Məhkəmə qərarları › İş №e-2(019)-607/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-607/2022

19.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-607/2022 19.09.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdeh, Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı Cavabdeh, İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən ümumi sahəsi 57 m2 olan qeyri-yaşayış binasından və binanın yerləşdiyi 0,0073 ha torpaq sahəsindən iddiaçının istifadə və sahiblik etməsinə qarşı yönəlmiş- əmlakın giriş hissəsinə quraşdırdığı konstruksiya vasitəsi ilə əmlaka daxil olmağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən ümumi sahəsi 57 m2 olan qeyri-yaşayış binasından və binanın yerləşdiyi 0,0073 ha torpaq sahəsindən iddiaçının istifadə və sahiblik etməsinə qarşı yönəlmiş-əmlakın girişi hissəsinin ön hissəsinə quraşdırdığı konstruksiya vasitəsi ilə əmlaka daxil olmağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması; dəymiş ziyanın (əldən çıxmış fayda) əvəzi olan 18.000 (on səkkiz min) manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 144 (bir yüz qırx dörd) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 məhkəməyə ərizə ilə müraciət edərək, dəymiş ziyanın (əldən çıxmış fayda) əvəzi olan 18.000 (on səkkiz min) manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi tələbi hissəsində hazırki iddianın həcmini azaldaraq, Cavabdeh, İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində yerləşən ümumi sahəsi 57 m2 olan qeyri-yaşayış binasından və binanın yerləşdiyi 0,0073 ha torpaq sahəsindən iddiaçının istifadə və sahiblik etməsinə qarşı yönəlmiş-əmlakın giriş hissəsinə quraşdırdığı konstruksiya vasitəsi ilə əmlaka daxil olmağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı mülkiyyətində Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) ümumi sahəsi 57 m2 olan qeyri-yaşayış binası və qanuni istifadəsində 0,0073 ha torpaq sahəsi vardır. Qeyd olunan əmlaklar üzərində iddiaçının mülkiyyət hüququ 31 yanvar 2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq MA seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. İş üzrə Cavabdeh İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən ümumi sahəsi 57 m2 olan qeyri-yaşayış binasını və qanuni istifadəsində 0,0073 ha torpaq sahəsini zəbt etmişdir. Nəticədə İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən ümumi sahəsi 57 m2 olan qeyri-yaşayış binasından çıxarılma tələbinə dair iddia ərizəsi ilə Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin 31 may 2020-ci il tarixli, 2(019)-234/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş və Cavabdeh İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən ümumi sahəsi 57 m2 olan qeyri-yaşayış binasından çıxarılması qət edilmişdir. İş üzrə Cavabdeh Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin 31 may 2020-ci il tarixli, 2(019)-234/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti, daha sonra isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verməsinə baxmayaraq, sonuncunun şikayətləri təmin olunmamışdır. Hazırda iş üzrə Cavabdeh görüntü xatirinə İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən ümumi sahəsi 57 m2 olan qeyri-yaşayış binasından çıxdığını bəyan etsə də, faktiki olaraq onun-İddiaçı mülkiyyət hüququnu pozmaqda davam edir. Belə ki, iş üzrə Cavabdeh İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən qeyri-yaşayış binasının ön tərəfinə konstruksiya qurtaşdırmaqla (qapı qoymaqla) iddiaçının ora daxil olmasının qarşısını almışdır. Həmçinin Cavabdeh 2019-cu ilin noyabr ayından (qeyri-yaşayış binasından çıxarılma tələbi ilə bağlı məhkəməyə iddia ərizəsinin təqdim olunmasından) bu günədək İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən ümumi sahəsi 57 m2 olan qeyri-yaşayış binasını zəbt etmiş və nəticədə iddaçını aylıq ortalama əldə edə biləcəyi 600-700 manat gəlirdən məhrum etmişdir. Bununla yanaşı, Cavabdeh iddiaçının mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən ümumi sahəsi 57 m2 olan qeyri-yaşayış binasının sağ arakəsmə divarını sökmüş və qeyri-yaşayış binasının sahəsini istifadəsində olan qonşu qeyri-yaşayış binasına daxil etmişdir. İddiaçı hesab edir ki, Cavabdeh, iddiaçının mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən ümumi sahəsi 57 m2 olan qeyri-yaşayış binasından və binanın yerləşdiyi 0,0073 ha torpaq sahəsindən iddiaçının istifadə və sahiblik etməsinə qarşı yönəlmiş-əmlakın giriş hissəsinə quraşdırdığı konstruksiya vasitəsi ilə əmlaka daxil olmağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulmalı; qeyri-yaşayış binasının arakəsmə divarı cavabdeh tərəfindən bərpa edilməlidir. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində İddiaçı Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələri ilə qorunan mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur ki, nəticədə iddiaçı hazırki tələblə aidiyyatı üzrə Balakən Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və Cavabdeh, İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində yerləşən ümumi sahəsi 57 m2 olan qeyri-yaşayış binasından və binanın yerləşdiyi 0,0073 ha torpaq sahəsindən iddiaçının istifadə və sahiblik etməsinə qarşı yönəlmiş-əmlakın girişi hissəsinin ön hissəsinə quraşdırdığı konstruksiya vasitəsi ilə əmlaka daxil olmağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, həqiqətən də İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən qeyri-yaşayış binasının ön tərəfinə qapı qoymaqla konstruksiya quraşdırmışdır. Lakin həmin ərazi "xxxx" ASC-yə məxsus olan ərazidir, o da həmin cəmiyyətin səhmdarıdır. Onun quraşdırdığı konstruksiya-qapı İddiaçı mağaza binasının giriş-çıxışına mane olur. Tezliklə mağazanın giriş-çıxışına mane olan həmin qapını götürəcəkdir. O, artıq İddiaçı ilə olan çoxsaylı məhkəmə çəkişmələrindən bezmiş və yorulmuşdur. Məhkəmə tərəfindən hansı qərarın çıxarılmasının onun üçün heç bir fərqi yoxdur. İddianın təmin və ya rədd edilməsi barədə qərarın çıxarılmasına etiraz etmir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 iddianı qəbul etməyərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh və onun nümayəndəsi-vəkili Nümayəndə2 İddiaçı iddia ərizəsinə verdikləri etirazda göstərmişlər ki, İddiaçı Cavabdeh qarşı İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində ( bazar ərazisi) yerləşən ümumi sahəsi 57 kv.m olan qeyri-yaşayış binasından və binanın yerləşdiyi 0,0073 ha torpaq sahəsindən iddiaçının istifadə və sahiblik etməsinə qarşı yönəlmiş-əmlakın giriş hissəsinə quraşdırdığı konstruksiya vasitəsi ilə əmlaka daxil olmamağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması, dəymiş ziyanın ( əldən çıxmış fayda) əvəzi olaraq 18000 ( on səkkiz min) manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 144 (yüz qırx dörd) manat dövlət rüsumunu Cavabdeh tutularaq İddiaçı qızma ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. iddia ərizsində göstərilənlər həqiqətə uyğun deyil, real vəziyyəti əks etdirmir. Belə ki, iddia ərizəsində qeyd olunur ki, “hazırda iş üzrə Cavabdeh görüntü xatirinə İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində ( bazar ərazisi) yerləşən ümumi sahəsi 57 kv.m olan qeyri- yaşayış binasından çıxdığını bəyan etsə də, faktiki olaraq İddiaçı mülkiyyət hüququnu pozmaqda davam edir. Belə ki, iş üzrə Cavabdeh İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən qeyri-yaşayış binasının ön tərəfinə konstruksiya quraşdırmaqla (qapı qoymaqla) iddiaçının ora daxil olmasının qarşısını almışdır”. Həmçinin Cavabdeh 2019-cu ilin noyabr ayından (qeyri-yaşayış binasından çıxarılma tələbi ilə bağlı məhkəməyə iddia ərizəsinin təqdim olumasından) bu günədək İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində ( bazar ərazisi) yerləşən ümumi sahəsi 57 kv.m olan qeyri-yaşayış binasını zəbt etmiş və nəticədə iddiaçını aylıq ortalama əldə edə bilcəyi 600- 700 manat gəlirdən məhrum etmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçıya ümumilikdə 18.000 ( on səkkiz min) manat ( 600 manat x 30 ay) ziyan dəymişdir. Bununla yanaşı, Cavabdeh iddiaçının mülkiyyətində olan Balakən şəhəri,S.Gözəlov küçəsində ( bazar ərazisi) yerləşən ümumi sahəsi 57 kv.m olan qeyri-yaşayış binasının sağ arakəsmə divarını sökmüş və qeyri-yaşayış binasının sahəsi istifadəsində olan qonşu qeyri-yaşayış binasına daxil edilmişdir. İddiaçı hesab edir ki, Cavabdeh, iddiaçının mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində ( bazar ərazisi) yerləşən ümumi sahəsi 57 kv.m olan qeyri-yaşayış binasından və binanın yerləşdiyi 0,0073 ha torpaq sahəsindən iddiaçının istifadə və sahiblik etməsinə qarşı yönəlmiş- əmlakın girişi hissəsinin ön hissəsinə quraşdırdığı konstruksiya vasitəsi ilə əmlaka daxil olmağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulmalı; qeyri-yaşayış binasının arakəsmə divarı cavabdeh tərəfindən bərpa edilməli, o cümlədən, iddiaçının 30 ( otuz) ay ərzində əmlakdan istifadə edə bilməməsi nəticəsində dəymiş ziyan (əldən çıxmış faydası) olan 18.000 ( on səkkiz min) manat və iddianın qaldırılması üçün ödənilmiş 144 (bir yüz qırx dörd) manat dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı qızma ödənilməlidir”. Məhkəmənin nəzərinə çatdırılır ki, qapı qoyduğu yer X5 bazarının ərazisidir. X5 Bazarının səhmdarıdır. Həmin ərazi ona məxsusdur. İddiaçının öz mağazasına daxil olmaq üçün giriş-çıxış qapısı vardır. Ona həmin mağazaya giriş-çıxış üçün ayrıca yolunun və ya qapınının açılmasına lüzumu yoxdur. Həmçinin məhkəmənin nəzərinə çatdırır ki, İddiaçı mülkiyyəti hesab etdiyi qeyriyaşayış binası-mağaza onun puluna tərəfindən alınmış, o vaxt qaynanası olduğuna görə İddiaçı adına sənədləşdirmə aparılmışdır. Mağazanın alınması üçün o, 20000 (iyirmi min) manat, onun təmiri üçün isə 15000 (on beş min) manat pul xərcləmişdir. Bütün bu illər ərzində həmin mağaza ilə bağlı məhkəmə çəkişməsi getdiyindən onun 18000 (on səkkiz min) manat pul tələbi ilə müraciət etməsi absurddur. Etirazlarının qəbul edilməsini, İddiaçı Cavabdeh qarşı İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən ümumi sahəsi 57 kv.m qeyri-yaşayış binasından və binanın yerləşdiyi 0,0073 ha torpaq sahəsindən iddiaçının istifadə və sahiblik etməsinə qarşı yönəlmiş əmlakın girişi hissəsində ön hissəsindən quraşdırdığı konstruksiya vasitəsi ilə əmlaka daxil olmağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması, dəymiş ziyanın ( əldən çıxmış fayda) əvəzi olan 18000 ( on səkkiz min) manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 144 (yüz qırx dörd) manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı X4ma ödənilməsinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə hazırki işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmaqıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* №li, reyestr nömrəsi **********69 olan, ********** qeydiyyat nömrəli xx.xx.2012-ci il tarixli Çıxarışdan görünür ki, Balakən şəhəri, S.Gözəlov küçəsi (bazar ərazisi) qeyri yaşayış binası (mağaza) və onun yerləşdiyi 0.0073 ha torpaq sahəsi 2 №li reyestr kitabının 63 №li vərəqində xx.xx.2012-ci il tarixdə İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan sahibkar-biznesmen X2 verdiyi xx.xx.2022-ci il tarixli, 55 №-li Daşınmaz əmlakın real qiyməti ilə bağlı arayışda göstərilir ki,İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən, torpaq sahəsi 73 m2, ümumi sahəsi 57 m2 olan qeyri-yaşayış binasının ortalama aylıq kirayə haqqı 600 (altı yüz)-700 (yeddi yüz) manat aralığındadır. İş materiallarından həmçinin görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)- 234/2020 nömrəli, 31 may 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş Seriya MA ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində Balakən Bazarı ərazisində yerləşən ümumi sahəsi 57 kv.metr olan birmərtəbəli qeyri-yaşayış binası-mağaza binasından çıxarılması, Cavabdeh 10 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1578/2020 nömrəli, 25 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh Abdlulhacı oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 31 may 2020-ci il tarixli, 2(019)-234/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-1528/2021 nömrəli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1578/2020 nömrəli, 25 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli yerində müayinə protokolundan görünür ki, Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdeh və onun nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı Cavabdeh, İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən ümumi sahəsi 57 m2 olan qeyri-yaşayış binasından və binanın yerləşdiyi 0,0073 ha torpaq sahəsindən iddiaçının istifadə və sahiblik etməsinə qarşı yönəlmiş- əmlakın giriş hissəsinə quraşdırdığı konstruksiya vasitəsi ilə əmlaka daxil olmağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması tələbinə dair mülki işə baxılması ilə bağlı iddianın predmetini təşkil edən mübahisə obyekti üzrə yerində müayinə keçirilmişdir. Yerində müayinə zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş Seriya MA ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində Balakən Bazarı ərazisində yerləşən ümumi sahəsi 57 kv.metr olan birmərtəbəli qeyri-yaşayış binasının-mağaza binasının ön hissəsində bazar ərazisi tərəfindən bir giriş-çıxış vardır. Cavabdeh tərəfindən İddiaçı xüsusi mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən qeyri-yaşayış binasının-mağaza binasının ön tərəfinə-giriş hissəsinə konstruksiya quraşdırılmış-qapı qoyulmuşdur və həmin konstruksiya İddiaçı xüsusi mülkiyyətində olan mağaza binasına daxil olmasının qarşısını alır. Cavabdeh Xanlayev X1 Elmira Cavad qızının mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən qeyri-yaşayış binasının-mağaza binasının ön tərəfinə-giriş hissəsinə konstruksiya quraşdırmasını-qapı qoymasını etiraf etmiş və tezliklə həmin konstruksiyanı götürəcəyini bildirmişdir. Yerində müayinə zamanı həmçinin müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən qeyriyaşayış binasına-mağaza binasına daxil olmaq və oradan çıxımaq üçün cavabdeh tərəfindən konstruksiya quraşdırılmış (qapı qoyulmuş) giriş-çıxışdan başqa digər giriş-çıxış yolu yoxdur. İş materiallarından həmçinin görünür ki, İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün qanunda nəzərdə tutulmuş 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi-vəkilinin, cavabdehin və onun nümayəndəsivəkilinin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* №li, reyestr nömrəsi **********69 olan, ********** qeydiyyat nömrəli xx.xx.2012-ci il tarixli Çıxarışla Balakən şəhəri, S.Gözəlov küçəsi (bazar ərazisi) qeyri yaşayış binası (mağaza) və həmin binanın yerləşdiyi 0.0073 ha torpaq sahəsi 2 №li reyestr kitabının 63 №li vərəqində xx.xx.2012-ci il tarixdə İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Balakən Rayon Məhkəməsinin 2(019)-234/2020 nömrəli, 31 may 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş Seriya MA ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində Balakən Bazarı ərazisində yerləşən ümumi sahəsi 57 kv.metr olan birmərtəbəli qeyri-yaşayış binası-mağaza binasından çıxarılması, Cavabdeh 10 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1578/2020 nömrəli, 25 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh Abdlulhacı oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 31 may 2020-ci il tarixli, 2(019)-234/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış,Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-1528/2021 nömrəli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1578/2020 nömrəli, 25 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı xüsusi mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində Balakən Bazarı ərazisində yerləşən ümumi sahəsi 57 kv.metr olan birmərtəbəli qeyri-yaşayış binası-mağaza binasının ön hissəsində bazar ərazisi tərəfindən bir giriş qapısı vardır. Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən qeyri-yaşayış binasının-mağaza binasının ön tərəfinə-giriş hissəsinə konstruksiya quraşdırılmış-qapı qoyulmuşdur və həmin konstruksiya İddiaçı xüsusi mülkiyyətində olan mağaza binasına daxil olmasının qarşısını alır. Cavabdeh Xanlayev X1 Elmira Cavad qızının xüsusi mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən qeyriyaşayış binasının-mağaza binasının ön tərəfinə-giriş hissəsinə konstruksiya quraşdırmasını-qapı qoymasını etiraf etmiş və tezliklə həmin qapını götürəcəyini bildirmişdir. Yerində müayinə zamanı həmçinin müəyyən olunmuşdur ki,İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən qeyriyaşayış binasına-mağaza binasına daxil olmaq və oradan çıxmaq üçün konstruksiya quraşdırılmış (qapı qoyulmuş) giriş-çıxışdan başqa digər giriş-çıxış yolu yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları Bəyannaməsi” nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (bundan sonra Avropa Məhkəməsi) əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə Marks Belçikaya qarşı işdə şərh verərək, göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarının 39, 40, 41-ci bəndlərində göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdə formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Belə olan halda, məhkəmə razılaşır ki, ərizəçinin mənzilə olan iddiaları 1 saylı Prpotokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən «mülkiyyətin» təşkil olunması üçün kifayət qədər əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrum etmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan olunmuş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.2-ci maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq üzrə iddia yalnız o halda verilir ki, sahib qəsdən və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Remspublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. İşdəki sübutlardan görünür ki, İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində yerləşən ümumi sahəsi 57 kv.m olan qeyri-yaşayış binası və binanın yerləşdiyi 0,0073 ha torpaq sahəsi notarial qaydada təsdiq olunmuş yazılı müqavilə ilə Cavabdeh satılmamış, bağışlanmamış və ya başqa qaydada özgəninkiləşdirilməmiş, Cavabdeh sözügedən Balakən şəhəri, S.Gözəlov küçəsində yerləşən ümumi sahəsi 57 kv.m olan qeyri-yaşayış binasına və binanın yerləşdiyi 0,0073 ha torpaq sahəsinə mülkiyyət hüququ və digər hər hansı hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış və belə olan halda mülkiyyət hüququ, sahiblik və istifadə hüquqları və sair hüquqları yaranmamışdır. Ona görə də Xanlayev X1 Elmira Cavad qızının mülkiyyətində olan Balakən şəhəri, S. Gözəlov küçəsində yerləşən ümumi sahəsi 57 kv.m olan qeyri-yaşayış binasının və binanın yerləşdiyi 0,0073 ha torpaq sahəsinin girişi hissəsinin ön hissəsinə quraşdırdığı konstruksiya vasitəsi ilə (qapı qoymaqla) həmin əmlaka daxil olmağa qoymamaqla iddiaçının mülkiyyət hüquqlarını, o cümlədən sahiblik və istifadə hüququnu pozur. Cavabdeh tərəfindən mülkiyyətçi İddiaçı Balakən şəhəri, S.Gözəlov küçəsində yerləşən ümumi sahəsi 57 kv.m olan qeyri-yaşayış binasına və binanın yerləşdiyi 0,0073 ha torpaq sahəsinə mülkiyyət hüquqlarına müdaxiləsi qanunda nəzərdə tutulmamışdır, qanuni məqsəd daşımır, təxirəsalınmaz ictimai tələbata cavab vermir, bu zaman bu halla bağlı mülkiyyətçiyə hər hansı kompensasiya verilməmişdir. Belə olan halda iddiaçının hüquqları bərpa edilməklə iddia təmin edilməlidir. Bu konteksdə məhkəmə Cavabdeh və onun nümayəndəsi-vəkilinin iddiaya verdiyi etirazın əsaslandırıldığı halları iddianın rədd olunması üçün əsas olaraq qəbul etmir. Belə ki, işdəki sübutlar əsasında işin faktoloji halı kimi müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən qeyri-yaşayış binasının ön tərəfinə konstruksiya quraşdırmaqla (qapı qoymaqla) iddiaçının həmin əmlaka daxil olmasının qarşısını alır, iddiaçının həmin əmlaka sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Bu faktı Cavabdeh məhkəmədə verdiyi izahatında etiraf etmiş və həmin konstruksiyanı tezliklə götürəcəyini bildirmişdir. Həmçinin işdəki sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən qeyri-yaşayış binasımağaza binasına və yerləşdiyi torpaq sahəsinə giriş-çıxış bir tərəfdən-binanın ön tərəfindəndir ki, həmin giriş-çıxışa Cavabdeh tərəfindən konstruksiya quraşdırılmaqla (qapı qoyulmaqla) iddiaçının bu əmlaka daxil olunmasına maneçilik yaradılır. Sözügedən mağaza binasına və torpaq sahəsinə digər giriş-çıxış yolu yoxdur. İşdəki sübutlar əsasında müəyyən olunmuş bu faktoloji hallar cavabdehin və onun nümayəndəsinin iddiaya etirazı əsaslandırdıqları; binaya digər yerdən giriş-çıxışın olması, quraşdırılmış konstruksiyasının həmin binanın giriş-çıxışına mane olmaması və sair halların mövcud olmamasını və bu etirazın əsassız olmasını təsdiq edir. Ona görə də cavabdehin və onun nümayəndəsinin iddiaya etirazı qəbul olunmur. İşdəki sübutlar əsasında işin müəyyən olunmuş hallarına yuxarıda istinad olunan qanun normalarına əsasən hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsaslıdır, onun təmin olunması üçün bütün faktoloji və hüquqi əsaslar mövcuddur. Beləliklə, məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına uyğun müvafiq qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, Cavabdeh, İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində yerləşən ümumi sahəsi 57 kv.m olan qeyri-yaşayış binasından və binanın yerləşdiyi 0,0073 ha torpaq sahəsindən iddiaçının istifadə və sahiblik etməsinə qarşı yönəlmiş- əmlakın giriş hissəsinə quraşdırdığı konstruksiya vasitəsi ilə əmlaka daxil olmağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulmalı, hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizələrinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunsun; Cavabdeh, İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində yerləşən ümumi sahəsi 57 kv.m olan qeyri-yaşayış binasından və binanın yerləşdiyi 0,0073 ha torpaq sahəsindən iddiaçının istifadə və sahiblik etməsinə qarşı yönəlmiş-əmlakın giriş hissəsinə quraşdırdığı konstruksiya vasitəsi ilə əmlaka daxil olmağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulsun; ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar