Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-54/2024 04.09.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma,maneələrə son qoyulması və maddi ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2ində yerləşən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********89 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan 0.6398 ha, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********98 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan 0.3092 ha və xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat, **********43 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan 0.2371 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən Cavabdeh məcburi olaraq çıxarılması, həmin torpaq sahələrindən İddiaçı istifadəsinə Cavabdeh tərəfindən yaradılmış maneələrə son qoyulması, iddianın irəli sürülməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması dövründə iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək , İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2ində yerləşən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********89 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan 0.6398 ha, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********98 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan 0.3092 ha və xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat, **********43 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan 0.2371 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən Cavabdeh məcburi olaraq çıxarılması, həmin torpaq sahələrindən İddiaçı istifadəsinə Cavabdeh tərəfindən yaradılmış maneələrə son qoyulması, Cavabdeh 7,8 ton qarğıdalı dəninin və ya onun dəyəri olan 2730 manat pulun ,mütəxəssis rəyinin təqdim edilməsi üçün ödənilmiş 360 manat pulun, iddianın irəli sürülməsi üçün ödənilmiş 150,92 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********89 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 2ində yerləşən 0.6398 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********98 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 2ində yerləşən 0.3092 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat, **********43 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 2ində yerləşən 0.2371 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Cavabdeh sözügedən torpaq sahələrini qanunsuz olaraq zəbt etməklə həmin ərazidən faktiki olaraq istifadə etməkdədir. xx.xx.2023-cü il tarixdə iddiaçı və DƏDKR Publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşları mübahisəli torpaq sahəsinə gələrək orada ölçmə işləri aparmaq istəmiş, cavabdeh sonuncuların həmin əraziyə daxil olmalarına icazə verməmişdir. İddiaçı tərəf mübahisənin həlli üçün səy göstərsə də, cavabdeh könüllü olaraq torpaq sahəsindən çıxmamış, orada əkin-biçin və ölçmə işlərinin aparılmasına razılıq verməmiş, ona maddi ziyan vurmuşdur. Bu səbəbdən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi - vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq göstərdi ki, İddiaçı iş üzrə mütəxəssis rəyinin verilməsi üçün 96,90 manat pul ödəmiş, 150 manat isə dövlət rüsumu ödəmişdir. Bundan başqa ekspert rəyi ilə də təsdiq olunur ki, Cavabdeh iddiaçının mülkiyyətində olan bütün torpaq sahəsini zəbt etmiş, nəticədə iki ildir ki, iddiaçı öz mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. İddiaçı həmin torpaq sahəsində qarğıdalı əkmişdir. 1,1861 ha torpaq sahəsində qarğıdalı bitkisinin əkilib becərilib məhsulun yığılması üçün 730 manat pul xərclənilir. İddiaçının özünün mülkiyyətində traktor , kotan , dırmıq vardır. Bu avadanlıqların iddiaçıda olması onun qarğıdalı bitkisini əkib becərməsi üçün daha az vəsait xərcləməsini təmin edir. Torpaq sahəsinin zəbt olunması ilə bağlı iddiaçıya 2730 manat ziyan dəymişdir. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin185.5-ci maddələrinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən 0.2371 ha kənd təsərrufatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 125 nömrəli reyestr kitabının 47 nömrəli vərəqəsində İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş A seriyalı 892156 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 2i ünvanında yerləşən 0.2371 ha kənd təsərrufatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən 0.3092 ha kənd təsərrufatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 123 nömrəli reyestr kitabının 81 nömrəli vərəqəsində İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş A seriyalı 786577 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki,ünvan 2i ünvanında yerləşən 0.3092 ha kənd təsərrufatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən 0.6398 ha kənd təsərrufatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 117 nömrəli reyestr kitabının 80 nömrəli vərəqəsində İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş A seriyalı 747119 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki,ünvan 2i ünvanında yerləşən 0.6398 ha kənd təsərrufatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 31 iyul 2023-cü il tarixli 3-21-3-47/2-2712/2023 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, ünvan 1ində yerləşən xx.xx.2022-ci il tarixli,********** qeydiyyat, **********89 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan 0.6398 ha, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat,**********98 reyestr nömrəli daşınmaz əmlakın dövdət reyestrindən çıxarışda qeyd olunan 0.3092 ha və xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat, **********43 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan 0.2371 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin döngə nöqtələrində hər hansı bir mərz nişanı və fiziki sərhəddi mövcud olmadığına görə həmin torpaq sahələrinin naturada ölçülərinin nə qədər olduğunu müəyyən etmək mümkün olmamışdır. Məlumat üçün bildirilir ki, A 892156A, A 786577, A 747119 nömrəli torpaq sahələrinin plan və ölçüsü sərhədlərində qeyd edilmiş koordinatlar daxilində yerləşən torpaq sahələrindən iddiaçı naturada istifadə etməmişdir. 2.İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1ində yerləşən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********89 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan 0.6398 ha ,xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat,**********98 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan 0.3092 ha və xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat, **********43 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan 0.2371 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri Cavabdeh tərəfindən bütövlüklə istifadə olunur. İşdə olan, Mütəxəssis rəyinin verilməsinə dair xərclərin smetasından görünür ki, mütəxəssis rəyinin verilməsinə dair xərc 96,90 manat təşkil edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 noyabr 2023-cü il tarixli 3-16-16/2-10/4935 nömrəli ekspert rəyindən görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2023-cü il tarixdə daxil olmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən: Qərardadın 1-ci sualı üzrə: Balakən rayonu,Gərəkli kəndində yerləşən xx.xx.2022-ci il tarixli,********** qeydiyyat, **********89 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan 0.6398 ha, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********98 reyestr nömrəli daşınmaz əmlakın dövdət reyestrindən çıxarışda qeyd olunan 0.3092 ha və xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat, **********43 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan 0.2371 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin döngə nöqtələrində hər hansı bir mərz nişanı və fiziki sərhəddi mövcud olmadığına görə həmin torpaq sahələrinin naturada ölçüləri nə qədər olduğunu müəyyən etmək mümkün olmamışdır. Məlumat üçün bildiririk ki, A 892156 , A 786577, A 747119 nömrəli torpaq sahələrinin plan və ölçüsü sənədlərində qeyd edilmiş koordinatlar daxilində yerləşən torpaq sahələrindən iddiaçı naturada istifadə etməmişdir. Qərardadın 2-ci sualı üzrə: İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1ində yerləşən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********89 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan 0.6398 ha ,xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat,**********98 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan 0.3092 ha və xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat, **********43 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan 0.2371 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri Cavabdeh tərəfindən bütövlüklə istifadə olunur. Ekspertiza tədqiqatının dəyəri 50 manatdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Balakən X5 Mərkəzi tərəfindən 27 dekabr 2023-cü il tarixdə verilmiş 3- 22-3-8/2-69/2023 nömrəli məlumatda göstərilmişdir ki, Balakən rayonu Tülü kənd sakini Musayev X1 mülkiyyətində olan reyestr nömrəsi **********43 sahəsi 0.2371 ha, reyestr nömrəsi **********89 sahəsi 0.6398 ha və reyestr nömrəsi **********98 sahəsi 0.3092 ha olan çıxarışlara əsasən cəmi 1.1861 ha torpaq sahəsində qarğıdalı bitkisi əkildiyi təqdirdə istehsal edə biləcəyi məhsulu ünvan 2inin son 3 ilin statistikasına uyğun 1 hektardan orta məhsuldarlıq göstəriciləri nəzərə alınarsa aşağıdakı kimi müəyyən etmək olar. Gərəkli kəndi üzrə; 2021-ci ildə-62,2 sentner götürsək 1,18 ha x 62,2 sent=73,39 sent=7,4 ton 2022-ci ildə-69,8 sentner götürsək 1,18 ha x 69,8 sent=82,36 sent=8,2 ton 2023-cü ildə-65,5 sentner götürsək 1,18 ha x 66,5 sent=78,47 sent=7,8 ton Cəmi 3 ildə 23.4 ton. Beləliklə, Gərəkli kəndi üzrə 1.18 ha torpaq sahəsindən orta hesabla məhsuldarlıq göstəricilərinə uyğun olaraq son 3 ildə qarğıdalı bitkisi əkilsəydi orta hesabla il ərzində 7,8 ton (23,4:3=7,8) qarğıdalı dəni götürmək mümkün olduğunu göstərmək olar. İşdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, İddiaçı mülkiyyətində 90c928 qeydiyyat nişanlı, 2029-cu il buraxılışlı MTZ 892 markalı traktor vardır. İşdə olan A158 nömrəli, 20 noyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı həmin müqavilə əsasında 1 ədəd 4 korpuslu kotanı 2840 manata almışdır. İşdə olan A186 nömrəli, 24 yanvar 2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı həmin müqavilə əsasında 1 ədəd 20 sıralı diskli dırmığı 7520 manata almışdır. İşdə olan İddiaçı nümayəndəsi-vəkili Nümayəndə ərizəsində qeyd edilmişdir ki,iddiaçı tərəfindən 1,1861 ha torpaq sahəsindən qarğıdalı bitkisi əkilən zaman iddiaçı tərəfindən 730 manat xərc çəkilmişdir. Bu səbəbdən həmin xərc çıxılmaqla 2000 manat ziyanın ödənilməsini tələb edirlər. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********89 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 2ində yerləşən 0.6398 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********98 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 2ində yerləşən 0.3092 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat, **********43 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 2ində yerləşən 0.2371 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Cavabdeh sözügedən torpaq sahələrini qanunsuz olaraq zəbt etməklə həmin ərazidən faktiki olaraq istifadə edir. Nəticədə iddiaçı 0.6398 ha kənd təsərrüfatı təyinatlı və 0.3092 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən 2022-ci ildən, 0.2371 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən isə 2023-cü ildən istifadə edə bilməmiş, ona 2000 manat maddi ziyan dəymişdir. Mülkiyyət hüququ pozulduğundan və maddi ziyana düşdüyündən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Məhkəmə işin hallarını, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci, xx.xx.2022-ci və xx.xx.2023-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlara əsasən mübahisələndirilən 0.6398 ha, 0.3092 ha və 0.2371 ha , ümumilikdə 1,1861 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin İddiaçı mülkiyyətində olmasını, Cavabdeh həmin torpaq sahələrinə heç bir hüququ olmadan bu torpaq sahələrini zəbt etməsini, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi torpaq sahəsindən çıxarılmaya aid hissədə əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2ində yerləşən 0.6398 ha, 0.3092 ha və 0.2371 ha olmaqla,1,1861 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən çıxarılmalıdır. Cavabdeh iddiaçıya məxsus torpaq sahəsindən çıxarıldıqdan sonra onun iddiaçının həmin torpaq sahələrindən istifadəsinə maneçilik törətməsi mümkün olmayacağından iddia tələbi İddiaçı istifadəsinə Cavabdeh tərəfindən yaradılmış maneələrə son qoyulmasına aid hissədə təmin edilməməlidir. İddia tələbinin maddi ziyana aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə İddiaçı mülkiyyətində olan 0.6398 ha kənd təsərrüfatı təyinatlı və 0.3092 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 2022-ci ildən, 0.2371 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən isə 2023-cü ildən Cavabdeh tərəfindən zəbt edilməsini, bu səbəbdən iddiaçının öz mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilməməsini, hal-hazırda da torpaq sahəsinin cavabdehin istifadəsində olmasını, xərclər çıxıldıqdan sonra ona 2000 manat maddi ziyan dəyməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi maddi ziyana aid hissədə qismən təmin edilməli, Cavabdeh maddi ziyana görə 2000 manat alınaraq İddiaçı verilməlidir. İddia tələbi maddi ziyana aid qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə mütəxəssis rəyinin verilməsinə görə 360 manat deyil, 96,90 manat ödənməsini nəzərə alaraq hesab edir ki, mütəxəssis rəyinin verilməsinə görə 96,90 manat və ödənilmiş150,92 dövlət rüsumunun 140 manatı Cavabdeh alınaraq İddiaçı verilməlidir. İddia tələbi məhkəmə xərclərinə aid qalan hissədə də təmin edilməməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci, xx.xx.2022-ci və xx.xx.2023-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlara əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.6398 ha, 0.3092 ha və 0.2371 ha , ümumilikdə 1,1861 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən Cavabdeh çıxarılmalı, Cavabdeh maddi ziyana görə 2000 (iki min) manat, mütəxəssis rəyinin verilməsinə görə ödənilmiş 96,90 manat (doxsan altı manat doxsan qəpik) və ödənilmiş 150,92 manat (bir yüz əlli manat doxsan iki qəpik) dövlət rüsumunun 140 (bir yüz qırx) manatı tutulub İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. 50 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142595, X3 Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci, xx.xx.2022-ci və xx.xx.2023-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlara əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.6398 ha, 0.3092 ha və 0.2371 ha , ümumilikdə 1,1861 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən Cavabdeh çıxarılsın. Cavabdeh maddi ziyana görə 2000 (iki min) manat, mütəxəssis rəyinin verilməsinə görə ödənilmiş 96,90 manat (doxsan altı manat doxsan qəpik) və ödənilmiş 150,92 manat (bir yüz əlli manat doxsan iki qəpik) dövlət rüsumunun 140 (bir yüz qırx) manatı tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 50 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142595, X3 Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-54/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-54/2024
04.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver