Məhkəmə qərarları › İş №e-2(019)-48/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-48/2024

18.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-48/2024 18.12.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Balakən Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X2 qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Balakən Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş 8İ-2015 nömrəli, 13 fevral 2023-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Qullar kəndində yaşayır. Cavabdeh1 tanışı X7 vasitəsi ilə tanımışdır. 2021-ci ilin dekabr ayında Cavabdeh1 6000 manat dəyərində xurma sifariş vermişdir. Həmin xurmanı nisyə götürmüş və dəyərini bir aydan qaytarmalı idi. Lakin xurmanı aparan maşının sürücüsü yolda ölmüş, xurma məhsulu vaxtında və keyfiyyətli formada sifariş olunan əraziyə çatdırılmamışdır. Bununla bağlı Cavabdeh1 məlumat verilmiş,cavabdeh də bununla razılaşmışdır.2022-ci ilin fevral ayında o, Ukraynadan Balakən rayonuna qayıdarkən Cavabdeh1 ona 6000 manat borcunun nə vaxt ödəyəcəyini ondan soruşmuş,o, da öz növbəsində Cavabdeh1 həmin borcu 2022-ci ilin iyul ayına qədər ödəyəcəyini bildirmişdir. Bu zaman Cavabdeh1 ondan xahiş etmişdir ki, həmin borcu təsdiq eləmək üçün Notariat Kontoruna gedərək borc müqaviləsi bağlasınlar.O, da onunla razılaşaraq xx.xx.2022-ci il tarixdə Balakən regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə gedərək xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlamışlar. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 borclu olduğu 6000 manat pulu 2022-ci ilin iyul ayınadək ödəməli idi. 2022-ci ilin avqust ayında bank vasitəsi ilə tanışı olan Balakən rayonu Qullar kənd sakini Azər Mirzəyevə 4 dəfəyə pul göndərməklə ödəmişdir. 2022-ci ilin yanvar ayında isə Cavabdeh1 ilə aralarında şəxsi münasibətlər zəminində mübahisələri yaranmışdır. Bundan sonra Cavabdeh1 ona bildirmişdir ki, “sənin mənə 13000 manat borcun var. Həmin pulu səndən alacağam”. O, buna qəti etiraz etməyinə baxmayaraq Cavabdeh1 ona demişdir ki, “səninlə məhkəmədə görüşəcəyik”. 2022-ci ilin fevral ayının 2-də Cavabdeh1 ona qarşı Balakən Rayon Məhkəməsində iddia qaldıraraq 7000 manat pulun alınaraq ona ödənilməsini tələb etmişdir. Cavabdeh1 həmin iddia ərizəsində qeyd etmişdir ki: 2021-cı ilin oktyabr ayında soyuducuya xurma məhsulu qoymuş, dekabr ayının sonunda məhsulu satmağa başlamış, dekabr ayında tanışı Balakən rayonu Qullar kənd sakini İddiaçı onlara gələrək xurma məhsulu istədiyini və 4000 yeşik xurma alacağını bildirmiş, o məhsulu nağd satdığını Nərimana demiş,Nəriman da buna razılaşmış, İddiaçı 1 maşın xurma məhsulunun pulunu, yəni 13000 manatı nağd ödəməklə aparmış , 2-ci maşın xurma məhsulunu doldurulduqdan sonra Nəriman ona məhsulun dəyəri olan 13000 manatı 1 saat ərzində tam ödəyəcəyini, pulun Rusiyadan bank vasitəsilə göndəriləcəyini və bır neçə saat ərzində gecikmə ola biləcəyini, lakin tam ödəniləcəyini bildirmiş, o, da məhsul soyuducudan çıxarılaraq maşına yüklənildiyi üçün Nərimanla razılaşdığını, Nərimanın ona 2-ci maşın xurma məhsulu üçün 6000 manat pulu 2022-ci ilin avqust ayında bank vasitəsi ilə tanışı olan Balakən rayonu Qullar kənd sakini Azər Mirzəyevə 4 dəfəyə pul göndərməklə ödədiyini, qalan 7000 manat pulu isə yenə yaxın vaxtlarda ödəyəcini bildirdiyini, lakin bu günə kimi Nərimanın ona borclu olduğu 7000 manat pulu vermədiyini, dəfələrlə cavabdeh İddiaçı borclu olduğu pulu tələb etdiyini, ondan pul tələbi ilə bağlı Balakən rayon Polis Şöbəsinə və Prokurorluğa müraciət etdiyini, lakin heç bir nəticəsi olmadığını bildirmişdir. Həmin mülki iş e-2(019)-335/2023 nömrə ilə məhkəmənin icraatındadır. Cavabdeh1 13 fevral 2023-cü il tarixdə Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisinə müraciət etmiş, Balakən regional "ASAN xidmət"mərkəzində notariat ofisinin xüsusi notariusu X5 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76- cı maddəsinə əsasən təklif edərək həmin sənədlər üzrə ünvan 1i ünvanında qeydiyyatda olan Cavabdeh1 (AZE0*******, xx.xx.2010- Balakən RPŞ; FİN: xxxxxxx; d/t: xx.xx.1960) xeyrinə ünvan 3i ünvanında qeydiyyatda olan İddiaçı (AA*******, xx.xx.2020 - Asan-Balakən; FİN: xxxxxxx: d/t: xx.xx.1970) Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə, 3M-27 reyestr nömrəli kredit müqaviləsinə əsasən vaxtında ödənilməmiş 6000 manat 00 qəpik (altı min manat sıfır qəpik) tutulması, bundan əlavə təklif edilmişdir ki, borclu İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 6025 manat 00 qəpik (altı min iyirmi beş manat sıfır qəpik) pul tutulması barədə xx.xx.2023-cü il tarixdə icra qeydi aparılmış və həmin icra qeydi reyestrdə 8İ-2015 nömrə ilə qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli reyestrdə 8İ-2015 nömrə ilə qeyd edilmiş icra qeydi icra edilməsi üçün Balakən rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu X4 xx.xx.2023-cü il tarixli qərarına əsasən Balakən rayon Notariat ofisinin 8İ-2015 nömrəli, 13 fevral 2023-cü il tarixli icra sənədi üzrə borclu,İddiaçı məxsus ** BH *** dövlət qeydiyyat nişanlı,X13 markalı,vaqon tipli avtomobilin üzərinə həbs qoyulmuşdur. Həmin vaxt ona məlum olmuşdur ki, Balakən regional Asan xidmət mərkəzində Notariat Ofisində bağladıqları xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə görə Cavabdeh1 borclu olduğu 2022-ci ilin iyul ayınadək ödəməli olduğu,2022-ci ilin avqust ayında bank vasitəsi ilə tanışı olan Balakən rayonu Qullar kənd sakini X8 vasitəsi ilə 4 dəfəyə pul göndərməklə ödədiyi 6000 manat pulu Cavabdeh1 icra qeydi etdirməklə ondan tələb edir.Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X5 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin,“ Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci hissəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı” nın 1-ci hissəsinin tələblərini pozaraq heç bir qanuni əsas olmadan icra qeydi aparmışdır. Belə ki, 6000 manat borca görə ödəniş müddətinin keçməsi ilə bağlı ona yazılı bildiriş göndərilməmiş, icra qeydlərinin yalnız təqdim olunan sənədlərin borcun mübahisəsiz olduğunu təsdiq edildiyi halda aparıldığından notarius həmin tələblərə əməl etmədiyindən, mübahisələndirilən borcun isə məhkəmənin icraatında olan digər mülki işdə Cavabdeh1 tərəfindən verilmiş iddia ərizəsində onun tərəfindən ödənildiyi qeyd edildiyindən hesab edir ki, icra qeydi tam əsassız aparılmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf etməyərək izahatında göstərdi ki, iddiaçı yalan danışır. İcra qeydinin verildiyi 6000 manat pulun İddiaçı ondan nisyə aldığı xurma məhsulunun dəyərinə aidiyyəti yoxdur. Belə ki, İddiaçı ondan nisyə xurma məhsulu almış, lakin aldığı xurmanın yolda xarab olduğunu, zərərə düşdüyünü bildirərək 21 fevral 2022-ci ildə ondan 6000 manat borc pul istəmiş və bildirmişdir ki, işləyib həm xurmaya görə olan borcunu, həm də borc aldığı 6000 manatı qaytaracaqdır.O, da razılaşaraq Balakən regional “ASAN xidmət “mərkəzi notariat ofisində kredit müqaviləsi bağlamaqla İddiaçı 6000 manat borc vermişdir.Müqaviləyə əsasən İddiaçı aldığı borcu 31 iyul 2022-ci il tarixə kimi qaytarmağı öhdəsinə götürmüşdür. Lakin İddiaçı həmin müddətdə borcunu qaytarmamışdır.Bu səbəbdən o, icra qeydinin verilməsi barədə İddiaçı bildiriş göndərmiş, sonra isə Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X5 borcun ödənməsi ilə bağlı 13 fevral 2024-cü il tarixli İcra qeydi vermişdir.İddiaçının tələbi qanunsuz və əsassızdır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Balakən Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh Balakən Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 13 fevral 2024-cü il tarixli icra qeydində göstərilmişdir ki, “Mən, Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X5 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76cı maddəsinə əsasən təklif edirəm həmin sənədlər üzrə BALAKƏN, TALALAR KƏNDİ, ünvanında qeydiyyatda olan Cavabdeh1 (AZE0*******, xx.xx.2010 00:00 - Balakən RPŞ: FİN: xxxxxxx; d/t: xx.xx.1960) xeyrinə BALAKƏN RAYONU, QULLAR ƏRAZİ DAİRƏSİ, QULLAR KƏNDİ ünvanında qeydiyyatda olan İddiaçı (AA*******, xx.xx.2020 - Asan- Balakən; FİN: xxxxxxx; d/t: xx.xx.1970) Balakən regional "ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən xx.xx.2022-ci ii tarixdə, 3M-27 reyestr nömrəli Kredit müqaviləsinə əsasən vaxtında ödənilməmiş 6000 manat 00 qəpik (altı min manat sıfır qəpik) tutulsun, Bundan əlavə təklif edirəm borcludan İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 6025 manat 00 qəpik (altı min iyirmi beş manat sıfır qəpik) pul tutulsun. Həmin icra qeydi xx.xx.2023 tarixdə aparılmışdır”. İşdə olan 21 fevral 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən Cavabdeh1 borc alan İddiaçı 6000 manat pul borc vermişdir. Borc alan İddiaçı xx.xx.2022ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür.Kredit müqaviləsi 3M-27 nömrə ilə reyestrdə qeydə alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildirişdən görünür ki, tələbkar Cavabdeh1 borclu İddiaçı xx.xx.2023-cü il tarixdə icra qeydinin aparılacağı barədə bildiriş göndərmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə bildirişi şəxsən almışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 13 iyun 2024-cü il tartixli 2-2(107)-63/2024 nömrəli qətnaməsindən görünür ki,həmin qətnamə ilə iddiaçı Cavabdeh1 apellyasiya şikayətinin qismən təmin edilməsi, Şəki Kommersiya Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, e-2- 2(117)-112/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması,iddia tələbinin qismən təmin edilməsi, cavabdeh İddiaçı nisyə alqı-satqı nəticəsində yaranmış 4450 (dörd min dörd yüz əlli) manat pul və ödənilmiş dövlət rüsumunun 64.50 manatının alınaraq iddiaçı Cavabdeh1 verilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçının özünə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin və məhkəmə iclasına gəlmiş cavabdehin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, İddiaçı 2021-ci ilin fevral ayında Cavabdeh1 6000 manat borc almışdır. Bununla bağlı İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisində xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmış və reyestrdə 3M-27 nömrə ilə qeydə alınmışdır. Kredit müqaviləsinin şərtlərinə görə İddiaçı Cavabdeh1 borc aldığı 6000 manat pulu 31 iyul 2022-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Borc ödənmədiyi üçün tələbkar Cavabdeh1 borclu İddiaçı xx.xx.2023-cü il tarixdə icra qeydinin aparılacağı barədə bildiriş göndərmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə bildirişi şəxsən almışdır, lakin yenə də borcu ödəməmişdir. Bundan sonra Cavabdeh1 icra qeydinin verilməsi üçün Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisinə müraciət etmişdir. Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X5 xx.xx.2023-cü il tarixdə 3M-27 reyestr nömrəli kredit müqaviləsinə əsasən müddət üçün vaxtında ödənilməmiş 6000 manat 00 qəpik (altı min manat), eyni zamanda, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 6025 manat pulun İddiaçı tutulmasına dair 8İ-2015 nömrəli 28.02xx.xx.2024-cü il tarixli icra qeydi vermişdir. İddiaçı Cavabdeh1 6000 manat borc almadığını, bu məbləğin nisyə alınmış xurma məhsulunun dəyərinə aid olduğunu, həmin məbləği ödədiyini, icra qeydinin aparılacağı barədə bildirişi almadığını göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarından göründüyü kimi İddiaçı Cavabdeh1 ilə Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisində xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlayaraq sonuncudan 6000 manat borc pul almışdır. Kredit müqaviləsinin şərtlərinə görə İddiaçı Cavabdeh1 borc aldığı 6000 manat pulu 31 iyul 2022-ci il tarixədək ödəməyi öhdəsinə götürmüş, lakin üzərinə götürdüyü öhdəliyə əməl etməyərək həmin məbləği ödəməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh1 icra qeydinin verilməsi üçün Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisinə müraciət etməkdə haqlı olmuşdur. ”Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 77-ci maddəsinə əsasən icra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: 1) icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; 2) tələbkar fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 3) borclu fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, işlədiyi halda iş yeri, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda VÖEN-i, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 4) ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə); 5) haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; 6) icra qeydinin aparıldığı tarix (il, ay, gün); 7) icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; 8) icra qeydini aparan notariusun imzası, möhürü. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndində göstərilmişdir ki, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron notariat” informasiya sistemində yaradılacaq fərdi kabinetləri vasitəsilə elektron müraciət əsasında icra qeydinin aparılması barədə müraciət edirlər. Fərdi kabineti olan korporativ məlumat mübadiləsinin istifadəçiləri “Elektron notariat” informasiya sistemində yerləşdirilmiş forma üzrə tərtib etdikləri ərizə-məlumatı həmin informasiya sistemi vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. Digər hüquqi, fiziki şəxslər və dövlət orqanları icra qeydinin aparılması üçün bu Təlimatla müəyyən edilən sənədləri skan edərək və ya elektron sənəd formasında ərizəyə qoşma şəklində əlavə edərək, “Elektron notariat” informasiya sistemində olan fərdi kabinetləri vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. “Elektron notariat” informasiya sistemində Fərdi kabinet formalaşdırılması üçün fiziki şəxsin şəxsiyyəti təsdiq edən sənədi, hüquqi şəxsin isə hüquq qabiliyyəti - qurumun adı və hüquqi ünvanı; təşkilati-hüquqi forması; kommersiya qurumları və publik hüquqi şəxslər üçün vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi; qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında; qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yerini müəyyən edən məlumatları, dövlət orqanının isə əsanaməsinə (nizamnaməsinə) uyğun tam adı tələb olunur. Fiziki və ya hüquqi şəxslər barədə qeyd olunan məlumatlar sırasında “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzanın alınması zamanı təqdim edilməli məlumatlar tələb edilmir. Digər məlumatlar isə “X3 Sistemi”nə inteqrasiya olunan qurumların informasiya sistemindən əldə edilməsi mümkün olmadıqda tələb edilir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıbqaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti bu Təlimatın 169-1-ci hissəsində müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının 2-ci hissəsində göstərilmişdir ki, borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı; Sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi notarius tərəfindən icra qeydinin verilməsi üçün, tələb mübahisəsiz olmalı; tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli; bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalı; alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı təqdim edilməlidir. Hazırkı işin materiallarından görünür ki, tələbkar Cavabdeh1 borclu İddiaçı qarşı tələbi,notariat qaydasında təsdiq olunmuş kredit müqaviləsinə əsaslandığından mübahisəsiz olmuş, borc müqavilədə nəzərdə tutulan 31 iyul 2022-ci il tarixə kimi ödənməmiş,tələbkar Cavabdeh1 borclu İddiaçı xx.xx.2023-cü il tarixdə icra qeydinin aparılacağı barədə bildiriş göndərmiş, İddiaçı xx.xx.2023-cü il tarixdə bildirişi şəxsən almış, lakin yenə də borcu ödəməmişdir. Bundan sonra Cavabdeh1 icra qeydinin verilməsi üçün Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisinə müraciət etmişdir. Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X5 xx.xx.2023-cü il tarixdə 3M-27 reyestr nömrəli kredit müqaviləsinə əsasən müddət üçün vaxtında ödənilməmiş 6000 manat 00 qəpik (altı min manat), eyni zamanda, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 6025 manat pulun İddiaçı tutulmasına dair 8İ-2015 nömrəli xx.xx.2024-cü il tarixli icra qeydi vermişdir. Göründüyü kimi 8İ-2015 nömrəli xx.xx.2024-cü il tarixli icra qeydi qanunvericiliyin tələblərinə tam əməl olunmaqla verilmişdir. İcra qeydinin ləğv olunması üçün əsaslar yoxdur. Cavabdeh1 6000 manat borc almaması,bu məbləğin nisyə alınmış xurma məhsulunun dəyərinə aid olması,həmin məbləği ödəməsi,icra qeydinin aparılacağı barədə bildirişi almaması barədə İddiaçı göstərdiyi dəlillərlə bağlı məhkəmə qeyd edir ki,İddiaçı iddia ərizəsində bu halları göstərsə də onları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Odur ki, məhkəmə iddiaçının bu dəlillərini əsassız hesab edərək qəbul etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Balakən Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X2 qarşı icra qeydlinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Ödənmiş 100 manat dövlət rüsumu xərci İddiaçı özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddiaçı cavabdehlər Cavabdeh1 və Balakən Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X2 qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənmiş 100 manat dövlət rüsumu xərci İddiaçı özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar