Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-640/2024 27.05.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, iddiaçı Nümayəndə cavabdehlər Cavabdeh2, Cavabdeh1 Oktay qızına və Cavabdeh3 qarşı cavabdehlərin fərdi yaşayış evi və torpaq sahəsindən məcburi çıxarılması və iddianın irəli sürülməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı Nümayəndə cavabdehlər Cavabdeh2, Cavabdeh1 Oktay qızına və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Nümayəndə xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, 2 yaşayış otaqlı, ümumi sahəsi 59.7 kv.m, yaşayış sahəsi 3.6 kv.m, köməkçi sahəsi 26.1 kv.m olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.10 ha həyətyanı torpaq sahəsindən cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və onların ailə üzvlərinin məcburi olaraq çıxarılması və iddianın irəli sürülməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirəm ki, hazrki iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Lakin iddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçı Nümayəndə iddia ərizəsində özünə məxsus evdən və torpaq sahəsindən çıxarılması tələbini irəli sürdüyü cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 ailə üzvlərinin adlarını, soyadlarını və ata adlarını, yaşayış yeri və ya olduğu yeri (həm faktiki, həm də rəsmi qeydə alındıqları ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvanı, telefon nömrələrini, o cümlədən mobil telefon nömrələrini, elektron poçt ünvanlarını, eyniləşdirmə məlumatlarınışəxsiyyət vəsiqələrinin seriya nömrələrini, həmçinin iddiaçı kimi özünün və cavabdehlər kimi qeyd etdiyi Cavabdeh2, Cavabdeh1 Oktay qızının və Cavabdeh3 telefon nömrələrini, o cümlədən mobil telefon nömrələrini və elektron poçt ünvanını göstərməmiş, bundan başqa iddiaçı Nümayəndə xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, 2 yaşayış otaqlı, ümumi sahəsi 59.7 kv.m, yaşayış sahəsi 3.6 kv.m, köməkçi sahəsi 26.1 kv.m olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.10 ha həyətyanı torpaq sahəsindən cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 hansı ailə üzvlərinin məcburi olaraq çıxarılmasını göstərməmişdir. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddiaçı Nümayəndə cavabdehlər Cavabdeh2, Cavabdeh1 Oktay qızına və Cavabdeh3 qarşı cavabdehlərin fərdi yaşayış evi və torpaq sahəsindən məcburi çıxarılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və ərizəçiyə nöqsanlar aradan qaldırıldıqdan sonra həmin məsələ ilə bağlı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Eyni zamanda hazırki ərizənin qaldırılması üçün Nümayəndə tərəfindən Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Balakən Rayon Məhkəməsinin müvafiq qərardadı ilə Balakən rayon Maliyyə Şöbəsi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən Nümayəndə qaytarılmasının qərara alınması nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı Nümayəndə oğlunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 Oktay qızına və Cavabdeh3 qarşı cavabdehlərin fərdi yaşayış evi və torpaq sahəsindən məcburi çıxarılması və iddianın irəli sürülməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın; hazırki iddianın qaldırılması üçün iddiaçı Nümayəndə oğlu tərəfindən Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Balakən Rayon Məhkəməsinin müvafiq qərardadı ilə Balakən rayon Maliyyə Şöbəsi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən iddiaçı Nümayəndə oğluna qaytarılmasının qərara alınması nəzərə alınsın; ərizəçiyə nöqsanlar aradan qaldırıldıqdan sonra həmin məsələ ilə bağlı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-640/2024
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-640/2024
27.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver