Məhkəmə qərarları › İş №e-2(019)-554/2025

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-554/2025

10.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-554/2025 10.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, İddiaçı Şıxmədova (Balamedova) Məryəm İsrafil qızının Cavabdeh qarşı tələbdən imtina edilməsi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: İddiaçı Şıxmədova (Balamedova) Məryəm İsrafil qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tələbdən imtinanın qəbul edilməsi və bu barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı Şıxmədova (Balamedova) Məryəm İsrafil qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tələbdən imtinanın qəbul edilməsi və bu barədə qərardad qəbul edilməsini xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1 və 20.1.1-ci maddələrinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. MPM-in: 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə işin hallarını, iddiaçı Şıxmədova (Balamedova) Məryəm İsrafil qızının icra qaydasında baxılması üçün tələbdən imtina etməsi barədə ərizə verməli olduğu halda tələbdən imtina barədə iddia ərizəsi verməsini, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 114, 149, 151-152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Şıxmədova (Balamedova) Məryəm İsrafil qızının Cavabdeh qarşı tələbdən imtina edilməsinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı Şıxmədova (Balamedova) Məryəm İsrafil qızına izah edilir ki, qərardadda yol verilən nöqsanlar aradan qaldırıldıqdan sonra tələbdən imtina barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan iddiaçı tərəfindən, qərardad ona rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar