Məhkəmə qərarları › İş №e-2(019)-586/2024

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-586/2024

13.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-586/2024 13.09.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdeh2 nümayəndəsi Nümayəndə2 və tərcüməçi X7 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ünvan 1ində yerləşən reyestr nömrəsi **********32 olan, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən payının iş materiallarına əlavə edilmiş ekspert rəyinə uyğun 1/3 hissə torpaq sahəsinin naturada ayrılması, payına verilmiş torpaq sahəsindən cavabdehlərin çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1ində yerləşən reyestr nömrəsi **********32 olan, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən payının iş materiallarına əlavə edilmiş ekspert rəyinə uyğun 1/3 hissə torpaq sahəsinin naturada ayrılması, payına verilmiş torpaq sahəsindən cavabdehlərin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, ünvan 1i ünvanında yaşayır. X13 Timofeyevna 14 iyun 2006-cı ildə vəfat edəndən sonra ondan ünvan 1ində yerləşən, Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 saylı qərarı əsasında verilmiş JN-1096 KOD 40110018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən məqsədli istifadəsi çoxillik əkmələr olan kənd təsərrüfatı təyinatlı 0.14 ha torpaq sahəsi və torpaq sahəsində bir otaqdan ibarət evi miras qalmışdır. X3 vəfatından sonra əri X12 həmin miras əmlaklara sahiblik etməklə həmin mirası faktiki olaraq qəbul etmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə miras əmlak olan ünvan 1ində yerləşən X4 miras qalmış 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun vərəsələri olan X10, Cavabdeh1 və X12 arasında payları bərabər olmaqla bölüşdürülmüşdür. Bundan sonra xx.xx.2020-ci il tarixdə o, xx.xx.2022-ci il tarixdə isə digər vərəsələr ünvan 1ində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə hər birinə 1/3 hissə olmaqla reyestr nömrəsi **********32 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. Cavabdehlərlə aralarında səngiməyən çox söz-söhbətlər və mübahisələr olduğuna görə qeyd edilən torpaq sahəsindən 1/3 hissə payının naturada ayrılmasını, cavabdehlərin onun payına uyğun verilmiş ərazidən çıxarılmasını istəyir. ünvan 1ində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 1/3 hissə payının naturada ayrılmasının mümkün olub-olmaması ilə bağlı mütəxəssis rəyinin verilməsi üçün “X11” MMC-yə müraciət edilmişdir. “X11” MMC-nin xx.xx.2021-ci il tarixli 558 saylı mütəxəssis rəyində ünvan 1ində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 1/3 hissə payının naturada ayrılmasının mümkün olduğu və bunun nəticəsində ona 0.0461 ha torpaq sahəsinin düşdüyü müəyyən edilmişdir. Lakin cavabdehlərlə ümumi əşyanın bölünməsi və ya payın ayrılması ilə bağlı razılığa gələ bilmirlər. Buna görə də mübahisələrinin qanuni yolla həll edilməsi üçün Balakən Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 iddianı müdafiə edərək, iddiaçının izahatına uyğun eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək, iddianın əsassız olduğunu, iddiaçı Akif Qarayevin onlara qarşı “torpaq sahəsinə ona düşən payının 1/3 hissəsinin naturada ayrılması tələbinə dair” eyni məzmunlu iddiasına Balakən Rayon Məhkəməsi tərəfindən baxıldığını və məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(019)- 12/2020 və xx.xx.2024-cü il tarixli, e-2(019)-26/2024 nömrəli qətnamələri ilə iddianın təmin edilmədiyini, qətnamələrdən şikayət verilmədiyini, həmin qətnamələrin qanuni qüvvəsini aldığını bildirib, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırki iş üzrə xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sonrakı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına təkrarən gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********32 olan, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaqlarının 1/3 hissəsi X6, 1/3 hissəsi Cavabdeh1 və 1/3 hissə X5 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan 15 fevral 2024-cü il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsindən görünür ki, X1 rayonu Gərəkli kəndində yerləşən ümumi sahəsi 0.14 ha olan torpaq sahəsinin paylı mülkiyyət hüququ ilə özünə məxsus olan 1/3 hissəsini arvadı İddiaçı bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********32 olan xx.xx.2024-cü il tarixli Çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/3 hissəsi X6, 1/3 hissəsi Cavabdeh1 və 1/3 hissəsi İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin 13 noyabr 2023-cü il tarixli mütəxəssis rəyində göstərilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********32 olan qeydiyyat nömrəli xx.xx.2020- ci il tarixli çıxarışla 1/3 hissə X6, 1/3 hissə X5 və 1/3 hissə Cavabdeh1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Balakən rayonu, Gərəkli kəndində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri hüquq müəyyənedici sənədlərə uyğundur. 2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********32 olan qeydiyyat nömrəli xx.xx.2020- ci il tarixli çıxarışla 1/3 hissə X6, 1/3 hissə X5 və 1/3 hissə Cavabdeh1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Balakən rayonu, Gərəkli kəndində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən qanunsuz tikili nəzərə alınmadan sözügedən torpaq sahəsinin hər birinin pay normasına uyğun naturada ayrılması mümkündür. Gərəkli kəndində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinində yerləşən qanunsuz tikili nəzərə alinmadan sözügedən torpaq sahəsinin hər birinin pay normasına uyğun naturada ayrılmış vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 noyabr 2023-cü il tarixli №10/4507 nömrəli ekspert rəyində göstərilir ki, Balakən rayonu, Gərəkli kəndi ərazisində yerləşən, mübahisə predmeti olan 0.14 ha torpaq sahəsinin faktiki olaraq fiziki sərhədləri və hər hansı bir mərz nişanı mövcud olmadığından həmin torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərə uyğun olubolmamasının müəyyən edilməsi mümkün olmamışdır. Balakən rayonu, Gərəkli kəndi ərazisində yerləşən, mübahisə predmeti olan 0.14 ha torpaq sahəsindən iddiaçıya aid 1/3 hissənin naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bölgü variantı rəyə əlavə edilmiş sxemdə qeyd olunmuşdur. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(019)- 12/2020 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X12 cavabdehlər Cavabdeh1 və X2rşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (019)-220/2019 saylı qətnaməsinə əsasən anasından miras qalmış ona düşən payının 1/3 hissəsinin naturada müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddiaçı X5 cavabdehlər Cavabdeh1 və X2rşı iddiaçıya düşən payının naturada müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədə məhkəmənin iddia predmetinə aid müəyyən edərək hüquqi cəhətdən qiymətləndirdiyi faktlar olaraq müəyyən olunmuşdur ki, mərhum X4 miras qalmış ünvan 1ində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/3 hissəsinə X5 miras payı müəyyən edilmiş, miras əmlakın digər 2/3 hissəsi açıq saxlanılmışdır. İddiaçı X12 mərhum anası X4 miras qalan 0.14 ha torpaq sahəsinin ona aid 1/3 hissəsinin naturada müəyyən edilməsi məqsədi ilə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mütəxəssis və ekspert rəyinə əsasən mərhum X4 miras qalmış ünvan 1ində yerləşən 0.14 ha torpaq sahəsindən iddiaçı X5 1/3 hissə payının naturada ayrıldığı halda, bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən naturada real bölgüsü mümkün deyildir. Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(019)-12/2020 nömrəli qətnaməsi də qanuni qüvvəyə minmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(019)- 26/2024 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X5 cavabdehər Cavabdeh2 və Cavabdeh1 qarşı payına verilmiş torpaq sahəsindən cavabdehlərin çıxarılması, payına verilmiş torpaq sahələrinə sahib olmağı, ondan istifadə etməyinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(019)- 26/2024 nömrəli qərardadından görünür ki, iddiaçı X5 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı reyestr nömrəsi **********32 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən qeydə alınmış ünvan 1ində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona məxsus 1/3 hissəsinin naturada ayrılması, payına verilmiş torpaq sahəsindən cavabdehlərin çıxarılması, payına verilmiş torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması tələbinə dair mülki iş üzrə icraata reyestr nömrəsi **********32 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən qeydə alınmış ünvan 1ində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona məxsus 1/3 hissəsinin naturada ayrılması tələbi hissəsində eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(019)- 12/2020 nömrəli qətnaməsi olduğundan xitam verilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 624/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iddiaçı X12 tərəfindən verilmiş şikayət təmin edilməmiş, hazırki iş üzrə Balakən Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 fevral 2024- ci il tarixli qərardad dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün Azərbaycan Respublikasının Dövlət büdcəsinə 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə, İddiaçı Viktorevnanın, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdeh2 nümayəndəsi Nümayəndə2 və xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ünvan 1ində yerləşən reyestr nömrəsi **********32 olan, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən payının iş materiallarına əlavə edilmiş ekspert rəyinə uyğun 1/3 hissə torpaq sahəsinin naturada ayrılması, payına verilmiş torpaq sahəsindən cavabdehlərin çıxarılması tələbinə dair iddiasına eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrinin olması əsası ilə xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırki iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə- ünvan 1ində yerləşən reyestr nömrəsi **********32 olan, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən payının iş materiallarına əlavə edilmiş ekspert rəyinə uyğun 1/3 hissə torpaq sahəsinin naturada ayrılması tələbi hissəsində qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(019)-12/2020 nömrəli qətnaməsi və payına verilmiş torpaq sahəsindən cavabdehlərin çıxarılması tələbi hissəsində qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(019)-26/2024 nömrəli qətnaməsi vardır. Həmin Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(019)-12/2020 nömrəli və xx.xx.2024-cü il tarixli, e-2(019)-26/2024 nömrəli qətnamələri ilə iddiaçı X5 cavabdehlər Cavabdeh1 və X8- X6 vərəsəsi Cavabdeh2 qarşı müvafiq olaraq iddiaçıya düşən payının naturada müəyyən edilməsi və cavabdehlərin onun payına düşən torpaq sahəsindən çıxarılması tələbinə dair iddiaları təmin edilməmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(019)-12/2020 nömrəli və xx.xx.2024-cü il tarixli, e-2(019)-26/2024 nömrəli qətnamələri də qanuni qüvvəyə minmişdir. Bu xüsusda məhkəmə qeyd edir ki, İddiaçı məhkəmə qətnamələri çıxarılmış həmin işlər üzrə iddiaçı X5 arvadıdır. İş materialları ilə müəyyən olunur ki, əvvəlki məhkəmə icraatlarında işə baxılan zaman mübahisəli torpaq sahəsinin mövcud vəziyyəti (ölçüsü, yerləşməsi, təyinatı, pay bölgüsü) ilə hazırki mövcud vəziyyət arasında hər hansı dəyişiklik olmamışdır. Belə bir halın mövcudluğu iddiaçı tərəfindən də mübahisələndirilməmişdir. Ümumi paylı mülkiyyətdə olan torpaq payı üzrə mülkiyyət subyektinin dəyişməsi-X5 həmin torpaq sahəsinin payına düşən 1/3 hissəsini bağışlama müqaviləsi əsasında arvadı İddiaçı bağışlamaqla İddiaçı sözügedən torpaq sahəsinin 1/3 hissəsinin paylı mülkiyyətçisi olması iddianın əsasının dəyişilməsi kimi qiymətləndirilə bilməz. Bu konteksdə hazırki mülki iş üzrə tərəflər qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(019)-12/2020 nömrəli və xx.xx.2024-cü il tarixli, e- 2(019)-26/2024 nömrəli qətnamələrinin qəbul edildiyi mülki işlərin tərəfləri ilə eynidir, həmin iddiaların predmetləri və əsasları da eynilik təşkil edir. İş materiallarından müəyyən olunur ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(019)-12/2020 nömrəli və xx.xx.2024-cü il tarixli, e-2(019)-26/2024 nömrəli qətnamələri qanuni qüvvəyə minmişdir və həmin məhkəmə qətnamələrində tələbin və (və ya) etirazın predmetinə aid olan faktlar əks olunmuş, araşdırılmış və qiymətləndirilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə iş üzrə sübutları tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ünvan 1ində yerləşən reyestr nömrəsi **********32 olan, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən payının iş materiallarına əlavə edilmiş ekspert rəyinə uyğun 1/3 hissə torpaq sahəsinin naturada ayrılması, payına verilmiş torpaq sahəsindən cavabdehlərin çıxarılması tələbinə dair mülki iş üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(019)-12/2020 nömrəli və xx.xx.2024-cü il tarixli, e-2(019)-26/2024 nömrəli qətnamələri olduğundan xitam verilməli, tərəflərə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə həmin mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah edilməlidir. Həmçinin hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu hazırki qərardad qanuni qüvvəyə mindikdən sonra Balakən rayon Maliyyə Şöbəsi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır:114.1.4. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.2-ci maddəsinə əsasən məhkəmə qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ünvan 1ində yerləşən reyestr nömrəsi **********32 olan, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən payının iş materiallarına əlavə edilmiş ekspert rəyinə uyğun 1/3 hissə torpaq sahəsinin naturada ayrılması, payına verilmiş torpaq sahəsindən cavabdehlərin çıxarılması tələbinə dair mülki iş üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(019)-12/2020 nömrəli və xx.xx.2024-cü il tarixli, e-2(019)-26/2024 nömrəli qətnamələri olduğundan xitam verilsin. Tərəflərə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə həmin mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah edilsin. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu hazırki qərardad qanuni qüvvəyə mindikdən sonra Balakən rayon Maliyyə Şöbəsi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar