Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-468/2024 05.09.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi-Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı ibtidai istintaq və məhkəmə orqanlarının qanunsuz qərarları nəticəsində 1 (bir) il 2 (iki) ay 21 (iyirmi bir) gün müddətinə qanunsuz olaraq həbsdə saxlanıldığı müddətdə keçirdiyi mənəvi sarsıntı və iztirablara görə ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 50000 (əlli min) manat miqdarında kompensasiyanın dövlət büdcəsindən ona ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ibtidai istintaq və məhkəmə orqanlarının qanunsuz qərarları nəticəsində 1 (bir) il 2 (iki) ay 21 (iyirmi bir) gün müddətinə qanunsuz olaraq həbsdə saxlanıldığı müddətdə keçirdiyi mənəvi sarsıntı və iztirablara görə ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 50 000 (əlli min) manat miqdarında kompensasiyanın dövlət büdcəsindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 36.7-ci maddəsinə əsasən qanunsuz olaraq məhkum edilməklə, cinayət məsuliyyətinə cəlb edilməklə, qətimkan tədbiri kimi həbsə alınmaqla, başqa yerə getməmək haqqında iltizam almaqla, yaxud həbs şəklində inzibati tənbeh verilməklə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar olaraq əmək, pensiya və mənzil hüquqlarının bərpa edilməsi, əmlakın və ya onun dəyərinin qaytarılması haqqında iddialar həmçinin iddiaçının yaşayış yerinə görə verilə bilər. Qeyd olunanlara əsasən hazırki iddiaya Balakən Rayon Məhkəməsində baxılması qanunauyğundur. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Balakən Rayon Məhkəməsinin (sədrlik edən hakim H.Səlimov) 27 noyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 234.2-cimaddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Eyni zamanda həmin hökmlə onun 17 yanvar 2019-cu il tarixdən 17 may 2019-cu il tarixə kimi şübhəli şəxs qismində tutulub saxlandığı və həbsdə olduğu 04 (dörd) ay müddətin bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının 1 (bir) gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılması və üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 27 noyabr 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilməsi, barəsində həbs qətimkan tədbirinin seçilməsi, məhkəmə iclas zalından həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılması hökm edilmişdir. Bundan sonra həmin hökmdən müdafiəçisi Vəkil tərəfindən apellyasiyaşi kayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyun 2020-ci il tarixli1(107)- 25/2020 iş nömrəli hökmünə əsasən apellyasiya şikayəti təmin edilərək, Balakən Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli hökmü ona aid hissədə ləğv edilərək, ona Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməyindən bəraət verilmişdir. Eyni zamanda Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sözügedən hökmü ilə barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalında həbsdən dərhal azad olunmuşdur. Daha sonra Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyun 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli 1(102)-492/2021 iş nömrəli qərarı ilə kassasiya protesti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyun 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmin hökmlərdən görünür ki, Balakən Rayon Məhkəməsinin 19 yanvar 2019-cu il tarixli qərarına əsasən barəsində qanunsuz olaraq 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli 17 yanvar 2019-cu il tarixdən hesablanmışdır. Bundan sonra Balakən Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli həbsdə saxlama müddətinin uzadılması barədə qərarına əsasən barəsində seçilmiş həbsdə saxlama müddəti 01 ay müddətinə uzadılmışdır. Beləliklə həmin hökmlərdən görünür ki, həmin cinayət işi üzrə ibtidai istintaq orqanı və Balakən Rayon Məhkəməsinin səhv və qanunsuz qərarları nəticəsində qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməklə 17 yanvar 2019-cu il tarixdən 17 may 2019-cu il tarixədək, yəni 4 ay müddətinə, daha sonra Balakən Rayon Məhkəməsinin hökmü ilə qanunsuz olaraq məhkum edilməklə 27 noyabr 2019-cu il tarixdən 17 iyun 2020-ci il tarixədək 6 ay 21 gün müddətinə olmaqla cəmi 10 ay 21 gün müddətinə həbsdə saxlanılmışdır. Bundan başqa Balakən Rayon Polis X2 müstəntiqi, polis kapitanı X6 icraatında olan ********* nömrəli cinayət işi üzrə 22 iyun 2020ci il tarixli “cinayət işinin icraatına xitam verilməsi haqqında” Qərarından görünür ki, 31 may 2018-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğuna görə Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Həmin işlə bağlı 01 iyun 2018-ci il tarixdə Zaqatala Rayon Polis X2 müstəntiqi Əhməd Əmirov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmış, 02 iyun 2018-ci il tarixdə isə həmin cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona ittiham elan edilmişdir. Daha sonra 03 iyun 2018-ci il tarixdə Zaqatala Rayon Məhkəməsinin 4(033)-27/2018 nömrəli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi və həbs etmənin əvvəlinin şübhəli şəxs qismində tutulduğu 31 may 2018ci il tarixdən hesablanması qərara alınmışdır. Daha sonra isə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2018-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Zaqatala Rayon Polis X2 müstəntiqi Əhməd Əmirov tərəfindən başladılan ********* nömrəli cinayət işi 27 sentyabr 2018-ci il tarixdə Zaqatala Rayon Polis X2 müstəntiqi X7 icraatında olan ********* nömrəli cinayət işinə birləşdirilmişdir. Daha sonra onun barəsində olan Zaqatala Rayon Polis X2 müstəntiqi X7 icraatında olan ********* nömrəli cinayət işindən ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış və Balakən Rayon Polis X3 göndərilmişdir. Balakən Rayon Polis X2 müstəntiqi, polis kapitanı X10 isə icraatında olan ********* nömrəli cinayət işi üzrə 22 iyun 2020-ci il tarixdə “Cinayət işinin icraatına xitam verilməsi haqqında” Qərar qəbul edərək, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1 və 39.2-ci maddələrinə əsasən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə olan cinayət təqibinə xitam vermişdir. Balakən Rayon Polis X2 müstəntiqi, polis kapitanı X6 22 iyun 2020-ci il tarixli “Cinayət işinin icraatına xitam verilməsi haqqında” Qərarından da görünür ki, istintaq orqanları tərəfindən 31 may 2018ci il tarixdən hesablanmaqla 4 ay müddətinə qanunsuz olaraq qətimkan tədbiri kimi həbsdə və ev dustaqlığında saxlanılmışdır. Bununla da istintaq orqanları və məhkəmənin qanunsuz qərarları ilə cəmi 1 il 2 ay 21 gün müddətinə cinayət məsuliyyətinə cəlb edilməklə həbsdə saxlanılmaqla o və ailə üzvləri ağır sarsıntılar keçirmiş və mənəvi olaraq iztirablar çəkmiş və nəticədə ona və ailə üzvlərinə mənəvi zərər vurulmuşdur. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin bu iş üzrə məsuliyyət daşımadığını və ona görə də iddianın əsassız olduğunu bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir. Həmçinin cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə2 məhkəməyə yazılı etiraz verərək, etirazında göstərmişdir ki, İddiaçı oğiu təhqiqat və ibtidai istintaq orqanlarının qanunsuz hərəkətləri nəticəsində dəymiş mənəvi ziyana görə 50000 manat kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi bu prosesə cavabdeh qismində cəlb edilmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, həmin iddia tələbi rədd edilməlidir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşın fiziki və mənəvi iztirabları, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, ictimaiyyət arasında gözdən salınması məqsədinlə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habelə mənəviyyatına əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Hesab edirlər ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-cı il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəiılik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq hallan nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bundan başqa, maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir (ona qarşı xüsusilə ağır cinayət törədildikdə- üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə- yüz altmış beş manat, ona qarşı az açır cinayət törədildikdə-əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə-on bır manat). Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xususılə ağır cinayət töıədıidıyı halda ona ödəniləcək "kompensasiyanın məbləği 330 manatdır. Mulki qanunvericiliyin tələblərinə əsasən hər hansı şəxsə zərər vurmuş şəxs (və ya şəxslər) ona münasibətdə mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-1096.2-cı maddələrinə əsasən mülki hüquq pozuntusu (dəlıkt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delıkt torətmış şəxs mülki huquq məsuliyyəti daşıyır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bır delıkt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının iddia tələbində Maliyyə Nazirliyini cavabdeh qismində göstərməsinin əslində də heç bır huquqı əsası yoxdur. Eyni zamanda "Dövlət büdcəsi" ifadəsi ümumi anlayışdır və burada hər bır büdcə təşkilatına (kredit sərəncamçılarına) müvafiq məqsədlər üçun xərc maddələri üzrə vəsait nəzərdə tutulur. Xərc maddələri isə Qanunla təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur. «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun 8-cı maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadı, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.3-cü maddəsinin tələblərini də nəzərə almalıdır. Belə ki, Mülki Məcəllənin 1114.3-cü maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü üə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Qeyd olunan reqres hüququnun əsaslandırılması uçün isə məhkəmə tərəfindən ış üzrə təqsirkar vəzifəli şəxslərin təqsiri müəyyən edilməli və dövlətin həmin şəxslərə qarşı reqres huququndan istifadə edə bilməsi üçün hüquqi faktlar qətnamədə göstərilməlidir. Göründüyü kimi cinayət prosesini həyata keçirən orqan (və ya vəzifəli şəxs) hazırkı iddia tələbi ilə bağlı təqsirkar sayılmalı və iddia tələbinə həmin orqana (və ya vəzifəli şəxsə) münasibətdə baxılıb qətnamə qəbul edilməlidir Azərbaycan Respublikası MPM-nın 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandırılan halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77-cı maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı mənəvi zərərə məruz qaldığını bildirsə də, onun iddia ərizəsində bu zərəri sübut edəcək heç bir fakt mövcud deyildir. Göstərilənləri nəzərə alaraq ıddaçı İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddiasının rədd edilməsini xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Şəki Apellyasiya Məhkəməsi, Zaqatala Rayon Məhkəməsi, Balakən Rayon Məhkəməsi, Balakən rayon prokurorluğu, Zaqatala RPŞ və Balakən RPŞ məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclaslarına gəlməmişlər. X11 Məhkəməsinin aparat rəhbəri Elməddin İbrahimov və Zaqatala Rayon Məhkəməsinin sədri Vüqar Məmmədov məhkəməyə ərizə göndərərk məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişlər. Lakin üçüncü şəxslər Balakən Rayon Məhkəməsi, Balakən rayon prokurorluğu, Zaqatala RPŞ və Balakən RPŞ nümayəndələrinin məhkəmə iclaslarına gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Qeyd olunanlara əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən həmin üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşə əlavə olunan Zaqatala Rayon Polis X2 müstəntiqi, polis kapitanı X7 31 yanvar 2019-cu il tarixli cinayət işinin istintaq aidiyyatı üzrə göndərilməsi haqqında qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən icraatında olan ********* saylı cinayət işinin istintaqın davam etdirilməsi məqsədi ilə istintaq aidiyyəti üzrə Balakən Rayon Polis X3 göndərilməsi, qərarın surətinin təqsirləndirilən şəxs İddiaçı və onun müdafiəçisi Vəkil və ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən Zaqatala rayon Prokuroruna göndərilməsi, qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxslərə məlumat verilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin 19 yanvar 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs hesab edilən İddiaçı barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 17 yanvar 2019-cu il tarixdən hesablanmışdır. İşə əlavə olunan Balakən Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli 4(019)- 20/2019 nömrəli qərarından görünür ki, vəsatət və təqdimat təmin edilmiş, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs- xx xxxx 1986-cı il tarixdə Balakən rayonu Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olan İddiaçı həbsdə saxlama müddəti 01 (bir) ay müddətə, yəni 17 aprel 2019-cu il tarixdən 17 may 2019-cu il tarixədək uzadılmışdır. İşə əlavə olunan Balakən Rayon Məhkəməsinin 10 may 2019-cu il tarixli 4(019)-28/2019 nömrəli qərarından görünür ki, vəsatət və təqdimat təmin edilməmiş, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs- xx xxxx 1986-cı il tarixdə Balakən rayonu Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olan İddiaçı həbsdə saxlama müddətinin uzadılmasından imtina edilmişdir. İşə əlavə olunan Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(019)-62/2019 nömrəli hökmündən görünür ki, təqsirləndirilən şəxs İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun 17 yanvar 2019-cu il tarixdən 17 may 2019-cu il tarixə kimi şübhəli şəxs qismində tutulub saxlandığı və həbsdə olduğu 04 (dörd) ay müddətin bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrumetmə cəzasının 1 (bir) gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılmış və onun üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanmış, cəza çəkmə müddətinin əvvəli 27 noyabr 2019- cu il tarixdən hesablanmış, təqsirləndirilən şəxs İddiaçı barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmiş, onun barəsində həbs qətimkan tədbiri seçilmiş, o məhkəmə iclas zalından həbs edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-25/2020 saylı xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs İddiaçı müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə, təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Balakən Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli hökmü təqsirləndirilən şəxs İddiaçı aid hissədə ləğv edilmiş, İddiaçı Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi ilə əlaqədar bəraət verilmiş, İddiaçı barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalında həbsdən dərhal azad olunmuş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilməsi ilə əlaqədar cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququ izah edilmiş, Balakən Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)- 492/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyun 2020-ci il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə olunan Zaqatala Rayon Polis Şöbəsinin təhqiqat qrupunun təhqiqatçısı, polis baş leytenantı X1 31 may 2018-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən xx.xx.1986-cı ildə Balakən rayon Mahamalar (Qazbinə) kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam-orta təhsill, işsiz, hal-hazırda Balakən rayon Mahamalar (Qazbinə) kəndində yaşayan İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsilə şübhəli şəxs qismində tutulması, qərarın surətinin ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən Balakən rayon prokuroruna göndərilməsi və İddiaçı şübhəli şəxs qismində tutulması haqqında onun ailə üzvlərinə məlumat verilməsi qərara alınmışdır. İş materiallarından həmçinin görünür ki, Zaqatala Rayon Məhkəməsinin 03 iyun 2018ci il tarixli qərarı ilə İddiaçı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 31 may 2018-ci il tarixdən hesablanmış, həmçinin Zaqatala Rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli qərarı ilə İddiaçı barədə həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsindən imtina edilmişdir. İşə əlavə olunan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2018-ci il tarixli, 4(107)-54/2018 nömrəli qərarından görünür ki, təqsirləndirilən şəxs İddiaçı müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayət təmin edilmiş, təqsirləndirilən şəxs İddiaçı barədə həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsindən imtina edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli qərarı ləğv edilmiş, təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti təmin edilmiş, İddiaçı barədə Zaqatala Rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli qərarı ilə 4 ay müddətə seçilmiş həbs qətimkan tədbirinin qalan hissəsi ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, İddiaçı məhkəmə iclas zalında dərhal həbsdən azad edilmiş, ev dustaqlığı qətimkan tədbirinin əvvəli 27 iyul 2018-ci ildən hesablanmış, ev dustaqlığının sonu 30 sentyabr 2018-ci il tarix müəyyən edilmiş, İddiaçı üzərinə (təbii fəlakət və s. fövqəladə hallar istisna olmac yaşayış yerini tamamilə tərk etməmək, ona nəzarəti həyata keçirən polis orqanın icaz olmadan yaşadığı Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişməmək, kütləvi və digər tədbirlər təşkil etməmək və ya bu tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuşdur. İşdə olan Balakən Rayon Polis X2 müstəntiqi, polis kapitanı X6 22 iyul 2020-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən iş üzrə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs İddiaçı barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.1 və 39.2-ci maddələrinə əsasən cinayət təqibinə xitam verilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respubikası CM-nin 234.2-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatına xitam verilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin üzərindən götürülməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananın az miqdar olmaqla az əhəmiyyəli olması, narkotik vasitənin dövriyyədən çıxarılması və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq həmin xüsusat üzrə cinayət təqibinin başlanmasnın rədd edilməsi, qərarın surətinin ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən Balakən rayon prokuroruna göndərilməsi, icraatına xitam verilmiş ********* nömrəli cinayət işinin Azərbaycan Respublikası DİN-nin arxivində verilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Balakən rayon prokuroruna göndərilməsi qərar alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilini və cavabdehin nümayəndəsini dinləyib, işdə olan sübutları hüquqi cəhətdən dəyərləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikaası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası MPM-nin 78.1-1-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər. Azərbaycan Remspublikası MPM-nin 78.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz paya (səhmə) malik olan işdə iştirak edən şəxs vəsatətdə işdə iştirak edən digər şəxsdə (hüquqi şəxsdə və ya onun adından çıxış edən şəxsdə) olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.4cü maddəsində nəzərdə tutulan hallarla bağlı bütün sənədlərin (konkret sənəd göstərilmədən) və ya məlumatların təqdim edilməsinin təmin olunmasını məhkəmədən tələb edə bilər.Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-ş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunan qanun normalarının tələbinə əsasən məhkəmə Zaqatala Rayon Polis X2 müstəntiqi, polis kapitanı X7 31 yanvar 2019-cu il tarixli cinayət işinin istintaq aidiyyatı üzrə göndərilməsi haqqında qərarını, İddiaçı barəsində 3 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi haqqında Balakən Rayon Məhkəməsinin 19 yanvar 2019-cu il tarixli qərarını, İddiaçı həbsdə saxlama müddətinin 01 (bir) ay müddətə, yəni 17 aprel 2019-cu il tarixdən 17 may 2019-cu il tarixədək uzadılması haqqında Balakən Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli 4(019)-20/2019 nömrəli qərarını, İddiaçı həbsdə saxlama müddətinin uzadılmasından imtina edilməsi haqqında Balakən Rayon Məhkəməsinin 10 may 2019-cu il tarixli 4(019)-28/2019 nömrəli qərarını, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(019)-62/2019 nömrəli hökmünü, İddiaçı bəraət verilməsi ilə bağlı Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-25/2020 saylı xx.xx.2020-ci il tarixli hökmünü, həmin hökmü dəyişdirmədən saxlayan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-492/2021 saylı xx.xx.2021-ci il tarixli qərarını, Zaqatala Rayon Polis Şöbəsinin təhqiqat qrupunun təhqiqatçısı, polis baş leytenantı X1 31 may 2018-ci il tarixli İddiaçı şübhəli şəxs qismində tutulması haqqında qərarını, İddiaçı barəsində 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə Zaqatala Rayon Məhkəməsinin 03 iyun 2018-ci il tarixli qərarını, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2018-ci il tarixli, 4(107)-54/2018 nömrəli qərarını, Balakən Rayon Polis X2 müstəntiqi, polis kapitanı X6 22 iyul 2020-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərarını və İddiaçı nümayəndəsivəkili Vəkil izahatını mötəbər sübutlar kimi qəbul edir və bu sübutlarla müəyyən olunmuş işin fakotoloji hallarını nəzərə alır. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən Rayon Məhkəməsinin (sədrlik edən hakim H.Səlimov) 27 noyabr 2019-cu il tarixli hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2cimaddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, onun 17 yanvar 2019-cu il tarixdən 17 may 2019-cu il tarixə kimi şübhəli şəxs qismində tutulub saxlandığı və həbsdə olduğu 04 (dörd) ay müddətin bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının 1 (bir) gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılmış və üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəza çəkmə müddətinin əvvəlinin 27 noyabr 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilməsi, barəsində həbs qətimkan tədbirinin seçilməsi, onun məhkəmə iclas zalından həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılması hökm edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyun 2020-ci il tarixli1(107)-25/2020 iş nömrəli hökmünə əsasən onun müdafiəçisinin apellyasiya şikayəti təmin edilərək, Balakən Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli hökmü İddiaçı aid hissədə ləğv edilərək, ona Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsassı ilə bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək o, məhkəmə iclas zalında həbsdən dərhal azad olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli 1(102)- 492/2021 iş nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyun 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşdəki sübutlarla müəyyən olunur ki, Balakən Rayon Məhkəməsinin 19 yanvar 2019-cu il tarixli qərarına əsasən İddiaçı barəsində qanunsuz olaraq 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli 17 yanvar 2019-cu il tarixdən hesablanmış, Balakən Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli həbsdə saxlama müddətinin uzadılması barədə qərarına əsasən onun barəsində seçilmiş həbsdə saxlama müddəti 01 ay müddətinə uzadılmışdır. Həmin cinayət işi üzrə ibtidai istintaq orqanı və Balakən Rayon Məhkəməsinin səhv və qanunsuz qərarları nəticəsində İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməklə 17 yanvar 2019-cu il tarixdən 17 may 2019-cu il tarixədək, yəni 4 ay müddətinə, daha sonra Balakən Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli hökmü ilə qanunsuz olaraq məhkum edilməklə 27 noyabr 2019-cu il tarixdən 17 iyun 2020-ci il tarixədək 6 ay 21 gün müddətinə olmaqla cəmi 10 ay 21 gün müddətində həbsdə saxlanılmışdır. Bundan başqa işdəki sübutlar əsasında işin faktoloji halları olaraq müəyyən edilmişdir ki, İddiaçı 31 may 2018-ci il tarixdə Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş, həmin işlə bağlı 01 iyun 2018-ci il tarixdə Zaqatala Rayon Polis X2 müstəntiqi Əhməd Əmirov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmış, 02 iyun 2018-ci il tarixdə isə həmin cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona ittiham elan edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 03 iyun 2018-ci il tarixli 4(033)-27/2018 nömrəli qərarı ilə İddiaçı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli şübhəli şəxs qismində tutulduğu 31 may 2018-ci il tarixdən hesablanmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2018-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri 26 iyul 2018-ci il tarixdən 30 sentyabr 2018-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Zaqatala Rayon Polis X2 müstəntiqi Əhməd Əmirov tərəfindən başladılan ********* nömrəli cinayət işi 27 sentyabr 2018-ci il tarixdə Zaqatala Rayon Polis X2 müstəntiqi X7 icraatında olan ********* nömrəli cinayət işinə birləşdirilmişdir. Daha sonra İddiaçı barəsində olan Zaqatala Rayon Polis X2 müstəntiqi X7 icraatında olan ********* nömrəli cinayət işindən ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış və Balakən Rayon Polis X3 göndərilmişdir. Balakən Rayon Polis X2 müstəntiqi, polis kapitanı X10 icraatında olan ********* nömrəli cinayət işi üzrə 22 iyun 2020-ci il tarixdə “Cinayət işinin icraatına xitam verilməsi haqqında” Qərar qəbul edərək, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1 və 39.2-ci maddələrinə əsasən İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə olan cinayət təqibinə xitam vermişdir. X6 həmin 22 iyun 2020-ci il tarixli qərarından görünür ki, İddiaçı ibtidai istintaq orqanı və məhkəmə orqanı tərəfindən 31 may 2018-ci il tarixdən hesablanmaqla 30 sentyabr 2018-ci il tarixədək 4 ay müddətinə qanunsuz olaraq qətimkan tədbiri kimi həbsdə və ev dustaqlığında saxlanılmışdır. Bununla da istintaq orqanları və məhkəmənin qanunsuz qərarları ilə İddiaçı qanunsuz və əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməklə cəmi 1 il 2 ay 21 gün müddətində həbsdə saxlanılmaqla o və ailə üzvləri ağır sarsıntılar keçirmiş və mənəvi iztirablar çəkmiş və nəticədə ona və ailə üzvlərinə mənəvi zərər vurulmuşdur. Belə ki, İddiaçı bu müddət ərzində qanunsuz həbsdə olduğu üçün ailəsindən ayrı düşmüş, mənəvi iztirab keçirmişdir. Təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində İddiaçı mənəvi zərər vurulmuşdur. Məhkəmə qeyd edir ki, şəxsin azadlıq hüququndan məhrum olması və ya azadlığının məhdudlaşdırılması bir sıra digər hüquqlardan istifadəyə birbaşa mənfi təsir göstərməklə onu əlverişsiz vəziyyətdə qoyur. Azadlıq hüququna malik olmayan şəxs digər hüquqlardan istifadə etmək imkanından da əsasən məhrum olur, azadlıq hüququ olmadan insanın digər hüquqlarının real mahiyyəti heçə enir və həmin hüquqlar deklarativ xarakter daşıyır. Azadlıq hüququ həm də onunla şərtlənir ki, onun pozulması həmin şəxsin müəyyən hüdudlara, sərhədə malik olan ərazidə, müəssisədə saxlanılması ilə müşayiət olunur. Hər kəs azadlığa malik olmalıdır və bu azadlıq yalnız müstəsna hallarda, hər bir halda qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər. Azadlıqdan məhrum etmənin qanuniliyi tələbi həm prosesə, həm də onun məzmununa şamil olunur. Qanunilik həmçinin onu nəzərdə tutur ki, azadlıqdan məhrum etmə zamanı həm daxili qanunvericiliyə, həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə riayət olunmalıdır. Şəxsin azadlıqdan məhrum edildiyi hallarda ilk növbədə qanunun tələblərinə riayət edilib-edilmədiyi yoxlanılmalıdır. İnsan hüquqlarının, o cümlədən azadlıq hüququnun müdafiəsi ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin 2-ci bəndinə əsasən hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanunazidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 5-ci maddəsinin 4-cü bəndinə əsasən tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Avropa Konvensiyasının 5-ci maddəsinin 5-ci bəndinə əsasən bu maddənin müddəalarının pozulması ilə tutulmağa və ya həbsə alınmağa məruz qalan hər kəsin iddia ilə təmin olunan kompensasiya hüququ vardır. Avropa Konvensiyasına dair 7 saylı Protokolun 3-cü maddəsinə əsasən şəxs cinayət əməli törətməyə görə qəti hökmlə məhkum edildikdə və sonradan onun haqqında çıxarılmış hökm ləğv edildikdə yaxud o, yeni və ya təzədən ortaya çıxmış halların inandırıcı surətdə məhkəmə səhvinə yol verildiyini sübuta yetirməsi əsasında əvf edildikdə, habelə məhkum etmə nəticəsində cəzaya məruz qalmış şəxs, əvvəllər məlum olmayan faktın vaxtında açılmaması onun tam və ya qismən günahı üzündən baş verməyibsə, müvafiq dövtətin qanuna və ya mövcud təcrübəsinə uyğun olaraq kompensasiya alır. Qeyd etmək lazımdır ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 5-ci bəndi və 7 saylı Protokolun 3-cü maddəsi tələb edir ki, dövlət maddi hüquq normaları pozulmuş şəxsə kompensasiya verilməsi üçün öz ölkəsində tədbirlər görsün. Bununla bağlı kompensasiya almaq hüququ həm maddi, həm də mənəvi zərəri əhatə edir. X4rşı işdə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi bildirdi ki, yalnız azadlıqdan məhrum etmə dövlətdaxili qanunvericiliyə görə qanunsuz sayıldığı halda ərizəçilər 5-ci bəndə əsasən komensasiya almaq hüququna malik olacaqlar. Məhkəmə qeyd etdi ki, 5-ci bəndi tətbiq etmənin mümkünlüyünün bu cür şərhi bu bəndin predmetinə və məqsədinə cavab vermir, çünki onun formulundan aydın görünür ki, kompensasiya o hallarda verilməlidir ki, həbs və ya tutma «bu maddənin müddəaları pozulmaqla» həyata keçirilmiş olsun. Məhkəmə sonda bu nəticəyə gəldi ki, ərizəçilər dövlətdaxili hüquqa görə qanuni qaydada tutularaq həbs edilsələr də, bu, 5-ci maddənin 3-cü bəndi pozulmaqla baş verib. Dövlətdaxili qanunvericilik maddi müddəanın pozulduğu müəyyən edildikdə kompensasiya almaq hüququnu nəzərdə tutmadığına görə, burada həm də 5-ci maddənin 5-ci bəndi pozulub. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 55.3-cü maddəsinə əsasən haqqında bəraət hökmü çıxarılmış və ya hər hansı əsaslarla cinayət təqibinə xitam verilmiş şəxsin mənzil, mülkiyyət, əmək və digər hüquqlarına hər hansı məhdudiyyət qoyula bilməz. Azərbaycan Respublikası CPM-nin 56.0.1-ci maddəsinə əsasən bəraət almış təqsirləndirilən şəxs, CPM-nin 56.0.5-ci maddəsinə əsasən qanunsuz həbs olunmuş və ya tibb, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilmiş, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılmış şəxs, CPM-nin 56.0.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı qanunsuz olaraq bu Məcəllənin 176 və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalmış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər. Azərbaycan Respublikası CPM-nin 57.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 57.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 56.0.1, 56.0.2, 56.0.5 və 56.0.6-cı maddələrində göstərilmiş şəxslərə-cinayət prosesini həyata keçirən orqanın cinayət təqibini istisna edən müvafiq halları bildiyi və bilməli olduğu gündən 7 (yeddi) gün keçdikdən sonra vurulmuş ziyan ödənilir. Azərbaycan Respublikası CPM-nin 58.2-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. Azərbaycan Respublikası CPM-nin 60.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir. Azərbaycan Respublikası CPM-nin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə iraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasındatəhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Azərbaycan Respublikası CPM-nin 350-ci maddəsinə əsasən bəraət hökmü çıxarılmış şəxs bəraət almış şəxsdir. Vurulmuş ziyanın ödənilməsi hüququna malik olan şəxslərdən daha bir qrupu qanunsuz həbs edilmiş və ya müddətdən artıq həbsdə saxlanılmış şəxslərdir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət… Azərbaycan Respublikası CPM-nin 142.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.2-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» qərarında qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olaraq iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Konstitusiya Məhkəməsinin sözügedən 31 may 2002-ci il tarixli qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya» nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s.hüquq pozmalarda) ifadə oluna bilər. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; 2) barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; 3) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; 4) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; 5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; 6) cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; 7) şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; 8) şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: 1) bəraətverici hökm çıxarıldıqda; 2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; 3) inzibati xəta haqqında işə xitam verildikdə yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir; şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir; təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Qanunun 12-ci maddəsinə əsasən bu Qanunun 5-ci maddəsinin 1-ci, 2-ci və 4cü bəndlərində nəzərdə tutulmuş ziyanın məbləği qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir; şəxsin çıxarılmış qərarla razılaşmadığı hallarda, o, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həmin qərardan yuxarı məhkəməyə şikayət verə bilər; fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir; istintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir; təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi barədə işlər üzrə ziyan çəkmiş tərəf məhkəmə məsrəflərinin ödənilməsindən azad olunur. Məhkəmə işin hallarına hüquqi qiymət verərək, hesab edir ki, iş materiallarına əsasən ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi nəticəsində İddiaçı uzun müddət 31 may 2018-ci il tarixdən 30 sentyabr 2018-ci il tarixədək, 17 yanvar 2019-cu il tarixdən 17 may 2019-cu il tarixədək və 27 noyabr 2019-cu il tarixdən 17 iyun 2020-ci il tarixədək 1 il 2 ay 21 gün müddətdə qanunsuz həbsdə qalması onda ümidsizlik, qeyrimüəyyənlik və həyəcan hissləri yaratmışdır. Qanunsuz həbs edilməsi və qanunsuz cinayət məsuliyyətinə cəlb edilməklə uzun müddət həbsdə qalması ilə ona qarşı törədilən qanunsuz hərəkət şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuş, o, bu səbəbdən fiziki əzab çəkməsi nəticəsində iztirab keçirmişdir. Həmçinin İddiaçı bu müddət ərzində hərəkət etmək azadlığından və fəal ictimai həyat tərzindən məhrum edilmişdir, o, özünü bədbəxt hiss edir. Qanunsuz həbsdə olması və ona istinad olunan ağır və az ağır cinayətin törədilməsi barədə məlumatların yayılması ilə şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələnmiş və bu da onun psixikasında və şüurunda mənfi izlər qoymuşdur. Həmçinin iddiaçının həbsdə qalması onu şəxsi həyatından və aktiv fəaliyyətindən məhrum etmiş, onun xeyirxah adına və reputasiyasına bərpaolunmaz zərər vurmuşdur. Bütün bunlar təbii ki, Fərrux Umaxanov haqqında bəraət hökmünün çıxarılması ilə kompensasiya edilə bilməz. Məhkəmə, İnsan hüquqları Üzrə Avropa Məhkəməsinin Smirnova Rusiya Federasiyasına qarşı işi üzrə qərarına istina edərək, qeyd edir ki, mənəvi ziyanın bir sıra formaları, o cümlədən emosional iztirablar öz mahiyyətinə görə hər bir konkret halla həmişə sübut oluna bilinmir (bax: Abdulaziz, Cabales and Balkandali v. X16, məhkəmənin 28 may 1985 il tarixli qərarı 94, §96). Ancaq bu, məhkəməyə mənəvi ziyan vurulduğunun hesab edildiyi təqdirdə iddiaçıya mənəvi zərərə görə maliyyə kompensasiyası verilməsi barədə qərar çıxarmağa mane olmur. Hazırki işdə də ağlabatandır ki, iddiaçı uzun müddət-1 il 2 ay 21 gün həbsdə saxlanılmaqla əzab və iztirablar yaşamış, onda güclü ümidsizlik hissləri yaranmış və bu hisslər uzunmüddətli olmuşdur. Həmçinin İddiaçı gündəlik həyat tərzindən və şəxsi həyatından, ailə və uşaqları ilə bir yerdə yaşamasından məhrum olmaqla onun gündəlik və gələcək planları puç olmuşdur. O da şübhəsizdir ki, iddiaçının 31 may 2018-ci il tarixdən 30 sentyabr 2018-ci il tarixədək, 17 yanvar 2019-cu il tarixdən 17 may 2019-cu il tarixədək və 27 noyabr 2019-cu il tarixdən 17 iyun 2020-ci il tarixədək olmaqla cəmi 1 il 2 ay 21 gün həbsdə qalmaqla mənəvi sarsıntı, iztirab və ümidsizlik hissləri keçirməsi və nəticədə mənəvi zərərə məruz qalması sözügedən ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində baş vermişdir və burada vurulmuş ziyanla həmin qanunsuz hərəkətlər arasında birbaşa səbəbli əlaqə vardır. Məhkəmə işdəki sübutlara qiymət verərək, hesab edir ki, ədalət prinsipinə görə hüquqauyğun və ağlabatan şəkildə mənəvi zərərin əvəzi olaraq İddiaçı kompensasiya ödənilməsi zəruridir. Məhkəmə qeyd edir ki, mənəvi zərərin ödənilməsi 3 əsas funksiyaya malikdir: birincisi-zərərçəkənin tələbinin təmin edilməsi, ikincisi-zərər vuran şəxslərə təsir göstərilməsi, üçüncüsü-digər şəxslər tərəfindən şəxsiyyətin hüquqlarına qəsd edilməsinin qarşısının alınması. Mənəvi zərərin əvəzinin ödənilməsinin başlıca məqsədi pozulmuş hüquqların restitusiyası deyil. Belə ki, vurulmuş zərər pul ekvivalentinə malik deyil və onun tamamilə kompensasiyası qeyri-mümkündür. Məhkəmə həmçinin belə qənaətə gəlir ki, İddiaçı sarsıntı və iztirabları və onun azadlıq hüququna qəsd kifayət qədər ciddi olsa da, iddia tələbi həddər artıq şişirdilmişdir və reallıqdan uzaqdır. İddia tələbinin tam həcmdə təmin edilməsi heç şübhəsiz ki, mənəvi iztirab və sarsıntılara adekvat olmamaqla ağlabatan deyildir və demokratik cəmiyyətdə zəruri xarakterə malik tədbir hesab oluna bilməz. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin bu xüsusda məhkəmə təcrübəsinin ümumilişdirilsməsinə dair tövsiyyələrinə uyğun olaraq hər bir aya görə qanunsuz həbsdə qalma ilə bağlı 1000 manat mənəvi zərər məbləğinin təyin edilməsinin əsaslı olmasını, ədalət və ağlabatanlıq prinsiplərinə cavab verməsini nəzərət alaraq iddiaçıya 1 il 2 ay 21 gün müddətə qanunsuz həbsdə qalması ilə bağlı 14700 manat mənəvi zərərə görə kompensasiyanın təyin edilməsi iddiaçının 1 il 2 ay 21 gün əsassız həbsdə qaldığı müddətdə keçirdiyi həyəcan və iztirab hisslərinin qarşılığına və nüfuzunu, şərəf və ləyaqətini bərpa etmək məqsədinə mütənasibdir. Həmçinin kompensasiyanın ağlataban bu məbləği kimisə müflis etmək məqsədi daşımır. Bu xüsusda məhkəmə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Amil Allahverdiyev Azərbaycana qarşı işi üzrə 6 mart 2014-cü il tarixli qərarına istinad etməyi zəruri hesab edir. Həmin işdə də Azərbaycan Respublikasının vətəndaşı Amil Allahverdiyev əsassız həbsə məruz qaldığı üçün onun barəsində Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndinin və 5-ci maddəsinin 3-cü bəndinin pozuntusu müəyyən edilmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, ərizəçi mənəvi ziyana məruz qalıb və bu ziyan təkcə pozuntuların müəyyən edilməsi ilə kompensasiya oluna bilməz, buna görə də, ona kompensasiya təyin olunmalıdır. Konvensiyanın 41-ci maddəsində tələb olunduğu kimi, məhkəmə qiymətləndirməni ədalətli əsasda həyata keçirərək ərizəçiyə mənəvi ziyana görə 13000 avro kompensasiya təyin etmişdir. Göründüyü kimi, qanunsuz həbsdə saxlanması əsası üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi Amil Allahverdiyevə 13000 avro kompensasiya təyin etdiyi halında hazırki işdə İddiaçı mənəvi ziyana görə təyin edilən 14700 manat kompensasiya heç də Azərbaycan Respublikasının Dövlət büdcəsinə böyük ziyan vura biləcək məbləğ deyildir. Bu məbləğ işin hallarına uyğun olmaqla ağlabatan və ədalətlidir. Məhkəmə bu nəticəyə gəlir ki, qanunvericiliyə görə təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan Respublikası Qanununun tələbləri baxımından Azərbaycan Respublikasının Dövləti adından Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cavabdehlik daşıyır. Ona görə də Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı hazırki iddia 14700 manat mənəvi zərər hissəsində təmin edilməli, 14700 manatdan artıq tələb hissəsində isə təmin edilməməlidir. Məhkəmə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iddiaya yazılı etirazında bu işdə Maliyyə Nazirliyinin cavabdeh olmaması və iddiaçının qanunsuz həbsdə qalması nəticəsində onun mənəvi sarsıntı və iztirab keçirməsi və ona mənəvi zərər dəyməsi barədə sübutları təqdim etməməsi barədə mülahisələri əsassız sayır və onları qəbul etmir. Belə ki, qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olan hərəkət və hərəkətsizliklərdən irəli gələn zərərin əvəzinin ödənilməsi tələbləri üzrə Azərbaycan Respublikası cavabdehlik daşıyır və bu xüsusda Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak etməklə, səlahiyətlərini onun hüquqi şəxslər olmayan orqanları vasitəsilə həyata keçirdiyindən, bu iş üzrə cavabdeh qismində aidiyyəti dövlət orqanı cəlb edilməlidir. Ona görə də Azərbaycan Respublikasının bilavasitə cavabdehlik daşıdığı hallarda ibtidai araşdırma orqanının və ya məhkəmənin qanuni qüvvədə olan qərarları ilə təsdiq edilmiş pozuntunun zərərçəkənə vurduğu maddi və mənəvi zərər həddinin müəyyənləşdirilməsi və onun dövlət büdcəsinin vəsaiti hesabınai ödənilməsi ilə bağlı məsələ həll edildiyindən, cavabdeh qismində məhz dövlət büdcəsi vəsaitindən istifadə və digər aidiyyəti məsələlər üzrə dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hzakimiyyəti oraqanı olan Maliyyə Nazirliyi cəlb edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin tovsiyyələrində də qeyd edildiyi kimi, bu halda qəbul edilən qətnamənin nəticə hissəsində maddi və mənəvi zərərin əvəzinin Maliyyə Nazirliyindən tutulması deyil, Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Maliyyə Nazirliyi vasitəsilə ödənilməsi göstərilməlidir. Həmçinin Ali Məhkəmənin tövsiyyələrində qeyd edildiyi kimi, maddi zərərdən fərqli olaraq mənəvi zərər fiziki şəxsin hüquqlarının adıçəkilən orqanların qanunsuz hərəkətləri ilə pozulmasının onuni şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olması, mənəvi sarsıntı keçirməsi, iztirab çəkməsidir. Ona görə də baxılan işlər üzrə iddiaçı təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərorəkətləri nəticəsində mənəvi və fiziki iztirablara və ya mənfi psixoloji reaksiyaya məruz qaldığını sübuta yetirərsə, yaxud işin müəyyən edilmiş hallarına əsasən belə nəticələrin mövcudluğu aşkar olunarsa, məhkəmənin iddiaçıdan mənəvi zərərə məruz qaldığı barədə başqa konkret sübutlar tələb etməsinin hüquqi əsası yoxdur. Bu zaman məhkəmənin üzərinə düşən vəzifə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntının təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntının xarakteri və ağırlığı, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (yetkinlik yaşına çatmayan olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin digər diqqətəlayiq hallarının nəzərə alınaraq mənəvi zərərin ağlabatan və ədalətli miqdarını müəyyət etməkdir. İş materialları ilə də İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunması və 1 il 2 ay 21 gün müddətdə qanunsuz həbsdə qalması müəyyən olunmuşdur ki, bu qanunsuz cinayət məsuliyyətinə cəlb olunması və uzun müddətdə qanunsuz həbsdə qalması onun şüuruna təsir göstərməklə mənfi psioxoloji reksiyaya səbəb olması, bu zaman onun mənəvi sarsıntı və iztirab keçirməsi şübhəsizdir. Bununla bağlı iddiaçıdan kokret sübutlar tələb edilməsinin isə heç bir hüquqi əsası yoxdur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı 1 (bir) il 2 (iki) ay 21 (iyirmi bir) gün qanunsuz həbsdə saxlanıldığı müddətdə keçirdiyi mənəvi sarsıntı və iztirablara görə ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 14700 manat miqdarında pul kompensasiyası Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaitindən tutularaq, İddiaçı ödənilməli, iddia qalan hissədə isə təmin edilməməlidir. Həmçinin iddiaçı hazırki iddia üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün hazırki iddianın qaldırılması üçün ödənilməli olan 134.1 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilməlidir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.13-cü maddəsinə əsasən qanunsuz olaraq qəti imkann tədbiri kimi həbsə alınmaqla, yaxud həbs və ya islah işləri növündə qanunsuz olaraq inzibati tənbeh verilməsi ilə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar mübahisələr üzrə - tərəflər dövlət rüsumundan azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq, dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəmsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı 1 (bir) il 2 (iki) ay 21 (iyirmi bir) gün qanunsuz həbsdə saxlanıldığı müddətdə keçirdiyi mənəvi sarsıntı və iztirablara görə ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 14700 manat miqdarında pul kompensasiyası Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaitindən tutularaq, İddiaçı ödənilsin; iddia qalan hissədə təmin edilməsin. Hazırki iddianın qaldırılması üçün ödənilməli olan 134.1 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-468/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-468/2024
05.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver