Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-587/2023 15.09.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə və X2 qarşı 27 iyun 2012-ci il tarixdə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində qeydiyyata alınmış 0.1043 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən 1970-ci ildə inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64.50 kvm-dən ibarət fərdi yaşayış evinə dair qeydin ləğv edilməsi, X6 adına reyestr nömrəsi **********32- 10301 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 0.1043 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə və məhv olmuş fərdi yaşayış evinə münasibətdə qismən ləğv edilməsi tələbinə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə və X2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, 27 iyun 2012-ci il tarixdə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində qeydiyyata alınmış 0.1043 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən 1970-ci ildə inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64.50 kvm-dən ibarət fərdi yaşayış evinə dair qeydin ləğv edilməsi, X6 adına reyestr nömrəsi **********32- 10301 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 0.1043 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə və məhv olmuş fərdi yaşayış evinə münasibətdə qismən ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edib, onunla əsaslandırmışdır ki, iddiaçı Balakən rayonunun Katex kəndində yaşayır. Cavabdeh X11 onun nəvəsidir. Hazırda o, anası Kəmalə Alqayeva öldüyündən onun anası ilə birlikdə Zaqatala rayonu Sumaylı kəndində özlərinə məxsus evdə yaşayırlar. X1 iddiaçının həyat yoldaşı olmuşdur. Onunla birgə nikahda olduqları müddətdə 1970-ci ildə 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64.50 kvm-dən ibarət fərdi yaşayış evi inşa etmişlər. Balakən rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 01 nömrəli qərarı ilə X3 və İddiaçı ümumi birgə mülkiyyətinə 0.60 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün pay torpaq sahəsi və 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. 0.60 ha pay torpaq sahəsinə JN KOD 40111018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. 0.10 ha həyətyanı torpaq sahəsinə isə AN 206480 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. İddiaçının mərhum əri X7 26 fevral 2011-ci il tarixdə vəsiyyətnamə tərtib etdirərək yaşadıqları evlərini nəvəsi X8 vəsiyyət etmişdir. X7 01 may 2011-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra Balakən rayon dövlət notariat kontorunda vərəsəlik işi açılmış, nəvəsi X6 adına 02 dekabr 2011-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı və oğlu X4 mərhumdan qalmış mirasdan onlara çatacaq paylarından X6 xeyrinə imtina etmişlər. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən 27 iyun 2012-ci il tarixdə X6 adına 0.1043 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən 1970-ci ildə inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64.50 kvm-dən ibarət fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində qeydiyyata alınmış və onun adına reyestr nömrəsi **********32-10301 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin vaxtdan sonra X11 və onun ailə üzvləri həmin evdə yaşamamışlar. 2012-ci ilin may və oktyabr aylarında Balakən rayonunda baş vermiş zəlzələ nəticəsində iddiaçının yaşadığı ev yararsız vəziyyətə düşmüşdür. Buna görə də 2015-ci ildə Turan Alqayevə bağışlanmış onun yaşadığı ev sökülmüşdür. 2018-ci ildə yaşadığı təsərrüfatda 0.10 ha həyətyanı torpaq sahəsində 1 mərtəbəli 4 otaqlı hamam və mətbəxdən ibarət fərdi yaşayış evi inşa etmişdir. Hal-hazırda da həmin evdə özü yaşayır. Qeyd etmək istəyir ki, 0.10 ha həyətyanı torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə X7 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmişdir. Lakin Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala ərazi idarəsi 27 iyun 2012-ci il tarixdə X6 adına 0.1043 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən 1970-ci ildə inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64.50 kvm-dən ibarət fərdi yaşayış evinə reyestr nömrəsi **********32-10301 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verərkən səhvə yol vermiş, torpaq sahəsi ümumi birgə mülkiyyətdə olduğu halda, torpaq sahəsinin 1/2 hissəsinə iddiaçının mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almamışdır. Yəni Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala ərazi idarəsi X6 Balakən rayonu Katex kəndində yerləşən X7 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmiş 1043.7 kvm həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1970-ci ildə inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64.50 kvm-dən ibarət fərdi yaşayış evinin X1na aid hissəsi üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almalı idi. Belə olan halda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala ərazi idarəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu, 139-1-ci, 140-cı maddələrinin, Daşınmaz Əmlakın Dövlət reyestri haqqında Qanunun 8-ci və 16-cı maddələrinin tələblərini pozmuşdur. Eyni zamanda X6 adına 0.1043 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən 1970-ci ildə inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64.50 kvm-dən ibarət fərdi yaşayış evi hal-hazırda mövcud deyil və məhv olmuşdur. Belə olan halda isə X6 1970-ci ildə inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64.50 kvm-dən ibarət fərdi yaşayış evi olan daşınmaz əmlaka mülkiyyət hüququ itirilmiş hesab olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203-cü maddəsində mülkiyyət hüququnun itirilməsinin növləri müəyyən edilmişdir. Hesab edir ki, 0.1043 ha həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyətdə olduğundan və 1970-ci ildə inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64.50 kvm-dən ibarət fərdi yaşayış evi tam məhv olduğundan, eyni zamanda X6 Balakən rayonu Katex kəndində yerləşən X7 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmiş 1043.7 kvm həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1970-ci ildə inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64.50 kvm-dən ibarət fərdi yaşayış evinin X1na aid hissəsi üzərində mülkiyyət hüququ yarandığından, 27 iyun 2012-ci il tarixdə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində qeydiyyata alınmış 0.1043 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən 1970-ci ildə inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64.50 kvm-dən ibarət fərdi yaşayış evinə dair qeyd ləğv edilməli, X6 adına reyestr nömrəsi **********32-10301 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 0.1043 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə və məhv olmuş fərdi yaşayış evinə münasibətdə qismən ləğv edilməlidir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi və X4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Katex kənd İnzibati Ərazi dairəsi tərəfindən verilmiş 08 oktyabr 2020-ci il tarixli 1604 saylı arayışdan görünür ki, İddiaçı öz təsərrüfatında 0.10 ha həyətyanı torpaq sahəsində 2018-ci ildə ümumi sahəsi 130 kvm olan 1 mərtəbəli, 4 otaqlı hamam və mətbəxdən ibarət fərdi yaşayış evi inşa etmişdir. Mərhum əri X7 tərəfindən 1970-ci ildə tikilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64.5 kvm-dən ibarət olan yaşayış evi yararsız halda olduğu üçün 2015-ci ildə sökülmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Balakən rayonu Katex kəndində mülkiyyətində olan 0.1043 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64.5 kvmdən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********32-10301 nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 02 dekabr 2011-ci ildə Balakən rayon Notariat Kontoru tərəfindən verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 01 may 2011-ci ildə vəfat etmiş X3 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi X9r və o, miras əmlakını tam almalıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 26 fevral 2011-ci ildə Balakən rayon Notariat Kontoru tərəfindən təsdiq edilmiş vəsiyyətnamədən görünür ki, X7 ona məxsus olan bütün əmlakını X8 vəsiyyət etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Katex kənd İnzibati Ərazi dairəsi tərəfindən verilmiş 13 oktyabr 2011-ci il tarixli 3175 saylı arayışdan görünür ki, AN 206480 saylı Torpaq sahəsinin plan və ölçüsü sənədində qeyd olunan 0.10 ha həyətyanı torpaq sahəsi Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 06 nömrəli qərarına əsasən X3 və İddiaçı mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş AN 206480 saylı Torpaq sahəsinin plan və ölçüsü sənədinin surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 06 nömrəli qərarına əsasən X3 adına 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN 1959 KOD 40105018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, 0.60 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş torpaq sahəsi Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 nömrəli qərarına əsasən X3 və İddiaçı mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Katex kənd İnzibati Ərazi dairəsi tərəfindən verilmiş 03 may 2011-ci il tarixli AZ-İ 461634 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2011-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş Müqavilə və digər əsaslar üzrə vəfat etmiş şəxsə məxsus olmuş, üzərində mülkiyyət və digər əşya hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka dair hüquqların rəsmiləşdirilməsinin mümkünlüyü barədə 667 saylı arayışdan görünür ki, Balakən rayonu Katex kəndində yerləşən X3 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmiş 0.1043 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64.5 kvm-dən ibarət fərdi yaşayış evinin X1na aid hissəsi üzərində mülkiyyət və digər əşya hüquqlarının mülkiyyət hüququ üzrə qanunvericiliyə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas verir. İş materiallarından həmçinin görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı Balakən rayonunun Katex kəndində yaşayır. Cavabdeh X11 onun nəvəsidir. Hazırda o, anası Kəmalə Alqayeva öldüyündən onun anası ilə birlikdə Zaqatala rayonu Sumaylı kəndində özlərinə məxsus evdə yaşayırlar. X1 iddiaçının həyat yoldaşı olmuşdur. İddiaçı onunla birgə nikahda olduqları müddətdə 1970-ci ildə 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64.50 kvm-dən ibarət fərdi yaşayış evi inşa etmişlər. Balakən rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 01 nömrəli qərarı ilə X3 və İddiaçı ümumi birgə mülkiyyətinə 0.60 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün pay torpaq sahəsi və 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. 0.60 ha pay torpaq sahəsinə JN KOD 40111018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. 0.10 ha həyətyanı torpaq sahəsinə isə AN 206480 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Mərhum əri X7 26 fevral 2011-ci il tarixdə vəsiyyətnamə tərtib etdirərək yaşadıqları evlərini nəvəsi X8 vəsiyyət etmişdir. X7 01 may 2011-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra Balakən rayon dövlət notariat kontorunda vərəsəlik işi açılmış, nəvəsi X6 adına 02 dekabr 2011-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı və oğlu X4 mərhumdan qalmış mirasdan onlara çatacaq paylarından X6 xeyrinə imtina etmişlər. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən 27 iyun 2012-ci il tarixdə X6 adına 0.1043 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən 1970-ci ildə inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64.50 kvm-dən ibarət fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində qeydiyyata alınmış və onun adına reyestr nömrəsi **********32-10301 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin vaxtdan sonra X11 və onun ailə üzvləri həmin evdə yaşamamışlar. 2012-ci ilin may və oktyabr aylarında Balakən rayonunda baş vermiş zəlzələ nəticəsində iddiaçının yaşadığı ev yararsız vəziyyətə düşmüşdür. Buna görə də 2015-ci ildə Turan Alqayevə bağışlanmış onun yaşadığı ev sökülmüşdür. 2018-ci ildə yaşadığı təsərrüfatda 0.10 ha həyətyanı torpaq sahəsində 1 mərtəbəli 4 otaqlı hamam və mətbəxdən ibarət fərdi yaşayış evi inşa etmişdir. Hal-hazırda da həmin evdə özü yaşayır. 0.10 ha həyətyanı torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə X7 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmişdir. Lakin Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala ərazi idarəsi 27 iyun 2012-ci il tarixdə X6 adına 0.1043 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən 1970-ci ildə inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64.50 kvm-dən ibarət fərdi yaşayış evinə reyestr nömrəsi **********32-10301 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verərkən səhvə yol vermiş, torpaq sahəsi ümumi birgə mülkiyyətdə olduğu halda, torpaq sahəsinin 1/2 hissəsinə iddiaçının mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almamışdır. Yəni Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala ərazi İdarəsi X6 Balakən rayonu Katex kəndində yerləşən X7 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmiş 1043.7 kvm həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1970-ci ildə inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64.50 kvm-dən ibarət fərdi yaşayış evinin X1na aid hissəsi üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almalı idi. Belə olan halda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala ərazi İdarəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu, 139-1-ci, 140-cı maddələrinin, Daşınmaz Əmlakın Dövlət reyestri haqqında Qanunun 8-ci və 16-cı maddələrinin tələblərini pozmuşdur. Eyni zamanda X6 adına 0.1043 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən 1970-ci ildə inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64.50 kvm-dən ibarət fərdi yaşayış evi hal-hazırda mövcud deyil və məhv olmuşdur. Belə olan halda isə X6 1970-ci ildə inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64.50 kvm-dən ibarət fərdi yaşayış evi olan daşınmaz əmlaka mülkiyyət hüququ itirilmiş hesab olunur. Buna görə də İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və hazırki iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə ilk öncə qeyd edir ki, iş materiallarından göründüyü kimi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 iyun 2012-ci il tarixdə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində qeydiyyata alınmış 0.1043 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən 1970-ci ildə inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64.50 kvm-dən ibarət fərdi yaşayış evinə dair qeydin ləğv edilməsi, X6 adına reyestr nömrəsi **********32- 10301 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 0.1043 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə və məhv olmuş fərdi yaşayış evinə münasibətdə qismən ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, sözügedən 0.1043 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən 1970-ci ildə inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64.50 kvmdən ibarət fərdi yaşayış evi məhv olmuşdur, mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Eyni zamanda məhkəmə iclasında o da müəyyən edildi ki, hazırda mübahisələndirilən 0.10 ha həyətyanı torpaq sahəsi Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 06 nömrəli qərarına əsasən X3 və İddiaçı mülkiyyətinə verilmişdir. Məhkəmə nəzərə çatdırır ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları Bəyannaməsinin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8 və 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 2.3, 2.4, 16.3, 16.4 və 16.5-ci maddələrinə istinadən həmin normaların məzmunu aşağıdakı kimidir: Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər (2.3-cü maddə). Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. (2.4-cü maddə) Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər (16.3-cü maddə). Həmin Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər (16.4-cü maddə). Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir (16.5-ci maddə). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.8-ci maddəsinə əsasən daşınmaz əmlaka dair müqavilələrin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına görə daşınmaz əmlaka dair müqaviləni təsdiqləyən notarius və müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) vəzifəli şəxsi məhkəmə məsuliyyəti daşıyırlar. Daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka dair müqavilələrin qeydiyyatının aparılmaması və ya qeydiyyatın düzgün olmaması, qeydiyyatın natamam olması ilə bağlı iddialara görə dövlət reqressant qismində çıxış edir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 2.3, 2.4, 16.3, 16.4 və 16.5-ci maddələrinə istinadən həmin normaların məzmunu aşağıdakı kimidir: Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. (2.3-cü maddə); Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir (2.4-cü maddə); Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər (16.3-cü maddə); Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər (16.4-cü maddə); Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. (16.5-ci maddə). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.8-ci maddəsinə əsasən daşınmaz əmlaka dair müqavilələrin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına görə daşınmaz əmlaka dair müqaviləni təsdiqləyən notarius və müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) vəzifəli şəxsi məhkəmə məsuliyyəti daşıyırlar. Daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka dair müqavilələrin qeydiyyatının aparılmaması və ya qeydiyyatın düzgün olmaması, qeydiyyatın natamam olması ilə bağlı iddialara görə dövlət reqressant qismində çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istina edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə iclasında işdə olan sübutlar əsasında müəyyən edildi ki, 0.10 ha həyətyanı torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə X7 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmişdir. Lakin Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala ərazi idarəsi 27 iyun 2012-ci il tarixdə X6 adına 0.1043 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən 1970-ci ildə inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64.50 kvm-dən ibarət fərdi yaşayış evinə reyestr nömrəsi **********32-10301 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verərkən səhvə yol vermiş, torpaq sahəsi ümumi birgə mülkiyyətdə olduğu halda, torpaq sahəsinin 1/2 hissəsinə iddiaçının mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almamışdır. Yəni Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala ərazi idarəsi X6 Balakən rayonu Katex kəndində yerləşən X7 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmiş 1043.7 kvm həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1970-ci ildə inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64.50 kvm-dən ibarət fərdi yaşayış evinin X1na aid hissəsi üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almalı idi. Belə olan halda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala ərazi idarəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu, 139-1-ci, 140-cı maddələrinin, Daşınmaz Əmlakın Dövlət reyestri haqqında Qanunun 8-ci və 16-cı maddələrinin tələblərini pozmuşdur. Eyni zamanda X6 adına 0.1043 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən 1970-ci ildə inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64.50 kvm-dən ibarət fərdi yaşayış evi hal-hazırda mövcud deyil və məhv olmuşdur. Belə olan halda isə X6 1970-ci ildə inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64.50 kvm-dən ibarət fərdi yaşayış evi olan daşınmaz əmlaka mülkiyyət hüququ itirilmiş hesab olunur. Məhkəmə işin hallarını, 0.1043 ha həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyətdə olduğundan və 1970-ci ildə inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64.50 kvm-dən ibarət fərdi yaşayış evi tam məhv olduğundan, eyni zamanda X6 Balakən rayonu Katex kəndində yerləşən X7 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmiş 1043.7 kvm həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1970-ci ildə inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64.50 kvm-dən ibarət fərdi yaşayış evinin X1na aid hissəsi üzərində mülkiyyət hüququ yarandığınını nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 27 iyun 2012-ci il tarixdə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində qeydiyyata alınmış 0.1043 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən 1970-ci ildə inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64.50 kvm-dən ibarət fərdi yaşayış evinə və 0.1043 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə dair qeyd ləğv edilməli, X6 adına reyestr nömrəsi **********32-10301 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 0.1043 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə və məhv olmuş fərdi yaşayış evinə dair qeydə münasibətdə qismən ləğv edilməli, İddiaçı 0.1043 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə mülkiyyət hüququ bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etd: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 27 iyun 2012-ci il tarixdə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində qeydiyyata alınmış 0.1043 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən 1970-ci ildə inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64.50 kvm-dən ibarət fərdi yaşayış evinə və 0.1043 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə dair qeyd ləğv edilsin. X6 adına reyestr nömrəsi **********32- 10301 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qismən-0.1043 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə və məhv olmuş fərdi yaşayış evinə münasibətdə ləğv edilsin; İddiaçı 0.1043 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə mülkiyyət hüququ bərpa edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-587/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-587/2023
15.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver