Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-59/2024 19.02.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X7 katibliyi, İddiaçı nümayəndəsi - vəkili Nümayəndə1, Cavabdeh1, onun və digər Cavabdeh2 nümayəndəsi-vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən müəyyən olunmuş payına düşən hissənin naturada ayrılması, payına verilmiş torpaq sahələrindən cavabdehlərin çıxarılması, payına verilmiş torpaq sahələrindən ona düşən hissəsinə sahib olmağı, ondan istifadə etməyinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, ümumi paylı mülkiyyətdə olan Balakən rayonu, Qazma kəndi ünvanında yerləşən, ümumi sahəsi 313 kv/m olan fərdi yaşayış evindən və ümumi sahəsi 0.1996 ha olan torpaq sahəsindən 4/6 hissə payının və ümumi sahəsi 0.4061 ha olan torpaq sahəsindən 4/6 hissə payının naturada ayrılması, payına verilmiş torpaq sahələrindən və fərdi yaşayış evindən cavabdehlərin çıxarılması, payına verilmiş torpaq sahələrinə və fərdi yaşayış evindən ona düşən hissəsinə sahib olmağı, ondan istifadə etməyinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi - vəkili Nümayəndə1 işin məhkəmədə baxılmağa hazırlanması zamanı məhkəməyə iddianın həcminin azaldılması barədə ərizə verərək İddiaçı ümumi paylı mülkiyyətdə olan Balakən rayonu, Qazma kəndi ünvanında yerləşən, ümumi sahəsi 0.1996 ha olan torpaq sahəsindən 4/6 hissə payının və ümumi sahəsi 0.4061 ha olan torpaq sahəsindən 4/6 hissə payının naturada ayrılması, payına verilmiş torpaq sahələrindən cavabdehlərin çıxarılması, payına verilmiş torpaq sahələrindən ona düşən hissəsinə sahib olmağı, ondan istifadə etməyinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1i ünvanında yaşayır. X6, anası X10 olmuşdur. Atası, anası və o, eyni təsərrüfatda qeydiyyatda olmuşlar.Buna görə də kənddə torpaq islahatı aparılarkən o, valideynlərinin təsərrüfatında qeydiyyatda olmaqla yaşadığından həyətyanı və pay torpaq sahələrində onlarla eyni təsərrüfatda onun payı da göstərilmişdir. Belə ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 06 nömrəli qərarı ilə X14, X3, İddiaçı 0.20 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 824A Kod 40103018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmışdır. Eyni zamanda Balakən rayon Aqrar İslahat komissiyasının 08 may 1998-ci il tarixli 06 nömrəli qərarı ilə X14, X3, İddiaçı 0.73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 824 Kod 40103018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmışdır. 0.73 ha torpaq sahəsinin 0.47 ha hissəsi həyətyanı torpaq sahəsinə bitişik ərazidən, 0.26 ha hissəsi isə başqa ərazidən verilmişdir. X6 09 mart 2008-ci ildə, anası X10 isə 12 noyabr 2022-ci il tarixdə ölmüşdür. 2005-ci ildə ona və ailə üzvlərinə məxsus 0.20 ha həyətyanı torpaq sahəsində ümumi sahəsi 313 kv/m-dən ibarət 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi inşa edilmişdir. Anasının ölümündən sonra mərhum qardaşının arvadı Cavabdeh2 və oğlu Cavabdeh1 onu evdən və torpaq sahəsindən çıxartmışlar. Hazırda məcbur olub başqa yerlərdə qalır. Valideynlərinin ölümündən sonra Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinə müraciət edərək onlardan qalmış miras payının qəbul edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Balakən Regional “Asan xidmət” mərkəzində notariat ofisinin ƏMDK-nin yanında DƏDRX-nin 18 Saylı Zaqatala Ərazi idarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə X14 və X4 verilmiş **********95-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu, Qazma kəndi ünvanında yerləşən, ümumi sahəsi 313 kv/m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.1996 ha olan torpaq sahəsinin mərhuma çatacaq hissəsindən, ƏMDK-nin yanında DƏDRX-nin 18 Saylı Zaqatala Ərazi idarəsi tərəfindən xx.xx.2023 tarixdə X14 və X3 verilmiş **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.4061 ha olan torpaq sahəsinin mərhumlara çatacaq hissələrindən hər birindən 1/2 hissədə irs verilməsinə dair 2V-605, 2V-606, 2V-607, 2V- 608 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Bundan sonra 22 may 2023-cü il tarixdə ƏMDK-nin yanında DƏDRX-nin 18 Saylı ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 313 kv/m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.1996 ha olan torpaq sahəsinin 4/6 hissəsinə öz adına **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. 23 may 2023-cü il tarixdə isə ƏMDK-nin yanında DƏDRX-nin 18 Saylı ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.4061 ha olan torpaq sahəsinin 4/6 hissəsinə öz adına **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır.Cavabdehlərlə aralarında mübahisə olduğuna görə daşınmaz əmlakdan özünə məxsus olan hissələrin naturada ayrılmasını və ona sahib olmağını istəyir. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumi paylı mülkiyyətdə olan, Balakən rayonu, Qazma kəndi ünvanında yerləşən ümumi sahəsi 313 kv/m olan fərdi yaşayış evindən və ümumi sahəsi 0.1996 ha olan torpaq sahəsinin 4/6 hissəsindən və ümumi sahəsi 0.4061 ha olan torpaq sahəsinin 4/6 hissəsindən istifadə etməyə imkan vermirlər. Buna görə də mübahisənin qanuni yolla həll edilməsi üçün Balakən Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf etməyərək göstərdi ki, ümumi paylı mülkiyyətdə olan sözügedən torpaq sahələrindən iddiaçının payının ayrılması mümkün deyildir. İddia tələbi əsassızdır. İddanın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi -vəkili Nümayəndə2 iddianı etiraf etməyərək göstərdi ki,ümumi paylı mülkiyyətdə olan sözügedən torpaq sahələrindən iddiaçının payının ayrılması mümkün deyildir.İddia tələbi əsassızdır. İddanın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İHB-nın Qazma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 12 aprel 2023-cü ildə verilmiş 410 nömrəli arayışda göstərilmişdir ki,“Verilir Qazma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı ondan ötrü ki, o, anası X4 məxsus 2005-ci ildə tikilmiş iki mərtəbəli fərdi yaşayış evində yaşamışdır.Hal-hazırda Cavabdeh2 ilə aralarında olan mübahisəyə görə başqa ərazidə yaşayır”. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Regional “Asan xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən 11 aprel 2023-cü il tarixdə verilmiş 05-Q-105/69 nömrəli arayışda göstərilmişdir ki; “X11 12 noyabr 2022-ci il tarixdə ölmüşdür. Ölüm haqqında 23 noyabr 2022-ci ildə 284 nömrəli akt qeydi tərtib olunmuşdur». İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Regional “Asan xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən 12 aprel 2023-cü il tarixdə verilmiş 05-Q-105/69 nömrəli arayışda göstərilmişdir ki; “X16 09 mart 2008-ci il tarixdə ölmüşdür. Ölüm haqqında 11 mart 2008-ci ildə 06 nömrəli akt qeydi tərtib olunmuşdur”. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-824A KOD 40103018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 06 saylı qərarı ilə X14, X4 və İddiaçı ünvan 1i ərazisindən 0.20 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi **********95-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1ində yerləşən fərdi yaşayış evi 38 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə 1/6 hissə X1, 1/6 hissə X13 və 4/6 hissə İddiaçı adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən verilmiş, reyestr nömrəsi **********33 olan, ********** qeydiyyat nömrəli xx.xx.2023-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 1i ərazisində yerləşən 0.4061 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 138 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində xx.xx.2023-cü il tarixdə torpaq sahəsinin 1/6 hissəsi X13, 1/6 hissəsi X1, 4/6 hissəsi İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi idarəsi reyestr nömrəsi **********95- 10301 olan, 348 invertar qeydiyyat nömrəli 08 may 2023-cü il tarixli Texniki Pasportdan görünür ki, ünvan 1ində yerləşən fərdi yaşayış evi X1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 17 may 2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2008-ci il tarixdə vəfat etmiş-SARİYEV ŞƏHMİR BƏŞİR OĞLUNUN vərəsəsi: BALAKƏN RAYONU, QAZMA Ə/D, QAZMA KƏNDİ ünvanında qeydiyyatda olan QİZİ- SARİYEVA RAHİLƏ ŞƏHMİR QİZİDİR (AA*******, xx.xx.2023 - Asan-Balakən, FİN:xxxxxxx, d/t:xx.xx.1967) və o miras əmlakdan 1/2 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak -ƏMDK-nin yanında DƏDRX-nin 18 Saylı Zaqatala Ərazi idarəsi tərəfindən xx.xx.2023 tarixdə SARİYEV ŞƏHMİR BƏŞİR OĞLUNA verilmiş **********95-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu, Qazma kəndi ünvanında yerləşən ümumi sahəsi 313 kv/m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.1996 ha olan torpaq sahəsinin mərhuma çatacaq hissəsindən ibarətdir. - Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2023 –cü il tarixli qeydiyyat nömrəsi **********GY34402 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Balakən rayonu, Qazma kəndi ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. İş materiallarında olan 17 may 2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-cı ıl tarixdə vəfat etmiş-SARİYEVA MƏYRƏM MOLLAƏLİ QİZİNİN vərəsəsi: BALAKƏN RAYONU, QAZMA Ə/D, QAZMA KƏNDİ ünvanında qeydiyyatda olan QİZİ SARİYEVA RAHİLƏ ŞƏHMİR QİZİDİR (AA*******, xx.xx.2023 –cü il, Asan-Balakən, FİN:xxxxxxx, d/t:xx.xx.1967) və o miras əmlakdan 1/2 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak -ƏMDK-nin yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən xx.xx.2023 tarixdə SARİYEVA MƏYRƏM MOLLAƏLİ QİZİNA verilmiş **********95-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu, Qazma kəndi ünvanında yerləşən ümumi sahəsi 313 kv/m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.1996 ha olan torpaq sahəsinin mərhuma çatacaq hissəsindən ibarətdir. - Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2023 –cü il tarixli qeydiyyat nömrəsi **********GY34402 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Balakən rayonu, Qazma kəndi ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. İş materiallarında olan 17 may 2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş-SARİYEVA MƏYRƏM MOLLAƏLİ QİZİNİN vərəsəsi: BALAKƏN RAYONU, QAZMA Ə/D, QAZMA KƏNDİ ünvanında qeydiyyatda olan QİZİ SARİYEVA RAHİLƏ ŞƏHMİR QİZİDİR (AA*******, xx.xx.2023 - Asan-Balakən, FİN:xxxxxxx, d/t:xx.xx.1967) və o miras əmlakdan 1/2 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak -ƏMDK-nin yanında DƏDRX-nin 18 Saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə SARİYEVA MƏYRƏM MOLLAƏLİ QİZİNA verilmiş **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu, Qazma kəndi ünvanında yerləşən ümumi sahəsi 0.4061 ha olan torpaq sahəsinin mərhuma çatacaq hissəsindən ibarətdir. - Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2023-cü il tarixli qeydiyyat nömrəsi **********DF34402 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Balakən rayonu, Qazma kəndi ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********95-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2023-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 1i ərazisində yerləşən fərdi yaşayış evi 38 №li reyestr kitabının 15 №li vərəqində xx.xx.2023-cü il tarixdə ümumi birgə İddiaçı, X1 və X13 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 12 sentyabr 2023-cü il tarixdə verilmiş 3-21-3-47/2-3270/2023 nömrəli mütəxəssis rəyindən görünür ki; 1.İddiaçı,X13 və X1 ümumi paylı mülkiyyətində olan, ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 313 kv/m olan fərdi yaşayış evinin, evin yerləşdiyi 0.1996 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsinə bitişik olan 0.4061 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ölçüləri və hüquq müəyyənedici sənədlərə əsasən yerləşmə vəziyyəti, sahəsi, ölçüləri tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. 2.İddiaçı,X13 və X1 ümumi paylı mülkiyyətində olan, Balakən rayonu, Qazma kəndi ünvanında yerləşən, ümumi sahəsi 313 kv/m olan fərdi yaşayış evinin, evin yerləşdiyi 0.1996 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsinə bitişik olan 0.4061 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçının 4/6 hissə payının naturada ayrılması ilə bağlı bildirir ki, ümumi sahəsi 313 kv/m olan fərdi yaşayış evinin, evin yerləşdiyi 0.1996 ha həyətyanı torpaq sahəsi, fərdi yaşayış evi və qeyri-yaşayış tikilisi bölündükdən sonra baxıla bilər.Həmin torpaq sahəsinə bitişik olan 0.4061 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən qeyri-yaşayış tikilisi (maldamı) bölündükdən sonra torpaq sahəsindən iddiaçıların paylarına düşən hissənin bölünməsinə baxıla bilər. Mübahisəli torpaq sahəsinin naturada və hüquqmüəyyənedici sənədlərə əsasən yerləşmə vəziyyəti, sahəsi,ölçüləri tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 30 dekabr 2023-cü il tarixdə verilmiş 3- 16-16/2-10/6078 nömrəli ekspert rəyindən görünür ki; Qərardadın 1-ci sualı üzrə: Tədqiq olunan ünvanda baxış zamanı aparılan ölçü işləri nəticəsində mübahisə predmeti olan fərdi yaşayış evinin ,həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsinə bitişik kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin faktiki texniki göstəricilərinin hüquqmüəyyənedici sənədlərlə qeyd olunan texniki göstəricilərə uyğun olduğu müəyyən olunur. Qərardadın 2-ci sualı üzrə: Rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən Balakən rayonu, Qazma kəndi ərazisində yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evindən və həmin evin yerləşdiyi torpaq sahəsindən iddiaçıya məxsus 4/6 hissənin naturada ayrılmasının İnşaat Norma və Qaydaları 2.08.01.89*un 1.1,2.2,2.4 bəndlərində və Məhkəmə Tikinti-X12 Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı,mübahisə predmeti olan 0.4061 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən isə iddiaçıya məxsus 4/6 hissə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bölgü variantı rəyə əlavə edilmiş sxemdə qeyd edilmişdir. İş üzrə aparılmış məhkəmə mühəndis-texniki ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin, məhkəmə iclasına gəlmiş cavabdehin, onun və digər cavabdehin nümayəndəsi-vəkilinin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi zamanı müəyyən edildi ki, İddiaçı ünvan 1ində yaşayır.X6, anası X5r.Balakən rayon Aqrar İslahat komissiyasının 08 may 1998-ci il tarixli 06 nömrəli qərarı ilə X14, X3, İddiaçı 0.20 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə aid, JN 824A Kod 40103018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə təqdim olunmuşdur. Eyni zamanda Balakən Rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 06 nömrəli qərarı ilə X14, X3, İddiaçı 0.73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə aid JN 824 Kod 40103018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı təqdim olunmuşdur. 0.73 ha torpaq sahəsinin 0.47 ha hissəsi həyətyanı torpaq sahəsinə bitişik ərazidən, 0.26 ha hissəsi isə başqa ərazidən verilmişdir. 2005-ci ildə iddiaçıya və ailə üzvlərinə məxsus 0.20 ha həyətyanı torpaq sahəsində ümumi sahəsi 313 kv/m-dən ibarət 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi inşa edilmişdir. X6 09 mart 2008-ci ildə, anası X10 isə 12 noyabr 2022-ci il tarixdə ölmüşdür. Anasının ölümündən sonra mərhum qardaşının arvadı-Cavabdeh2 və oğlu-Cavabdeh1 iddiaçını evdən və torpaq sahəsindən çıxartmışlar.Valideynlərinin ölümündən sonra İddiaçı valideynlərindən qalmış miras əmlaklardan payının qəbul edilməsi ilə bağlı Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinə ərizə ilə müraciət etmişdir. Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən ünvan 3i ünvanında yerləşən, ümumi sahəsi 313 kv/m olan fərdi yaşayış evinin,ümumi sahəsi 0.1996 ha olan həyətyanı torpaq sahəsinin, habelə 0.4061 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum valideynləri X14 və X3 çatacaq hissələrindən hər birindən ona 1/2 hissədə irs verilməsinə dair 2V-605, 2V-606, 2V-607, 2V-608 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir.İddiaçı bundan sonra 22 may 2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 313 kv/m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.1996 ha olan torpaq sahəsinin 4/6 hissəsinə öz adına **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış,23 may 2023-cü il tarixdə isə 0.4061 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 4/6 hissəsinə öz adına **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Cavabdehlərlə aralarında mübahisə olduğuna görə iddiaçı daşınmaz əmlakdan özünə məxsus olan hissələrin naturada ayrılmasını və ona sahib olmaq istədiyindən hazırkı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında həmçinin ekspert rəyinə əsasən müəyyən edildi ki, ümumi paylı mülkiyyətdə olan 0.1996 ha olan həyətyanı torpaq sahəsindən iddiaçının 4/6 hissə payının naturada ayrılması mümkün deyildir, 0.4061 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən isə onun 4/6 hissə payının naturada ayrılması mümkündür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X9 Haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-220.3-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri,istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, mübahisəli torpaq sahələrinin ümumi paylı mülkiyyətdə olmasını, ümumi paylı mülkiyyətdə olan 0.1996 ha olan həyətyanı torpaq sahəsindən iddiaçının 4/6 hissə payının naturada ayrılmasının mümkün olmamasını, 0.4061 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən isə iddiaçının 4/6 hissə payının naturada ayrılmasının mümkün olmasını,hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli,İddiaçı, X16 və X2 ümumi paylı mülkiyyətində olan, Balakən rayonu, Qazma kəndi ünvanında yerləşən 0.4061 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 4/6 hissə payı naturada (ekspert rəyinə əlavə edilmiş sxemdə qeyd edilən qaydada) ayrılmalı,İddiaçı payına verilmiş həmin torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmalı, iddiaçının həmin torpaq sahəsinə sahib olmağı, ondan istifadə etməyinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Torpaq –kadastr baza məlumatları və çöl ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsi barədə mütəxəssis rəyinin verilməsi üçün İddiaçı tərəfindən ödənmiş 95 manatın 47,50 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı verilməli, qalan hissəsi İddiaçı özünə aid edilməlidir. 50 manat ekspertiza xərcinin 25 manatı Cavabdeh1 və Cavabdeh2,25 manatı isə İddiaçı alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Az.MEM VÖEN **********, X8, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinii rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı,X16 və X2 ümumi paylı mülkiyyətində olan,ünvan 3i ünvanında yerləşən 0.4061 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 4/6 hissə payı naturada (ekspert rəyinə əlavə edilmiş sxemdə qeyd edilən qaydada) ayrılsın.İddiaçı payına verilmiş həmin torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılsınlar. İddiaçının həmin torpaq sahəsinə sahib olmağı, ondan istifadə etməyinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Torpaq –kadastr baza məlumatları və çöl ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsi barədə mütəxəssis rəyinin verilməsi üçün İddiaçı tərəfindən ödənmiş 95 manatın 47,50 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı verilsin, qalan hissəsi İddiaçı özünə aid edilsin. 50 manat ekspertiza xərcinin 25 manatı Cavabdeh1 və Cavabdeh2,25 manatı isə İddiaçı alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Az.MEM VÖEN **********, X8, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-59/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-59/2024
19.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver