Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-545/2024 20.09.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı, Cavabdeh və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3100 manat və Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq illik beş faiz olmaqla 310 manat, 54 manat dövlət rüsumunun, hüquqi yardım göstərilməsi üçün müqavilənin bağlanmasına görə ödənilmiş 200 manat, ümümulukdə isə 3664 (üç min altı yüz altmış dörd) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh 3000 manatın, 54 manat dövlət rüsumunun, hüquqi yardım göstərilməsi üçün müqavilənin bağlanmasına görə ödənilmiş 200 manatın, ümumilikdə isə 3254 (üç min iki yüz əlli dörd) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 2022-ci ilin fevral ayının əvvəllərində Abşeron rayonu, Xırdalan şəhəri ”Riyad” ticarət mərkəzində mebel sexi işlədən Cavabdeh yaşadığı evin mətbəxi üçün 2700 manat qarşılığında bir ədəd divan və altı ədəd stul sifariş etmişdir. Daha sonra 2022-ci ilin mart ayında o, yaşadığı evin qonaq otağı üçün 3100 manat qarşlığında divan sifarişi də vermişdir. İkinci dəfə sifariş verilən və dəyəri ödənilən mebellər cavabdeh tərəfindən vaxtında təhvil verilməmişdir. Uzun müddət aparılan danışıqlardan sonra cavabdeh 3100 manat dəyərində sifariş verilmiş divandan tam fərqli və dəyəri aşağı olan divanı iddiaçının evinə gətirmişdir. İddiaçı həmin divanın sifariş verilmiş divan olmadığı bildirdikdən sonra cavabdeh işinin çox olması ilə əlaqədar yalnışlığa yol verdiyini bildirərək, səhv gətirdiyi divanı dərhal geri götürərək ən qısa zamanda sifariş edilən divanı gətirəcəyini bildirmişdir. Bundan sonra cavabdeh ümumiyyətlə divanı təhvil verməkdən və yaxud aldığı 3100 manat məbləğində pul vəsaitini qaytarmaqdan müxtəlif bəhanələrlə yayınmışdır. O, məcburiyyət qarşısında Daxili İşlər Nazirliyinə müraciət etdikdən sonra cavabdehin barəsində ilkin araşdırma aparılmış, mülki münasibətlərdən irəli gələn mübahisənin yarandığını, aralarında yaranmış mülki mübahisə ilə bağlı ona mülki müstəvidə məhkəməyə müraciət etmək hüququ izah edilmiş və Abşeron Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin barəsində cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarda cavabdehin 3100 manat alması və iddiaçıya qaytarmaması aparılmış araşdırma zamanı sübuta yetirildiyi öz təsdiqini tapıb. Qanunun normalarına və işin faktiki hallarına əsasən cavabdehin müqavilə öhdəliyindən yayınması açıq-aşkardır və borcun məhkəmə qaydasında tutulmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını, Cavabdeh 3000 manatın, 54 manat dövlət rüsumunun, hüquqi yardım göstərilməsi üçün müqavilənin bağlanmasına görə ödənilmiş 200 manatın, ümumilikdə isə 3254 (üç min iki yüz əlli dörd) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən-1250 manat hissədə qəbul və etiraf edərək, verdiyi izahatında göstərmişdir ki, onun İddiaçı 1250 manat borcu vardır. Belə ki, İddiaçı ona əvvəl divan sifariş vermis, həmin divanı bəyənmədiyi üçün yenidən divan sifariş vermişdir. Onda İddiaçı dediyi qiymətə divanlar olmur. İddiaçı 2022-ci ilin fevral ayında divanı 1250 manata sifariş vermis, onlar arasında 3100 manata divan hazırlanması barədə razılaşma olmamışdır. İddiaçının şikayəti ilə əlaqədar onu 2 gün Abşeron Rayon Polis İdarəsində polisdə saxlamışlar. O, İddiaçı 1250 manat pulu qaytarmaq istəmiş, lakin Səbinə xanım buna razı olmamışdır. İddianın qismən-1250 manat hissədə təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə verdiyi izahatında göstərmişdir ki, onun bu məsələ ilə bağlı dəqiq məlumatı yoxdur. İddiaçı ona zəng vurub oğlunun ona 3200 manat borcu olmasını deyəndə bu barədə məlumatı olmuşdur. Oğlu İsmayıl isə Səbinədən 1250 manat aldığını demişdir. İddianın qismən 1250 manat hissədə təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, İddiaçıgildə usta kimi işləmişdir. İsmayılın Səbinəgilə divan üçün gəldiyini görmüşdür. Səbinə İsmayılın divanı 3200 manat düzəltdiyini demişdir. O, danışılan vaxt orada olmuşdur. Səbinənin beh verəndə görmüş, lakin nə qədər beh verdiyini bilmir. İddiaçı bildirdiyinə görə İsmayılın ona 3100 manat borcu vardır. İş materiallarında olan Abşeron RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, qərarın təvsiri hissəsində qeyd olunanlara əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qəbul edilmiş qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və maraqlı tərəflərə göndərilməsi qərara alınmışdır. Həmin qərarda göstərilir ki, İddiaçı araşdırma zamanı Cavabdehla arasında olan telefon danışığının qeydə alındığı səs yazılarını təqdim etmişdir. Təqdim edilmiş səs yazılarında Cavabdeh divanı təmir etmək məqsədilə İddiaçı 3100 manat pul vəsaiti götürdüyünün təsdiqini tapdığı qeyd edilmişdir. Məhkəmə iclasında İddiaçı ilə Cavabdeh arasında audio səs yazılarının əks olunduğu bir ədəd DVD diski dinlənilmiş və həmin səs yazılarında Cavabdeh İddiaçı 3000 manat pul verməli olduğunu göstərmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 54 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından həmçinin görünür ki, İddiaçı tərəfindən hazırki iddia ilə bağlı nümayəndəyə-vəkilə ödənilmiş xidmət haqqı 200 manat təşkil edir. Həmçinin məhkəmə iclasında Cavabdeh məhkəməyə yazılı ərizə ilə müraciət edərək, İddiaçı ona pul tələbini 1250 manat hissədə qəbul etdiyini, qalan hissədə qəbul etmədiyini, İddiaçı yalnız 1250 manat məbləğində pul aldığını və ona qaytarmadığını göstərmişdir. Məhkəmə iddiaçının, cavabdehin və cavabdehin nümayəndəsinin izahatını və şahidin ifadəsini dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı 2022-ci ilin fevral ayının əvvəllərində Abşeron rayonu, Xırdalan şəhəri ”Riyad” ticarət mərkəzində mebel sexi işlədən Cavabdeh yaşadığı evin mətbəxi üçün 2700 manat qarşılığında bir ədəd divan və altı ədəd stul sifariş etmişdir. Daha sonra 2022-ci ilin mart ayında o, yaşadığı evin qonaq otağı üçün 3100 manat qarşlığında divan sifarişi də vermişdir. İkinci dəfə sifariş verilən və dəyəri ödənilən mebellər cavabdeh tərəfindən vaxtında təhvil verilməmişdir. Uzun müddət aparılan danışıqlardan sonra cavabdeh sifariş verilmiş divandan tam fərqli və dəyəri aşağı olan divanı iddiaçının evinə gətirmişdir. İddiaçı həmin divanın sifariş verilmiş divan olmadığı bildirdikdən sonra cavabdeh işinin çox olması ilə əlaqədar yalnışlığa yol verdiyini bildirərək səhv gətirdiyi divanı dərhal geri götürərək ən qısa zamanda sifariş edilən divanı gətirəcəyini bildirmişdir. Bundan sonra cavabdeh ümumiyyətlə divanı təhvil verməkdən və yaxud aldığı 3000 manat məbləğində pul vəsaitini qaytarmaqdan müxtəlif bəhanələrlə yayınmışdır. O, məcburiyyət qarşısında Daxili İşlər Nazirliyinə müraciət etdikdən sonra cavabdehin barəsində ilkin araşdırma aparılmış, mülki münasibətlərdən irəli gələn mübahisənin yarandığını, aralarında yaranmış mülki mübahisə ilə bağlı iddiaçıya mülki müstəvidə məhkəməyə müraciət etmək hüququ izah edilmiş və Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi tərəfindən xx.xx.2023-cü il tarixli qərarla cavabdehin barəsində cinayət işinin başlanılması rədd edilmişdir. İddiaçı cavabdehə qarşı iddia tələbinin həcmini azaldaraq, Cavabdeh 3000 manatın, 54 manat dövlət rüsumunun, hüquqi yardım göstərilməsi üçün müqavilənin bağlanmasına görə ödənilmiş 200 manatın, ümumilikdə isə 3254 (üç min iki yüz əlli dörd) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə yazılı ərizə verməklə iddiaçıya 1250 manat pul verməli olduğunu bildirərək, iddianı qismən-1250 manat hissəsində etiraf etmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, işgörməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 753.2-ci maddəsinə əsasən əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 753.3-cü maddəsinə əsasən əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 753.4-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 756.1-ci maddəsinə əsasən əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 756.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi miqdarı bir tərəfdən gecikdirmənin müddətindən və muzdun miqdarından asılı olaraq, digər tərəfdən isə, əgər sifarişçi müddəti pozmasaydı, podratçının öz iş qüvvəsindən başqa şəkildə istifadə etməsi nəticəsində ala biləcəyindən asılı olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 762.4-cü maddəsinə əsasən əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 775-ci maddəsinə əsasən əgər podratçı qüsuru bilərəkdən gizlədərsə, sifarişçinin məmulatın qüsuru ilə bağlı hüquqlarını istisna edən və ya məhdudlaşdıran razılaşmaya istinad edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.4-cü maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 781-ci maddəsinə əsasən vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 783.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 784-cü maddəsinə əsasən vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmışşəxs) sayılırki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Repsublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iş üzrə Cavabdeh yazılı şəkildə ərizə verməklə, hazırki iddianı qismən-1250 manat hissədə etiraf etməsinə hüquqi qiymət verərək, hesab edir ki,hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından və qanuna zidd olmadığından, iddianın bu qismən etirafı qəbul olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə əsasən o cümlədən iddanın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından görünür ki, iddiaçı hazırki iddianın qaldırılması üçün 54 manat dövlət rüsumu ödəmişdir. Həmçinin məhkəmə hazırki iddianın qaldırılması üçün iddia ərizəsinin və sənədlərin hazırlanması üçün iddiaçının nümayəndə-vəkilə ödədiyi 200 manat hüquqi yardım məbləğini ağlabatan hesab edir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını və şahidin ifadəsini dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına uyğun müvafiq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3000 manat, 54 manat dövlət rüsumu, hüquqi yardım xərci kimi nümayəndə-vəkilə ödənilmiş 200 manat, ümumilikdə 3254 (üç min iki yüz əlli dörd) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəmsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin; Cavabdeh 3000 manat, 54 manat dövlət rüsumu, hüquqi yardım xərci kimi nümayəndə-vəkilə ödənilmiş 200 manat, ümumilikdə 3254 (üç min iki yüz əlli dörd) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-545/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-545/2024
20.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver