Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-457/2024 15.11.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə, Balakən Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X10, Cavabdeh3 qarşı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların ləğv edilməsi və miras əmlaka vərəsəlik və mülkiyyət hüquqların tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə, X25 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X10, Cavabdeh3 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətin bərpa edilməsi, cavabdeh Balakən rayon Notariat Ofisi tərəfindən verilmiş 2V-59 reyestr nömrəli xx.xx.2023-cü il tarixli, 2-V-691 reyestr nömrəli xx.xx.2023-cü il tarixli, 2-V-695 reyestr nömrəli Qanun üzrə vərəsəlik Hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X24 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən Cavabdeh3 Hüseyn qızının adına verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatından çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının X1ndan miras qalmış əmlaklara dair Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və çıxarışın ləğv edilməsi və iddiaçı Camaldinova (Bağmanova) Məriyəm Mamat qızının vərəsəlik və mülkiyyət hüquqların tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Yeni Şərif kəndində anadan olmuşdur.X1, anası isə X9 olmuşlar. X1 05 dekabr 1986-cı ildə Balakən rayonu Dövlət Notariat Ofisinə vəsiyyətnamə qoymuş, həmin vəsiyyətnamə reyestrdə 342 nömrə ilə qeydə alınmışdır. Həmin vəsiyyətnamədə “Balakən rayonu Şərif kəndində yaşayan X2 həyatının axırıncı nümayəndəsi olmaq etibarı ilə aşağıdakı qaydada vəsiyyət sərəncamı verirəm: 1.Vəfat edəcəyim günə mənə məxsus olan bütün əmlakı onun harada yerləşməsindən və nədən ibarət olmağından asılı olmayaraq 1949-cu ildə anadan olmuş qızım X5 vəsiyyət edirəm. 2.Mənə məxsus olan əmlakdan Balakən rayonu Şərif kəndində yerləşən iki gözdən ibarət taxtadan tikilmiş üstü şiferlə örtülmüş damı nəzərdə tuturam. 3.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 537-538-ci maddələrinin məzmunu mənə izah edildi. Ona görə də həmin vəsiyyətnaməni öz imzamla təsdiq edirəm. 4.Vəsiyyətnamə iki nüsxədən tərtib olunur. Onlardan 1 nömrəli nüsxə Şərif kənd poçtunda saxlanılır. 2-ci nüsxəsi sahibinə verilir.” X1 21 yanvar 1987-ci ildə beynin isemik insultundan dünyasını dəyişmiş, onun yas mərasimini o yola salmış, baş daşını o qoymuş, dəfn xərclərini o çəkmiş, xəstə olan vaxtı atasının qulluğunda durmuşdur. Lakin atası öldükdən sonra həyat yoldaşı xəstələndiyindən, o isə onun yanında olduğundan atasının vərəsəliyini qəbul edə bilməmişdir. 2024-cü ilin mart ayında ona məlum oldu ki, atasının bütün mirasına bacısı qızı X6 qızı İİ dərəcəli vərəsə X7 adına 0.0682 ha həyətyanı torpaq sahəsi xx.xx.2023-cü ildə 2-V-59 reyestr nömrəli Qanun üzrə Vərəsəlik hüquqi haqqında, 0.4725 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə xx.xx.2023-cü ildə ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatından çıxarış almışdır. Odur ki, mirasın qəbulu üçün o, Balakən rayonu Regional Asan Xidmət Mərkəzi Notariat Ofisinə xx.xx.1987-ci il tarixdə vəfat etmiş X8 vərəsəlik işi ilə əlaqədar müraciət etmişdir. X25 Xidmət Mərkəzi Notariat Ofisinin 03 may 2023-cü il tarixli 964 nömrəli məktubunda göstərilir ki, məlumat üçün bildiririk ki, xx.xx.1987-ci il tarixdə vəfat etmiş X8 vərəsəlik işi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə Balakən Regional “ASAN xidmət” Mərkəzində notariat ofisinə vərəsəsi İddiaçı müraciət etmişdir. Odur ki, mirasın qəbulu üçün ötürülmüş müddətin bərpası ilə əlaqədar həmçinin, 2V-59 reyestr nömrəli xx.xx.2023-cü il tarixli, 2-V- 691 reyestr nömrəli xx.xx.2023-cü il tarixli, 2-V-695 reyestr nömrəli ‘Qanun üzrə vərəsəlik Hüququ haqqında şəhadətnamələrin , xx.xx.2023- cü il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatından çıxarışların ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddiaçının X1ndan miras qalmış əmlaklara dair 2V-59 reyestr nömrəli xx.xx.2023-cü il tarixli, 2-V- 691 reyestr nömrəli xx.xx.2023-cü il tarixli, 2-V-695 reyestr nömrəli ‘Qanun üzrə vərəsəlik Hüququ haqqında şəhadətnamələrin və xx.xx.2023- cü il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatından çıxarışların ləğv edilməsi və iddiaçı Camaldinova (Bağmanova) Məriyəm Mamat qızının vərəsəlik və mülkiyyət hüquqların tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi sifarişlixəbərnaməli poçt vasitəsi ilə göndərilsə də o, Balakən rayonu Yeni Şərif kəndində yaşamadığından məhkəmə sənədlərinin ona təqdim edilməsi mümkün olmamışdır. Göstərilən sənədlərin Cavabdeh3 təqdim edilməsi üçün həmin sənədlər sifarişlixəbərnaməli poçt göndərişi ilə Balakən rayon İHB-nın Yeni Şərif kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir. Balakən rayon İHB Yeni Şərif kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 05 noyabr 2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Cavabdeh3 hazırda Yeni Şərif kəndində yaşamır. Məktubun məzmunu yaxın qohumlarına telefon vasitəsilə bildirilmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə görə cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır Cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi və X25 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X14 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarında olan 10 iyun 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X6 Balakən rayonu Yeni Şərif kəndində qeydiyyatda olan qızı Cavabdeh3dır və o, miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-in 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən X6 adına verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında Balakən rayonu Yeni Şərif kəndində yerləşən ümumi sahəsi 0.4725 ha olan torpaq sahəsindən mərhuma çatacaq hissəsindən ibarətdir. İş materiallarında olan 09 iyun 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X6 Balakən rayonu Yeni Şərif kəndində qeydiyyatda olan qızı Cavabdeh3dır və o, miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-in 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən X6 adına verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında Balakən rayonu Yeni Şərif kəndində yerləşən ümumi sahəsi 0.1050 ha olan torpaq sahəsindən mərhuma çatacaq hissəsindən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********16 olan, ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Balakən rayonu Yeni Şərif kəndində yerləşən, ümumi sahəsi 0.1050 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 136 №li reyestr kitabının 35 №li vərəqində Cavabdeh3 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi **********15 olan, ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Balakən rayonu Yeni Şərif kəndində yerləşən ümumi sahəsi 0.4725 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 139 №li reyestr kitabının 32 №li vərəqində Cavabdeh3 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Balakən rayonu X23 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 13 saylı arayışdan görünür ki, kənd sakini mərhum X8 yaşadığı yurd hal-hazırda nəvəsi Cavabdeh3 mülküdür və hüquqları Dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 31 avqust 2022-ci il tarixdə verilmiş 05/69-694 nömrəli arayışdan görünür ki, X12 xx xxxx 1949-cu ildə doğulmuş, X1, anası X9 yazılmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X24 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1867 nömrəli zəruri məlumatın verilməsi barədə məktubda göstərilir: icraatınızda olan mülki işlə əlaqədar X8 mülkiyyətində olan ünvan 1i ünvanında həyətyanı və pay torpaq sahələrinin qeydiyyata alınıb alınmaması, həmin torpaq sahələrinin Cavabdeh3 Hüseyn qızının adına keçibkeçməməsi barədə məlumatların verilməsi barədə sorğunuza “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri’’ X24 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır.Sorğunuzun birinci bəndi ilə əlaqədar bildiririk ki, X8 adına hər-hansı daşınmaz əmlakın qeydiyyata alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş DTİ və MHQ İdarələrinin və DTXK tərəfindən təhvil verilmiş arxiv fondunda məlumat aşkar edilməmişdir.Sorğunuzun ikinci bəndinə cavab olaraq məlumat veririk ki, Balakən rayonu, Yeni Şərif kəndi ərazisində yerləşən 0,0682 ha həyətyanı torpaq sahəsi Balakən regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinin 23.01 2023-cü il tarixli 2V-59 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə" sənədinə əsasən (X6 vərəsəsiqızı Cavabdeh3 Hüseyn qızının olması barədə) xx.xx.2023-cü il tarixində ********** qeydiyyat nömrəsi ilə 0,4725 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Balakən regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinin xx.xx.2023-cü il tarixli 2V-695 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” sənədinə əsasən (X6 vərəsəsinin qızı Cavabdeh3 Hüseyn qızının olması barədə) xx.xx.2023-cü il tarixində ********** qeydiyyat nömrəsi ilə və 0,1050 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Balakən regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinin xx.xx.2023-cü il tarixli 2V-691 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” sənədinə əsasən (X6 vərəsəsinin- qızı Cavabdeh3 Hüseyn qızının olması barədə) xx.xx.2023-cü il tarixində ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət üzrə Cavabdeh3 Hüseyn qızının adına ərazi idarəsində qeydiyyata alınmışdır. İş materiallarında olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 31 avqust 2022-ci il tarixdə verilmiş 05/69-696 nömrəli arayışdan görünür ki, 1910-cu il tarixdə Balakən rayonunun Şərif kəndində anadan olmuş X8 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə 1946-cı ildən 21.01 1987-ci ilədək ‘Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X8 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. Qeyd: xx.xx.1987ci ildə vəfat etmiş X8 ölümü xx.xx.1987-ci il tarixdə 04 № li akt qeydi ilə Balakən rayon Şərif kənd icr« nümayəndəliyində dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 31 avqust 2022-ci il tarixdə verilmiş 05/69-695 nömrəli arayışdan görünür ki, X11 "21” yanvar 1987-ci ildə ölmüşdür. Ölüm haqqında 22 yanvar 1987-ci ildə 04 №-li akt qeydi tərtib olunmuşdur. Ölümün səbəbi: Beynin işemik insult Ölümün qeydə alındığı yer: Balakən rayon Şərif kənd icra nümayəndəliyi. İş materiallarında olan 05 dekabr 1986-cı il tarixli vəsiyyətnamədə göstərilir ki, “ mən, Balakən rayonu Şərif kəndində yaşayan X2 həyatının axırıncı nümayəndəsi olmaq etibarı ilə aşağıdakı qaydada vəsiyyət sərəncamı verirəm: 1.Vəfat edəcəyim günə mənə məxsus olan bütün əmlakı onun harada yerləşməsindən və nədən ibarət olmağından asılı olmayaraq 1949-cu ildə anadan olmuş qızım X5 vəsiyyət edirəm. 2.Mənə məxsus olan əmlakdan Balakən rayonu Şərif kəndində yerləşən iki gözdən ibarət taxtadan tikilmiş üstü şiferlə örtülmüş damı nəzərdə tuturam.3.Azərbaycan Respublikası Mülki-Məcəlləsinin 537- 538-ci maddələrinin məzmunu mənə izah edildi. Ona görə də həmin vəsiyyətnaməni öz imzamla təsdiq edirəm. 4.Vəsiyyətnamə iki nüsxədən tərtib olunur. Onlardan 1 nömrəli nüsxə Şərif kənd poçtunda saxlanılır. 2-ci nüsxəsi sahibinə verilir.” İş materiallarında olan Balakən rayonu Şərif kənd İcra hakimiyyətinin nümayəndəsi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli 8293 saylı arayışdan görünür ki, X8 qızı İddiaçı adına olan xx.xx.1986-cı il tarixli 342№-li vəsiyyətnamə ləğv edilməmiş və hal-hazırda qüvvədədir. İş materiallarında olan Balakən rayonu Yeni Şərif kənd İcra hakimiyyətinin nümayəndəsi tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli 658 saylı arayışdan görünür ki, mərhum X8 1918-ci ildə inşa edilmiş, üstü kirəmidlə örtülmüş, iki gözdən ibarət taxtadan tikilmiş, üstü də şiferlə örtülmüş bir gözdən ibarət damı vardır. İş materiallarında olan İddiaçı tərəfindən Notariat ofisinə verilmiş ərizədə (**********39) göstərilir: yazıb sizdən xahiş edirəm ki, Balakən rayonu Şərif kəndində yaşamış və xx.xx.1987-ci il tarixdə vəfat etmiş X3 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verəsiniz.Qeyd: Azərbaycan Respublikası "Notariat haqqında" Qanunun 67-ci maddəsinə əsasən notarius və ya müvafiq icra hakimiyyəti orqanı sənəddə imzanın həqiqiliyini təsdiq edərkən sənəddə şərh olunmuş faktları deyil, yalnız müəyyən şəxsin etdiyi imzanın həqiqiliyini təsdiq edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən Balakən regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Səbuhi Məmmədova ünvanlanmış xx.xx.2022-ci il tarixli xx/xx-7416/10 nömrəli məktubda göstərilir: xx.xx.1987-ci il tarixdə vəfat etmiş X8 miras əmlakına dair vərəsəlik işinin açılıb-açılmaması və vəsiyyətnaməsinin olub-olmaması barədə məlumatın istənilməsi ilə əlaqədar Dövlət notariat arxivinə daxil olmuş müraciətinizə baxılmışdır. Bildiriik ki, Balakən rayon dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 1987-2009cu ilərə dair vərəsəlik işlərinə və “Elektron notariat” informasiya sistemində olan vəsiyyətnamələrə baxış keçirilərkən X8 hər hansı miras əmlakına dair vərəsəlik işi, həmçinin vəsiyyətnamənin qoyulması barədə məlumat aşkar edilməmişdir. Məhkəmə İddiaçı nümayəndəsi-vəkili Nümayəndə izahatını dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə təhqiqatı zamanı sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı Balakən rayonu Yeni Şərif kəndində anadan olmuşdur. X1, anası isə X9 olmuşlar. X1 05 dekabr 1986-cı ildə Balakən rayonu Dövlət Notariat Ofisinə vəsiyyətnamə qoymuş, həmin vəsiyyətnamə reyestrdə 342 nömrə ilə qeydə alınmışdır. İddiaçı X1 21 yanvar 1987-ci ildə ölmüşdür. İddiaçı bacısı X6 qızı -Cavabdeh3 Hüseyn qızının adına Balakən rayonu Yeni Şərif kəndində yerləşən ümumi sahəsi 0.4725 ha torpaq sahəsinə xx.xx.2023-cü ildə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Balakən rayonu Yeni Şərif kəndində yerləşən ümumi sahəsi 0.1050 ha torpaq sahəsinə xx.xx.2023cü ildə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmçinin bu şəhadətnamələr əsasında reyestr nömrəsi **********16 olan, ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Balakən rayonu Yeni Şərif kəndində yerləşən ümumi sahəsi 0.1050 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 136 №li reyestr kitabının 35 №li vərəqində Cavabdeh3 adına və reyestr nömrəsi **********15 olan, ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Balakən rayonu Yeni Şərif kəndində yerləşən ümumi sahəsi 0.4725 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 139 №li reyestr kitabının 32 №li vərəqində Cavabdeh3 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı həmin əmlakların mərhum X1ndan miras qaldığını iddia edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçı X1 21 yanvar 1987-ci ildə öldüyündən hazırkı mübahisəyə həmin vaxt qüvvədə olmuş,11 sentyabr 1964-cü ildə qəbul edilmiş, 1 mart 1965-ci ildə qüvvəyə minmiş Azərbaycan SSR Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Sözügedən Mülki Məcəllənin 527-ci maddəsində göstərilirdi ki, vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilir ki, o, vəsiyyətlə dəyişdirilməsin. Azərbaycan SSR Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəcəliyin açılma vaxtı miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Azərbaycan SSR Mülki Məcəlləsinin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar, (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin vadlideynləri (övladlığa götürülənlər) birinci növbədə vərəsələr hesab olunurlar.Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun;onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Azərbaycan SSR Mülki Məcəlləsinin 533-cü maddəsinə əsasən birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onun həm ata, həm də ana tərəfindən babası və nənəsi,ulu babası və ulu nənəsi vərəsə olurlar. Miras qoyanın bacı-qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə,qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir. Azərbaycan SSR Mülki Məcəlləsinin 537-ci maddəsinə əsasən hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət, -kooperativ təşkilatına və istimai təşkilatlara- kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər. Vəsiyyət edən, vəsiyyətnamədə qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər. Azərbaycan SSR Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir.Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə,miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyləndikdə,o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə,mirası qəbul etmiş hesab olunur. Bu maddəddə göstərilən hərəkətlər,vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər,bu müddət üç aydan az olduqda isə həmin müddə üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Azərbaycan SSR Mülki Məcəlləsinin 561-ci maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağrılmış vərəsələr,vərəsəlik açılan yerin notariat kontorundan,notariat kontoru olmayan yerlərdə isə zəhmətkeş deputatları sovetinin kənd, qəsəbə icraiyyə komitələrindən,--onların vərəsəlik hüququqnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər. Miras əmlakı dövlətə keçdikdə də vərəsəlik hüququ haqqında şəhadətnamə həmin qaydada verilir. Azərbaycan SSR Mülki Məcəlləsinin 562-ci maddəsinə əsasən vərəsələrə miras hüququ haqqında şəhadətnamə, vərəsəlik açıldığı gündən altı ay keçdikdən sonra verilir. Notariat kontorunda şəhadətnamə istəyən şəxslərdən başqa,digər vərəsələrin olmaması barədə məlumat olduqda,qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı,miras hüququ haqqında vətəndaşa şəhadətnamə vərəsəlik açıldığı gündən altı ay keçənə qədər verilə bilər. Dövlətin miras hüququ haqqında şəhadətnamə bütün hallarda vərəsəlik açıldığı gündən altı aydan tez verilmir. Azərbaycan SSR Mülki Məcəlləsinin 564-ci maddəsinə əsasən kolxozçu həyətinin – tək təsərrüfatçı kəndli həyətinin-üzvü öldükdə də, həyətin əmlakı üçün vərəsəlik açılmır. Kolxozçu həyətinin –tək təsərrüfatçı kəndli həyətinin-üzvünün ölümündən sonra həyətin başqa üzvləri qalmasa,həyətin əmlakına həmin bölmənin qaydaları tətbiq olunur. Bu maddənin birinci və ikinci hissələrində şərh olunmuş qaydalar,həmçinin kənd təsərrüfatında fərdi əmək fəaliyyəti ilə məşğul olan vətəndaşların təsərrüfatında əmlak vərəsəliyi zamanı da tətbiq edilir. Sadalanan normalarının məzmunundan göründüyü kimi, vərəsə miras əmlakdan pay əldə etməsi üçün mirası qəbul etməlidir. Mirasın qəbulu, mirasın açıldığı gündən 6 ay müddətində miras əmlakı faktiki surətdə idarə etməyə başlamaqla və ya mirasa yiyələnməklə, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməklə mirası qəbul edilə bilərdi. İddiaçı atasının ölümündən, yəni 21 yanvar 1987-ci ildən sonra 6 ay ərzində -21 iyul 1987-ci ildə tarixə kimi olan müddətdə mirası qəbul etməsinə dair heç bir sübutu məhkəməyə təqdim etməmiş,iddia ərizəsinin özündə də qeyd edilmişdir ki, o, mirası qəbul etməmişdir. Hazırkı işdə miras 21 yanvar 1987-ci ildə açıldığından və iddia ərizəsi 26 dekabr 2023-cü ildən sonra-27 mart 2024-cü il tarixdə məhkəməyə daxil olduğundan hazırkı mübahisəyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarının müddəaları da tətbiq oluna bilməz. Eyni zamanda İddiaçı mərhum atasından hər hansı əmlakın miras qalmasına dair sübutu da məhkəməyə təqdim edə bilməmişdir. Onun özünün təqdim etdiyi, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X24 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1867 nömrəli zəruri məlumatın verilməsi barədə məktubda göstərilmişdir ki,X8 adına hər-hansı daşınmaz əmlakın qeydiyyata alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş DTİ və MHQ İdarələrinin və DTXK tərəfindən təhvil verilmiş arxiv fondunda məlumat aşkar edilməmişdir. Bundan başqa iddiaçının ləğv olunmasını tələb etdiyi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən görünür ki,09 iyun 2023-cü il tarixli və 10 iyun 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr,xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 miras qalmış, Balakən rayonu Yeni Şərif kəndində yerləşən ümumi sahəsi 0.4725 ha olan və ümumi sahəsi 0.1050 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən mərhuma çatacaq hissəsindən onun vərəsəsi –qızı Cavabdeh3 irs alması üçün verilmişdir. İddiaçının ləğv olunmasını tələb etdiyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********16 olan, ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli və reyestr nömrəsi **********15 olan, ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlar isə həmin qanun üzrə vərəsəlik hüququ əsasında Cavabdeh3 mülkiyyətinə keçmiş torpaq sahələrinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması əsasında verilmişdir. Qeyd edildiyi kimi iddiaçının X1 21 yanvar 1987-ci ildə ölmüşdür. Azərbaycan Respublikasında torpaq islahatı 1996-cı ildə aparıldığından mərhum X8 mülkiyyətində torpaq sahəsi ola bilməzdi. Həmçinin mərhum X13 İddiaçı bacısı olduğundan və mərhumun birinci növbəli vərərəsi-qızı olduğundan iddiaçı ondan miras qalmış əmlakdan da pay ala bilməz. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən iddiaçının ödədiyi 100 manat dövlət rüsumu xərci onun özünə aid edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə, Balakən Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X10, Cavabdeh3 qarşı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların ləğv edilməsi və miras əmlaka vərəsəlik və mülkiyyət hüquqların tanınması tələbinə dair iddiası təmin edilməməli;hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə, Balakən Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X10, Cavabdeh3 qarşı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların ləğv edilməsi və miras əmlaka vərəsəlik və mülkiyyət hüquqların tanınması tələbinə dair iddiası təmin edilməsin.; hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-457/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-457/2024
15.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver