Məhkəmə qərarları › İş №e-2(019)-551/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-551/2022

11.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-551/2022 11.08.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 iştirakları ilə, İddiaçı cavabdeh X28 Xidmət Mərkəzində Notariat Ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X14 və X15 qarşı mirasın qəbulu üçün müddətin uzadılmasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı X28 Xidmət Mərkəzində Notariat Ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X14 və X15 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək JN-856F KOD40107018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən valideynləri X20 oglu və X2 ümumi birgə mülkiyyətinə verilmiş 0.07 ha həyətyanı torpaq sahəsinə, onun üzərində yerləşən evə və JN-0091 KOD 401 07018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən verilmiş torpaq sahəsinə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Balakən rayonunun Qullar kəndində yaşayır. Onun valideynləri - atası xx.xx.1941-ci il tarixdə doğulub xx.xx.2015-ci il tarixdə vəfat etmiş X9, anası isə xx.xx.1950-ci il tarixdə doğulub, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X10 olmuşdur. Onların vəfatından sonra miras olaraq ünvan 1 ünvanda 0.07 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 110 kv.m olan yaşayış evi, bundan başqa JN-0091 KOD 40107018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən verilmiş kənd təsərrüfatı məhsulları üçün nəzərdə tutulmuş pay torpaq sahəsi qalmışdır. X30 vəfat etdikdən sonra təsərrüfatı anası Məryəm Sultanova idarə etmiş, ondan miras qalan əmlakı faktiki olaraq qəbul etmişdir. Anası Məryəm 10 avqust 2019-cu il tarixdə onun xeyrinə vəsiyyətnamə tərtib etdirmişdir. Bu vəsiyyətnamənin məzmununa görə o ölən günədək özünə məxsus olan bütün əmlakını ona vəsiyyət etmişdir. Vəsiyyətnamə 10 avqust 2019-cu il tarixdə 2V-466 sayla Balakən rayon Notariat Ofisində qeydə alınmışdır. 26 oktyabr 2019-cu il tarixdə anası Məryəm vəfat etdikdən sonra isə valideynlərindən miras qalmış əmlakı o, idarə etmişdir. xx.xx.2022-ci il tarixdə o, valideynlərindən miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Balakən Regional “ASAN” xidmət mərkəzində Notariat Ofisinə müraciət etmişdir. Orada ona valideynlərindən qalmış mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddəti ötürdüyü və buna görə də ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin qeyri mümkün olması bildirilmişdir. Bu barədə verilmiş arayışı ərizəsinə əlavə etmişdir. Qeyd olunan səbəbdən də mirasın qəbulu üçün müddətin uzadılması tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Əlavə olaraq bildirir ki, onun ata soyadı Sultanovadır, ərə getdikdən sonra ərinin soyadı olan Bəhramova soyadını qəbul etmişdir. Bundan başqa onun iki qardaşı X17 və X18 da valideynlərinə məxsus təsərrüfatda qeydiyyatdadırlar. Valideynlərindən miras qalmış əmlakdan istifadə etməklə yanaşı evin, həyətyanı və pay torpaq sahələrinin vergilərini müntəzəm olaraq ödəmişdir. Miras qalmış əmlakı faktiki olaraq idarə etsə də hüquqi savadsızlığından vərəsəliyin açılması ilə bağlı qanunla müəyyən edilmiş müddətdə Notariat Kontoruna müraciət etməmişdir. Buna görə də göstərilən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək onun məzmununa uyğun izahat verib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 göstərdi ki, İddiaçı onun böyük bacısıdır. Anası bütün əmlakını bacısı Esmiraya vəsiyyət etmişdir. Valideynlərinə məxsus evdə o yaşasa da, evə və torpaq sahəsinə bacısı Esmira sahiblik etmiş, evin və torpaq sahəsinin bütün vergilərini bacısı Esmira ödəyir. Ona görə də iddia tələbi ilə razıdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X28 Xidmət Mərkəzində Notariat Ofisinin nümayəndəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdirlər.Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 10 avqust 2019-cu il tarixli vəsiyyətnamədən görünür ki, X10 ölən günədək özünə məxsus olan bütün əmlakını o, cümlədən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini qızı İddiaçı vəsiyyət etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-856F KOD 40107018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Balakən rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli 05 nömrəli qərarına əsasən X5, X6, X14 və X15 Balakən rayonu Qullar kəndi ərazisindən 0.07 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-0091 KOD 40107018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Balakən rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli 05 nömrəli qərarına əsasən X5, X6, X14 və X15 Balakən rayonu Qullar kəndi ərazisindən 0.58 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon qeydiyyat şöbəsi tərəfindən 13 fevral 2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 251903 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki X10 xx.xx.2019-cu ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon qeydiyyat şöbəsi tərəfindən 13 fevral 2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 251902 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2015-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən “Asan xidmət” Mərkəzi tərəfindən 13 fevral 2022-ci il tarixdə verilmiş 05/Y-17/69 nömrəli arayışdan görünür ki, X9 ilə X7 nikahı haqqında xx.xx.1969-cu il tarixdə 04 nömrəli akt qeydi tərtib edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu İHB yanında şəhər İƏD üzrə nümayəndəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 611 nömrəli arayışdan görünür ki,mərhum X3 vəfat etdiyi xx.xx.2015-ci il tarixdə Balakən şəhəri, A.Məmmədov küçəsi dalan 3, ev 10-da daimi qeydiyyatda olmuşdur, mərhumun qeyd edilən vərəsələri olmuşdur: X10, X16, X17 və X18. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Bələdiyyəsi tərəfindən 18,04.2022-ci il tarixdə verilmiş 42 nömrəli arayışdan görünür ki, İddiaçı mərhum atası X12 və anası mərhum X4 A.Məmmədov küçəsində 110 kv.m sahəsi olan fərdi yaşayış evi və 0.08 ha həyətyanı torpaq sahəsi vardır. Torpaq və əmlak vergisi qızı İddiaçı tərəfindən ödənilir və torpaq və əmlakdan onun tərəfindən istifadə edilir. İşdə olan X28 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 13 aprel 2022-ci il tarixli 456 nömrəli arayışda göstərilmişdir ki, “xx.xx.2019-cu il tarixdə vəfat etmiş anası X2 və xx.xx.2015-ci il tarixdə vəfat etmiş mərhum atası X3 mirasına vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün xx.xx.2022-ci il tarixdə X28 Xidmət Mərkəzində Notariat Ofisinə İddiaçı müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Bildiririk ki, İddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən mərhum X2 və X3 mirasının qəbulu üçün nəzərdə tutulmuş müddəti ötürmüşdür. Bu səbəbdən vərəsə İddiaçı mərhumlardan miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır”. Məhkəmə iddiaçının nümayəndəsinin və üçüncü şəxsin izahatlarını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı valideynləri X9 və X10 olmuşdur. Onun X30 xx.xx.2015-ci il tarixdə, anası Məryəm Sultanova isə xx.xx.2019-cu il tarixdə vəfat etmişlər. Onların vəfatından sonra ünvan 1 ünvanda yerləşən,ümumi birgə mülkiyyətdə olan 0.07 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 110 kv/m olan yaşayış evi və JN-0091 KOD 40107018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən verilmiş ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatı məhsulları üçün nəzərdə tutulmuş 0,58 hektar torpaq sahəsi miras qalmışdır.İddiaçının anası Məryəm Sultanova 10 avqust 2019cu il tarixdə bütün əmlakını İddiaçı vəsiyyət etmişdir. Miras əmlakla bağlı mübahisə olmadığından iddiaçı qanunla müəyyən edilmiş müddətdə vərəsəliyin açılması ilə bağlı Notariat Kontoruna müraciət etməmişdir. xx.xx.2022-ci il tarixdə o, valideynlərindən miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Balakən Regional “ASAN” xidmət mərkəzində Notariat Ofisinə müraciət etmişdir. Orada ona valideynlərindən qalmış mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddəti ötürdüyü və buna görə də ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin qeyri mümkün olması bildirilmişdir Buna görə də İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159-cu maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: -Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1243.2 və 1243.3-cü maddələrinə görə vərəsə mirasın açıldığı yer üzrə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından aslı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, İddiaçı miras əmlakla bağlı vərəsələr arasında mübahisə olmadığından,miras əmlakı idarə etdiyindən qanunla müəyyən edilmiş müddətdə Notariat orqanına müraciət etməməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, İddiaçı tərəfindən mirasın qəbulu müddəti üzürlü səbəbdən buraxılmışdır,ona görə də onun tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi : İddia təmin edilsin. İddiaçı valideynləri- X9 və X1 miras qalmış əmlakın- ünvan 1 ünvanda yerləşən,ümumi birgə mülkiyyətdə olan 0.07 ha həyətyanı torpaq sahəsində, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 110 kv/m olan yaşayış evində və ümumi birgə mülkiyyətdə olan 0,58 hektar kənd təsərrüfatı məhsulları üçün nəzərdə tutulmuş torpaq sahəsinin qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadılsın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar