Məhkəmə qərarları › İş №e-2(019)-469/2024

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-469/2024

04.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-469/2024 04.04.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Balakən rayonu icra və probasiya şöbəsinin icraatında olan Gəncə şəhəri 3 saylı notariat ofisinin 8İ-2036 saylı, xx.xx.2023-cü il tarixli icra qeydi üzrə verilmiş icra vərəqəsi əsasında icra məmurunun hərəkətlərinin qeyri-qanuni hesab edilməklə ləğv edilməsi barədə borclu Ərizəçi tərəfindən verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq, müəyyənetdim: Ərizəçi şikayət ilə məhkəməyə müraciət edərək, Baləkən rayon icra və probasiya şöbəsinin Gəncə şəhəri 3 saylı notariat ofisinin 8İ-2036 saylı, xx.xx.2023-cü il tarixli icra qeydi üzrə həyata keçirdiyi mülkiyyətində olan Balakən rayonu Qasbinə kəndində yerləşən ümumi sahəsi 1,50 ha olan torpaq sahəsini açıq hərracdan satılması ilə bağlı hərəkətlərinin qeyri-qanuni hesab etməklə ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İş materiallarından görünür ki, Ərizəçi icra sənədinin icrası ilə bağlı icra məmurunun hərəkətlərindən şikayət etmişdir ki, qanunvericiliyin tələbinə əsasən də icra sənədinin icrası ilə bağlı icra məmurunun hərəkətlərindən verilən şikayətlərə inzibati məhkəmədə baxılmalıdır. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 61.1-ci maddəsinə əsasən vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. İcra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 62.21-ci maddəsinə əsasən hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2012-ci il tarixli qərarına əsasən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. «İcra haqqında» Azərbaycan Respblikası Qanununun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. «İcra haqqında» Azərbaycan Respblikası Qanununun 87.3-cü maddəsinə əsasən icra hərəkətinin yerinə yetirilməsi vaxtı və yeri haqqında xəbərdar edilməmiş şəxslər üçün bu Qanunun 87.1-ci maddəsində maddələrində nəzərdə tutulmuş müddətin axımı həmin şəxslərin müvafiq hərəkət barəsində məlumat aldıqları gündən başlayır. İş materiallarından görünür ki, ərizəçi icra sənədinin icrasıyla bağlı icra məmurunun torpaq sahəsinn açıq hərracdan satılması ilə bağlı hərəkətlərindən icra məmurunun olduğu yer üzrə müvafiq inzibati məhkəməyə müraciət etməli olmasına baxmayaraq, qanunvericiliyin tələbinə zidd olaraq Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Bu da hazırki ərizənin qaytarılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən hesab edirəm ki, Balakən rayonu icra və probasiya şöbəsinin icraatında olan Gəncə şəhəri 3 saylı notariat ofisinin 8İ-2036 saylı, xx.xx.2023cü il tarixli icra qeydi üzrə verilmiş icra vərəqəsi əsasında icra məmurunun hərəkətlərinin qeyri-qanuni hesab edilməklə ləğv edilməsi barədə borclu Ərizəçi tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, Ərizəçi Balakən rayonu icra və probasiya şöbəsinin icraatında olan Gəncə şəhəri 3 saylı notariat ofisinin 8İ-2036 saylı, xx.xx.2023-cü il tarixli icra qeydi üzrə verilmiş icra vərəqəsi əsasında icra məmurunun hərəkətlərinin qeyri-qanuni hesab edilməklə ləğv edilməsi barədə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri qaydasında icra məmurunun olduğu yer üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Balakən rayonu icra və probasiya şöbəsinin icraatında olan Gəncə şəhəri 3 saylı notariat ofisinin 8İ-2036 saylı, xx.xx.2023-cü il tarixli icra qeydi üzrə verilmiş icra vərəqəsi əsasında icra məmurunun hərəkətlərinin qeyri-qanuni hesab edilməklə ləğv edilməsi barədə borclu Ərizəçi tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın; Ərizəçi Balakən rayonu icra və probasiya şöbəsinin icraatında olan Gəncə şəhəri 3 saylı notariat ofisinin 8İ-2036 saylı, xx.xx.2023-cü il tarixli icra qeydi üzrə verilmiş icra vərəqəsi əsasında icra məmurunun hərəkətlərinin qeyri-qanuni hesab edilməklə ləğv edilməsi barədə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri qaydasında icra məmurunun olduğu yer üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar