Məhkəmə qərarları › İş №e-2(019)-605/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-605/2025

18.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-605/2025 18.07.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh İB X2 İstismarı idarəsinin mütəxəssisləri tərəfindən 18 oktyabr 2024-cü tarixdə ******* saylı akta əsasən hesablanmış 648 manat cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Balakən rayonunun Gərəkli kəndində ailəsilə birlikdə yaşayır. Ailəsi qaz istehlakçısıdır. Bütün qaz istifadəçilərində olduğu kimi onların da yaşadıqları evə qaz qaz sayğacından gəlir. Qaz sayğacı rayon Qaz İstismarı idarəsinin işçiləri tərəfindən yaşayış evindən 15 metr aralıda hasarın üzərində yol tərəfdən yerləşdirilmişdir. 18 iyul 2024-cü tarixdə Cavabdeh İB X2 İstismarı idarəsinin mütəxəssisləri tərəfindən istifadələrində olan G-4T markalı ******* nömrəli qaz sayğacı götürülərək əvəzinə yeni qaz sayğacı quraşdırılmışdır. Qaz sayğacı quraşdırılan zaman mütəxəssislər tərəfindən istifadələrində olmuş sayğacın istifadə müddətinin bitdiyi üçün götürüldüyü bildirilmişdir. Qaz sayğacı dəyişdirilərkən Akt tərtib olunub və həmin aktı imzalamamışdır. 18 oktyabr 2024-cü il tarixdə istifadəsində olmuş G-4T markalı ******* nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilməsi barədə ******* saylı akt tərtib edilmişdir. Aktda göstərilmişdir ki, laboratoriya rəyinə əsasən sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda fiziki təsir nəticəsində əzik-cızıq izləri aşkar olunub, sayğac istismara yararsızdır. Həmin akta əsasən onu 648 manat cərimə etmişdirlər. Cərimə olunması barədə 2025-ci ilin fevral ayında Cavabdeh İBnin Balakən rayon şöbəsinin mütəxəssisləri tərəfindən ona bildirilmişdir. Cərimə olunduğumu bildikdən sonra o qaz idarəsinin məsul işçilərinə məlumat vermişdir ki, qaz sayğacına onun və ailə üzvləri tərəfindən heç bir müdaxilə olunmamışdır. Müntəzəm olaraq onlar qaz ödənişlərini etmişlər. Əlavə olaraq bildirir ki, ******* saylı Akta oğlu X1 imza etməmişdir. Onun əvəzinə Akt başqa şəxs tərəfindən imzalanmışdır. Məhkəməyə bildirir ki, qaz sayğacı həyətyanı sahənin hasarının üzərində yol tərəfdən yerləşdirilmişdir. Onun mühafizəsinə o və ailə üzvləri cavabdeh deyil. Cərimə olunması qanunsuzdur. O həmin cəriməni ödəmədiyi üçün yaşayış evimə gələn qaz xəttini kəsmək istəyirlər. Cərimənin silinməsini Cavabdeh İB Balakən rayon şöbəsindən tələb etsə də bu mümkün olmamışdır. Buna görə də cərimənin ləğv edilməsi ilə bağlı Məhkəməyə müraciət edir. Cavabdeh iddia ərizəsinə etiraz vermiş, etirazı onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdehnə qarşı tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Qeyd edir ki, İddiaçı adına rəsmiləşdirilmiş **********00200 saylı qaz hesabında xx.xx.2025-ci il tarixə 662.48 manat borc vardır. Həmin borcun 14.48 manat hissəsi sayğac üzrə, 648 manat hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı məhz həmin hissədə borcu mübahisələndirməkdədir. Mübahisə predmeti ilə bağlı bildirirəm ki, Zaqatala RQİİnin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı ******* nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı sayğaca müdaxilə ehtimalı müəyyən edilmişdir. Bununla əlaqədar olaraq istismarda olan G4 markalı ******* nömrəli sayğacı qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2025-ci il tarixli ******* saylı aktla çıxarılaraq xüsusi plomblanmış qutuda möhürlənərək dövlət yoxlamasına göndərilmiş, əvəzində isə GCZ0151232 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin xx.xx.2024-cü il tarixli 1134/119 saylı aktında göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində əzik-cızıq izləri aşkar olundu (müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz cihazlarından PQ-3 qaz piltəsinin maksimal qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 12 saat hesabat müddəti 90 gün qəbul edilməklə, axınlı su qızdırıcı (24L) qaz cihazının maksimal qaz sərfi 2.6 m3/saat orta günlük iş rejimi 12 saat hesabat müddəti 90 gün qəbul edilməklə, Xarici soba (iran sobası) qaz cihazının maksimal qaz sərfi 1.6 m3/saat orta günlük iş rejimi 12 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin xx.xx.2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 5400 m3 (və ya 648 manat) həcmində müəyyən edilmişdir. Abonent iddia ərizəsində qeyd etmişdir ki, qaz sərfiyyatı üzrə olan ödənişləri vaxtlı vaxtında ödəyir. Lakin abonent saldosuna nəzər yetirdikdə abonentin yalan məlumat verdiyi aşkarlanır. Bildirir ki, mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. İstehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. Göstərilənlərə əsasən, təyin edilmiş məhkəmə iclasının iştirakımız olmadan keçirilməsini, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 648 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsi təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək evdən kənarda quraşdırılmış sayğaca görə ona cərimə yazıldığını, çıxarılanda sağlam vəziyyətdə olmasını, sayğacın onun iştirakı olmadan çıxarılmasını, heç bir təqsirinin olmadığını bildirmiş, iddianın əsaslı olmasını nəzərə alaraq təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin təyin edilmiş məhkəmə iclasını iştirakları olmadan keçirilməsini, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 18 iyul 2024-cü il tarixli ******* nömrəli aktdan görünür ki, ünvan 1i ünvanında yaşayan İddiaçı məxsus qaz sayğacı çıxarılaraq növbəti dövlət yoxlamasına göndərilmiş, əvəzində isə ******* saylı sayğac quraşdırılmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 18 oktyabr 2024-cü il tarixli ******* nömrəli aktdan görünür ki, 8459 nömrəli akta əsasən saat 11:40-da vizual olaraq sayğaca ümumi baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində əzik-cızıq izləri aşkar olundu. Dəymiş ziyanın bərpasına dair 18 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, 18 oktyabr 2024-cü il tarixli ******* nömrəli akta əsasən dəymiş ziyanın həcmi, cəmi 5400 m3 hesablanmışdır. İddiaçı məxsus **********00200 saylı abonentin saldosundan görünür ki, 2024-cü ilin oktyabr ayına qalıq və aktlar üzrə 648 manat borc hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı yaşadığı ünvan 1i ünvanında sayğaca müdaxilə edilməsi aşkar edilmiş, dəymiş ziyanın həcmi 5400 m3 (və ya 648 manat) hesablanmışdır. Lakin məhkəmə qaz sayğacının iddiaçının evindən kənarda yerləşməsini, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının daşımasını, sayğaca müdaxilənin iddiaçının təqsiri üzündən baş verməsinə, bunun iddiaçı tərəfindən törədilməsinə dair heç bir sübut təqdim edilməməsini, onun təqsirinin müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, iddia əsaslıdır. Cavabdehin iddia ərizəsinə etirazda qeyd etdiyi qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulmasının, bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa heç kimə müsbət təsirinin olmaması dəlilləri əsassızdır. Məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İB tərəfindən İddiaçı hesablanmış 648 manat borc silinməlidir. Hazırki iddianın qaldırılması üçün İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğuna görə 30 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı (abonent kodu: **********00200) 18 oktyabr 2024-cü ******* saylı akta əsasən hesablanmış 648 manat borc abonent hesabından silinsin. 30 manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar