Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-523/2024 23.08.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və X1 nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və X1 Cavabdeh qarşı AR ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və ReyEstri Publik Hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDRXdən çıxarışa əsasən Reystr №**********95-10301 olan qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2024 olan çıxarışa əsasən paylı mülkiyyəti kimi qeyd edilmiş 0,2499 kvm həyətyanı torpaq sahənin paylarına uyğun real olaraq naturada bölünərək torpaq sahəsinin onlara düşən 2\3 hissəsinin onların mülkiyyətinə verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və X3 Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, AR ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və X7 şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDRX-dən çıxarışa əsasən Reystr №**********95-10301 olan qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2024 olan çıxarışa əsasən paylı mülkiyyəti kimi qeyd edilmiş 0,2499 kv.m həyətyanı torpaq sahənin paylarına uyğun real olaraq naturada bölünərək torpaq sahəsinin onlara düşən 2\3 hissəsinin onların mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRXnin Hüquqların dövlət qeydiyyatı haqqında reystr nömrəsi **********95- 10301 qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2024 olan DƏDR-dən cıxarışa əsasən Balakən rayonu Kortala kəndində yerləşən 0,2499 kvm həyətyanı torpaq sahəsi hər birinin payı bərabər olmaqla 1\3 hissə onun,1\3 hissəsi arvadı İddiaçı1, həmcinin torpaq sahəsinin1\3 hissəsi və ev isə digər payçı Cavabdeh oglunun mülkiyyətindədir. Balakən Rayon Məhkəməsinin 01.08 2023 cü il tarixli e-2 (019)-38 saylı qətnaməsi ilə bu torpaq sahəsində hər birinin 1\3 payı müəyyən edilmişdir, bu torpaqda yerləşən yaşayış ev isə tam Cavabdeh oglunun mülkiyyətindədir. Evin yerləşdiyi bu torpaq sahəsindən bərabər istifadə ilə baglı aralarında razılıq yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 oktyabr 2022 ci il tarixli №- 105934 nömrəli ekspert rəyindən görünürki 0.2499 ha torpaq sahəsindən hər birinin 1\3 pay olmaqla 1\3 hissə payın naturada bölgüsü mümkündür, bölgü variantı rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və X1 nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********95-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Balakən rayonu Kortala kəndində yerləşən fədi yaşayış evi və 0.2499 ha yaşayış məntəqələrinin torpaqları üzrə torpaq sahəsinin 1/3 hissəsi X1, torpaq sahəsinin 1/3 hissəsi İddiaçı1, fərdi yaşayış evi tam və torpaq sahəsinin 1/3 hissəsi Cavabdeh adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının 03 noyabr 2022-ci il tarixli, 10/5934 saylı rəyində göstərilmişdir ki, Balakən rayonu Kortala kəndində yerləşən mübahisə predmeti 0.2499 ha həyətyanı torpaq sahəsindən iddiaçıların hər birinə düşən 1/3 hissə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bölgü variant rəyə əlavə edilmiş sxemdə ətraflı qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəf hazırki iddianın qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçıların nümayəndəsi-vəkilini dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi zamanı müəyyən edildi ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(019)-38/2023 nömrəli qətnaməsinə əsasən iddiaçılar X2 və İddiaçı1 hər birinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********95-10301 olan, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Cavabdeh, X2 və İddiaçı1 ümumi birgə mülkiyyətinə verilmiş 0.2499 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinə payının müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən reyestr nömrəsi **********95-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli çıxarış verilməklə Balakən rayonu Kortala kəndində yerləşən fədi yaşayış evi və 0.2499 ha yaşayış məntəqələrinin torpaqları üzrə həmin 0.2499 ha torpaq sahəsinin 1/3 hissəsi X1, torpaq sahəsinin 1/3 hissəsi İddiaçı1, fərdi yaşayış evi tam və torpaq sahəsinin 1/3 hissəsi Cavabdeh adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçılar və cavabdeh arasında sözügedən fərdi yaşayış evinin yerləşdiyi 0.2499 ha torpaq sahəsindən bərabər istifadə ilə baglı razılıq yoxdur və mübahisə vardır. Ona görə də iddiaçılar göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 03 noyabr 2022-ci il tarixli, 10/5934 saylı rəyinə əsasən Balakən rayonu Kortala kəndində yerləşən mübahisə predmeti 0.2499 ha həyətyanı torpaq sahəsindən iddiaçıların hər birinə düşən 1/3 hissə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bölgü variant rəyə əlavə edilmiş sxemdə ətraflı qeyd edilmişdir. İddiaçı tərəf hazırki iddianın qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları Bəyannaməsinin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətçin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayırlan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********95- 10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli çıxarışa əsasən Cavabdeh, X2 və İddiaçı1 ümumi paylı mülkiyyətlərində olan Balakən rayonu Kortala kəndində yerləşən 0.2499 ha həyətyanı torpaq sahəsindən iddiaçılar X1 və İddiaçı1 2/3 payı (hər birinə 1/3 hissə pay olmaqla) məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 03 noyabr 2022-ci il tarixli, 10/5934 saylı rəyinə əlavə edilmiş sxemdə qeyd edilmiş bölgü variantına əsasən naturada ayrılaraq X2 və İddiaçı1 mülkiyyətinə verilməlidir. Həmçinin hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçılar X3 və İddiaçı1 ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********95-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli çıxarışa əsasən Cavabdeh, X2 və İddiaçı1 ümumi paylı mülkiyyətlərində olan Balakən rayonu Kortala kəndində yerləşən 0.2499 ha həyətyanı torpaq sahəsindən iddiaçılar X1 və İddiaçı1 2/3 payı (hər birinə 1/3 hissə pay olmaqla) məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 03 noyabr 2022-ci il tarixli, 10/5934 saylı rəyinə əlavə edilmiş sxemdə qeyd edilmiş bölgü variantına əsasən naturada ayrılaraq X2 və İddiaçı1 mülkiyyətinə verilsin. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçılar X3 və İddiaçı1 ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-523/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-523/2024
23.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver