Məhkəmə qərarları › İş №e-2(019)-521/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-521/2022

21.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-521/2022 21.09.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək 0.47 ha torpaq sahəsi üçün ödədiyi o vaxtkı məzənnə ilə ******* (beş milyon) manat pulun 26 noyabr 2003-cü ildən hazırki vaxtadək infılyasiyası nəzərə almaqla Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə baxışında iddia ərizəsinə əlavə verərək iddiaçının 0,47 ha torpaq sahəsi üçün ödədiyi o vaxtkı məzənnə ilə 5.000.000 manat məbləğində pul vəsaitinin cari dəyərinin (ekvivalenti) infilyasiya nəzərə alınmaqla 2022-ci ilin iyul ayına hesablanmış 3664.68 manat pulun Cavabdeh alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Ərizə Azərbaycan Respublikası MPM-in 53cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Balakən rayonunun Tülü kəndində yaşayır. Cavabdeh həmkəndlisidir. X6 cavabdehin anasıdır. X3, X10 və Cavabdeh Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 37 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 0.47 ha pay torpaq sahəsi verilmişdir.Həmin torpaq sahəsinə JN 647 KOD 40114018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. Cavabdeh və onun ailə üzvlərinə verilmiş 0.47 ha torpaq sahəsi ona məxsus olan torpaq sahəsinə yaxın ərazidə yerləşir. X6 onlara verilmiş 0.47 ha torpaq sahəsini istifadə edə bilmədiyinə və təcili pula ehtiyacı olduğuna görə satmaq istədiyini bildirmişdir.26 noyabr 2003-cü ildə Balakən rayonu Tülü kənd İnzibati Ərazi Dairəsində akt tərtib edərək X3, X10 və Cavabdeh məxsus olan 0.47 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş torpaq sahəsini ona satmalarına dair AKT tərtib edilmiş və orada iştirak edənlər həmin sənədə imza etmişlər. Torpağın müqabilində onlara o vaxtkı məzənnə ilə ******* (beş milyon) manat verməklə həmin torpağı onlardan almışdır. Bundan sonra onlar torpaq sahəsini və onun hüquqmüəyyənedici sənədi olan JN 647 KOD 40114018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktını ona təhvil vermişlər. Onlar bildirmişlər ki, bir neçə ay sonra alqı-satqını notarial qaydada rəsmiləşdirəcəklər. Onlara inandığına görə razılaşmışdır. Bundan sonra o, həmin torpaq sahəsindən istifadə etmiş, torpağı yaxşılaşdırmışdır. Lakin həmin torpaq sahəsinin alqı-satqı müqaviləsini notariat kontorunda təsdiq etdirmək üçün müvafiq sənədlər hazırlandıqdan sonra alqı-satqı müqaviləsini təsdiq etdirəcəkləri barədə razılıq əldə etmişlər. Həmin vaxt X12 ölkə xaricində olduğuna görə alqı-satqını rəsmiləşdirə bilməmişlər. X6 ölmüşdür. Bundan sonra dəfələrlə cavabdehə daşınmaz əmlakın notarial qaydada rəsmiləşdirilməsi üçün müraciət etsə də, o notariat kontoruna gəlməmişdir. 2022-ci ilin mart ayında Cavabdeh ona müraciət edərək özlərinə məxsus olan torpaq sahəsini geri tələb etdiyini bildirmişdir. Hazırda torpaq sahəsində əkin işləri aparmağına mane olur və onun torpaqdan çıxarılmağını tələb edir.Bundan sonra cavabdehlə aralarında mübahisə olmuşdur. Beləliklə 26 noyabr 2003-cü ildə Balakən rayonu Tülü kənd İnzibati Ərazi Dairəsində akt tərtib edərək X3, X10 və Cavabdeh məxsus olan 0.47 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş torpaq sahəsini o vaxtkı məzənnə ilə ******* (beş milyon) manata X6 ona satdığına, hazırda Mesed Bayramova öldüyünə,Cavabdeh onun vərəsəsi olduğuna, mübahisələndirilən əmlakın ümumbirgə mülkiyyətdə olduğuna, alqı-satqı müqaviləsi məhkəmə üçün etibarlı hesab olunmadığına görə hesab edir ki, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı olduğundan cavabdeh 0.47 ha torpaq sahəsi üçün ödədiyi o vaxtkı məzənnə ilə ******* (beş milyon) manat pulu 26 noyabr 2003-cü ildən hazırki vaxtadək pulun infılyasiyası nəzərə almaqla ona ödəməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq izahatında göstərmişdi ki, ekspert rəyində 2003-cü ilin noyabr ayından 2022-ci ilin may ayınadək Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin müəyyən etdiyi illik istehlak qiymətləri indeksi faizləri ilə hesablamalar məhkəmə tərəfindən nəzərə alındıqda ******* manat məbləğində pul vəsaitinin 2022-ci ilin iyul ayına hesablanmış cari dəyərinin (ekvivalenti) inflyasiya nəzərə alınmaqla 3664.68 manat olduğu qeyd edilmişdir. Qeyd etdiklərini nəzərə almaqla iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-647, KOD 40114018 Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1997-ci il tarixli 37 nömrəli qərarı ilə X3,X11 və Cavabdeh Balakən rayonu Tülü kəndi ərazisindən 0.47 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 26 noyabr 2003-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki,X2, İddiaçı və X7 həmin aktı tərtib etmişlər ki, X1 adına olan 647 nömrəli Dövlət Aktına əsasən 0.47 ha pay torpaq sahəsini birdəfəlik olaraq ******* manata Tülü kənd sakini İddiaçı satılmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 avqust 2022-ci il tarixli 9/5629 nömrəli ekspert rəyində göstərilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən 2003-cü ilin noyabr ayından 2022-ci ilin iyul ayınadək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi illik istehlak qiymətləri indeksi faizləri ilə hesablamalar məhkəmə tərəfindən nəzərə alındıqda 5.000.000,00 manat məbləğində pul vəsaitinin 2022-ci ilin iyul ayına hesablanmış cari dəyərinin (ekvivilenti) aşağıdakı kimi müəyyən edilir; İnfilyasiya nəzərə alınmaqla------3.664.68 manat; İnfilyasiya nəzərə alınmadan----1.000,00 manat; Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki,iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki,İddiaçı və Cavabdeh Balakən rayonunun Tülü kəndində yaşayırlar. Cavabdeh mərhum anası X6 26 noyabr 2003-cü ildə Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997ci il tarixli 37 nömrəli qərarı ilə özünün və uşaqları- X8 və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmiş, Balakən rayonu Tülü kəndində yerləşən 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qanunla müəyyən edilmiş qaydada - notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanmadan, 26 noyabr 2003-cü ildə Balakən rayonu Tülü kənd İnzibati Ərazi Dairəsində akt tərtib edərək o vaxtkı məzənnə ilə ******* (beş milyon) AZM-ə İddiaçı satmışdır.2022-ci ilin mart ayında Cavabdeh İddiaçı müraciət edərək torpaq sahəsini geri tələb etmiş və almışdır. İddiaçı hazırda Mesed Bayramova öldüyünə, Cavabdeh onun vərəsəsi olduğuna, mübahisələndirilən əmlakın ümumbirgə mülkiyyətdə olduğuna, alqı-satqı müqaviləsinin etibarlı hesab olunmadığına əsaslanaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Göründüyü kimi qanunverici əqd etibarsız olduqda tərəflərdən hər birinin əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmasını müəyyən etmişdir. Məhkəmə qanunvericiliyin qeyd edilən tələbinə əsaslanaraq hesab edir ki, İddiaçı 26 noyabr 2003-cü ildə verdiyi ******* AZM-ı infilyasiya nəzərə alınmaqla tələb etməkdə haqlı deyildir. Çünki bu halda cavabdehin də keçən müddət ərzində torpaq sahəsindən götürülmüş gəliri tələb etmək hüququ olmalıdır. Qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi ******* AZM-in infilyasiya nəzərə alınmadan dəyəri-1000 manata aid hissədə əsaslıdır və təmin edilməlidir. Eyni zamanda İddiaçı ******* AZM-i Cavabdeh deyil, onun mərhum anası X3 verdiyinə görə Cavabdeh anasının mirasından aldığı pay həcmində iddiaçı qarşısında məsuliyyət daşıyır.Belə ki, Mülki Məcəllənin 1306.1-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Odur ki, Cavabdeh 1000 manatı mirasdan aldığı paya uyğun olaraq İddiaçı ödəməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1000 (bir min) manat məbləğində pul (mirasdan aldığı paya uyğun) alınıb İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən dövlət rüsumu xərci də iddianın təmin edilən məbləğinə mütənasib olaraq cavabdehdən tutulub iddiaçıya verilməlidir. 100 manat ekspertiza xərcinin 73 manatı İddiaçı, 27 manatı Cavabdeh tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************; X5, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia qismən təmin edilsin. Cavabdeh 1000 (bir min) manat məbləğində pul (mirasdan aldığı paya uyğun) alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 57 manat dövlət rüsumu xərcinin 15,39 manatı Cavabdeh alınıb İddiaçı verilsin.Dövlət rüsumu xərcinin qalan hissəsi iddiaçının özünə aid edilsin. 100 manat ekspertiza xərcinin 73 manatı İddiaçı, 27 manatı Cavabdeh tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************;X5, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar