Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-53/2025 24.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı4 nümayəndəsi Balakən Rayon Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən paylarının birlikdə naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 0.0838 ha həyətyanı torpaq sahəsinə X5, X2, X8, İddiaçı1, İddiaçı3, Cavabdeh2 və İddiaçı4 mülkiyyət hüquqları qeydə alınmış ümumi paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən 0.0838 ha həyətyanı torpaq sahəsinin iddiaçıların 4/7 hissə paylarının birlikdə saxlanılmaqla naturada ayrılması, ayrılmış torpaq sahəsindən cavabdehlərin çıxarılması, iddiaçılara məxsus olan həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması barədə qətnаmə çıxаrılmаsını xahiş etmişlər. Daha sonra iddiaçılar iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, reyestr nömrəsi **********03-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla X9, X6, X13, İddiaçı1, İddiaçı3, Cavabdeh2 və İddiaçı4 ümumi birgə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0838 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı4, İddiaçı3, X3 və İddiaçı1 1/7 hissə payları olmaqla cəmi 4/7 hissə paylarının birlikdə saxlanılmaqla həmin torpaq sahəsində yerləşən tikililər nəzərə alınmadan naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdır ki, onlar ünvan 1 ünvanında yaşayırlar. Cavabdehlər qardaş-bacılarıdır. ünvan 1 ünvanında ümumi paylı mülkiyyətlərində 0.0838 ha həyətyanı torpaq sahələri vardır. xx.xx.2023-cü il tarixdə 0.0838 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən 70.9 kvm-dən ibarət fərdi yaşayış evi X5, X3, X8, İddiaçı1, İddiaçı3, Cavabdeh2 və İddiaçı4 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və reyestr nömrəsi **********03- 10301 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport verilmişdir. Hazırda iddiaçılar ilə cavabdehlər arasında torpaq sahəsinin naturada ayrılması ilə bağlı mübahisə vardır. Cavabdehlə aralarında mübahisə olduğuna görə daşınmaz əmlakdan özlərinə məxsus olan hissələrin naturada ayrılmasını və ona sahib olmalarını istəyirlər. Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(019)-292/2024 nömrəli qətnaməsi ilə iddiaçılar X5, X3, X8, İddiaçı1, İddiaçı3, Cavabdeh2 və İddiaçı4 ümumi birgə mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən 0.0838 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı4, İddiaçı3 X3 və İddiaçı1 1/7 hissə payları müəyyən edilmişdir. Bunа görə də mübаhisələrinin qаnuni yоllа həll edilməsi üçün Bаlаkən Rаyоn Məhkəməsinə mürаciət etmək məcburiyyətində qаlmışlar. Məhkəmə iclasında İddiaçı4 nümayəndəsi-vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, torpaq sahəsində mövcüd olan tikilinin cavabdehlərdə qalmasına etiraz etmirlər, gələcəkdə tikilini mübahisələndirməyəcəklər. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, iddianın təmin edilməsini xahiş etmişlər. İş materiallarından görünür ki, məhkəmə bildirişinin cavabdehlərə çatdırılması mümkün olmadığından təqdim edilməsi üçün Balakən şəhər İcra Hakimiyyəti Balakən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********03-10301 olan, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və 0.0838 ha yaşayış məntəqələrinin torpaqları X5, X3, X8, İddiaçı1, İddiaçı3, Cavabdeh2 və İddiaçı4 adına ümumi birgə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 21 noyabr 2008-ci il tarixdə verilmiş AZ-l seriyalı 460013 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X4 ilə X6 arasında nikah 21 noyabr 2008-ci ildə 238 nömrə ilə qeyd edilmiş, arvada Həmətiyeva soyadı verilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(019)-292/2024 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar X5, X3, X8, İddiaçı1, İddiaçı3, Cavabdeh2 və İddiaçı4 ümumi birgə mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən 0.0838 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 1/7 hissə payları müəyyən edilmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli 10/5768 nömrəli rəyində göstərilmişdir ki, 1. reyestr nömrəsi **********03-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla X1 Mətanət Kəmaləddin qızı, X14, İddiaçı1, İddiaçı3, Cavabdeh2 və İddiaçı4 ümumi birgə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0838 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı4, İddiaçı3, X3 və İddiaçı1 1/7 hissə payları olmaqla cəmi 4/7 hissə paylarının birlikdə saxlanılmaqla həmin torpaq sahəsində yerləşən tikililər nəzərə alınmaqla naturada ayrılması ilə bağlı bildiririk ki, sözügedən torpaq sahəsində yerləşən tikililər bölündükdən sonra torpaq sahəsinin naturada ayrılması məsələsinə baxıla bilər. 2. Reyestr nömrəsi **********03-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla X9, X6, X14, İddiaçı1, İddiaçı3, Cavabdeh2 və İddiaçı4 ümumi birgə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0838 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı4, İddiaçı3, Həmətiyeva (Nəsibova) Mətanət Kəmaləddin qızının və İddiaçı1 1/7 hissə payları olmaqla cəmi 4/7 hissə paylarının birlikdə saxlanılmaqla həmin torpaq sahəsində yerləşən tikililər nəzərə alınmadan naturada ayrılması mümkündür. Həmin torpaq sahəsinin cəmi 4/7 hissə paylarının birlikdə saxlanılmaqla mümkün olan bölgüsü mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. İş üzrə aparılmış ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. İddiaçı tərəf hazırki iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.1-220.3-cü maddələrinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” 6 dekabr 2024-cü il tarixli Qərardadına əsasən ümumi paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3 - 220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi məsələsi isə həmin Məcəllənin 221-ci maddəsi tətbiq edilməklə, bu qərardadın əsaslandırıcı hissəsində qeyd olunan hüquqi mövqelərə uyğun həll olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materialları əsasında müəyyən edilmişdir ki, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.0838 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X9, X6, X13, İddiaçı1, İddiaçı3, Cavabdeh2 və İddiaçı4 ümumi birgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən torpaq sahəsindən iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 1/7 hissə payları müəyyən edilmişdir. Cavabdehlərlə aralarında mübahisə olduğuna görə iddiaçılar paylı mülkiyyətdə olan daşınmaz əmlakdan özlərinə məxsus olan payın tikili nəzərə alınmadan naturada ayrılması üçün məhkəməyə müraciət etmişdir. Ekspert rəyi əsasında həmin torpaq sahəsində iddiaçıların öz paylarının həmin qaydada naturada ayrılması mümkün hesab edilmişdir. Odur ki, paylı mülkiyyətin mülkiyyətçisi olan iddiaçılar öz paylarının ayrılmasını tələb etməkdə haqlıdırlar. Beləliklə məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********03-10301, ********** qeydiyyat nömrəli, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Çıxarışa əsasən X9, X6, X13, İddiaçı1, İddiaçı3, Cavabdeh2 və İddiaçı4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0838 ha torpaq sahəsinin iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 məxsus 4/7 hissə payı xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilən bölgü variantı üzrə naturada ayrılmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir. Həmçinin 50 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********03-10301, ********** qeydiyyat nömrəli, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Çıxarışa əsasən X9, X6, X13, İddiaçı1, İddiaçı3, Cavabdeh2 və İddiaçı4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0838 ha torpaq sahəsinin iddiaçılar İddiaçı4, İddiaçı3, Həmətiyeva (İsayeva) Mətanət Kəmaləddin qızına və İddiaçı1 məxsus 4/7 hissə payı xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilən bölgü variantı üzrə naturada ayrılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. İş üzrə 50 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №e-2(019)-53/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-53/2025
24.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver