Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-635/2022 19.09.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı ölçmə işlərinin aparılmasına olan maneələrin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayon İcra Hakimiyyətinin 12 mart 1993-cü il tarixli 139 nömrəli sərəncamına əsasən Balakən rayonu Mahamalar (Qazbinə) kəndində mərhum X3na ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinə dair ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən edilən maneələr aradan qaldırılmaqla lazımi şəraitin yaradılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, onunla əsaslandırmışdır ki, Balakən rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 139 nömrəli sərəncamı ilə mərhum X3na Balakən rayonu, Mahamalar (Qazbinə) kəndində 0.06 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. X3 30 mart 2001-ci il tarixdə vəfat etmişdir. X2 miras qalmış əmlak ilə bağlı vərəsəlik işi açılmış, qanun üzrə vərəsəlik qaydasında miras əmlak onun adına keçmişdir. Hazırda həmin əmlaka çıxarış almaq istəyir. Torpağın mərhum qardaşına verilməsinə dair Balakən rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 139 nömrəli sərəncamı olmasına baxmayaraq, çıxarış olmadığı üçün notariat ofisi tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin yalnız torpaq sahəsinə dair çıxarış təqdim edildikdən sonra mümkün olması barədə arayış verilmişdir. Həyətyanı torpaq sahəsinə dair hüquqların Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsinə müraciət etmişdir. Ərizəsinin icrası ilə əlaqədar olaraq zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyatı əməkdaşları torpaq sahəsinin yerləşdiyi əraziyə gəlmişlər. Ölçmə işlərinə maneələr olduğu üçün DƏDRX-nin Zaqatala rayon 18 saylı ərazi idarəsi tərəfindən bildiriş məktubu ilə bundan imtina olunmuşdur. Ölçmə işlərinin aparılmasının zəruri olduğu torpaq sahəsinə heç bir hüququ olmayan bir şəxs Cavabdeh tərəfindən əraziyə buraxılmağa icazə verməməklə maneələr yaradılmışdır. Cavabdeh ölçmə işlərinin aparılmasına olan maneələrin aradan qaldırılmasına dair müraciət etsə də, bu nəticə verməmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh torpaq sahəsinin ona məxsus olmasını, oranı aldığını bildirmişdir. Lakin Cavabdeh həmin torpaq sahəsinin onun olmasına dair heç bir sənəd təqdim edə bilməmişdir. Cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində mərhum qardaşından qalmış mirasa DƏDRX-də qeydiyyata alınması üçün ölçmə işlərinin aparılmasına törətdiyi maneələr nəticəsində vərəsəlik və mülkiyyət hüququndan məhrum olmuşdur. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, həqiqətən də Balakən rayon İcra Hakimiyyətinin 12 mart 1993-cü il tarixli 139 nömrəli sərəncamına əsasən Balakən rayonu Mahamalar (Qazbinə) kəndində İddiaçı mərhum X3na Balakən rayonu Mahamalar (Qazbinə) kəndindən 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Lakin onun qardaşı həmin 0.06 ha həyətyanı torpaq sahəsinin yanında olan torpaq sahəsini İddiaçı digər qardaşı Kərimdən almışdır. Kərimdən həmin torpaq alınan vaxt deyilmişdir ki, X7 məxsus 0.06 ha həyətyanı torpaq sahəsi də ona verilir. Lakin Balakən rayon İcra Hakimiyyətinin 12 mart 1993-cü il tarixli 139 nömrəli sərəncamına əsasən Balakən rayonu Mahamalar (Qazbinə) kəndində mərhum X7 Balakən rayonu Mahamalar (Qazbinə) kəndindən verilən 0.06 ha həyətyanı torpaq sahəsini adına sənədləşdirməmişdir. Bu barədə heç bir sənədi yoxdur. Buna baxmayaraq mərhum Səlim Kərimovun həmin 0.06 ha torpaq sahəsini də öznünkü sayır. Belə ki, həmin torpaq sahəsi onun həyətyanı torpaq sahəsinə bitişikdir. Ona görə də mərhum Səlim Kərimovdan miras qalmış həmin 0.06 ha torpaq sahəsində ölçmə işlərinin aparılmasına mane olur. Ölçmə işlərinin aparılması üçün həmin torpaq sahəsinə daşınmaz əmlakın mütəxəssislərini buraxmır. İddianın rədd olunmasını xahiş edir. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Balakən regional «Asan Xidmət» mərkəzində Notariat Ofisinin xüsusi notariusu X12 Rayon Məhkəməsinə ünvanlanmış 27 avqust 2022-ci il tarixli 1288 №-li məktubunda göstərilir ki, xx.xx.2001-ci il tarixində vəfat etmiş mərhum X6 mirasına bacısı İddiaçı vərəsəlik şəhadətnaməsi almaq üçün notariat ofisinə müraciət etmişdir. İddiaçı mərhum X6 vərəsəsi kimi tanınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasinin Milli Arxiv İdarəsi Respublika X16 Filiali tərəfindən verilmiş 13 dekabr 2021-ci il tarixli 961 nömrəli arxiv çıxarışından görünür ki, Balakən Rayon İcra Hakimiyyəti Başçisinin 31 Mart 1993-cü il tarixli 189 №li Sərəncami ilə rayon icra hakimiyyəti başçısının 12.03.93-cü il tarixli 139 №lı sərəncamına əsasən şəhərin genişləndirilməsi üçün Mahamalar kənd sovetliyi Qazbinə kəndi Musabəyov adına kolxozun ərazisindən ayrılmış 11,0 hektar sahədən növbə siyahısı əsasında 0,06 hektar norması ilə X7 0.06 ha həyətyanı torpaq sahəsi ayrılmış, ayrılmış sahələrin yerində düzgün ölçülüb göstərilməsi torpaq şöbəsinin müdiri S.Qardaşov və rayonun baş memarı N.Osmanova tapşırılmişdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 01 oktyabr 2021-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 135669 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2001-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2015-ci ilin 02 ayının 13 günündə 16 № ilə qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Balakən regional «Asan Xidmət» mərkəzində Notariat Ofisinin xüsusi notariusu S.T. Məmmədovun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin rəisinə ünvanladığı xx.xx.2021-ci il tarixli 1486 nömrəli məktubdan görünür ki, İddiaçı müraciəti, miras qoyanın qohumluq əlaqəsini təsdiq edən sənəd, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2001-ci ildə ölmüş X6 adına vərəsəlik işi açılmışdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 5,1-1-ci maddəsinin tələbinə uyğun olaraq mərhum X6 adına məxsus olan əmlak barəsində daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, sorğunu təqdim etmiş şəxs vasitəsilə Balakən regional «Asan Xidmət» mərkəzində Notariat Ofisinə göndərilməsi xahiş olunur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 22 aprel 2022-ci il tarixli **********15 saylı Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə göstərilir ki, Balakən Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 139 №-li sərəncamı ilə mərhum X7 ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi barədə ərizəyə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır (**********). Ərizənin icrası olaraq daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyəti əməkdaşları qeyd olunan torpaq sahəsinin yerləşdiyi əraziyə gəlməsinə baxmayaraq əmlak başqa vətəndaş tərəfindən hasara alındığından inventarlaşdırılma işlərinin aparılması mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Belə ki, daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması və nəticə etibarı ilə həmin əmlaka dair texniki sənədin tərtib olunması mümkün olmadığından qeyd olunan əmlaklar üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qeyri-mümkündür.Yuxarıda qeyd edilənləri nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1.1 -ci maddəsinə əsasən ərizəsinin icrasından imtina olunur.Odur ki, qeyd olunan torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradıldıqdan sonra daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması məsələsinə qanunamüvafiq qaydada yenidən baxılacaqdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Balakən Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin 28 fevral 2022-ci il tarixli 12 №-li Balakən bələdiyyəsinin mülkiyyətində olan ərazidən həyətyanı məqsədi ilə torpaq sahəsinin satılmasına dair rəyində göstərilir ki, Balakən bələdiyyəsinin 16 dekabr 2021-ci il tarixli 149 №-li məktubu əsasında, Balakən RİH başçısının 12 mart 1993-cü il tarixli 139 saylı sərəncamı ilə şəhərin genişləndirilməsi üçün Mahamalar kənd sovetliyi Qazbinə kəndi, Musabəyov adına kolxozun ərazisindən mərhum X7 Balakən RİH başçısının 31 mart 1993cü il tarixli 189 saylı sərəncam ilə 0,06 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Ayrılmış 0,06 ha torpaq sahəsi şimaldan 1893SS saylı mülkiyyət ilə, cənubdan Əziz Əliyev küçəsi ilə, şərqdən 1895SS saylı mülkiyyət ilə, qərbdən 1528A saylı mülkiyyət ilə həmsərhəddir. Ərazidə heç bir tarixi və təbiət abidələri yoxdur. Ərazi şimaldan cənuba doğru mailidir və relyefi sakitdir. Ərazidən həyətyanı üçün torpaq sahəsinin ayrılması məqsədə uyğundur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli ayrıc aktında göstərilir ki, aşağıda imza edən komissiya üzvləri: 1. M.Əliyeva-Balakən RİH başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, 2. D.Omarov - Balakən RİH-nin Memarlıq və Tikinti şöbəsinin böyük məsləhətçisi, 3. T. Bayramov - Balakən şəhər İƏD üzrə nümayəndəs, 4. Ş. Musalimova - Balakən bələdiyyəsinin sədri tərəfindən tərtib edilir həmin akt ondan ötrü ki, Balakən bələdiyyəsinin 16 dekabr 2021-ci il tarixli 149 №-li məktubu əsasında, Balakən RİH başçısının 12 mart 1993-cü il tarixli 139 saylı sərəncamı ilə şəhərin genişləndirilməsi üçün Mahamaiar kənd sovetliyi Qazbinə kəndi, Musabəyov adına kolxozun ərazisindən mərhum X7 Balakən RİH başçısının 31 mart 1993cü il tarixli 189 saylı sərəncam ilə 0,06 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Ayrılmış 0,06 ha torpaq sahəsi: şimaldan - 1893 SS saylı mülkiyyət ilə; cənubda Əziz Əliyev küçəsi ilə, şərqdən 1895 SS saylı mülkiyyət ilə, qərbdən 1528 A saylı mülkiyyət ilə həmsərhəddir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasinin Ədliyyə Nazirliyi Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən Balakən Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu S.T.Məmmədova ünvanlanmış xx.xx.2021-ci il tarixli xx/xx-1503/12 saylı məktubda (xx.xx.2021-ci il tarixli 1487 saylı sorğuya cavab) göstərilir ki, Balakən rayon Qeydiyyat Şöbəsinə xx.xx.2021-ci il tarixdə daxil olmuş X6 övladının olub-olmaması barədə məlumatın verilməsinə dair məktubuna cavab olaraq bildirilir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama aparılarkən övladı barədə məlumat aşkar edilməmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə iştirak edən iddiaçının və cavabdehin izahatları, işdə olan digər sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, Balakən rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü tarixli 139 nömrəli sərəncamı ilə X7 Balakən rayonu Mahamalar (Qazbinə) kəndi ərazisindən 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. X9 30 mart 2001-ci il tarixdə vəfat etmişdir. X6 birinci növbəli vərəsələri (valideynləri, arvadı, uşaqları) olmamışdır. İddiaçı mərhum X6 bacısı olmaqla onun ikinci növbəli vərəsəsidir. Belə ki, İddiaçı xx.xx.2001-ci il tarixində vəfat etmiş mərhum X3nun mirasına vərəsəlik şəhadətnaməsi almaq üçün notariat ofisinə müraciət etmiş və mərhum X6 vərəsəsi kimi tanınmışdır. İddiaçı X8 mərhum X2 miras qalmış əmlaka vərəsəlik hüquqlarını rəsmiləşdirmək istəyir. X6 adına vərəsəlik işi açılsa da, onun mülkiyyətinə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinə dair hüquqların rəsmiləşdirilməsi barədə çıxarış onun vərəsəsi olan iddiaçı tərəfindən təqdim edilmədiyindən, notariat orqanında ona qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. X6 vərəsəsi olan və ondan miras qalmış əmlakın mülkiyyətçisi sayılan İddiaçı tərəfindən mərhum X6 mülkiyyətinə verilmiş əmlaklar, o cümlədən sözügedən 0.06 ha həyətyanı torpaq sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrindı qeydiyyata alınaraq reyestrindən çıxarışla rəsmiləşdirilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 Saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət edilmiş və ərizənin icrası ilə əlaqədar zəruri inventarlaşma işlərinin aparılması məqsədi ilə aidiyyəti əməkdaşlar tərəfindən torpaq sahəsində ölçü işlərinin aparılmasına Cavabdeh tərəfindən maneələr yaradılmış, cavabdeh tərəfindən həmin ölçmə işlərinin aparılmasına imkan verilməmişdir. Cavabdeh da məhkəmədə verdiyi izahatında sözügedən 0.06 həyətyanı torpaq sahəsində ölçmə işlərinin aparılmasına maneələr yaratdığını-aidiyyəti mütəxəssisləri həmin torpaq sahəsinə buraxmadığını qeyd etmiş və bunu həmin torpaq sahəsinin ona məxsus olması ilə əsaslandırmışdır. Ona görə də iddiaçı göstərilən tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları Bəyannaməsinin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlakın dövlət reyesri haqqında Azərbaycan Respublikası Qanununun 4.1ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Daşınmaz əmlakın dövlət reyesri haqqında Azərbaycan Respublikası Qanununun 7.1 və 7.2-ci maddələrinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir; “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Daşınmaz əmlakın dövlət reyesri haqqında Azərbaycan Respublikası Qanununun 8.0cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:..8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı…8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri… Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında belə bir hüquqi mövqe ifadə edilmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayəti ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2004-cü il tarixli qərarında göstərilir ki, hüququn dövlət qeydiyyatına alınmasına qədər şəxs ona verilən əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Bu isə daşınmaz əşyanın əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Müşfiq Bayramovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyun 2011-ci il tarixli qərarında göstərilir ki, torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi torpaq üzərində mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarını istisna etmir. «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında mülkiyyət hüququnun məzmunu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: «Mülki və torpaq qanunvericilyinin müddəalarından da göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir». Məhkəmə qeyd edir ki, Konstitusiyasının 13 və 29-cu maddələrinin və mülkiyyətin müdafiəsi ilə bağlı digər qanun normalarının mahiyyəti hər bir mülki hüquq subyektinin mülkiyyət hüququnu tanımaqla bərabər onların mülki dövriyyədə eyni hüquqi rejimə malik olmalarını, həmçinin subyektiv hüquqların müdafiəsi ilə bağlı imkan və vasitələrin həcmində də (o cümlədən iddia müddətinin tətbiq olunmaması da) fərqlərin mövcudluğunu inkar edir. Bu müddəaların başqa cür qəbul edilməsi mülkiyyət növləri arasında ayrıseçkilik yaratmaqla yanaşı digər Konstitusiya normalarının deklarativliyinə gətirib çıxarmaqla bütövlükdə onların sistemliliyinə xələl gətirmiş olardı. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi əmlakdan istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə Marks Belçikaya qarşı işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Məhkəmə Sporronq və Lonrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ şərti və qeyri-sabit xarakter almışdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarının 39,40 və 41-ci bəndlərində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxil qanunvericilikdə formal təsnifatdan asılı deyil:əmlakı təşkil edən bəzi hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Belə olan halda məhkəmə razılaşır ki, ərizəçinin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən «mülkiyyət» in təşkil olunması üçnü kifayət qədər əsaslıdır. İşin faktiki hallarına hüquqi qiymət verən məhkəmə nəzərə çatdırır ki, əslində sözügedən 0.06 ha həyətyanı torpaq sahəsi hüquqmüəyyənedici sənədlər əsasında X6 qanuni sahiblik və istifadəsinə verilmiş və onun həmin torpaq sahəsi üzərində titul sahibliyi yaranmışdır. Bu titul sahibliyi də həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün hüquqi fakt kimi çıxış etmişdir. X4 vəfat etdiyi üçün həmin 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldıra bilməmişdir. Həmçinin aidiyyəti dövlət orqanları tərəfindən qanunun tələbləri pozulmaqla həmin vaxt sözügedən 0.06 ha həyətyanı torpaq sahəsinə, X6 adına qeydə alınmaqla, Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə verilməmişdir. Belə ki, Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir; fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir; torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Ona görə də həmin 0.06 ha torpaq sahəsinə X1 və istifadə hüququ yarandığından və bu sahiblik qanuni müdafiə altında mülkiyyət hüquqlarına barəbər tutulduğundan (Mülki Məcəllənin 157.8-ci maddəsi), X6 həmin torpaq sahəsinə hüquqları onun miras kütləsinin predmetini təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1157-1.1-ci maddəsinə əsasən miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1157-1.2-ci maddəsinə əsasən mirasın mühafizəsi (qorunması) ilə bağlı tədbirləri hər bir vərəsə digər miras şəriklərinin razılığı olmadan da həyata keçirə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər; 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur; 1159.1.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar… Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-ci maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1276-cı maddəsinə əsasən hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 28 iyul 2022-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3-cü maddəsinə əsasən hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi… İşdəki sübutlardan görünür ki, İddiaçı mərhum X2 Balakən rayonu Mahamalar (Qazbinə) kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. İddiaçı 30 mart 2001-ci il tarixdə ölmüş X6 ikinci növbəli vərəsəsidir. O, qardaşından qalmış mirasla bağlı şəhadətnamə verilməsi üçün notariat orqanına müraciət etmiş, lakin notariat orqanında qardaşından miras qalmış həmin 0.06 ha həyətyanı torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmədiyi üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İddiaçı müraciəti əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşları tərəfindən 0.06 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsili ilə bağlı həmin torpaq sahəsində ölçmə işlərinin aparılması həyata keçirilərkən Cavabdeh tərəfindən ölçmə işlərinin aparılmasına, inventarlaşdırma işlərinin həyata keçirilməsinə maneələr yaradılmış və həmin əməkdaşlar oradan çıxarılmışdır. Bununla da Cavabdeh tərəfindən hüquqdan sui-istifadə edilməklə İddiaçı Cəfrqulu qızına mərhum qardaşından qalmış mirasla bağlı vərəsəlik və mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinə maneələr yaradılmışdır. Ona görə də qanun normalarının tələbinə əsasən iddiaçının vərəsəlik və mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi üçün sözügedən 0.06 ha həyətyanı torpaq sahəsinə dair ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli yuxarıda göstərilən qanun normaları ilə qiymətləndirərək, hesab edir ki, iddia təmin olunmalı, Balakən rayon İcra Hakimiyyəti başçısının 12 mart 1993-cü il tarixli 139 nömrəli sərəncamına əsasən Balakən rayonu Mahamalar (Qazbinə) kəndində iddiaçının mərhum X3na ayrılmış və ondan miras qalmış 0.06 ha həyətyanı torpaq sahəsinə dair ölçmə işlərinin aparilmasina Cavabdeh tərəfindən edilən maneələr aradan qaldırılmaqla lazımi şərait yaradılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallada iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Balakən Rayon İcra Hakimiyyəti başçısının 12 mart 1993-cü il tarixli 139 nömrəli sərəncamına əsasən Balakən rayonu Mahamalar (Qazbinə) kəndində İddiaçı mərhum X3na ayrılmış və ondan miras qalmış 0.06 ha həyətyanı torpaq sahəsinə dair ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən edilən maneələr aradan qaldırılmaqla lazımi şərait yaradılsın; ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-635/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-635/2022
19.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver