Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-574/2023 05.09.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh yerdə qalan 8800 manatın və hüquqi xidmət üçün vəkilə ödənilmiş 200 manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. İş hal-hazırda Balakən rayon Məhkəməsində hakim Hümbət Səlimovun icraatındadır (e-2(019)-365/2023). Bundan əvvəl İddiaçı Cavabdeh və X3 qarşı “dəymiş ziyanın ödənilməsi” tələbi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda Cavabdeh və X4 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Balakən Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli, 2(019)-136/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh və X3 qarşı cavabdehlərdən ona torpağın alınması ilə bağlı dəymiş ziyan olan 15000 (on beş min) manatın, torpağın yaxşılaşdırılması və əkdiyi fındıq ağaclarına aqrotexniki qulluq göstərilməsi üçün çəkdiyi xərc olan 5000 (beş min) manatın və 110 toma bar verən fındıq ağaclarının qiyməti olan 11000 (on bir min) manatın, cəmi 31000 (otuz bir min) manatın və dövlət rüsumu olaraq ödədiyi 30 manatın cavabdehlərdən alınaraq ona verilməsinə dair ilk iddiası əsassız olduğundan rədd edilməsi, ilk iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun ilk iddia üzrə İddiaçı aid edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı Cavabdeh və X2 ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Püştətala kəndində yerləşən, JN 0061 KOD 40111018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə verilmiş 1.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması; Cavabdeh və X2 həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi; qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumunun İddiaçı alınaraq, Cavabdeh ödənilməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli, 2(019)- 136/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-65/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh iddiaçı tərəfindən cavabdehə ödənilmiş ******* manat pulun cari dəyəri olan 1.524,94 manat, iddiaçının əkdiyi fındıq ağaclarına aqrotexniki qulluq göstərilməsi üçün çəkdiyi xərc olan 5000 (beş min) manat, 110 toma bar verən fındıq ağaclarının qiyməti olan 11000 (on bir min) manat, cəmi 17524,94 manat pulun alınaraq İddiaçı ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmənin diqqətinə xüsusilə çatdırırlar ki, Cavabdeh 1.00 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş torpaq sahəsini İddiaçı daimi istifadə etmək üçün (əslində tərəflər arası razılaşmaya icra nümayəndəsi və digərlərinin şahidliyi ilə satmışdır. Lakin rəsmiləşmə həyata keçirilmədiyindən və yeni mülki məcəllədə müqavilənin bağlanmış hesab edilməsi nəzərdə tutulmadığından həmin tələb üzrə iddia verilməmiş və yazıda daimi istifadə qeyd edilməsi əsası ilə iddia qaldırılmışdır) vermiş və bunun müqabilində ondan o vaxtkı məzənnə ilə ******* (iki milyon üç yüz min) manat pul almışdır. Buna görə də onlar 04 may 2000-ci ildə bu barədə anlaşmış və akt tərtib edərək orada öz iradələrini ifadə etmişlər. 20 ilə yaxın olar ki, İddiaçı həmin torpaq sahəsini təmizləyərək, yararlı vəziyyətə gətirərək, fındıq bağları salmışdır. Fındıq bağları bar gətirməyə başlayanda Cavabdeh torpağın rəsmiləşməsi üçün 3000 ABŞ dolları tələb etmiş, lakin İddiaçı razılaşmadığından rəsmi alqı-satqı olmamasından sui-istifadə edərək bağı Qıztamanın əlindən almaq istəmişdir. Cavabdeh Şəki Apelliyasiya və Ali Məhkəmənin qərarlarını icra etməkdən yayınmaq üçün süni şəkildə yeni iddia qaldırmışdır. Buna görə də iddia zamanı yerdə qalan 8800 manat və hüquqi xidmət üçün vəkilə ödənilmiş 200 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Ona görə də o, göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, onun nümayəndəsi-vəkili Vəkil iddiaçının adından ərizə ilə məhkəməyə müraciət edərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, müvafiq olaraq saat 09:10-da Bakı Apellyasiya Məhkəməsində hakim Rəşid Səmədovun icraatında olan 2-1(103)-602/2023 saylı iş üzrə məhkəmə iclasında iştirak edəcəyi üçün saat 10:30 iclasında iştirakının qeyri-mümkün olacağını bildirərək məhkəmə iclasına onların iştirakı olmadan baxılmasını və iddialarının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eynilə İddiaçı nümayəndəsi Vəkil 01 sentyabr 2023-cü il tarixdə də ərizə ilə məhkəməyə müraciət edərək, üzrlü səbəbdən məhkəmədə iştirak edə bilmədiklərini bildirərək, işə onların iştirakı olmadan baxılmasını və iddialarının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi hazırki işə onların iştirakı olmadan baxılmasını xahiş etdiyi üçün hazırki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 259.0.6 və 259.0.7-ci maddələrinin tələbləri tətbiq edilə bilməz. İddiaçı tərəfin işə onların iştirakı olmadan baxılması xahişi nəzərə alınmaqla, həmçinin cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etdiyi üçün hazırki işə iddiaçının iştirakı olmadan baxılmalıdır. Hazırki iş üzrə 17 avqust 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, hazırki işin mahiyyəti üzrə həll olunmasını tələb etdiyini, iddianın əsassız olduğunu bildirərək iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh sonrakı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclaslarına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(107)-65/2021 nömrəli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Balakən Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli, 2(019)-136/2020 saylı qətnaməsi ilk iddia tələbinə münasibətdə, eyni zamanda X2 mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh iddiaçı tərəfindən cavabdehə ödənilmiş ******* manat pulun cari dəyəri olan 1.524,94 manat, iddiaçının əkdiyi fındıq ağaclarına aqrotexniki qulluq göstərilməsi üçün çəkdiyi xərc olan 5000 (beş min) manat, 110 toma bar verən fındıq ağaclarının qiyməti olan 11000 (on bir min) manat, cəmi 17 524,94 manat pulun alınaraq İddiaçı ödənilməsi, ilk iddia qalan hissədə təmin edilməməsi, qətnamənin X2 mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi hissəsinin qətnamədən xaric edilməsi, qətnamənin qarşılıqlı iddia tələbinin İddiaçı Cavabdeh ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Püştətala kəndində yerləşən, JN 0061 KOD 40111018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə verilmiş 1.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması; Cavabdeh həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi hissəsində dəyişdirilmədən saxlanılması, qətnamənin ilk və qarşılıqlı iddia tələbinin təmin edilmiş hissəsində eyni vaxtda icra edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-5973/2021 nömrəli qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmuş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)- 65/2021 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsi qismən – ilkin iddianın fındıq ağaclarına aqrotexniki qulluq göstərilməsi üçün çəkilmiş 5000 manat xərcin tutulması hissəsində ləğv edilmiş və həmin hissədə yeni qərar qəbul olunmuş, iddia həmin hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından həmçinin görünür ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli mədaxil qəbzi ilə hazırki iddianın qaldırılması üçün 110 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hazırki iş üzrə 17 avqust 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdehin izahatını dinləyib, iş üzrə müəyyən edilmiş faktiki hallara hüquqi qiymət verərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs onun vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtdəki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-cimaddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Məhkəmə ilk növbədə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsasız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» 23 fevral 2016-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Avropa Məhkəməsi) qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İş materiallarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(107)-65/2021 nömrəli qətnaməsinə əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Balakən Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli, 2(019)-136/2020 saylı qətnaməsi ilk iddia tələbinə münasibətdə, eyni zamanda X2 mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh iddiaçı tərəfindən cavabdehə ödənilmiş ******* manat pulun cari dəyəri olan 1.524,94 manat, iddiaçının əkdiyi fındıq ağaclarına aqrotexniki qulluq göstərilməsi üçün çəkdiyi xərc olan 5000 (beş min) manat, 110 toma bar verən fındıq ağaclarının qiyməti olan 11000 (on bir min) manat, cəmi 17524,94 manat pulun alınaraq İddiaçı ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin X2 mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi hissəsinin qətnamədən xaric edilməsi, qətnamənin qarşılıqlı iddia tələbinin İddiaçı Cavabdeh ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Püştətala kəndində yerləşən, JN 0061 KOD 40111018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə verilmiş 1.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, Cavabdeh həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi hissəsində dəyişdirilmədən saxlanılması, qətnamənin ilk və qarşılıqlı iddia tələbinin təmin edilmiş hissəsində eyni vaxtda icra edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-5973/2021 nömrəli qərarına əsasən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmuş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-65/2021 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsi qismən-ilkin iddianın fındıq ağaclarına aqrotexniki qulluq göstərilməsi üçün çəkilmiş 5000 manat xərcin tutulması hissəsində ləğv edilmiş və həmin hissədə yeni qərar qəbul olunmuş, iddia həmin hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(107)-65/2021 nömrəli qətnaməsi qüvvədə qalan hissədə və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)- 5973/2021 nömrəli qərarı qanuni qüvvəyə minmişdir. O da qeyd edilməlidir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(107)-65/2021 nömrəli qətnaməsində həmin mübahisənin həlli zamanı həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6 və 157.7-ci maddələrinə istinad edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Bununla da sözügedən məhkəmə qərarları ilə Cavabdeh İddiaçı xeyrinə olan ziyan mələği ödənilmiş ******* manat pulun cari dəyəri olan 1.524,94 manat və 110 toma bar verən fındıq ağaclarının qiyməti olan 11000 (on bir min) manat olmaqla ümumilikdə 12524,94 manat məbləğində müəyyən edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(107)-65/2021 nömrəli qətnaməsində o cümlədən iddiaçının iddia tələbinin əsaslandırdığı hal kimi istinad etdiyi "xxxx" MMC-nin müvafiq rəyinə hüquqi qiymət verilməklə 110 toma bar verən fındıq ağaclarının qiyməti 11000 manat müəyyən edilmiş və o cümlədən həmin məbləğin cavabdehdən tutulub iddiaçıya ödənilməsi qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası xx.xx.2021-ci il tarixli 2(102)-5973/2021 nömrəli qərarı apellyasiya instansiyası məhkəməsinin bununla bağlı mövqeyini əsaslı hesab etmişdir. Göründüyü kimi, iddiaçının hazırki iddia tələbi üzrə eyni tərəflər arasında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və etirazın predmetinə aid olan faktlar, həmçinin 110 toma fındıq ağaclarının qiymətinin 11000 manat təşkil etməklə cavabdehdən alınıb iddiaçıya verilməsinə dair fakt müəyyən edilmişdir ki, qanunvericiliyin tələbinə əsasən də (MPM-nin 82.3-cü maddəsi) həmin faktlar preyudisial əhəmiyyət daşıyır, yəni həmin faktların işdə iştirak edən şəxslər, həmçinin iddiaçı tərəfindən hazırki məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. İddiaçı bu faktın eyni tərəflər arasında hazırki məhkəmə prosesində preyudisial əhəmiyyət daşıyan fakt olmaması və cavabdehin 110 toma fındıq ağaclarına görə iddiaçıya 11000 manatdan əlavə daha 8800 manat pul ödəməli olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, 8800 manat tələbə dair iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. Qeyd edildiyi kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehin 110 toma fındıq ağaclarına görə iddiaçıya 11000 manat ödəməli olması fakt olaraq müəyyən olunmuşdur və bu fakt da hazırki iş üzrə preyudisial əhəmiyət daşıyır. Həmin 110 toma fındıq ağaclarına görə 11000 manatdan əlavə daha 8800 manat pul tələbi heç bir faktoloji və hüquqi əsaslara söykənməməklə əsassızdır və təmin olunmamalıdır. Məhkəmə, 17 avqust 2023-cü il tarixdə məhkəmə prosesində iştirak edən cavabdehin izahatını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, belə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə iddiası əsassız olduğundan təmin edilməməlidir. Həmçinin hazırki iddianın qaldırılması üçün İddiaçı tərəfindən ödənilmiş 110 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilməsin. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 110 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-574/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-574/2023
05.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver