Məhkəmə qərarları › İş №e-2(019)-621/2024

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-621/2024

21.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-621/2024 21.05.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, iddiaçı Nümayəndə cavabdehlər Cavabdeh3, Cavabdeh1 Oktay qızına və Cavabdeh2 qarşı cavabdehlərin fərdi yaşayış evi və torpaq sahəsindən məcburi çıxarılması və sair tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı Nümayəndə cavabdehlər Cavabdeh3, Cavabdeh1 Oktay qızına və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Nümayəndə xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, 2 yaşayış otaqlı, ümumi sahəsi 59.7 kv.m, yaşayış sahəsi 3.6 kv.m, köməkçi sahəsi 26.1 kv.m olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.10 ha həyətyanı torpaq sahəsindən cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və onların ailə üzvlərinin məcburi olaraq çıxarılması; Cavabdeh2 ünvan 1 ünvandan qeydiyyatdan çıxarılması; cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsini, əmlakla bağlı vergi, telefon, qaz, su, elektrik və istilik enerjisinin istifadəsi və digər xidmətlər üzrə yaranmış borclar ödənilərək iddiaçı Nümayəndə təhvil verilməsi və iddianın irəli sürülməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixli mədaxil qəbzi ilə iddiaçı Nümayəndə tərəfindən hazırki iddianın qaldırılması üçün Azərbaycan Respublikasının Dövlət büdcəsinə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirəm ki, hazrki iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Lakin iddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçı Nümayəndə tərəfindən iddia ərizəsində özünə məxsus evdən və torpaq sahəsindən çıxarılması tələbini irəli sürdüyü cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 ailə üzvlərinin adlarını, soyadlarını və ata adlarını, yaşayış yeri və ya olduğu yeri (həm faktiki, həm də rəsmi qeydə alındıqları ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvanı, telefon nömrələrini, o cümlədən mobil telefon nömrələrini, elektron poçt ünvanlarını, eyniləşdirmə məlumatlarını-şəxsiyyət vəsiqələrinin seriya nömrələrini, həmçinin iddiaçı kimi özünün və cavabdehlər kimi qeyd etdiyi Cavabdeh3, Cavabdeh1 Oktay qızının və Cavabdeh2 telefon nömrələrini, o cümlədən mobil telefon nömrələrini və elektron poçt ünvanını göstərməmiş, bundan başqa iddiaçı Nümayəndə xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, 2 yaşayış otaqlı, ümumi sahəsi 59.7 kv.m, yaşayış sahəsi 3.6 kv.m, köməkçi sahəsi 26.1 kv.m olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.10 ha həyətyanı torpaq sahəsindən cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 hansı ailə üzvlərinin məcburi olaraq çıxarılması, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsini, əmlakla bağlı vergi, telefon, qaz, su, elektrik və istilik enerjisinin istifadəsi və digər xidmətlər üzrə yaranmış borcların məbləğinin nə qədər təşkil etməsinə dair iddia tələbini göstərməmişdir. Həmçinin iddiaçı tərəfindən iddia ərizəsində Cavabdeh2 ünvan 1 ünvandan qeydiyyatdan çıxarılmasına dair tələb səhvən məhkəmədə baxılmalı olan iddia tələbi kimi göstərilmişdir. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarının tələbinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması məhkəmənin yox, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aidiyyəti qurumlarının səlahiyyətinə aiddir. Polis Şöbəsi tərəfindən şəxsin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasından imtina edildikdə bununla bağlı müvafiq iddia ilə müvafiq inzibati məhkəməyə müraciət oluna bilər. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddiaçı Nümayəndə cavabdehlər Cavabdeh3, Cavabdeh1 Oktay qızına və Cavabdeh2 qarşı cavabdehlərin fərdi yaşayış evi və torpaq sahəsindən məcburi çıxarılması və sair tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Balakən rayon Maliyyə Şöbəsi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən Nümayəndə qaytarılmalı və ərizəçiyə nöqsanlar aradan qaldırıldıqdan sonra həmin məsələ ilə bağlı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı Nümayəndə oğlunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 Oktay qızına və Cavabdeh2 qarşı cavabdehlərin fərdi yaşayış evi və torpaq sahəsindən məcburi çıxarılması və sair tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın; ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Balakən rayon Maliyyə Şöbəsi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən Nümayəndə qaytarılsın; ərizəçiyə nöqsanlar aradan qaldırıldıqdan sonra həmin məsələ ilə bağlı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar