Məhkəmə qərarları › İş №e-2(019)-552/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-552/2022

13.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-552/2022 13.09.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1, cavabdeh X7, onun nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X10 18 saylı Zaqatala Ərazi İdarəsinə, Cavabdeh2 və Qədirova (Əhmədova) Gülər Hacı qızına qarşı reyestr nömrəsi **********28 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və reyestrdəki qeydin qismən, 1700 kvm torpaq sahəsinə aid hissədə ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X10 18 saylı Zaqatala Ərazi İdarəsinə, Cavabdeh2 və Qədirova (Əhmədova) Gülər Hacı qızına qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, 20 fevral 2014-cü il tarixdə Cavabdeh3 və Cavabdeh2 adına hər birinə 1/2 hissə olmaqla qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28 olan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış qeydin və reyestr nömrəsi **********28 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən-0.17 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. Balakən rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə X8, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətlərinə 0.36 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün pay torpaq sahəsi verilmişdir. Həmin 0.36 ha pay torpaq sahəsinə JN KOD 40108018 olan Torpağa Mülkiyyət Hüququna X18 verilmişdir. X9 və Cavabdeh2 onlara verilmiş 0.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.17 ha hissəsini istifadə edə bilmədiklərinə və təcili pula ehtiyacı olduğuna görə satmaq istədiklərini bildirmişlər. 23 iyul 1999-cu ildə X9 və onun həyat yoldaşı Cavabdeh2 şahidlərin iştirakı ilə Balakən rayon Mahamalar kənd sovetində yazılı əqd bağlayaraq onlara məxsus olan 0.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 0.17 ha torpaq sahəsini İddiaçı satmalarına dair AKT tərtib edilmiş və orada iştirak edənlər həmin sənədə imza etmişlər. Həmin tarixdən sonra torpaq sahəsi İddiaçı qanuni sahibliyində və istifadəsində olmuşdur. 2006-cı ildə hazırki iş üzrə cavabdehlər olan Cavabdeh2 və Qədirova (Əhmədova) Gülər Hacı qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı həmin torpaq sahəsindən çıxarılmağını xahiş etmişlər. Eyni zamanda İddiaçı da həmin şəxslərə qarşı iddia ərizəsi ilə müraciət edərək, Balakən rayonu Mahamalar kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 1862 saylı Dövlət Aktında göstərilmiş 0.36 ha torpaq sahəsindən 0.17 ha torpaq sahəsinin 23 iyul 1999-cu il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini xahiş etmişdir. İşə Zaqatala Rayon Məhkəməsində baxılaraq, Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli qətnaməsi ilə (hakim S.Seyfullayev) iddiaçılar Cavabdeh2 və Cavabdeh3 ilk iddia üzrə cavabdeh İddiaçı qarşı 3557.52 m2 torpaq sahəsindən çıxarılması tələbinə dair ilk iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia üzrə İddiaçı iddia tələbi təmin edilmiş, Cavabdeh2 və Cavabdeh3 qarşı 1700 kvm torpaq sahəsi üzərindəki 20 topa fındıq bağının alqı-satqı müqaviləsinin 23 iyul 1999-cu il tarixdən bağlanmış hesab edilməsi qət edilmişdir. xx.xx.2021-ci ildə İddiaçı iş üzrə Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli, 2-212/2006 nömrəli qətnaməsi qanuni qüvvəsini aldığından həmin qətnamənin icraya yönəldilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsi 13 iyul 2021-ci il tarixdə 13 iyul 2006-cı İ tarixli, 2- 212/2006 nömrəli qətnaməsini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə icra edilməsi üçün göndərmişdir. Bundan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin baş mühəndis, rəisi vəzifəsini icra edən Fərman Hacıyev tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində göstərilən 1700 kv.m torpaq sahəsi üzərindəki 20 topa fındıq bağ sahəsinin 3557,57 kv.m torpaq sahəsinin hansı hissəni əhatə etməsi qeri-müəyyən olmaqla, həmin hissəni müəyyən edən plan cizgi və ya ayrıc aktı, yaxud bölgü planı qətnaməyə əlavə edilməmişdir. Bu səbəbdən qətnamənin icra edilməsi mümkün deyildir. Ona görə də Zaqatala Rayon Məhkəməsi 13 iyul 2006-cı il tarixli, 2-212/2006 nömrəli qətnaməsini qismən-qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(107)-1841/2021 nömrəli qərardadı ilə Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2021-ci il tarixli, 2(107)-1841 /2021 nömrəli qərardadı ləğv edilərək, iş apellyasiya baxışından çıxarılmış, mülki iş Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinin tələbləri yerinə yetirilməsi üçün birinci instansiyası məhkəməsinə qaytarılmışdır. Zaqatala Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli 2- 212/2006 saylı qərardad ilə ilk iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh3 ilk iddia üzrə cavabdeh İddiaçı qarşı 3557.52 m2 torpaq sahəsindən çıxarılması tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə cavabdeh ilk iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh3 qarşı mübahisəli torpaq sahəsindəki 20 topa fındıq bağının alqı-satqı müqaviləsinin 23 iyul 1999-cu il tarixdən bağlanmış hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli, 2-212/2006 nömrəli qətnaməsindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin baş mühəndisi, rəisi vəzifəsini icra edən Fərman Hacıyevin verdiyi apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə icraata qəbul edilmədən geri qaytarılmışdır. Həmin qərardaddan şikayət verilməmişdir. 2022-ci ilin aprel ayında daşınmaz əmlakın dövlət reyestri xidməti İddiaçı bildirmişdir ki, mübahisələndirilən 0.3557 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 20 fevral 2014-cü il tarixdə Cavabdeh3 və Cavabdeh2 adına hər birinə 1/2 hissə olmaqla qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28 olan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş, həmin torpaq sahəsinin 0.20 ha hissəsi xx.xx.2014-cü ildə Balakən rayon Dövlət Notariat Kontorunda Cavabdeh3 və Cavabdeh2 tərəfindən 1000 (min) manata X1. Hazırda cavabdehlər İddiaçı qanuni sahibliyində və istifadəsində olan 0.17 ha torpaq sahəsindən onu çıxarmaq və torpaq sahəsini başqa şəxslərə satmaq istəyir. Lakin daşınmaz əmlakın dövlət reyestri xidməti 20 fevral 2014-cü il tarixdə Cavabdeh3 və Cavabdeh2 adına hər birinə 1/2 hissə olmaqla qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28 olan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verərkən həmin torpaq sahəsinin İddiaçı qanuni sahibliyində və istifadəsində olmasını və cavabdehlərlə həmin torpaq sahəsinin 0.17 ha hissəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasını nəzərə almamışlar. Hazırda İddiaçı qanuni sahibliyində və istifadəsində olan 0.17 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ala bilmir. Hesab edir ki, Balakən rayonu Qasbinə kəndində yerləşən 1700 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ilə İddiaçı arasında alqı-satqısı bağlanmış hesab edildiyindən və Cavabdeh3 və Qədirova (Əhmədova) Təhminə İsgəndər qızının torpaq sahəsinə mülkiyyət hüquqlarını itirdiklərindən reyestr nömrəsi **********28 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və qeydin 0.17 ha torpaq sahəsinə dair hissəsi ləğv edilməlidir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Qədirova (Əhmədova) Gülər Hacı qızı iddianı qəbul etməyərək izahatında göstərdi ki, Balakən rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə X8, Cavabdeh2 və onun ümumi birgə mülkiyyətlərinə 0.36 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün pay torpaq sahəsi verilmişdir. Həmin 0.36 ha pay torpaq sahəsinə JN KOD 40108018 olan Torpağa Mülkiyyət Hüququna X18 verilmişdir. X4 və Cavabdeh2 onlara verilmiş 0.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.17 ha hissəsini istifadə edə bilmədiklərinə və təcili pula ehtiyacı olduğuna görə satmaq istədiklərini bildirmişlər. 23 iyul 1999-cu ildə X9 və onun həyat yoldaşı Cavabdeh2 şahidlərin iştirakı ilə Balakən rayon Mahamalar kənd sovetində yazılı əqd bağlayaraq onlara məxsus olan 0.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 0.17 ha torpaq sahəsini İddiaçı satmalarına dair AKT tərtib edilmiş və orada iştirak edənlər həmin sənədə imza etmişlər. Həmin tarixdən sonra torpaq sahəsi İddiaçı istifadəsində olmuşdur. Sonradan X4 ölmüş və tərəflər bu alqı-satqını notarial qaydada rəsmiləşdirə bilməmişlər. O, X4nun evində yaşamaqla, torpaq sahəsini əkib-becərməklə mərhum atasından qalmış mirası qəbul etmişdir. 2006-cı ildə Cavabdeh2 və birgə mülkiyyətçi və atasının varisi kimi özü iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı həmin torpaq sahəsindən çıxarılmağını xahiş etmişlər. Eyni zamanda İddiaçı da onlara qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Mahamalar kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 1862 saylı Dövlət Aktında göstərilmiş 0.36 ha torpaq sahəsindən 0.17 ha torpaq sahəsinin 23 iyul 1999-cu il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini xahiş etmişdir. İşə Zaqatala Rayon Məhkəməsində baxılaraq Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli qətnaməsi ilə (hakim S.Seyfullayev) iddiaçılar Cavabdeh2 və Cavabdeh3 ilk iddia üzrə cavabdeh İddiaçı qarşı 3557.52 m2 torpaq sahəsindən çıxarılması tələbinə dair ilk iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia üzrə İddiaçı iddia tələbi təmin edilmiş, Cavabdeh2 və Cavabdeh3 qarşı 1700 kvm torpaq sahəsi üzərindəki 20 topa fındıq bağının alqı-satqı müqaviləsinin 23 iyul 1999-cu il tarixdən bağlanmış hesab edilməsi qət edilmişdir. Mübahisələndirilən 0.3557 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 20 fevral 2014-cü il tarixdə Cavabdeh3 və Cavabdeh2 adına hər birinə 1/2 hissə olmaqla qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28 olan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. Bundan sonra həmin torpaq sahəsinin 0.20 ha hissəsini xx.xx.2014-cü ildə Balakən rayon Dövlət Notariat Kontorunda başqa şəxsə satmışlar. İddiaçı ilə aralarında 0.17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair alqı-satqı notarial qaydada bağlanmadığından Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli 2-212-2006 saylı qətnaməsi də qanunsuzdur. Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006cı il tarixli qətnaməsi icrası mümkün olmayan qətnamədir. Qətnamədə mübahisəli torpaq sahəsinə dair plan cizgi və ya ayrıc aktı, yaxud bölgü planı əlavə edilməmişdir. Belə olan halda İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ yoxdur. Qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X7 nümayəndəsi-vəkili Nümayəndə2 iddianı qəbul etməyərək, iddia tələbinin əsassız olduğunu, həmçinin 0.17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair alqı-satqı müqaviləsi notarial qaydada bağlanmadığından Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli 2-212-2006 saylı qətnaməsinin də qanunsuz və əsassız olduğunu, Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli qətnaməsinin icrası mümkün olmayan qətnamə olduğunu, qətnaməyə mübahisəli torpaq sahəsinə dair plan cizgi və ya ayrıc aktı, yaxud bölgü planı əlavə edilmədiyini, belə olan halda İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququnun olmadığını bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X10 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrsüz səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə işə cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X10 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq olunmuş JN-1862 KOD-40108018 nömrəli Torpağa Mülkiyyət Hüququna X12 görünür ki, Balakən rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə X8, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətinə 0.36 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün pay torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Zaqatala Rayon Məhkəməsinin (hakim S.Seyfullayevin sədrliyi ilə) 13 iyul 2006-cı il tarixli 2-212/2006 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh2 və Cavabdeh3 ilk iddia üzrə cavabdeh İddiaçı qarşı 3557.52 m2 torpaq sahəsindən çıxarılması tələbinə dair ilk iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia üzrə İddiaçı qarşılıqlı iddiası təmin edilmiş, X9 və Cavabdeh2 ilə İddiaçı arasında 1700 kvm torpaq sahəsi üzərindəki 20 topa fındıq bağının alqı-satqı müqaviləsi bağlanmış hesab edilmişdir. İş materiallarından görünür ki, Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli 2- 212/2006 nömrəli qətnaməsi qanuni qüvvəyə minmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li reyestr nömrəsi **********28 olan Çıxarışdan görünür ki, Balakən rayonu Qasbinə kəndində 0.3557 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 20 fevral 2014-cü il tarixdə Cavabdeh3 və Cavabdeh2 adına hər birinə 1/2 hissə olmaqla paylı mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş xx.xx.2014-cü il tarixli AN-İ saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Balakən rayonu Qasbinə kəndində yerləşən 0.3557 ha çoxillik əkmələr məqsədli torpaq sahəsinin 0.20 ha hissəsi Balakən rayon Dövlət Notariat Kontorunda Cavabdeh3 və Cavabdeh2 tərəfindən 1000 (min) manata X1. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(107)-1841/2021 nömrəli qərardadından görünür ki, həmin qərardadla Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2021-ci il tarixli, 2(107)- 1841/2021 nömrəli qərardadı ləğv edilərək, iş apellyasiya baxışından çıxarılmış, mülki iş Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinin tələblərinin yerinə yetirilməsi üçün birinci instansiyası məhkəməsinə qaytarılmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş Zaqatala Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli 2-212/2006 saylı qərardadından görünür ki, həmin qərardadla ilk iddia üzrə iddiaçılar Cavabdeh2 və Qədirova (Əhmədova) Gülər Hacı qızının ilk iddia üzrə cavabdeh İddiaçı qarşı 3557.52 m2 torpaq sahəsindən çıxarılma tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə cavabdeh, ilk iddia üzrə iddiaçılar Cavabdeh2 və Qədirova (Əhmədova) Gülər Hacı qızına qarşı mübahisəli torpaq sahəsindəki 20 topa fındıq bağının alqı-satqı müqaviləsinin 23 iyul 1999-cu il tarixdən bağlanmış hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli, 2-212/2006 nömrəli qətnaməsindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin baş mühəndisi, rəisi vəzifəsini icra edən Fərman Hacıyevin verdiyi apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə icraata qəbul edilmədən geri qaytarılmışdır. Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə X8, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətinə 0.36 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün pay torpaq sahəsi verilmişdir. Həmin 0.36 ha pay torpaq sahəsinə JN KOD 40108018 olan Torpağa Mülkiyyət Hüququna X18 verilmişdir. X9 və Cavabdeh2 onlara verilmiş 0.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.17 ha hissəsini istifadə edə bilmədiklərinə və təcili pula ehtiyacı olduqlarına görə satmaq istədiklərini bildirmişlər. 23 iyul 1999-cu il tarixdə X9 və onun həyat yoldaşı Cavabdeh2 şahidlərin iştirakı ilə Balakən rayon Mahamalar kənd sovetində yazılı əqd bağlayaraq onlara məxsus olan 0.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 0.17 ha torpaq sahəsini İddiaçı satmalarına dair AKT tərtib edilmiş və orada iştirak edənlər həmin sənədə imza etmişlər. Həmin tarixdən sonra torpaq sahəsi İddiaçı qanuni sahibliyində və istifadəsində olmuşdur. Lakin sonradan X9 öldüyü üçün həmin 0.17 ha torpaq sahəsinin alqı-satqısı notarial qaydada rəsmiləşdirilməmişdir. X2 mirasını həmçinin onun vərəsəsi Qədirova (Əhmədova) Gülər Hacı qızı qəbul etmişdir. 2006-cı ildə hazırki iş üzrə cavabdehlər olan Cavabdeh2 və Qədirova (Əhmədova) Gülər Hacı qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı həmin torpaq sahəsindən çıxarılmasını xahiş etmişlər. Eyni zamanda İddiaçı da həmin şəxslərə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Mahamalar kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 1862 saylı Dövlət Aktında göstərilmiş 0.36 ha torpaq sahəsindən 0.17 ha torpaq sahəsinin 23 iyul 1999-cu il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli qətnaməsi ilə (hakim S.Seyfullayev) iddiaçılar Cavabdeh2 və Qədirova (Əhmədova) Gülər Hacı qızının ilk iddia üzrə cavabdeh İddiaçı qarşı 3557.52 m2 torpaq sahəsindən çıxarılma tələbinə dair ilk iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia üzrə İddiaçı qarşılıqlı iddiası təmin edilmiş, X9 və Cavabdeh2 ilə İddiaçı arasında 1700 kvm torpaq sahəsi üzərindəki 20 topa fındıq bağının alqı-satqı müqaviləsi bağlanmış hesab edilmişdir. xx.xx.2021-ci ildə İddiaçı iş üzrə Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli, 2-212/2006 nömrəli qətnaməsi qanuni qüvvəsini aldığından həmin qətnamənin icraya yönəldilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsi 13 iyul 2021-ci il tarixdə 13 iyul 2006-cı İ tarixli, 2- 212/2006 nömrəli qətnaməsini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə icra edilməsi üçün göndərmişdir. Bundan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin baş mühəndis, rəisi vəzifəsini icra edən Fərman Hacıyev tərəfindən Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli, 2- 212/2006 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilmiş, Zaqatala Rayon Məhkəməsi 13 iyul 2006-cı il tarixli, 2-212/2006 nömrəli qətnaməsinin qismən-qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(107)-1841/2021 nömrəli qərardadı ilə Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2021-ci il tarixli, 2(107)-1841 /2021 nömrəli qərardadı ləğv edilərək, iş apellyasiya baxışından çıxarılmış, mülki iş Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinin tələblərinin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Zaqatala Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli 2-212/2006 saylı qərardadı ilə ilk iddia üzrə iddiaçılar Cavabdeh2 və Qədirova (Əhmədova) Gülər Hacı qızının ilk iddia üzrə cavabdeh İddiaçı qarşı 3557.52 m2 torpaq sahəsindən çıxarılma tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə cavabdeh, ilk iddia üzrə iddiaçılar Cavabdeh2 və Qədirova (Əhmədova) Gülər Hacı qızına qarşı mübahisəli torpaq sahəsindəki 20 topa fındıq bağının alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli, 2-212/2006 nömrəli qətnaməsindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin baş mühəndisi, rəisi vəzifəsini icra edən Fərman Hacıyevin verdiyi apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə icraata qəbul edilmədən geri qaytarılmışdır. Həmin qərardaddan şikayət verilməmişdir. Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli, 2-212/2006 nömrəli qətnaməsi qanuni qüvvəyə minmişdir. 2022-ci ilin aprel ayında daşınmaz əmlakın dövlət reyestri xidməti İddiaçı bildirmişdir ki, mübahisələndirilən 0.3557 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 20 fevral 2014-cü il tarixdə Cavabdeh3 və Cavabdeh2 adına hər birinə 1/2 hissə olmaqla qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28 olan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş, həmin torpaq sahəsinin 0.20 ha hissəsi xx.xx.2014-cü ildə Balakən rayon Dövlət Notariat Kontorunda Qədirova (Əhmədova) Gülər Hacı qızı və Cavabdeh2 tərəfindən 1000 (min) manata X1.Hazırda cavabdehlər İddiaçı qanuni sahibliyində və istifadəsində olan 0.17 ha torpaq sahəsindən onu çıxarmaq və həmin torpaq sahəsini başqa şəxslərə satmaq istəyirlər. Lakin daşınmaz əmlakın dövlət reyestri xidməti 20 fevral 2014-cü il tarixdə Qədirova (Əhmədova) Gülər Hacı qızı və Cavabdeh2 adına hər birinə 1/2 hissə olmaqla qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28 olan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verərkən həmin 0.17 ha torpaq sahəsinin İddiaçı qanuni sahibliyində və istifadəsində olmasını və cavabdehlərlə 0.17 ha torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasını nəzərə almamışdır. Hazırda İddiaçı qanuni sahibliyində və istifadəsində olan 0.17 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ala bilmir. Ona görə də iddiaçı Balakən rayonu Qasbinə kəndində yerləşən 1700 kvm kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış hesab edildiyindən və Qədirova (Əhmədova) Gülər Hacı qızının və Cavabdeh2 həmin torpaq sahəsinə mülkiyyət hüquqlarını itirdiklərindən reyestr nömrəsi **********28 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və qeydin 0.17 ha torpaq sahəsinə dair hissəsinin ləğv edilməsi haqqında hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlkdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X6 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.3-cü maddəsinə əsasən mülki hüquq və vəzifələri müəyyən edən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan digər hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququəmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyətin mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.2-ci maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Göründüyü kimi, həm milli qanunvericilik, həm də beynəlxalq hüquq, o cümlədən Avropa Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında belə bir hüquqi mövqe ifadə edilmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayəti ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2004-cü il tarixli qərarında göstərilir ki, hüququn dövlət qeydiyyatına alınmasına qədər şəxs ona verilən əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Bu isə daşınmaz əşyanın əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Müşfiq Bayramovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyun 2011-ci il tarixli qərarında göstərilir ki, torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi torpaq üzərində mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarını istisna etmir. «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında mülkiyyət hüququnun məzmunu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: «Mülki və torpaq qanunvericilyinin müddəalarından da göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir». Məhkəmə qeyd edir ki, Konstitusiyanın 13 və 29-cu maddələrinin və mülkiyyətin müdafiəsi ilə bağlı digər qanun normalarının mahiyyəti hər bir mülki hüquq subyektinin mülkiyyət hüququnu tanımaqla bərabər onların mülki dövriyyədə eyni hüquqi rejimə malik olmalarını, həmçinin subyektiv hüquqların müdafiəsi ilə bağlı imkan və vasitələrin həcmində də (o cümlədən iddia müddətinin tətbiq olunmaması da) fərqlərin mövcudluğunu inkar edir. Bu müddəaların başqa cür qəbul edilməsi mülkiyyət növləri arasında ayrı-seçkilik yaratmaqla yanaşı digər Konstitusiya normalarının deklarativliyinə gətirib çıxarmaqla bütövlükdə onların sistemliliyinə xələl gətirmiş olardı. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi əmlakdan istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə Marks Belçikaya qarşı işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Məhkəmə Sporronq və Lonrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ şərti və qeyrisabit xarakter almışdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarının 39, 40 və 41-ci bəndlərində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxil qanunvericilikdə formal təsnifatdan asılı deyil:əmlakı təşkil edən bəzi hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Belə olan halda məhkəmə razılaşır ki, ərizəçinin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən «mülkiyyət» in təşkil olunması üçün kifayət qədər əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1157-1.1-ci maddəsinə əsasən miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər; 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur; 1159.1.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar… Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-ci maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 28 iyul 2022-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinə əsasən vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; əgər vərəsələrdən biri miras payını qəbul etməkdən başqa vərəsənin xeyrinə imtina edərsə, belə hərəkət mirasın qəbul olunmaması sayılır; əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər; yotariusda mirası qəbul etmək üçün əmanət kitabçasının qanunla müəyyən olunmuş müddətdə alınmasını təsdiq edən məlumat olduqda, əmanət kitabçasının olması da miras əmlakı idarə etməyə başlanılmasına sübut ola bilər (miras qoyanın ölümündən sonra miras əmlakı siyahıya almış idarənin, müəssisənin sənədi, əmanət kitabçasının vərəsəyə verilməsi haqqında miras əmlakın qorunması üçün tədbirlər görmüş notariusun sənədi, miras qoyanın dəfnini təşkil edən komissiyanın aktı (əmanət kitabçasının vərəsəyə təqdim olunduğu vaxt bu sənədlərdən görünür), vərəsənin bankdan pul alması haqqında əmanət kitabçasında qeydlər və ya bankın məlumatı, miras qoyanın ölümündən sonra qalan əmanət kitabçasının müəyyən vaxtda vərəsəyə təqdim edildiyi barədə mənzil-istismar idarəsinin arayışı, bu kitabçanın poçtla göndərilməsi haqqında sənəd və sair). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8 və 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 2.3, 2.4, 16.3, 16.4 və 16.5-ci maddələrinə istinadən həmin normaların məzmunu aşağıdakı kimidir: Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. (2.3-cü maddə) Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. (2.4-cü maddə) Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər (16.3-cü maddə). Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər (16.4-cü maddə). Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir (16.5-ci maddə). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141.2-ci maddəsinə əsasən bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.8-ci maddəsinə əsasən daşınmaz əmlaka dair müqavilələrin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına görə daşınmaz əmlaka dair müqaviləni təsdiqləyən notarius və müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) vəzifəli şəxsi məhkəmə məsuliyyəti daşıyırlar. Daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka dair müqavilələrin qeydiyyatının aparılmaması və ya qeydiyyatın düzgün olmaması, qeydiyyatın natamam olması ilə bağlı iddialara görə dövlət reqressant qismində çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istina edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 352-ci maddəsinə əsasən əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etilbarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» 23 fevral 2016-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. İşdəki sübutlarla müəyyən olunur ki, JN-1862 KOD-40108018 nömrəli Torpağa Mülkiyyət Hüququna X18 əsasında Balakən rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə X8, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətinə verilmiş 0.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.17 ha hissəsi 23 iyul 1999-cu il tarixdə sadə yazılı formada bağlanmış alqı-satqı müqaviləsi əsasında Qədirova (Əhmədova) Gülər Hacı qızının X4 və anası Cavabdeh2 tərəfindən İddiaçı satılmış, bu barədə tərəflər arasında şahidlərin iştirakı ilə sabiq Balakən rayonu Mahamalar kənd sovetində təsdiq olunmuş 23 iyul 1999-cu il tarixli sadə yazılı müqavilə bağlanmış və torpaq sahəsinin satış pulu ödənildikdən sonra həmin 0.17 ha torpaq sahəsi İddiaçı titul sahiblyinə, yəni faktiki sahibliyinə verilmişdir. X5 öldüyündən tərəflər bu sadə yazılı formada bağlanmış alqı-satqı əqdini notarial qaydada rəsmiləşdirə bilməmişlər. Eyni zamanda X9 öldüyü üçün onun mirası (hüquqları və vəzifələri: miras aktivi və miras passivi) onun arvadı Cavabdeh2 və qızı Qədirova (Əhmədova) Gülər Hacı qızına keçmişdir. Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh2 və Qədirova (Əhmədova) Gülər Hacı qızına qarşı 1700 kv.metr (0.17 ha) torpaq sahəsi üzərində 20 topa fındıq bağ sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qarşılıqlı iddiası araşdırılmış, qiymətləndirilmiş, qarşılıqlı iddia tələbinin predmetinə aid olaraq X9 və Cavabdeh2 ilə İddiaçı arasında 1700 kv.metr (0.17 ha) torpaq sahəsi üzərində 20 topa fındıq bağ sahəsinin alqı-satqı müqaviləsi bağlanmış, yəni etibarlı hesab edilmişdir. Həmin qarşılıqlı iddia üzrə mülki işdə X2 qızı Qədirova (Əhmədova) Gülər Hacı qızı və arvadı Cavabdeh2 cavabdeh qismində iştirak etmiş və məhkəmə həmin cavabdehlərə irəli sürülmüş qarşılıqlı iddia tələbini işin müəyyən olunmuş halları əsasında hüquqi cəhətdən qiymətləndirib bu qətnaməni qəbul etmişdir. Belə olan halda qanuni qüvvəyə minmiş Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş 0.36 ha torpaq sahəsinə aid 0.17 ha torpaq (bağ) sahəsinin İddiaçı satılması ilə bağlı X9 və Cavabdeh2 ilə İddiaçı arasında alqı-satqı müqaviləsinin bağlanmasına (etibarlılığına) dair fakt hazırki tərəflər üçün preyudisial, yəni məcburi əhəmiyət daşıyır və onun hazırki iş üzrə yenidən sübut edilməsinə ehtiyac yoxdur. Belə olan halda qanunvericiliyin tələbinə əsasən həmin 0.17 ha torpaq sahəsinin İddiaçı titul sahibliyinə verilməsi, faktiki sahiblik və istifadəsində olması onun həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınması üçün hüquqi fakt kimi çıxış etmişdir və edir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının həmin 0.17 ha torpaq sahəsinə hüquqları yaranmışdır və həmin qətnamə də bu hüquqların qeydə alınması üçün qanuni əsasdır. Lakin daşınmaz əmlakın dövlət reyestri orqanı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş bu faktoloji və hüquqi əsasları nəzərə almadan cavabdehlərin hər birinə 1/2 hissə olmaqla həmin 0.36 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını qeydə almış və sözügedən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış vermişdir ki, bununla da iddiaçının həmin 0.17 ha torpaq sahəsinə yaranmış hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası MPM-nin 78.1-1-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativhüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə çatdırır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, hesab edir ki, qanuni qüvvəyə minmiş Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli, 2-212/2006 nömrəli qətnaməsi ilə mübahisə predmeti olan Balakən rayonu Qasbinə kəndində yerləşən 1700 kvm kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair iddiaçı ilə cavabdeh tərəf arasında alqı-satqı müqaviləsi etibarlı hesab edildiyindən və bununla da Qədirova (Əhmədova) Gülər Hacı qızı və Cavabdeh2 həmin 0.17 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını itirdiklərindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 20 fevral 2014-cü il tarixdə verilmiş Cavabdeh3 və Cavabdeh2 adına hər birinə 1/2 hissə olmaqla qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28 olan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış qeyd və reyestr nömrəsi **********28 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qismən- 0.17 ha torpaq sahəsinə dair hissədə ləğv edilməlidir. Həmçinin iddia təmin edildiyindən hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh2, Qədirova (Əhmədova) Gülər Hacı qızından və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X10 18 saylı Zaqatala Ərazi İdarəsindən müştərək qaydada alınıb İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 20 fevral 2014cü il tarixdə verilmiş Cavabdeh3 və Cavabdeh2 adına hər birinə 1/2 hissə olmaqla qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28 olan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış qeyd və reyestr nömrəsi **********28 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qismən-0.17 ha torpaq sahəsinə dair hissədə ləğv edilsin. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh2, Qədirova (Əhmədova) Gülər Hacı qızından və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X10 18 saylı Zaqatala Ərazi İdarəsindən müştərək qaydada alınıb İddiaçı ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar