Məhkəmə qərarları › İş №e-2(019)-56/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-56/2025

04.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-56/2025 04.02.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, cavabdeh Mahamaxanov Rəngiz (Fəngiz) İsə oğlunun nümayəndəsi- vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X6 qarşı əmlakın özgənin qanunsuz sahibliyindən, istifadəsindən geri tələb olunması və ziyanın ödənilməsi tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AD 890327 saylı X3 Şəhadətnaməsinə əsasən İddiaçı məxsus olan “X17” minik markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 mülkiyyətində olan Balakən rayonu Gərəkli kəndində yerləşən ərazidən çıxarılmasına yönəlmiş cavabdehin və digər şəxslərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması, “X17” minik markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı təhvil verilməsi, iddiaçının mülkiyyətində olan “X17” minik markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobilin uzun müddət istifadəsiz qalması nəticəsində əmtəəlik görünüşünün itirilməsi və avtomobilin mövcud bazar qiymətinin 20% aşağı düşdüyünü nəzərə alaraq maddi zərərin əvəzi olaraq 5000 manat, mənəvi zərərin əvəzi olaraq 3000 manat pul məbləğinin, 300 manat vəkil xidmət xərci olmaqla, cəmi 8300 manat məbləğində pul vəsaitinin, o cümlədən ödənilmiş 103 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə1 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək AD 890327 saylı X3 şəhadətnaməsinə əsasən İddiaçı məxsus olan “X17” minik markalı ** ZY *** d.q.n avtomobilin Cavabdeh1 mülkiyyətində olan Balakən rayonu Gərəkli kəndində yerləşən ərazidən çıxarılmasına yönəlmiş cavabdehlərin və digər şəxslərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması, “X17” minik markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı təhvil verilməsi, iddiaçının mülkiyyətində olan "X17” markalı, ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobilin uzun müddət istifadəsiz qalması nəticəsində əmtəəlik görünüşünün itirilməsi və avtomobilin mövcud bazar qiymətinin hər ilə görə 10% aşağı düşdüyünü nəzərə alaraq maddi zərərin əvəzi olaraq 13210 (on üç min iki yüz on) manat, avtomobildə ilkin vurulmuş maddi ziyan olaraq 2790 manat məbləğ, 290 manat evakuasiya xidməti, mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat pul məbləğinin, 300 manat vəkil xərci olmaqla, cəmi 21290 (iyirmi bir min iki yüz doxsan) manat məbləğində pul vəsaitinin, o cümlədən ödənilmiş 153.87 (yüz əlli üç manat, səksən yeddi qəpik) manat məbləğində dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1 və Fəngiz Mahamaxanovdan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Balakən Rayon Məhkəməsinin 16(019)-5/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia təmin tədbiri qismində Sumqayıt şəhər ASAN xidmət mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2019-cü il tarixli 4Ə-07 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2019-cü il tarixdə mülkiyyət hüququ tanınmış Abşeron rayonu, Masazır kəndində 0.0150 ha yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahəsinin, xx.xx.2019cu il tarixdə mülkiyyət hüququna dair çıxarış alınan sözügedən torpaq sahəsi üzərində yerləşən məlumatlandırma ərizəsinə və eskiz layihəyə əsasən tikilmiş fərdi yaşayış evinin, Zaqatala rayonu 2 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 40-159 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2020-ci İİ tarixdə qeydə alınmış ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının və Qeydiyyat şəhadətnaməsi AD890327 olan “X17” markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdlrilməsi İddiaçı və başqa şəxslərə qadağan edilmişdir. İddiaçı Rengiz Mahamaxanovun cavabdeh İddiaçı qarşı 154000 manat pulun və 444 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə iddia tələbi Balakən Rayon Məhkəməsinin 2(019)-89/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilməmişdir.Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-872/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməmişdir. Bundan da narazı qalan iddiaçı kasassiya şikayəti vermiş Ali Məhkəmənin 2(102)-406/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Bundan sonra ərizə əsasında Balakən Rayon Məhkəməsinin 16(019)-5/2022 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia təmin tədbiri ləğv edilmiş, əmlakların özgəninkiləşdirilməsinə qoyulmuş qadağan götürülmüşdür. Özgəninkiləşdirilməsi qadağan edilmiş (qeydiyyat şəhadətnaməsi AD890327 olan) “X17” markalı ** ZY *** d.q.n avtomobil Balakən rayonu, Gərəkli kəndi yerləşən hazırda Cavabdeh1 mülkiyyətində olan ərazidə saxlanılır. Avtomobilin ona məxsus ərazidən çıxarılması cavabdehə təklif edilsədə o, bundan imtina etmişdir. Bundan sonra iddiaçının mülkiyyətində olan avtomobilin cavabdehə məxsus ərazidən götürülərək İddiaçı təhvil verilməsi barədə ərizə ilə Balakən rayon Polis şöbəsinə müraciət edilsədə, xx.xx.2024-cü il tarixli, 3-13-66/2 məktuba əsasən ona məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Göründüyü kimi cavabdeh göstərilən daşınar əmlak üzərində qanunsuz sahiblik edərək onu iddiaçıya geri qaytarmaqdan imtina etmişdir. Hesab edirlər ki, iddiaçının mülkiyyətində olan daşınar əmlak cavabdehin qanunsuz sahibliyindən iddiaçıya geri qaytarılmalıdır. Bundan əlavə xüsusilə vurğulayır ki, iddiaçının mülkiyyətində olan “X17'’ markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobil 2021-ci ildən (3 ildən artıq) cavabdehə məxsus torpaq sahəsində qanunsuz olaraq saxlanıldığından avtomobilin əmtəəlik görünüşünün itirilməsi və bazar qiymətinin düşməsinə görə mövcüd bazar qiymətinin 20% həddində asınmaya məruz qalmışdır. Belə ki, avtomobilərin qiymətinin ildən ilə aşağı düşməsi hamıya bəlli olan haldır. Avtomobilin indiki bazar qiymətinin təxmini 25000 manat olduğunu nəzərə alsaq, minimum 20% əmtəəlik görünüşünün itirilməsi və mövcud bazar qiymətinin düşdüyünü əsas götürərək, əlavə olaraq iddiaçı mülkiyyətci kimi təxmini 5000 manat əlavə zərərə uğramışdır. Qeyd edir ki, iddiaçının mülkiyyətindən uzun müddət məhrum edilməklə, ona həm maddi ziyan vurulmuş, həm də dərin mənəvi iztirab keçirmiş və mənəvi sarsıntıya məruz qalmışdır. Buna görə də, hesab edir ki, cavabdehlər X10 və Cavabdeh1 maddi ziyandan əlavə mənəvi zərərin əvəzi olaraq da 3000 manatın tutularaq iddiaçıya ödənilməsi zəruridir. İddiaçı, onun nümayəndəsi- vəkili Nümayəndə1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, lakin İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 məhkəməyə ərizə göndərərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edlə bilməyəcəyini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində saat 11:15-də məhkəmə prosesi olduğundan hazırkı prosesdə fiziki iştirakının qeyri-mümkün olduğunu, iddia tələbini tam müdafiə etdiyini və onun təmin edilməsini göstərərək prosesi iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1 və 185.6-cı maddəsinə əsasən işə iddiaçının və onun nümayəndəsi-vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh X5 nümayəndəsi- vəkili Nümayəndə2 iddianı etiraf etməyərək göstərdi ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, iş materiallarından görünür ki, “X19” minik markalı 99ZY083 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə icra məmurları tərəfindən İddiaçı verilmişdir.O, vaxtdan da maşın iddiaçıdadır.Bundan başqa yenə də iş materiallarından görünür ki, İddiaçı “X19” minik markalı 99ZY083 dövlət qeydiyyat nişanlı avtomobilin alınıb ona verilməsi ilə bağlı 24 aprel 2024-cü ildə Balakən Rayon Polis Şöbəsinə müraciət etmiş,31 may 2024-cü ildə isə avtomaşın onun özünə təhvil verilmişdir. Belə olan halda iddiaçının avtomobilin uzun müddət istifadəsiz qalması nəticəsində əmtəəlik görünüşünün itirilməsi və avtomobilin mövcud bazar qiymətinin azalmasına görə 13210 (on üç min iki yüz on) manat maddi ziyan, 5000 (beş min) manat mənəvi zərər tələb etməsi tam əsassızdır. 290 manat evakuasiya xidməti də avtomobilin təmir üçün aparılmasına görə ödənmişdir. Odur ki, həmin məbləğ də maddi ziyan kimi cavabdehlərdən tələb oluna bilməz. Göründüyü kimi iddia tələbi tamamilə əsassızdır. İddia tələbinin rəqq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(019)- 89/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Mahamaxanov Rəngizin (Magamakhanov Fangizin) cavabdeh İddiaçı qarşı 154000 manat pul tələbinə dair iddiası təmin olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iddiaçı Mahamaxanov Fəngiz tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-872/2023 saylı iş üzrə 20 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan AD 890327 saylı X3 şəhadətnaməsinin surətindən görünür ki, “X17” minik markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobilə İddiaçı mülkiyyət hüquqları xx.xx.2020-ci ildə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 dekabr 2024-cü il tarixli 8/2834 nömrəli ekspertiza keçirilməsindən imtina olunması barədə məktubunda göstərilmişdir ki, ekspert metodikalarına əsasən yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyektlərinə yolnəqliyyat hadisələrində iştirak edən avtonəqliyyat, şəhər elektrik nəqliyyatı, traktor və özügedən maşınlar, onların aqreqatları,detallar,üzərindəki zədələr və izlər aiddir. Yolnəqliyyat eksperti qarşısında qoyulan suallar yol-nəqliyyat hadisəsində iştirak edən nəqliyyat vasitələrinin hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi,.həmin nəliyyat vasitələrinin texniki vəziyyəti, bununla hadisənin baş verməsi arasında səbəbli əlaqənin olub-olmamasının müəyyən edilməsi ilə bağlıdır. Lakin yolnəqliyyat hadisəsində iştirak etməyən nəqliyyat vasitəsində hər hansı nasazlığın müəyyən edilməsi bu növ ekspertizanın tədqiqat obyektinə aid deyildir. İş materiallarında olan Balakən rayon Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 03 may 2024-cü il tarixli 3-13-696//2-Ə-91xx/xx/2024 nömrəli məktubda göstərilmişdir ki, “Sizin xx.xx.2024-cü il tarixdə Balakən rayon Polis Şöbəsinə ünvanladığınız ərizəniz tərəfimizdən araşdırılımışdır. Müraciətinizdə göstərdiyiniz xüsusatlar məhkəmə səlahiyyətlərinə aid olduğu üçün məhkəmə orqanlarına müraciət etməyiniz tövsiyyə olunur. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024cü il tarixli qərardan görünür ki, həmin qərarla Balakən rayonu Gərəkli kənd sakini İddiaçı şikayəti əsasında toplanılmış HK-1-380 saylı materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 16(019)-11/2024 nömrəli icra sənədindən görünür ki, AD-890327 saylı X3 şəhadətnaməsinə əsasən İddiaçı mülkiyyətində olan “X20” minik markalı 99ZY083 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə tərtib edilmiş 14 nömrəli Aktın surətindən görünür ki, Balakən Rayon Məhkəməsinin e-16(049)-11/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə görə AD890327 saylı X3 şəhadətnaməsinə əsasən İddiaçı mülkiyyətində olan “X21” markalı 99ZY083 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcrası dərhal tələb olunan icra sənədinin icrası ilə bağlı Balakən şəhəri, H.Alqayev küçəsi döngə 2-də borclu Cavabdeh1 evində yerləşən üzərinə həbs qoyulacaq avtomobil aşkarlandı.Baxış zamanı həyətdə qara rəngli **-ZY-*** qeydiyyat nişanlı “X18” minik markalı avtomaşın üzərində xüsusi örtük yarım örtülü vəziyyətdə arxa baqaj qapısının kilidi açılmış,arxa qapının içliyi sökülmuş və baqaja qoyulmuş, sükanın diz hissəsi sökülmüş avtomobilin ön qapısı tələbkarın nümayəndəsinin təqdim etdiyi açarla açıldı ,salona baxış zamanı sükan ətrafının sökülməsi, maşının işə salma diskinin sökülməsi və yerində olmaması, borclunun deməsinə görə qardaşı X10 tərəfindən sökülərək özü ilə İngiltərəyə aparımasını bildirmişdir. Beləliklə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə uyğun olaraq avtomobilin üzərinə həbs qoyulmuş və polis əməkdaşları tərəfindən Balakən rayon polis şöbəsinin duracağına evakuator vasitəsilə yerləşdirilməsi təmin edildi. Bununla da icra sənədi tam icra edildi. İş materiallarında olan Balakən rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş 31 may 2024-cü il tarixli 15 nömrəli Aktın surətində göstərilir ki, “Mən, Balakən Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X13, İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən kiçik ədliyyə müşaviri X7, iş üzrə tələbkar İddiaçı, İddiaçı etibarnamə üzrə nümayəndəsi X11 iştirakları ilə ondan ötrü ki, Balakən Rayon Məhkəməsinin 16(019)-11/2024 nömrəli 23 may 2024-cü il tarixli icra sənədinə əsasən üzərinə həbs qoyulmuş AD-890327 saylı X3 şəhadətnaməsinə əsasən İddiaçı mülkiyyətində olan “X19” minik markalı 99ZY083 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə öz mülkiyyətçisi tələbkar İddiaçı saxlanca verildi. Ona məhkəmə qərarının qüvvədə olduğu müddətdə, əmlakın məhv edilməsi, zədələnməsi, korlanması, gizlədilməsi və digər qeyri-qanuni hərəkətlərin edilməsinin qadağan olunması, Azərbaycan Respublikası CM-nin 303-cü maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdar edildi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli İddiaçı tərəfindən imzalanmış iltizamda göstərilmişdir ki, “Mən Əliyeva X12 Rayon Məhkəməsinin 16(019)-11/2024 nömrəli, 23 may 2024-cü il tarixli icra sənədinə əsasən üzərinə həbs qoyulmuş “X20” minik markalı , 99ZY083 dövlət qeydiyyat nişanlı avtomobil özümə saxlanca verildi və mənə Azərbaycan Respublikası CM-nin 303-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdar edildim. İmza:İddiaçı xx.xx.2024-cü il” İş materiallarında olan “Porşhe Bakı Mərkəzi”nin servis xidmətinin 03. 06.2024-cü il tarixli sənədindən görünür ki, “X20” minik markalı , 99ZY083 dövlət qeydiyyat nişanlı avtomobilin 460 manat dəyərində açar yeri(kilid),1850 manat dəyərində qolaltı yeşiyi, 120 manat dəyərində kapot açan dəstəyi,olmamış, 360 manat servis haqqı alınmışdır. Ümumi məbləğ 2790 manat təşkil edir. İşdə olan "xxxx" MMC-nin 30 may 2024-cü il tarixli 425264 nömrəli mədaxil qəbzindən görünür ki, “X20” minik markalı , 99ZY083 dövlət qeydiyyat nişanlı avtomobilin Balakəndən Bakı şəhərinə servisə aparılması üçün 290 manat pul ödənmişdir. İşdə olan GİM seriyalı, 388655 nömrəli 15 may 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hüquqi yardım üçün “Universal” Vəkil Bürosuna 300 manat pul ödəmişdir. Məhkəmə cavabdeh X2 nümayəndəsi-vəkilinin izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, İddiaçı cavabdeh X8 ilə ər-arvad olmuşlar, nikahları 2013-cü ildə ləğv olunmuşdur. Digər Cavabdeh1 cavabdeh Rəngiz Mahamaxanzadənin qardaşıdır. X1 Leyla Nizami qızına qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək 154000 manat pulun və ödənmiş 444 manat ödənmiş dövlət rüsumunun İddiaçı alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. X2 verdiyi apelyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Bundan sonra İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. İddia tələbinin AD 890327 saylı X3 Şəhadətnaməsinə əsasən İddiaçı məxsus olan “X17” minik markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 mülkiyyətində olan Balakən rayonu Gərəkli kəndində yerləşən ərazidən çıxarılmasına yönəlmiş cavabdehin və digər şəxslərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması,avtomobilin iddiaçıya təhvil verilməsinə aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə onunla əsaslandırılmışdır ki, “X17” markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobil Balakən rayonu, Gərəkli kəndi yerləşən, hazırda Cavabdeh1 mülkiyyətində olan ərazidə saxlanılır. Avtomobilin ona məxsus ərazidən çıxarılması cavabdehə təklif edilsədə o, bundan imtina etmişdir. Bundan sonra iddiaçının mülkiyyətində olan avtomobilin cavabdehə məxsus ərazidən götürülərək İddiaçı təhvil verilməsi barədə ərizə ilə Balakən rayon Polis şöbəsinə müraciət edilsədə, xx.xx.2024-cü il tarixli, 3-13-66/2 məktuba əsasən ona məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Göründüyü kimi cavabdeh göstərilən daşınar əmlak üzərində qanunsuz sahiblik edərək onu iddiaçıya geri qaytarmaqdan imtina etmişdir. Hesab edirlər ki, iddiaçının mülkiyyətində olan daşınar əmlak cavabdehin qanunsuz sahibliyindən iddiaçıya geri qaytarılmalı,ona təhvil verilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbinin bu hissədə qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2 və 157.4-cü maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahiblyindən öz əmlakını geri tələb edə bilər. Hüquq normasının mənasına görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi üçün üç dispozitiv şərtin bir yerdə mövcudluğunu sübut etməlidir:1) onun həmin əmlaka mülkiyyət hüququ (o cümlədən sahiblik və istifadə hüququ) olmalıdır: 2) bu əmlak başqasının sahibliyində olmalıdır: 3) başqasının həmin əmlaka sahibliyi qeyri-qanuni olmalıdır. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İşdə olan Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 14 nömrəli,31 may 2024-cü il tarixli 15 nömrəli aktların surətindən, İddiaçı tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli iltizamdan və “Porşhe Bakı Mərkəzi”nin servis xidmətinin 03. 06.2024-cü il tarixli sənədindən görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı mülkiyyətində olan “X21” markalı 99ZY083 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə icra məmurları tərəfindən həbs qoyulmuş, avtomobil Balakən şəhəri, H.Alqayev küçəsi döngə 2-də borclu Cavabdeh1 həyətindən götürülərək Balakən rayon polis şöbəsinin duracağına yerləşdirilmiş, 31 may 2024-cü il tarixdə avtomobil saxlanc üçün tələbkar İddiaçı təhvil verilmiş, İddiaçı avtomobili təhvil alması barədə iltizam vermişdir. 03 iyun 2024-cü ildə avtomaşın evakuatorla təmir olunması üçünBakı şəhərinə “Porşhe Bakı Mərkəzi”nə aparılmışdır. İşin bu hallarından da aydın olur ki, “X21” markalı 99ZY083 dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh Rəsul Mahamaxanzadənin həyətindən götürülmüş, 31 may 2024-cü il tarixdə İddiaçı təhvil verilmiş, o vaxtdan da avtomobil iddiaçının istifadəsində və sahibliyindədir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə əsassızdır və təmin olunmamalıdır. İddia tələbinin maddi ziyana aid hissəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan “X17'’ markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobil 2021-ci ildən (3 ildən artıq) cavabdehə məxsus torpaq sahəsində qanunsuz olaraq saxlanıldığından avtomobilin əmtəəlik görünüşünün itirilməsi və bazar qiymətinin düşməsinə görə maddi zərərin əvəzi olaraq 13210 (on üç min iki yüz on) manat, avtomobildə ilkin vurulmuş maddi ziyan olaraq 2790 manat məbləğ, 290 manat evakuasiya xidməti cavabdehlər X10 və Cavabdeh1 alınıb İddiaçı verilməlidir. İddia tələbinin göstərilən hissədə qanuni əsasını Mülki Məcəllənin 1096.1-1096.2 və 1097.1-ci maddələri, həmçinin Mülki Məcəllənin 21-ci maddəsi təşkil edir. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. İddiaçı özünün mülkiyyətində olan “X17” minik markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobilin üç il müddətində qanunsuz olaraq Cavabdeh1 mülkiyyətində olan Balakən rayonu Gərəkli kəndində yerləşən ərazidə qalmasını göstərsə də bu barədə heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Əksinə iş materiallarından görünür ki, “X17” minik markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobilin açarı iddiaçının özündə olmuş, o mülkiyyətində olan “Porsche Mağnum” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 məxsus həyətyanı sahədə götürülməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə Balakən Rayon Polis Şöbəsinə müraciət etmiş, 31 may 2024-cü il tarixdə avtomobil ona təhvil verilmişdir. Belə olan halda avtomobilin əmtəəlik görünüşünün itirilməsi və bazar qiymətinin düşməsinə görə maddi zərərin əvəzi olaraq 13210 (on üç min iki yüz on) manat pul tələb olunması əsaslı hesab oluna bilməz və iddia bu hissədə də rədd olunmalıdır. İddia tələbi avtomaşının sökülmüş hissələrinə görə 2790 manat məbləğ və evakuator xidmətinə görə 290 manata aid hissədə isə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, icra məmurları tərəfindən tərtib edilmiş 30 may 2024-cü il tarixli aktdan görünür ki, “X17” minik markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularkən **-ZY-*** qeydiyyat nişanlı “X18” minik markalı avtomaşına baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, avtomobilin arxa baqaj qapısının kilidi açılmış, arxa qapının içliyi sökülmuş və sükanın diz hissəsi , sükan ətrafı , maşının işə salma diskinin sökülmüş və yerində olmamışdır. Cavabdeh1 həmin hissənin qardaşı X10 tərəfindən sökülərək özü ilə İngiltərəyə aparımasını bildirmişdir. “Porşhe Bakı Mərkəzi”nin servis xidmətinin 03. 06.2024-cü il tarixli sənədindən görünür ki, “X20” minik markalı , 99ZY083 dövlət qeydiyyat nişanlı avtomobilin 460 manat dəyərində açar yeri(kilid),1850 manat dəyərində qolaltı yeşiyi, 120 manat dəyərində kapot açan dəstəyi olmamış, 360 manat servis haqqı alınmışdır. Ümumi məbləğ 2790 manat təşkil edir. Həmçinin mədaxil qəbzindən görünür ki, , “X17” minik markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobilin Balakəndən Bakı şəhərinə aparılması üçün evakuator xidmətinə 290 manat pul ödənmişdir. “X17” minik markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobilə zərərin hər iki cavabdeh tərəfindən vurulmasını, onlar tərəfindən zərərin qəsdən vurulmasını, onların zərərin vurulmasında təqsirli olmalarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməli, cavabdehlər Cavabdeh1 və Mahamaxanov Rəngiz (Fəngiz) İsə oğlundan avtomaşına vurulmuş maddi ziyana görə 2790 manat,evakuator xidməti xərcinə görə 290 manat alınıb İddiaçı verilməlidir. İddia tələbinin mənəvi zərərə aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında göstərmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərında izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”-nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və sair hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu sözügedən qərarında həmçinin izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İddiaçı mənəvi ziyana görə 3000 manat tələb etsə də cavabdehlərin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyana aid hissədə də təmin edilməməlidir. İddia tələbinin vəkil-nümayəndəyə ödənmiş 300 manata aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddia tələbi qismən təmin edildiyindən, nümayəndə- vəkil Nümayəndə1 heç bir məhkəmə prosesində iştirak etmədiyindən məhkəmə hesab edir ki, İddiaçı vəkilə ödədiyi 300 manatın 150 manatı cavabdehlər Cavabdeh1 və Mahamaxanov Rəngiz (Fəngiz) İsə oğlundan alınıb İddiaçı verilməlidir. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 101 manat dövlət rüsumunun 23,08 manatı cavabdehlər Cavabdeh1 və X4 alınıb İddiaçı verilməlidir.Dövlət rüsumu xərcinin qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, avtomobilə vurulmuş ziyana görə 2790 manat, evakuator xidməti xərcinə görə 290 manat və nümayəndə-vəkilə ödənmiş xərcə görə 150 manat, cəmi 3230 manat həmçinin, ödənmiş dövlət rüsumuna görə 23,08 manat cavabdehlər Cavabdeh1 və X4 alınıb İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X4 avtomobilə vurulmuş ziyana görə 2790 manat, evakuator xidməti xərcinə görə 290 manat və nümayəndə-vəkilə ödənmiş xərcə görə 150 manat, cəmi 3230 manat və ödənmiş dövlət rüsumu xərcinə görə 23,08 manat alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar