiyə X23nın ölümündən sonra mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddəti ötürdüyünü bildirilərək, məhkəməyə müracəit etməli olduğunu izah etmişdir. Buna görə də ərizəçi göstərilən ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu faktın müəyyən olunması ərizəçiyə yeganə vərəsəsi olduğu X6 qalmış mirasa dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq və həmin mirasa dair hüquqlarını dövlət qeydiyyatına almaq üçün lazımdır. Ərizəçi bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: -Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). -Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. - Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. -Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları miras alırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1176.1-ci maddəsinə əsasən vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1176.2-ci maddəsinə əsasən vəsiyyətnamədə birbaşa göstərişlə mirasdan məhrum edilmiş şəxs vəsiyyətnaməyə daxil olmamış əmlak hissəsinə, vəsiyyət üzrə vərəsələrin mirası qəbul etməkdən imtina etdikləri halda da, qanun üzrə vərəsə ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.2-ci maddəsineə əsasən notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1180.1-ci maddəsinə əsasən vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1180.2-ci maddəsinə əsasən vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1184-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslər, vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığını alan (leqatari) vəsiyyətin şahidləri ola bilməzlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2 və 1243.3-cü maddələrinə görə vərəsə mirasın açıldığı yer üzrə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 307.2.9-ci maddəsinə əsasən mirasın qəbul edilməsi faktı və vərəsəliyin açılma yeri hüquqi əhəmiyyəti olan fakt kimi məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini,yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat” ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Həmin Qərarın 10.1-ci bəndinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Yenə də həmin Qərarın 10.2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Məhkəmə hazırki işin hallarını qanunvericiliyin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının tələbləri nöqteyi-nəzərindən hüquqi cəhətdən dəyərləndirərək, hesab edir ki, hazırki iş üzrə mirasın qəbul edilməsi faktının müəyyən olunması üçün tələb olunan bütün şərtlər mövcuddur. Belə ki, iş materiallarından görünür ki, ərizəçi İddiaçı oğlu mərhum qohumu Xəlilova Maizət Şaban qızının yeganə vərəsəsidir. Balakən regional «Asan xidmət» mərkəzində notariat ofisi tərəfindən ərizəçi Qalayçiyev Ramazan Məhəmməd oğluna mərhum qohumu X6 qalmış mirasa dair vərəsəlik şəhadətnaməsi verməkdən imtina edilmişdir. Həmçinin işdə ərizəçi İddiaçı oğlu tərəfindən X25 Şaban qızından qalmış miras əmlaka faktiki olaraq sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutlar mövcuddur. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli qanun normalarına müvafiq qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ərizəçi İddiaçı oglu tərəfindən Balakən rayonu Püştətala kənd sakini olmuş 01 sentyabr 2007-ci ildə vəfat etmiş qohumu X6 qalmış mirasi qəbul etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. ərizəçi İddiaçı oglu tərəfindən Balakən rayonu Püştətala kənd sakini olmuş 01 sentyabr 2007-ci ildə vəfat etmiş qohumu X6 qalmış mirasi qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-423/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-423/2022
02.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver