Məhkəmə qərarları › İş №e-2(019)-602/2022

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-602/2022

26.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-602/2022 26.05.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu,iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı payların naturada müəyyən edilməsi və onlara aid hissədən cavabdehin çıxarılması tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsini nəzərdən keçirərək müəyyən etdim : İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayonu Talalar kəndində yerləşən 0.12 ha həyətyanı,457,25 kv.m, 2995,22 kv.m, 5646.15 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 aid ümumilikdə 5/16 hissənin naturada ayrılması, Cavabdeh həmin hissədən çıxarılması, iddianın irəli sürülməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Həmçinin İddiaçı3 nümayəndəsi Nümayəndə məhkəməyə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə verərək iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “Balakən rayonu Talalar kəndində yerləşən 0.12 ha həyətyanı, 457.25 kv.m, 2995.22 kv.m, 5646.15 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin iddiaçılara aid ümumilikdə 5/16 hissəsinin naturada ayrılması, cavabdehin həmin hissədən çıxarılması” tələbinə dair mülki mübahisə mahiyyəti üzrə həll edilənə, qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək Balakən rayonu Talalar kəndində yerləşən 0.12 ha həyətyanı, 457.25 kv.m, 2995.22 kv.m, 5646.15 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 giriş-çıxma və həmin torpaq sahələrindən istifadələrinə, daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılmasına maneçilik yaradılmasının Cavabdeh və qeyrilərinə qadağan olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 iddia ərizəsinə və müvəqqəti təminat tədbirinə dair ərizəyə onlara əlavə edilmiş sənədlərlə birlikdə baxaraq hesab edirəm ki, iddia ərizəsi və ərizə qaytarılmalıdır. Belə ki, iddia ərizənin məzmunundan görünür ki, iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayonu Talalar kəndində yerləşən 0.12 ha həyətyanı,457,25 kv.m,2995,22 kv.m,5646.15 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 aid ümumilikdə 5/16 hissənin naturada ayrılması, Cavabdeh həmin hissədən çıxarılması, iddianın irəli sürülməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər.Həmçinin İddiaçı3 nümayəndəsi Muradov Nurlan İlham oğlu məhkəməyə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə verərək iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “Balakən rayonu Talalar kəndində yerləşən 0.12 ha həyətyanı, 457.25 kv.m, 2995.22 kv.m, 5646.15 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin iddiaçılara aid ümumilikdə 5/16 hissəsinin naturada ayrılması, cavabdehin həmin hissədən çıxarılması” tələbinə dair mülki mübahisə mahiyyəti üzrə həll edilənə, qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək Balakən rayonu Talalar kəndində yerləşən 0.12 ha həyətyanı, 457.25 kv.m, 2995.22 kv.m, 5646.15 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 giriş-çıxma və həmin torpaq sahələrindən istifadələrinə, daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılmasına maneçilik yaradılmasının Cavabdeh və qeyrilərinə qadağan olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.1-149.4-cü maddələrinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin, iddiaçının vəsatətləri göstərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 150.1-ci maddəsinə əsasən iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.1. cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla); 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; 150.1.3. iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla); 150.1.4. bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; 150.1.5. iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri; 150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir); Eyni zamanda həmin Məcəllənin 157.1-157.3-cü maddələrinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.4-cü maddəsinə əsasən müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və ya 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 10 faizi (hər bir halda 10 manatdan az olmamaqla) dövlət trüsumu ödənilir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.1-149.4-cü maddələrinin tələblərinə uyğun tərtib edilməmiş, ərizəyə tələbin əsaslandırıldığı hallara dair sənədlərin əlavə edilməsi göstərilsədə ,həmin sənədlər ərizəyə əlavə edilməmişdir. Eyni zamanda müvəqqəti təminat tədbirinə dair ərizə ayrıca deyil, iddia ərizəsinə əlavə olaraq verilmiş və müvəqqəti təminat tədbirinə dair ərizəyə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsinə dair qəbz əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 152-ci maddəsi ilə müəyyən edilmişdir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 152.1, 152.1.1 və 152.1.6-1 -ci maddələri ilə müəyyən edilmişdir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan ayrıca icraatda baxılır. Həmin Məcəllənin 159.4-cü maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda müvəqqəti təminat tədbirlərinin görülməsinə dair ərizənin geri qaytarılması haqqında qərardad qəbul edir: 159.4.1. ərizəyə müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə; 159.4.2. ərizə imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda. Məhkəmə işin hallarını, iddia ərizəsinin formasına və məzmununa əməl edilməməsini, tələbin əsaslandırıldığı hallara dair sənədlərin ərizəyə əlavə edilməməsini, müvəqqəti təminat tədbirinə dair ərizənin ayrıca deyil, iddia ərizəsinə əlavə olaraq verilməsini və müvəqqəti təminat tədbirinə dair ərizəyə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsinə dair qəbzin əlavə edilməməsini, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçılar İddiaçı3,İddiaçı2 və İddiaçı1 iddia ərizəsi və müvəqqəti təminat tədbirinə dair ərizə onlara əlavə edilmiş sənədlərlə birlikdə qaytarılmalıdır. İddiaçılar İddiaçı3,İddiaçı2 və İddiaçı1 izah edilməlidir ki, qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları vardır. Məhkəmə onu da diqqətə çatdırır ki, Azərbaycan Respublikası MPM-nin 120-ci maddəsinə əsasən isə məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152,263-264 və 268.1-ci maddələrini rəhbər tutub qərara aldım: İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı payların naturada müəyyən edilməsi və onlara aid hissədən cavabdehin çıxarılması tələbinə dair iddia ərizəsi və müvəqqəti təminat tədbirinə dair ərizə onlara əlavə edilmiş sənədlərlə birlikdə qaytarılsın. İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 izah edilir ki, qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları vardır. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar