Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-44/2023 22.05.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı ümumi paylı mülkiyyətdə olan əmlaklardan ona məxsus 1/6 hissə payının naturada ayrılması, cavabdehlərin ona aid torpaq sahəsindən çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək ümumi birgə mülkiyyətdə olan JN-0001 KOD-40112018 seriyalı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən verilmiş 2.27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən planşet nömrəsi 001Q olan 2724.44 kv/m, planşet nömrəsi 001A olan 799.41 kv/m, planşet nömrəsi 0001 olan 19176 kv/m torpaq sahəsindən və RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən verilmiş 0.0999 ha həyətyanı torpaq sahəsindən ona aid 1/6 hissə payının naturada ayrılması, cavabdehlərin ona məxsus torpaq sahəsindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə verərək ümumi birgə mülkiyyətdə olan JN-0001 KOD 40112018 seriyalı Torpağa Mülkiyyət hüququna dair Dövlət aktına əsasən verilmiş 2.27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən planşet nömrəsi 0001 olan sahəsi 19176 km/m torpaq sahəsindən və RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən verilmiş 0.0999 ha həyətyanı torpaq sahəsindən İddiaçı Kamaldan oğluna aid 1/6 hissə payının naturada ayrılması,cavabdehlərin ona ayrılmış torpaq sahələrindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1990-cı ildə Balakən rayonu Cederovtala kəndində anadan olmuşdur. Cavabdeh2 onun atasıdır. Atası Cavabdeh2 və ailə üzvlərinə Balakən rayon Aqrar İslahat Komissiyasının 12 may 1999-cu il tarixli 05 saylı qərarı ilə JN-0001 KOD-40112018 seriyalı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 2.27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 0.35 ha hissəsi onun yaşadığı təsərrüfatdan, 1.92 ha hissəsi isə çöl sahəsindən verilmişdir. Eyni zamanda onlara Balakən rayon Aqrar İslahat Komissiyasının 12 may 1999-cu il tarixli 05 saylı qərarı ilə 0.0999 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 14A KOD 40112018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir.Hazırda cavabdehlərlə problemləri vardır.Ümumi birgə mülkiyyətdə olan əmlaklardan paylarının müəyyən edilməsi, JN-0001 KOD-40112018 seriyalı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 2.27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən verilmiş 0.0999 ha həyətyanı torpaq sahəsindən payının müəyyən edilməsi ilə bağlı Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli 2(019)-1316/2018 nömrəli qətnaməsinə əsasən Balakən rayonu Sarıbulaq kəndi ərazisində yerləşən İddiaçı, Cavabdeh2, Cavabdeh3 Hacıyov qızının, X5, Cavabdeh1 və X1 ümumi birgə mülkiyyətində olan 2.27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və 0.0999 həyətyanı torpaq sahəsindən İddiaçı 1/6 hissə payı müəyyən edilmişdir. Həmin işə baxarkən məhkəmə iclasında Cavabdeh2 ona 0.10 ha həyətyanı və 0.35 ha torpaq sahəsindən payının ayrılmasına razı olmadığını, 1.92 ha çöl sahəsindən verilmiş torpaq sahəsindən payının verilməsinə etiraz etmədiyini bildirmişdir. Hazırda ümumi birgə mülkiyyətdə olan torpaq sahələrindən paylarının naturada ayrılmasını istəyir. Həmin torpaq sahələri cavabdehlərin istifadəsində olduğuna görə və cavabdehlər buna razı olmadıqlarına görə qeyd olunan əmlaklardan payların naturada ayrılması qeyri-mümkün olmuşdur. Bu səbəbdən göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək ərizənin məzmununa uyğun izahatlar verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdehlər Cavabdeh2,Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq,məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər.Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-0001 KOD-40112018 seriyalı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 12 may 1999-cu il tarixli 05 saylı qərarına əsasən İddiaçı, Cavabdeh2, Cavabdeh3 Hacıyov qızına, X6, Cavabdeh1 və X2 2.27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Balakən rayonu Sarıbulaq kəndində 0.0999 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 56.10 kv/m olan fərdi yaşayış evi Cavabdeh2 tam, torpaq sahəsi isə Cavabdeh2, İddiaçı, Cavabdeh3 Hacıyov qızının, X5, Cavabdeh1 və X1 adına ümumi birgə mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 24 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Balakən Rayon Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli 2(019)-1316/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, Balakən rayonu Sarıbulaq kəndi ərazisində yerləşən İddiaçı, Cavabdeh2, Cavabdeh3 Hacıyov qızının, X5, Cavabdeh1 və X1 ümumi birgə mülkiyyətində olan 2.27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və 0.0999 həyətyanı torpaq sahəsindən İddiaçı 1/6 hissə payının müəyyən edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən 17 avqust 2022-ci il tarixdə verilmiş **********03 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki; 1.RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu, Sarıbulaq (Cederovtala) kəndində yerləşən Cavabdeh2, İddiaçı, Cavabdeh3, X5, Cavabdeh1 və X1 ümumi paylı mülkiyyətində olan 0.0999 ha həyətyanı və JN 0001 KOD ********* olan “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən Balakən rayonu, Sarıbulaq kəndində yerləşən Cavabdeh2, İddiaçı, Cavabdeh3, X5,Cavabdeh1 və X1 ümumi paylı mülkiyyətində olan 2.27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həmin mübahisəli 0.0999 ha həyətyanı torpaq sahəsinə bitişik ərazidə 1Q cizgisində 0.27 ha, 1A cizgisində isə 0.08 ha və çöl sahəsindən isə 1.92 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri kimi işlənmişdir. 2.Hüquqmüəyyəedici sənədlərdə göstərilən,Balakən rayonu,Sarıbulaq (Cederovtala) kəndində 0,999 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi və köməkçi tikili bölündükdən sonra tərəfimizdən iddiaçının 1/6 hissə payının ayrılmasına baxıla bilər və 2.27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçının 1/6 hissə payının ayrılması ilə bağlı bildiririk ki, JN 0001 KOD 40112018 olan “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na 1Q cizgisində 0.27 ha,1A cizgisində isə 0.08 ha torpaq sahələri 0.0999 ha həyətyanı torpaq sahəsinə bitişik ərazidə yerləşdiyindən və həmin ərazilərə gediş-gəliş yolu olmadığından torpaq sahələrinin naturada bölünməsi mümkün olmamışdır. Çöl sahəsində isə yerləşən 1.92 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçının 1/6 hissə payına düşən 0.32 ha ərazinin naturada bölgüsü tərtib edilmiş Yerquruluşu planı 2də göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 oktyabr 2022-ci il tarixli 10/5413 nömrəli ekspert rəyindən görünür ki, Qərardadın 1-ci süalı üzrə:-Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Balakən rayonu, Sarıbulaq (Cederovtala) kəndində yerləşən Cavabdeh2, İddiaçı, Cavabdeh3, X5 ,Cavabdeh1 və X1 ümumi paylı mülkiyyətində olan 0.0999 ha həyətyanı və JN 0001 KOD 40112018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktına əsasən Balakən rayonu, Sarıbulaq kəndində yerləşən Cavabdeh2, İddiaçı, Cavabdeh3, X5 ,Cavabdeh1 və X1 ümumi paylı mülkiyyətində olan 0.27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həmin mübahisəli 0.0999 ha həyətyanı torpaq sahəsinə bitişik ərazidə 1 Q cizgisində 0.27 ha, 1A cizgisində isə 0.08 ha və çöl sahəsində isə 1.92 ha kənd təsərrüfatı təyinatlı sahələr kimi işlənmişdir. Qərardadın 2-ci sualı üzrə:- Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz əmlakın dövlət kadastrı və reyestri” Publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən hüquqmüəyyənedici sənədlərdə göstərilən Balakən rayonu, Sarıbulaq (Cederovtala) kəndində 0.0999 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi və köməkçi tikili bölündükdən sonra iddiaçının 1/6 hissə payının ayrılmasına baxıla bilər və JN0001 KOD 40112018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 1Q cizgisində 0.27 ha,1 A cizgisində isə 0,08 ha torpaq sahələri 0.0999 ha həyətyanı torpaq sahəsinə bitişik ərazidə yerləşdiyindən və həmin ərazilərə gediş-gəliş yolu olmadığından torpaq sahələrinin naturada bölünməsi mümkün olmamışdır. Çöl sahəsində isə yerləşən 1.92 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçının 1/6 hissə payına düşən 0.32 ha ərazinin naturada ölçüsü tərtib edilmiş yerquruluşu planı 2-də göstərilmişdir (Yerquruluşu planı mütəxəssis rəyinə əlavə edilmişdir.). Aparılmış ekspertiza tədqiqatın dəyəri 50 manatdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 11 aprel 2023-cü il tarixli 10/8574 nömrəli ekspert rəyində göstərilmişdir ki: qərardadın 1-ci sualı üzrə-mübahisə predmeti olan 0.0999 ha həyətyanı torpaq sahəsinin yerləşmə vəziyyətini nəzərə alaraq həmin torpaq sahəsindən 1/6 hissə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bölgü variantı rəyə əlavə edilmiş sxemdə qeyd olunmuşdur. qərardadın 2-ci süalı üzrəmübahisə predmeti olan 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 4 tərəfdən qonşu sahələr ilə əhatə olunduğunu və 1/6 hissə payın naturuda ayrılacağı təqdirdə ayrılmış hissəyə ayrılıqda giriş-çıxış yolunun açmasının mümkün olmadığını nəzərə alaraq həmin torpaq sahəsindən 1/6 hissə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Məhkəmə iddiaçını ,onun nümayəndəsi və vəkilini dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi zamanı müəyyən edildi ki, Balakən rayonu Aqrar İslahat Komissiyasının 12 may 1999-cu il tarixli 05 saylı qərarı ilə Cavabdeh2, Cavabdeh3 Hacıyov qızının, X5, Cavabdeh1, X1 və İddiaçı ümumi birgə mülkiyyətinə Balakən rayonu Sarıbulaq kəndi ərazisindən 2.27 ha kənd təsərrüfatı təyinatlı və 0.0999 ha həyətyanı torpaq sahələri verilmişdir. 2.27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə JN 14 A KOD 40112018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib edilmiş, 0.0999 ha həyətyanı torpaq sahəsinə isə RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Balakən Rayon Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli 2(019)-1316/2018 saylı qətnaməsi ilə Balakən rayonu Sarıbulaq kəndi ərazisində yerləşən İddiaçı, Cavabdeh2, Cavabdeh3 Hacıyov qızının, X5, Cavabdeh1 və X1 ümumi birgə mülkiyyətində olan 2.27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və 0.0999 həyətyanı torpaq sahəsindən İddiaçı 1/6 hissə payları müəyyən edilmişdir. İddiaçı hazırda öz payının naturada ayrılmasını istəyir. Cavabdehlər iddiaçının öz paylarını ayırmasına razı olmadığından iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ekspert rəyinə əsasən tərəflərin ümumi paylı mülkiyyətində olan, Balakən rayonu Sarıbulaq kəndi ərazisində yerləşən 0.0999 ha həyətyanı torpaq sahəsindən və planşet nömrəsi 0001 olan 19176 kv/m torpaq sahəsindən İddiaçı 1/6 hissə payının naturada ayrılması mümkündür. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 220.1-220.3-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, JN 14 A KOD 40112018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına və RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ümumi paylı mülkiyyətlərində olan, Balakən rayonu Sarıbulaq kəndi ərazisində yerləşən, 0.0999 ha həyətyanı torpaq sahəsindən və planşet nömrəsi 0001 olan 19176 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 1/6 hissə payları (0.0999 ha həyətyanı torpaq sahəsindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 11 aprel 2023-cü il tarixli 10/8574 nömrəli ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə, 19176 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən mütəxəssis rəyinə əlavə edilmiş Yerquruluşu planı 2-yə əsasən) naturada ayrılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən İddiaçı ödədiyi 100 manat dövlət rüsumu xərci və torpaq kadastr baza məlumatları və çöl –ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsi barədə mütəxəssis rəyinin verilməsinə görə 108.70 manat cavabdehlər Cavabdeh2,Cavabdeh3 və Cavabdeh1 tutulub İddiaçı verilməlidir. Həmçinin 100 manat ekspertiza xərci cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X4, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesaba köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qə t e t d i : İddia təmin edilsin. JN 14 A KOD 40112018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına və RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ümumi paylı mülkiyyətlərində olan, Balakən rayonu Sarıbulaq kəndi ərazisində yerləşən ,0.0999 ha həyətyanı torpaq sahəsindən və planşet nömrəsi 0001 olan 19176 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 1/6 hissə payları (0.0999 ha həyətyanı torpaq sahəsindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 11 aprel 2023-cü il tarixli 10/8574 nömrəli ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə, 19176 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən mütəxəssis rəyinə əlavə edilmiş Yerquruluşu planı 2-yə əsasən) naturada ayrılsın. İddiaçı ödədiyi 100 manat dövlət rüsumu xərci və torpaq kadastr baza məlumatları və çöl –ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsi barədə mütəxəssis rəyinin verilməsinə görə 108.70 manat cavabdehlər Cavabdeh2,Cavabdeh3 və Cavabdeh1 tutulub İddiaçı verilsin. 100 manat ekspertiza xərci cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X4, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesaba köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-44/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-44/2023
22.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver