Məhkəmə qərarları › İş №e-2(019)-45/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-45/2025

10.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-45/2025 10.06.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı torpaq sahəsindən paylarının naturada ayrılması, Cavabdeh onlara düşən hissədən çıxarılması tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********94-10301, qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçılara verilmiş 0.1411 ha həyətyanı torpaq sahəsinin üzərində tikililər nəzərə alınaraq, İddiaçı3 0.023516 ha, İddiaçı2 0.023516 ha, İddiaçı1 0.023516 ha hissədə paylarının naturada ayrılması, Cavabdeh onlara düşən hissədən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 nümayəndəsi-vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək,Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********94-10301 qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, iddiaçılar İddiaçı3,İddiaçı2, İddiaçı1 və digərlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0.1411 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı3 0.023516 ha, İddiaçı2 0.023516 ha, İddiaçı1 0.023516 ha hissədə paylarının birlikdə və faktiki istifadə vəziyyətinə,ekspert və mütəxəssis rəyinə uyğun olaraq naturada ayrılması,Cavabdeh onlara düşən hissədən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-in 53-cü madəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 iddialarını onunla əsaslandırmışlar ki,iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1 və qeyrilərinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən xx.xx.2024-cü ildə verilmiş,reyestr nömrəsi **********94-10301 qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 0.1411 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində İddiaçı3 0.023516 ha, İddiaçı2 0.023516 ha, İddiaçı1 0.023516 ha payları müəyyən edilmişdir.Hal-hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********94-10301 qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçılara verilmiş 0.1411 ha həyətyanı torpaq sahəsi üzərindəki tikililər nəzərə alınmaqla İddiaçı3 0.023516 ha, İddiaçı2 0.023516 ha, İddiaçı1 0.023516 ha hissədə paylarının birlikdə.istifadə vəziyyətləri nəzərə alınmaqla naturada ayrılması,Cavabdeh onlara düşən hissədən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq,heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş,lakin məhkəməyə ərizə göndərərək iddiaçılarla barışdığını, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən aparılan bölgü sxemi ilə razı olduğunu bildirərək ərizəsinin nəzərə alınmasını xahiş etmişdir.Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Balakən rayon İcra Hakimiyyəti Balakən Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 08 sentyabr 2022-ci il tarixli 1561 nömrəli arayışında göstərilir ki, Balakən şəhər İƏD üzrə nümayəndəliyinin 22 saylı Ev təsərüfatlarının uçotu kitabının 72 saylı səhifəsində M.Əsədov küçəsi 60 saylı ünvanda İddiaçı3 qeydiyyatda olduğu 1966 saylı təsərüfat qeyd edilmişdir. Həmin təsərüfatda 1968-ci ildə tikilmiş, 1 (bir) mərtəbəli 3(üç) otaqlı 190 kv.m ümumi sahəsi, 78 kv.m yaşayış sahəsinə malik fərdi yaşayış evi və həmin ünvanda 0,014 ha həyatyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. Qeyd: Daşınmaz əmlak üzərində ailə üzvləri və vərəsələr arasında mübahisə aşkar olunmadı. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********94-10301 olan, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və 0.1411 ha yaşayış məntəqələrinin torpaqları 36 №li reyestr kitabının 90 №li vərəqində xx.xx.2024-cü il tarixdə fərdi yaşayış evi tam və 0.23516 ha torpaq sahəsi İddiaçı3, 0.23516 ha torpaq sahəsi İddiaçı1, 0.23516 ha torpaq sahəsi İddiaçı2, 0.23516 ha torpaq sahəsi X1, 0.23516 ha torpaq sahəsi X4 və 0.23516 ha torpaq sahəsi X5 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi **********94-10301 olan, xx.xx.2024-cü il tarixli Texniki Pasportdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı3 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 29 oktyabr 2024-cü il tarixdə verilmiş 3-21-3-47/2-4384/2024 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki; 1.“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********94-10301 olan, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən İddiaçı3 İddiaçı1, İddiaçı2, X1, X4 və X5 mülkiyyətinə verilmiş 0.1411 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 hər birinin 0,023516 ha hissədə payının naturada ayrılması mümkün olmamışdır ünvan 2 ünvanında yerləşən İddiaçı3, İddiaçı1, İddiaçı2, X1, X4 və X5 mülkiyyətinə verilmiş 0.1411 ha həyətyanı torpaq sahəsində yerləşən yaşayış evləri bölündükdən sonra iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 hər birinin 0.023516 ha hissədə payının naturada ayrılması məsələsinə baxıla bilər. 2.“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********94-10301 olan, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən İddiaçı3, İddiaçı1, İddiaçı2, X1, X4 və X5 mülkiyyətinə verilmiş 0.1411 ha həyətyanı torpaq sahəsinin üzərində yerləşən tikililər nəzərə alınmaqla həmin torpaq sahəsindən iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 hər birinin 0.023516 ha hissədə payının naturada ayrılması mümkün olmamışdır.Torpaq sahəsinin reyestr nömrəsi **********94-10301,qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən yerləşmə vəziyyəti, sahəsi, koordinatları və ölçüsü tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2025-ci il tarixli №10/5767 nömrəli ekspert rəyində göstərilir ki: Qərardadın 1-ci və 2-ci sualı üzrə: ünvan 2 ünvanında yerləşən, mübahisə predmeti olan torpaq sahəsini faktiki olaraq hər birinin ayrı-ayrılıqda küçə (yol) istiqamətində giriş-çıxışları olmaqla bölünmüş vəziyyətdə olduğunu nəzərə alaraq həmin torpaq sahəsinin faktiki bölgü vəziyyətinin iddiaçıların payına düşən sahədən qismən kənara çıxmaqla Məhkəmə-Tikinti-X3 Metodlarında qeyd olunanlara uyğun olduğu müəyyən olunur. Məhkəmə,iddiaçıların nümayəndəsi-vəkilinin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1 və qeyrilərinin ümumi paylı mülkiyyətinə xx.xx.2024-cü il tarixli,reyestr nömrəsi **********94- 10301,qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 0.1411 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində İddiaçı3 0.023516 ha, İddiaçı2 0.023516 ha və İddiaçı1 0.023516 ha payları müəyyən edilmişdir.Tərəflər arasında narazılıq olduğundan iddiaçılar sözügedən torpaq sahəsindən öz paylarının birlikdə,istifadə vəziyyəti nəzərə alınmaqla naturada ayrılması ilə bağlı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ekspert rəyinə əsasən həmin torpaq sahəsinin faktiki bölgü vəziyyəti nəzərə alınmaqla və iddiaçıların payına düşən sahədən qismən kənara çıxmaqla iddiaçıların paylarının naturada ayrılması mümkündür. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 220.1-220.3-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, işin hallarını,mübahisəli torpaq sahəsinin faktiki olaraq hər birinin ayrı-ayrılıqda küçə (yol) istiqamətində giriş-çıxışları olmaqla bölünmüş vəziyyətdə olmasını, torpaq sahəsinin faktiki bölgü vəziyyətinin iddiaçıların payına düşən sahədən qismən kənara çıxmaqla iddiaçıların paylarının naturada ayrılmasının mümkün olmasını, iddiaçıların və cavabdehin bu qaydada iddiaçıların payının ayrılmasına razı olmalarını,eyni zamanda Cavabdeh iddiaçılara ayrılmış hissədən istifadə etməməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1 və qeyrilərinin ümumi paylı mülkiyyətinə xx.xx.2024-cü il tarixli,reyestr nömrəsi **********94- 10301,qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən verilmiş, ünvan 3 ünvanında yerləşən 0.1411 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı3 0.023516 ha, İddiaçı2 0.023516 ha, İddiaçı1 0.023516 ha hissədə payları birlikdə,faktiki istifadə vəziyyəti nəzərə alınmaqla, 04 aprel 2025-ci il tarixli 10/5767 nömrəli ekspert rəyinə və mütəxəssis tərəfindən tərtib edilmiş sxemə uyğun olaraq naturada ayrılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçıların məhkəmə xərclərini tələb etməmələri nəzərə alınmaqla onlar tərəfindən ödənmiş məhkəmə xərcləri iddiaçılar İddiaçı3,İddiaçı2 və İddiaçı1 özlərinə aid edilməlidir. 100 manat ekspertiza xərcinin 50 manatı Cavabdeh, 50 manatı isə iddiaçılar İddiaçı3,İddiaçı2 və İddiaçı1 tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesaba köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qə t e t d i İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1 və qeyrilərinin ümumi paylı mülkiyyətinə xx.xx.2024-cü il tarixli, reyestr nömrəsi **********94-10301, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən verilmiş, ünvan 3 ünvanında yerləşən 0.1411 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı3 0.023516 ha, İddiaçı2 0.023516 ha, İddiaçı1 0.023516 ha hissə payları birlikdə,faktiki istifadə vəziyyəti nəzərə alınmaqla,04 aprel 2025-ci il tarixli 10/5767 nömrəli ekspert rəyinə və mütəxəssis tərəfindən tərtib edilmiş sxemə uyğun olaraq naturada ayrılsın;iddia tələbi qalan hissədə təmin edilməsin; iddiaçılar İddiaçı3,İddiaçı2 və İddiaçı1 tərəfindən ödənmiş 100 manat dövlət rüsumu xərci onların özlərinə aid edilsin. 100 manat ekspertiza xərcinin 50 manatı Cavabdeh, 50 manatı isə iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar