Məhkəmə qərarları › İş №e-2(019)-57/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-57/2024

23.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-57/2024 23.11.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi,İddiaçı,onun nümayəndəsi-vəkili Nümayəndə2 və Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları və ya onların dəyəri olan 5700 (beş min yeddi yüz) manat pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 4000 manat dəyərində,brilyant qaşlı,İtalyan istehsalı sırğa, boyunbağı, qolbağı, üzük komplektinin, 800 manat dəyərində brilyant qaşlı İtaliya istehsalı, 6 qr çəkidə nişan üzüyünün, 240 manat dəyərində Rusiya istehsalı, 583 əyarlı, 3qr çəkidə üzüyün,300 manat dəyərində Rusiya istehsalı, 583 əyyarlı, 3 qr çəkidə qaşlı üzüyün, 180 manat dəyərində Rusiya istehsalı, 583 əyyarlı, 2 qr çəkidə qaşlı üzüyün və 180 manat dəyərində Rusiya istehsalı, 583 əyyarlı, 2 qr çəkidə qaşlı üzüyün alınıb ona verilməsi və ya həmin qızıl-zinət əşyalarının ümumi dəyəri olan 5700 (beş min yeddi yüz) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə2 iddianın həcminin artırılması barədə məhkəməyə ərizə verərək cavabdeh X2 qızıl-zinət əşyalarının 4000 manat dəyərində,brilyant qaşlı,İtalyan istehsalı sırğa, boyunbağı,qolbağı, üzük komplektinin, 800 manat dəyərində brilyant qaşlı İtaliya istehsalı, 6 qr çəkidə nişan üzüyünün, 240 manat dəyərində Rusiya istehsalı, 583 əyarlı, 3qr çəkidə üzüyün,300 manat dəyərində Rusiya istehsalı, 583 əyyarlı, 3 qr çəkidə qaşlı üzüyün, 180 manat dəyərində Rusiya istehsalı, 583 əyyarlı, 2 qr çəkidə qaşlı üzüyün və 180 manat dəyərində Rusiya istehsalı, 583 əyyarlı, 2 qr çəkidə qaşlı üzüyün və ya onların dəyəri olan 5400 (beş min dörd yüz) manatın; cehiz əşyalarının- 800 manat dəyərində 1 ədəd künclü divan dəstinin, 200 manat dəyərində 1 ədəd güzgülü kiçik stolun,5000 manat dəyərində şkaf, termo-güzgülü şkaf, 2 ədəd kamot və sandıqdan ibarət 1 ədəd yataq dəstinin , 120 manat dəyərində 1 ədəd masanın (stol), 180 manat dəyərində 6 ədəd, birinin dəyəri 30 manat olan stul dəsti və ya onların dəyəri olan 6300 (altı min üç yüz) manatın,ümumilikdə 11700 (on bir min yeddi yüz) pulun, iddianın irəli sürüməsi üçün ödənilmiş 75.1 (yetmiş beş manat on qəpik) manat dövlət rüsumunun, 50 (əlli manat) mediasiya xərcinin alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2020-ci ilin yanvar ayının 28-də Cavabdeh ilə qeyri-rəsmi nikahla evlənmişdir.Nikahlarını 2020-ci ilin mart ayında Ukrayna Respublikasının Çerniqov şəhərində rəsmiləşdirmişlər.Nikah haqqında şəhadətnamə Ukrayna Respublikasında qalmışdır.Hal-hazırda Ukrayna Respublikasında müharibə şəraiti olduğundan nikah haqqında şəhadətnaməni götürməyi mümkün deyildir. Birgə nikahlarından xx.xx.2020-ci tarixdə X3 adında bir uşaqları doğulmuşdur.Evləndikdən sonra cavabdehlə bir müddət mehriban yaşamış, sonra isə aralarında ailə münasibətləri zəminində mübahisələr baş vermişdir. Cavabdehlə xasiyyətləri uyğun gəlməmişdir. Cavabdeh ona qarşı şiddət göstərmiş, onu dəfələrlə döymüşdür. Onunla yaşamaq dözülməz hal almış, o, valideynlərinin evinə qayıtmağa məcbur olmuşdur. 2022-ci ilin dekabr ayından cavabdehlə ayrı yaşayır. Uşağın baxılması üçün alimentin təyin edilməsi tələbi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Hal-hazırda sözügedən iş məhkəmənin icraatındadır.Ona toy zamanı cavabdehlər tərəfindən 5700 (beş min yeddi yüz) manat dəyərində aşağıda adları göstərilən qızıl-zinət əşyaları hədiyyə edilmişdir.1.Komplekt brilyant qaşlı İtalyan istehsalı – (sırğa, boyunbağı, qolbağı, üzük) - 4000 manat, 2. Nişan üzüyü brilyant qaşlı İtalyan istehsalı-6qr - 800 manat, 3. Üzük Rusiya istehsalı -583 əyyar -3qr x80 man -240 manat., 4.Üzük qaşlı Rusiya istehsalı, 583 əyyarlı, 3 qr - 300 manat, 5. Üzük qaşlı Rusiya istehsalı, 583 əyyarlı, 2 qr -180 manat, 6. Üzük qaşlı Rusiya istehsalı, 583 əyyarlı, 2 qr -180 manat ona toy zamanı cavabdehlər tərəfindən yuxarıda adlarını sadaladığı qızıl-zinət əşyaları hədiyyə olunmuşdur. Cavabdeh 2022-ci ilin yanvar ayında həmin qızıl-zinət əşyalarını onun xəbəri olmadan yataq otağındakı dolabdan götürmüşdür.O,qızılları yerində tapmayanda ondan bu barədə soruşduğunda cavabdeh qızılları lombarda qoyaraq əvəzində pul götürdüyünü, pul ödəndikdən sonra qızıl-zinət əşyalarını geri götürərək ona qaytaracağını bildirmişdir. Lakin Lombardın vaxtı bitdikdən qızılları ona geri qaytarmamışdır. Bundan sonra Ukraynada müharibə başladığından onlar Azərbaycana gəlmişlər. Azərbaycana gəldikdən sonra o, çox zaman atasının evində qalmışdır. 2022-ci ilin dekabr ayında cavabdeh Ukraynaya geri qayıtmışdır. Lakin 1 ildən çox müddət keçməsinə baxmayaraq həmin qızıl-zinət əşyaları ona geri qaytarılmamışdır.O, qızıllarının lombarda qoyulması barədə ailə üzvlərinə bildirmişdir. Onlar da bu faktı məhkəmə iclasında təsdiq edəcəklər. Bundan başqa cavabdeh onun cehiz əşyalarını da vermir. Həmin əşyalar hazırda da onun gəlin köçdüyü evdədir.Sözügedən məsələ ilə bağlı mediatora müraciət etmişdir. Mediasiya prosesində Cavabdeh iştirak etməmişdir. Bu barədə mediasiya arayışı almışdır. Bu səbəbdən də ona məxsus qızıl-zinət əşyaları və ya onun əvəzinin ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq göstərdi ki, cavabdehin ona qaytarmadığı cehiz əşyaları - 800 manat dəyərində 1 ədəd künclü divan dəsti , 200 manat dəyərində 1 ədəd güzgülü kiçik stol , 5000 manat dəyərində şkaf, termo-güzgülü şkaf, 2 ədəd kamot və sandıqdan ibarət 1 ədəd yataq dəsti , 120 manat dəyərində 1 ədəd masa (stol) , 180 manat dəyərində 6 ədəd, birinin dəyəri 30 manat olan stul dəstidir. Bu əşyalar Balakən şəhərində yerləşən on iki mərtəbəli binanın altıncı mərtəbəsində olan, cavabdehin ailəsinə məxsus mənzilə yığılmış, o həmin mənzilə gəlin köçmüş, sonra isə Ukrayna Respublikasına gedib orada yaşamışlar. Cavabdeh Ukrayna Respublikasında yaşadıqları vaxt-2022-ci ilin yanvar ayında ona toy hədiyyəsi olaraq verilmiş qızıl-zinət əşyalarını onun xəbəri olmadan yataq otağındakı dolabdan götürüb lombarda qoyaraq əvəzində pul götürmüşdür. O, pul ödəndikdən sonra qızıl-zinət əşyalarını geri götürərək ona qaytaracağını bildirsə də, sonradan qızılları ona geri qaytarmamışdır. Onlar Ukraynada olduqları vaxt həmçinin ona bildirmişlər ki, onun cehiz əşyalarını yığdığı mənzil onun cehiz əşyaları ilə birlikdə satılmışdır.Bundan sonra Ukraynada müharibə başladığından onlar Azərbaycana gəlmişlər.Azərbaycana gəldikdən sonra o, çox zaman atasının evində qalmışdır. 2022-ci ilin dekabr ayında cavabdeh Ukraynaya geri qayıtmışdır. Ona hədiyyə verilmiş qızıl-zinət əşyaları və cehiz əşyaları isə özünə verilməmişdir.İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə2 İddiaçı izahatına uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə1 iddianı etiraf etməyərək göstərdi ki, İddiaçı iddia tələbi əsassızdır. Mətanət Cumalıyevaya toy hədiyyəsi olaraq yalnız brilyant qaşlı, İtalyan istehsalı sırğa, boyunbağı, qolbağı, üzük komplekti hədiyyə verilmişdir. Digər qızıl əşyaları ona verilməmişdir. Həmin qızıl-zinət əşyaları onun özündədir.Cehiz əşyaları ilə bağlı bildirir ki,iddiaçının cehiz əşyaları həqiqətən də Balakən şəhərində yerləşən on iki mərtəbəli binanın altıncı mərtəbəsində olan, cavabdehə məxsus olmayan mənzilə yığılmışdır.Sonradan həmin ev satılmışdır. Lakin cehiz əşyalarının harada olduğu onlara məlum deyildir. Əgər cehiz əşyaları sözügedən evdədirsə iddiaçı gedib götürə bilər.İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid göstərdi ki, İddiaçı tanıyır, onunla qohumluğu və ədavəti yoxdur, lakin rəfiqədirlər, mehriban münasibətləri vardır. Cavabdehi onların evliliyi ilə bağlı tanıyır. Mətanətgil evlənəndən sonra Ukraynada yaşayırdılar.O, tez-tez Mətanətlə telefonla danışmışdır. Mətanət bildirirdi ki, əri tez-tez onu döyüb incidir. 2022-ci ilin dekabr ayında Mətanət Ukraynadan atası evinə gələrkən o da Mətanətin atası evində olmuşdur.Həmin vaxt Mətanətin üzərində heç bir qızıl-zinət əşyası olmamışdır. Soruşduqda Mətanət ona bildirmişdir ki, qızıl əşyalarını əri Amil onun xəbəri olmadan götürmüş,satmışdır. O, həmçinin eşitmişdir ki, Mətanətin cehiz apardığı evi əşyalarla birlikdə satmışlar.Sonradan nə qızıl əşyalarını,nə də cehiz əşyalarını Mətanətə verməmişlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon İstehsal-İstehlak Kooperativi tərəfindən İddiaçı müraciəti əsasında verilmiş xx.xx.2023-cü il tarixli 7 saylı qızıl-zinət əşyalarının bazar qiyməti haqqında rəydə göstərilir ki, İtaliya istehsalı olan brilyant qaşlı komplektin (sırğa, boyunbağı, qolbaq, üzük) qiyməti 4000 manat, İtaliya istehsalı olan brilyant qaşlı 6 qramlıq nişan üzüyünün qiyməti 800 manat, Rusiya istehsalı olan 583 əyarlı 3 qramX80 üzüyün qiyməti 240 manat, Rusiya istehsalı olan 583 əyarlı 3 qramlıq qaşlı üzüyün qiyməti 300 manat, Rusiya istehsalı olan 583 əyarlı 2 qramlıq qaşlı üzüyün qiyməti 180 manat və Rusiya istehsalı olan 583 əyarlı 2 qramlıq qaşlı üzüyün qiyməti 180 manat təşkil edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş MŞŞ/MT001/2023-0004 nömrəli Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat mediasiya xərcini ödəmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 oktyabr 2023-cü il tarixli 9/6949 nömrəli ekspert rəyində göstərilmişdir: ekspertiza təyini haqqında qərardadda göstərilən 5 adda qızıl-zinət əşyalarının nəzəri qaydada hal-hazırkı tarixə orta bazar qiyməti 1510.0 manat müəyyən edilir. 5 adda qızıl zinət əşyalarının 2020-ci ilin yanvar ayına olan nəzəri hesablama yolu ilə təxminən 1400,00 manat müəyyən edilir. Digər bir adda qızıl-zinət əyşaları haqqında kifayət qədər məlumat (əyarı,çəkisi və s.) olmadığında həmin qızıl-zinət əşyaları üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Zərgəlik məmulatlarının üzərində olan brilyant qaşların qiymətini müəyyən etmək üçün həmin brilyant qaşlara baxış keçirmədən onların keyfiyyətini müəyyən etmək mümkün deyildir.Bu səbəbdən də brilyant qaşlar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhakəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 mart 2024-cü il tarixli 9/368 nömrəli ekspert rəyində göstərilmişdir: 2020-ci il yanvar ayına olan orta bazar qiyməti: Malların adları Miqdarı Bir ədədinin Ümumi dəyəri Qiyməti (manatla)

1. 1 ədəd yataq dəsti (şkaf, 1 2800 2800 termo-güzgülü şkaf, 2 ədəd kamod, sandıq daxil olmaqla)

2. Künclü divan dəsti 1 750 750

3. Güzgülü kiçik stol 1 150 150

4. Stol stul dəsti 1 200 200 CƏMİ 3900,0

Hazırki bazar qiyməti: Malların adları Miqdarı Bir ədədinin Ümumi dəyəri Qiyməti (manatla)

5. 1 ədəd yataq dəsti (şkaf, 1 1900 1900 termo-güzgülü şkaf, 2 ədəd kamod, sandıq daxil olmaqla)

6. Künclü divan dəsti 1 450 450

7. Güzgülü kiçik stol 1 100 100

8. Stol stul dəsti 1 150 150 CƏMİ 2600,0

2020-ci il yanvar ayına olan orta bazar qiyməti: N Adı və markalanma Ümumi çəkisi 1 qramının Ümumi göstəriciləri (qramla) qiyməti(manatla) qiyməti (manatla) 1 İtaliya istehsalı olduğu qeyd 40 Aydın deyil 0 edilən brilyant qaşlı komplektin 2 Sırğa 750 əyar 8 100 800,0 3 Boyunbağı 750 əyar 14 100 1400,0 4 Qolbaq 750 əyar 12 100 1200,0 5 Üzük 750 əyar 6 100 600,0 Cəmi 4000,0

Hazırki bazar qiyməti: N Adı və markalanma Ümumi çəkisi 1 qramının Ümumi göstəriciləri (qramla) qiyməti(manatla) qiyməti (manatla) 1 İtaliya istehsalı olduğu qeyd 40 Aydın deyil 0 edilən brilyant qaşlı komplektin 2 Sırğa 750 əyar 8 110 880,0 3 Boyunbağı 750 əyar 14 110 1540,0 4 Qolbaq 750 əyar 12 110 1320,0 5 Üzük 750 əyar 6 110 660,0 Cəmi 4400,0

Ekspertiza təyini haqqında qərardadda göstərilən əşyaların istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin yanvar ayına nəzəri qaydada orta bazar qiyməti təxminən 3900,0 manat müəyyən edilir. Qərardadda göstərilən əşyaların istifadədə olması nəzərə alınmaqla hal-hazırki tarixə nəzəri qaydada orta bazar qiyməti təxminən 2600,0 manat müəyyən edilir. 5 adda qızıl-zinət əşyalarının nəzəri qaydada hal-hazırki tarixə orta bazar qiyməti 4400,0 manat müəyyən edilir. 5 adda qızıl-zinət əşyalarının 2020-ci ilin yanvar ayına olan nəzəri hesablama yolu ilə təxminən 4000,0 manat müəyyən edilir. Zərgərlik məmulatlarının üzərində olan brilyant qaşların qiymətini müəyyən etmək üçün həmin brilyant qaşlara baxış keçirmədən onların keyfiyyətini müəyyən etmək mümkün deyildir. Bu səbəbdən də brilyant qaşlar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. TƏDQİQATİN NƏTİCƏSİ:

Ekspertiza təyini haqqında qərardadda göstərilən əşyaların istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin yanvar ayına nəzəri qaydada orta bazar qiyməti təxminən 3900,0 manat müəyyən edilir. Qərardadda göstərilən əşyaların istifadədə olması nəzərə alınmaqla hal-hazırki tarixə nəzəri qaydada orta bazar qiyməti təxminən 2600,0 manat müəyyən edilir. 5 adda qızıl-zinət əşyalarının nəzəri qaydada hal-hazırki tarixə orta bazar qiyməti 4400,0 manat müəyyən edilir. 5 adda qızıl-zinət əşyalarının 2020-ci ilin yanvar ayına olan nəzəri hesablama yolu ilə təxminən 4000,0 manat müəyyən edilir. Zərgərlik məmulatlarının üzərində olan brilyant qaşların qiymətini müəyyən etmək mümkün deyildir. Həmin brilyant qaşlara baxış keçirmədən onların keyfiyyətini müəyyən etmək mümkün olmadlı. Məhkəmə iddiaçının,onun nümayəndəsi-vəkilinin və cavabdehin nümayəndəsivəkilinin izahatlarını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə 28 yanvar 2020-ci ildə rəsmi nikah bağlamadan evlənmiş, nikahlarını 2020-ci ilin mart ayında Ukrayna Respublikasının Çerniqov şəhərində rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahlarından xx.xx.2020-ci ildə X3 adında bir uşaqları olmuşdur. Toy zamanı Cavabdeh tərəfindən iddiaçıya 4000 (dörd min) manat dəyərində brilyant qaşlı İtaliya istehsalı sırğa, boyunbağı, qolbağı, üzükdən ibarət komplekt və 600 manat dəyərində nişan üzüyü hədiyyə olunmuşdur. Həmçinin tərəflər ailə qurarkən İddiaçı 1 ədəd künclü divan dəstini,1 ədəd güzgülü kiçik stolu,şkaf, termo-güzgülü şkaf,2 ədəd kamot və sandıqdan ibarət 1 ədəd yataq dəstini,1 ədəd masa (stol) və 6 ədəd stuldan ibarət dəsti cehiz olaraq cavabdehin ailəsinə məxsus olan, Balakən şəhərindəki on iki mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşən mənzilə yığmışdır. 2022-ci ilin dekabr ayından tərəflər ayrı yaşayırlar.Cavabdeh qeyd edilən qızıl-zinət əşyalarını və cehiz əşyalarını İddiaçı alıb ona qaytarmadığından iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Məhkəmə qeyd edir ki, iddiaçının əmlaklarının (qızıl-zinət əşyalarının) geri tələbi üzrə iddiasının qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahiblyindən öz əmlakını geri tələb edə bilər.Hüquq normasının mənasına görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi üçün üç dispozitiv şərtin bir yerdə mövcudluğunu sübut etməlidir:1) onun həmin əmlaka mülkiyyət hüququ (o cümlədən sahiblik və istifadə hüququ) olmalıdır: 2) bu əmlak başqasının sahibliyində olmalıdır: 3) başqasının həmin əmlaka sahibliyi qeyri-qanuni olmalıdır. Məhkəmə bildirir ki, qanunvericiliyin tələbinə görə yuxarıda qeyd edilən üç şərtin mövcudluğunu iddiaçı sübut etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.2-ci maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hazırkı işdə cavabdehin nümayəndəsi də etiraf etdi ki, iddiaçının tələb etdiyi 4000 (dörd min) manat dəyərində brilyant qaşlı İtaliya istehsalı sırğa, boyunbağı, qolbağı, üzük komplekti ona hədiyyə olunmuşdur. Cavabdehin nümayəndəsi iddiaçıya tələb etdiyi 600 manat dəyərində nişan üzüyünün hədiyyə verilməsini etiraf etməsə də məhkəmə iclasında müəyyən edildi ki, tərəflər el adəti ilə,yəni nişan, toy və s. mərasimlər keçirilməklə evlənmişlər. Belə olan halda iddiaçıya nişan üzüyünün hədiyyə olaraq verilməməsi inandırıcı deyildir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya hədiyyə olaraq 600 manat dəyərində nişan üzüyü də verilmişdir. Həmçinin iddiaçının izahatı, şahidin ifadəsi və onun təqdim etdiyi videogörüntüdən aydın olur ki, iddiaçının cehiz olaraq tələb etdiyi əşyalar hazırda da Balakən şəhərində olan on iki mərtəbəli binada , tərəflər evlənərkən yığıldığı mənzildədir. Məhkəmə iddiaçının,şahidin ifadələrinə, işin faktiki hallarına, iddiaçının cehiz olaraq apardığı əşyalar onun razılığı olmadan cavabdeh tərəfindən satıldığı halda, cavabdehin özünün hədiyyə olaraq iddiaçıya aldığı əşyaları da onun əlindən almasının həqiqətə uyğun olmasını nəzərə alaraq bu nəticəyə gəlir ki, Cavabdeh tərəfindən İddiaçı hədiyyə edilmiş 4000 (dörd min) manat dəyərində brilyant qaşlı İtaliya istehsalı sırğa, boyunbağı, qolbağı, üzük komplekti, 600 manat dəyərində brilyant qaşlı İtaliya istehsalı, 6 qr çəkidə nişan, habelə 1900 manat dəyərində şkaf, termo-güzgülü şkaf, 2 ədəd kamod, sandıqdan ibarət yataq dəsti, 450 manat dəyərində 1 ədəd künclü divan dəsti, 100 manat dəyərində, 1 ədəd güzgülü kiçik stol və 150 manat dəyərində 1 ədəd stol və 6 ədəd stuldan ibarət stol-stul dəsti iddiaçının iradəsi ziddinə ondan alınmışdır. Odur ki, iddia tələbi bu əşyalara aid hissədə təmin edilməlidir. İddiaçı digər qızıl zinət əşyaları- 240 manat dəyərində Rusiya istehsalı, 583 əyarlı, 3qr çəkidə üzüyün, 300 manat dəyərində Rusiya istehsalı, 583 əyyarlı, 3 qr çəkidə qaşlı üzüyün, 180 manat dəyərində Rusiya istehsalı, 583 əyyarlı, 2 qr çəkidə qaşlı üzüyün və 180 manat dəyərində Rusiya istehsalı, 583 əyyarlı, 2 qr çəkidə qaşlı üzüyün ona hədiyyə olaraq verilməsinə dair heç bir mötəbər sübut təqdim etmədiyindən iddia tələbi onlara aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş 75,10 manat dövlət rüsumu xərcinin və 50 manat mediasiya xərcinin, cəmi 125,10 manat məhkəmə xərcinin 77,56 manatı Cavabdeh alınıb İddiaçı verilməli,məhkəmə xərcinin qalan 47,54 manatı İddiaçı özünə aid edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara qeyd edilən hüquq normalarına uyğun qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, 4000 manat dəyərində -1 ədəd ümumi çəkisi 40 qram olan italyan istehsalı brilyant qaşlı komplekt -(800 manat dəyərində-8 qramlıq sırga, 1400 manat dəyərində -14 qramlıq boyunbagı, 1200 manat dəyərində -12 qramlıq qolbagı, 600 manat dəyərində 6 qramlıq üzük), 600 manat dəyərində -1 ədəd italyan istehsalı brilyant qaşlı 6 qram çəkidə nişan üzüyü, 2600 manat dəyərində- (1900 manat dəyərində 1 ədəd yataq dəsti ( şkaf, termo-güzgülü şkaf, 2 ədəd kamod, sandıq daxil olmaqla), 450 manat dəyərində 1 ədəd künclü divan dəsti, 100 manat dəyərində, 1 ədəd güzgülü kiçik stol və 150 manat dəyərində 1 ədəd stol-stul dəsti, qətnamənin icrası zamanı naturada alınması mümkün olmadıqda onların dəyəri, həmçinin dövlət rüsumu və mediasiya xərclərindən ibarət məhkəmə xərcinin 77,56 manatı Cavabdeh alınıb İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. 100 manat ekspertiza xərcinin 62 manatı Cavabdeh,38 manatı İddiaçı tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia qismən təmin edilsin. 4000 manat dəyərində -1 ədəd ümumi çəkisi 40 qram olan italyan istehsalı brilyant qaşlı komplekt -(800 manat dəyərində-8 qramlıq sırga, 1400 manat dəyərində -14 qramlıq boyunbagı, 1200 manat dəyərində -12 qramlıq qolbagı, 600 manat dəyərində 6 qramlıq üzük), 600 manat dəyərində -1 ədəd italyan istehsalı brilyant qaşlı 6 qram çəkidə nişan üzüyü, 2600 manat dəyərində- (1900 manat dəyərində 1 ədəd yataq dəsti ( şkaf, termogüzgülü şkaf, 2 ədəd kamod, sandıq daxil olmaqla), 450 manat dəyərində 1 ədəd künclü divan dəsti, 100 manat dəyərində, 1 ədəd güzgülü kiçik stol və 150 manat, dəyərində 1 ədəd stol-stul dəsti, qətnamənin icrası zamanı naturada alınması mümkün olmadıqda onların dəyəri, həmçinin dövlət rüsumu və mediasiya xərclərindən ibarət məhkəmə xərcinin 77,56 manatı Cavabdeh alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 100 manat ekspertiza xərcinin 62 manatı Cavabdeh,38 manatı İddiaçı tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar