Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-644/2022 10.10.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı 04 mart 2017-ci il tarixli 4-Ə-135 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla iş üzrə Cavabdeh arasında 04 mart 2017-ci il tarixdə bağlanmış Balakən rayonu Talalar kəndində yerləşən 0.2271 ha torpaq sahəsininin bağışlanmasına dair 4Ə-135 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan Balakən rayonu Talalar kəndində yerləşən 0.2271 ha torpac sahəsini 04 mart 2017-ci il tarixdə oğlu Cavabdeh bağışlamışdır. Həmin müqaviləni bağlamaqda səbəb oğlu Cavabdeh özünün mülkiyyətində olan Balakən rayonu Talalar kəndində yerləşən 0.23 ha torpaq sahəsini qardaşı Səfər Yolçuyevə bağışlaması vədi olmuşdur. Hər dəfəsində iş üzrə Cavabdeh mülkiyyətində olan Balakən rayonu Talalar kəndində yerləşən 0.23 ha torpaq sahəsini qardaşı Səfər Yolçuyevə bağışlamasını xahiş etsə də, Mehman müxtəlif bəhanələrlə işi uzadır. O, öz öhdəliyini icra etməsinə baxmayaraq, iş üzrə Cavabdeh vədinə sadiq qalmamış və mülkiyyətində olan Balakən rayonu Talalar kəndində yerləşən 0.23 ha torpaq sahəsini qardaşı Səfər Yolçuyevə bağışlamamışdır. Göründüyü kimi, həmin müqavilə Cavabdeh onu aldatması nəticəsində bağlanmışdı ki, bu hal da ona dəlalət edir ki, qanunvericiliyə əsasən həmin müqavilə etibarsız əqddir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, həmçinin heç bir psixi xəstəliyinin olmadığını, öz hərəkətlərinin mənasını tam anladığını və onları idarə etdiyini, sərbəst şəkildə mühakimə yürütdüyünü, 04 mart 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanan və notarial qaydada təsdiq olunan vaxt notariat kontorunda şəxsən olduğunu, təqdim olunmuş şəxsiyyət vəsiqələri əsasında onun və cavabdehin şəxsiyyətinin və fəaliyyət qabiliyyətinin müəyyən olunduğunu, notarius tərəfindən ona müqavilənin məzmununun və hüquq və vəzifələrinin izah olunduğunu və notariat hərəkətlərinin nəticələri barədə xəbərdarlıq edildiyini, 04 mart 2017-ci il tarixli bağışlama müqaviləsinə şəxsən imza etdiyini, dövlət rüsumunun ödənildiyini, müqavilənin notarius tərəfindən imza və möhürlə təsdiq edildiyini və müqavilənin bir nüsxəsinin ona verildiyini bildirərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək, İddiaçı iddiasi ilə tanış olduğunu, lakin iddianı qəbul etmədiyini bildirərək onun iştirakı olmadan işə baxaraq iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Ona görə də məhkəmə hazırki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Balakən regional «ASAN xidmət» mərkəzində Notariat Ofisinin xüsusi notariusu X3 məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəblərlə əlaqədar olması ilə bağıl heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə məhkəmə hazırki işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən regional «ASAN xidmət» mərkəzində Notariat Ofisinin xüsusi notariusu X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********83 olan, ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Talalar kəndində 0.2271 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 58 №li reyestr kitabının 54 №li vərəqində xx.xx.2017-ci il tarixdə İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi A137732 olan xx.xx.2017-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən rayonu Talalar kəndində 0.2271 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 176 nömrəli doğum haqqında akt qeydindən görünür ki, Cavabdeh xx xxxxxx 1977-ci il tarixdə doğulmuş, atası İddiaçı, anası isə X5 göstərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş notarial qaydada təsdiq olunmuş 04 mart 2017-ci il tarixli 4Ə-135 reyestr nömrəli saylı Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı mülkiyyət hüququ üzrə özünə məxsus olan Balakən rayonu Talalar kəndində yerləşən 0.2271 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Cavabdeh bağışlamışdır. Həmin müqavilə hər hansı şərt və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmişdir. İş materiallarından həmçinin görünür ki, İddiaçı hazırki iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında iddiaçının izahatı, işdə olan sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, İddiaçı Cavabdeh atasıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********83 olan, ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli Çıxarışla Balakən rayonu Talalar kəndində 0.2271 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 58 №li reyestr kitabının 54 №li vərəqində xx.xx.2017-ci il tarixdə İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və onun xüsusi mülkiyyətinə verilmişdir. İddiaçı 04 mart 2017-ci il tarixdə Balakən regional «ASAN xidmət» mərkəzində Notariat Ofisində (xüsusi notarius X3) bağladığı 4Ə-135 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanma müqaviləsi ilə xüsuüsi mülkiyyətində olan Balakən rayonu Talalar kəndində yerləşən 0.2271 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini əvəzsiz olaraq, heç bir şərt müəyyən olunmadan və ya heç bir öhdəliyin yerinə yetirilməsindən asılı edilmədən oğlu Cavabdeh bağışlamışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, iddia tələbinin əsaslandırıldığı hallar kimi 04 mart 2017-ci il tarixli bağışlama müqaviləsinin Cavabdeh özünün mülkiyyətində olan Balakən rayonu Talalar kəndində yerləşən 0.23 ha torpaq sahəsini qardaşı Səfər Yolçuyevə bağışlaması şərti və öhdəliyi ilə bağlandığını, onun öz öhdəliyini icra etməsinə baxmayaraq, Cavabdeh öz öhdəliyini yerinə yetirməyərək mülkiyyətində olan Balakən rayonu Talalar kəndində yerləşən 0.23 ha torpaq sahəsini qardaşı Səfər Yolçuyevə bağışlamadığını və bununla da həmin müqavilənin Cavabdeh onu aldatmaqla bağlandığını göstərərək, 04 mart 2017-ci il tarixli 4Ə-135 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Həmçinin İddiaçı hazırki iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X4 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.3-cü maddəsinə əsasən notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərməlidir. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq hüquqlar dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.6-cı maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 328.1-ci maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 328.2-ci maddəsinə əsasən bu Məcəllənin müəyyənləşdirdiyi tələblərə zidd olan, yaxud icrası mümkün olmayan şərt etibarsızdır. Belə şərtdən asılı olan əqd tamamilə etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 328.3-cü maddəsinə əsasən tərəflərin iradəsindən asılı olan şərt, yəni baş verməsi və ya baş verməməsi yalnız tərəflərin əqddəki arzusundan asılı olan şərt etibarsızdır. Belə şərtlə bağlanmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 334.2-ci maddəsinə əsasən əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.5-ci maddəsinə əsasən əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347.3-cü maddəsinə əsasən əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347.4-cü maddəsinə əsasən kontragentin şəxsiyyəti barəsində yanılma yalnız o zaman vacib sayılır ki, əqdin bağlanması üçün kontragentin şəxsiyyəti və ya şəxsi keyfiyyətlərinin nəzərə alınması başlıca əsas olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347.5-ci maddəsinə əsasən predmetin əsas xüsusiyyətləri barəsində yanılma yalnız o zaman vacib sayılır ki, predmetin dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347.6-cı maddəsinə əsasən yazılı əqdlər bağlanarkən buraxılmış xırda səhvlər düzəlişə hüquq verir, lakin mübahisə etməyə hüquq vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347.7-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə, özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən tələb edə bilər. Bu, sübuta yetirilməsə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf digər tərəfin tələbi ilə ona dəymiş real zərərin əvəzini ödəməyə, hətta yanılmanın yanılan tərəfdən asılı olmayan səbəblərdən əmələ gəldiyi hallarda da borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli qərarında ifadə etdiyi hüquqi yanaşmaya görə əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır:- əqdin subyekt tərkibinə dair şərtlər;- əqdin məzmununa dair şərtlər;- əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər;- əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli qərarında nəzərə çatdırılmışdır ki, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 1 dekabr 2020-ci il tarixli qərarında göstərilir ki, mübahisə edilən əqdlər onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqdlərdir. İradə ifadəsinin zədələnməsinə səbəb olan və nəticədə bağlanmış müqavilənin mübahisələndirilməsi vasitəsilə onun etibarsızlığı ilə nəticələnən hallardan biri isə aldatmadır. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır. Aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla). Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: • Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; • Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; • Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlarında xüsusi olaraq nəzərə çatdırmışdır ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər. O da nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Məhkəmənin gələcəyi nəticənin məhz əqdin etibarlılığından asılı edilməsi ilə məsələ ilə üzrə Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 668.1-ci maddəsinə əsasən bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.2. rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.3. daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; 668.1.4. tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; 668.1.5. gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 670.3-cü maddəsinə əsasən bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 671-ci maddəsinə əsasən hədiyyə verən hədiyyə alanın ondan qabaq ölməsi halı üçün bağışlanmış əşyanın restitusiyası hüququnu özündə saxlaya bilər. Torpaq sahələri və ya onlara əşya hüquqları bağışlanarkən bu cür restitusiya hüququ daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydə alına bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1-ci maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.2-ci maddəsinə əsasən hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər: 673.2.1. bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; 673.2.2. vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə; 673.2.3. vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.3-cü maddəsinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.4-cü maddəsinə əsasən bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 674.1-ci maddəsinə əsasən aşağıdakı hallarda bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir: 674.1.1. bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda; 674.1.2. hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair» 19 dekabr 2012-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsində nəzərdə tutulan bağışlama müqaviləsi əvəzsiz ikitərəfli müqavilə olmaqla hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmin Məcəllənin 670.1-ci maddəsinə uyğun olaraq bağışlama hədiyyə verənin bəhrələnməsi ilə bağlı olmayan şərtlərin və öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan müqavilələrdən biri də bağışlama müqaviləsidir və qanunvericiliyə əsasən bağışlama müqaviləsi ikitərəfli müqavilədir. İş materiallarından görünür ki, İddiaçı, Cavabdeh tərəfindən hər hansı bir şərtin və ya öhdəliyin yerinə yetirilməsindən asılı edilmədən öz xüsusi mülkiyyətində olan 0.2271 ha torpaq sahəsini notarial qaydada təsdiq olunmuş 04 mart 2017-ci il tarixli 4Ə-135 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında Cavabdeh bağışlamış və həmin 0.2271 ha torpaq sahəsi hədiyyə kimi Cavabdeh tərəfindən qəbul edilmişdir. Sözügedən 04 mart 2017-ci il tarixli 4Ə-135 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsində 0.2271 ha torpaq sahəsinin bağışlanması üçün Cavabdeh Balakən rayonu Talalar kəndində yerləşən mülkiyyətində olan 0.23 ha torpaq sahəsini qardaşı Səfər Yolçuyevə bağışlayacağı ilə bağlı hər hansı şərt və öhdəlik müəyyən edilməmişdir. Belə olan halda 04 mart 2017-ci il tarixli 4Ə-135 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin bağlanması üçün müqavilə üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib, Balakən rayonu Talalar kəndində yerləşən mülkiyyətində olan 0.23 ha torpaq sahəsini qardaşı Səfər Yolçuyevə bağışlamamaqla Cavabdeh İddiaçı aldatması və 04 mart 2017-ci tarixli müqavilənin iddiaçının aldadılması nəticəsində bağlanması barədə iddiaçının bildirdikləri heç bir faktoloji və hüquqi əsas malik deyildir və bu konteksdə tamamilə əsassızdır. Məhkəmə işdəki sübutlara istinadən 04 mart 2017-ci il tarixli 4Ə-135 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə sənədin düzlüyü və tamlığı prezumpsiyasından yanaşaraq, qeyd edir ki, həmin müqavilədə bütün rekvizitlər; müqavilə tərəflərinin adları (soyadı, adı və atasının adı) və müqavilənin predmeti göstərilmiş, müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətlərinin nəticələri barədə onlara xəbərdarlıq edilmiş, tərəflər müqaviləyə şəxsən imza etmiş, müqavilənin notarius tərəfindən təsdiq edilməsi, tərəflərin şəxsiyyətinin müəyyən edilməsi, onların fəaliyyət qabiliyyətinin yoxlanması, müqavilənin təsdiqi üzrə dövlət rüsumunun tutulması və müqavilənin müvafiq nömrə ilə informasiya sisteminə daxil edilməsi qeyd edilmiş, müqavilə notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs tərəfindən imza edilmiş və müvafiq möhürlə təsdiq edilmişdir. Eyni zamanda həmin müqavilənin tamlığını və düzgünlüyünü pozan hər hansı pozuntu və qanunsuzluqlar müəyyən edilməmişdir. İş materialları ilə mübahisələndirilən 04 mart 2017-ci il tarixli 4Ə-135 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin bağlanması üçün tərəflərin iradəsinə hər hansı formada təsir edilməsi; hakimiyyətdən sui-istifadə, aldatma, hədə təsiri altında, bir tərəfin o biri tərəflə pis niyyətlə razılığa gəlməsi və ya iddiaçının ağır vəziyyətə düşməsi nəticəsində və vacib əhəmiyyətli yanılmanın təsiri altında əqdin bağlanması halları müəyyən edilməmişdir. 04 mart 2017-ci il tarixli 4Ə-135 reyestr nömrəli bağışlama müqaviləsinin bağlanması tərəflərin:İddiaçı və Cavabdeh iradə ifadəsinin nəticəsi olmuş, iddiaçı və cavabdeh şəxsən həmin müqavilənin bağlanması və notarial qaydada təsdiqlənməsində iştirak etmiş, iddiaçıya və cavbadehə hüquq və vəztifələri izah edilməklə onlar notariat hərəkətlərinin nəticələri barədə xəbərdarlıq edilmiş və iddiaçı və cavabdeh şəxsən müqaviləyə imza etmişlər. İşdəki sübutlarla təsdiq olunur ki, 04 mart 2017-ci il tarixli bağışlama müqaviləsində qanunvericiliyin tələbinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olnan qərarlarında ifadə etdiyi hüquqi mövqeyə uyğun olaraq əqdin etibarlı sayılması üçün bütün şərtlərə: əqdin subyekt tərkibinə dair şərtlərə, əqdin məzmununa dair şərtlərə, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlərə və əqdin formasına dair şərtlərə əməl edilmişdir. Yəni həmin 04 mart 2017-ci il tarixli 4Ə-135 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsi 0.2271 ha torpaq sahəsinin mülkiyyətçisi olan tam fəaliyyət qabiliyyətli iddiaçı ilə onun oğlu olan tam fəaliyyət qabiliyyətli cavabdeh arasında bağlanmış, bu zaman əqdin məzmunu və bununla bağlı hüquqi nəticələr tərəflərə izah edilmiş, tərəflər, o cümlədən iddiaçı əqdin məzmunu ilə bağlı tam məlumatlı olmuş, bu əqddə iddiaçı öz mülkiyyəti üzərində sərbəst şəkildə sərəncam verərək, iradə sərbəstliyini nümayiş etdirmiş və həmin müqaviləni bağlamaqla tərəflər iradə ifadəsini bildirmiş, həmçinin həmin əqdin qanunda müəyyən edilmiş formasına riayət edilmiş; əqd yazılı formada bağlanaraq notarial qaydada təsdiq edilmişdir. Tərəflər həmin 04 mart 2017-ci il tarixli bağışlama müqaviləsi bağlayərkən müqavilə azadlığı prinsipinə riayət edərək, qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyini həyata keçirmişlər. İddiaçı 04 mart 2017-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin Cavabdeh mülkiyyətində olan 0.23 ha torpaq sahəsini qardaşı Səfər Yolçuyevə bağışlayacağı şərti ilə bağlanması və bağışlama ilə bağlı Cavabdeh mülkiyyətində olan 0.23 ha torpaq sahəsini qardaşı Səfər Yolçuyevə bağışlayacağı ilə bağlı öhdəlik götürməsi və bu öhdəliyi yerinə yetirməməsi, bununla da həmin əqdin aldadılma nəticəsində bağlanması barədə iddia tələbini əsaslandırdığı halların mövcudluğu işdəki sübutlarla tam təkzib olunur və iddiaçı tərəf də belə bir halların olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı sözügedən əqdin məzmunu barədə tam məlumatlı olmuş və həmin əqddə cavabdeh üçün beə bir şərt və ya öhdəlik müəyyən olunmamış, əqd hər hansı şərt və ya öhdəliyin yerinə yetirilməsi ilə asılı edilməmişdir. Həmçinin cavabdeh tərəfindən iddiaçıya əqdi bağlamağa sövq etmək məqsədilə hər hansı yalan məlumatın verilməsi və ya barəsində məlumat verilməli olan hər hansı məsələ barəsində susması, bununla da sözügedən əqd barəsində yanlış təəssürat yaratması və iddiaçını həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etməsi, başqa sözlə əqdin bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində iddiaçıda yanlış təsəvvür yaranması işdəki sübutlarla müəyyən olunmur və iddiaçı tərəfindən də bu halların mövcudluğunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Digər tərəfdən iddiaçı həmin 04 mart 2017-ci il tarixli bağışlama müqaviləsini bağlayarkən cavabdeh üçün belə bir şərt və öhdəlik, yəni bağışlama müqaviləsinin bağlanması üçün cavabdehin öz mülkiyyətində olan 0.23 ha torpaq sahəsini öz qardaşı Səfər Yolçuyevə bağışlamalı olmasını müəyyən edə bilərdi. Lakin iddiaçı qanunda ona verilən bu hüquqdan istifadə etməmiş və cavabdeh üçün belə bir şərt və öhdəlik müəyyən edilməmişdir. Ona görə işdə olan sübutlar 04 mart 2017-ci il tarixli Daşınmaz əmlakın bağışlaması müqaviləsinin aldatma ilə iddiaçıda formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanması, yəni aldatma olmasaydı mövcud müqavilənin bağlanmaması və ya başqa şərtlərlə bağlanmış olması barədə qənaətə gəlməyə heç əsas vermir. Əksinə iş materiallarından görünür ki, qeyd edildiyi kimi, 04 mart 2017-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsi Cavabdeh mülkiyyətində olan 0,23 ha torpaq sahəsini qardaşı Səfər Yolçuyevə bağışlayacağı şərti və öhdəliyi ilə asılı edilməmiş, həmin bağışlama müqaviləsinə əsasən Cavabdeh belə bir öhdəlik götürməmiş, bu xüsusat üzrə cavabdeh iddiaçını aldatmamış və müqavilə aldatma nəticəsində bağlanmamışdır. Belə bir şərt və ya öhdəlik mövcud olmadığı halında mövcud olmayan şərt və ya öhdəliyin yerinə yetirilməməsi və guya iddiaçının bu hal üzrə aldadılması əsası ilə bağışlanma müqaviləsinin etibarsız sayılmasının tələb edilməsi əsassızdır və qanunun tələblərinə ziddir. Ümumiyyətlə İddiaçı iddia tələbinin əsaslandırıldığı halları təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş və bununla da iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçı kimi onun üzərinə düşür. Məhkəmə onu da qeyd edir ki, hazırki tələb üzrə kəsici iddia müddəti ötürülmüşdür və bu əsas üzrə də iddia təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsində etibarsız əqdlər üzrə iddia müddətləri nəzərdə tutulmuşdur ki, həmin müddətlər də kəsici müddətlər adlanır. Qanun normasının tələbinə görə kəsici iddai müddətləri tərəf ərizə vermədən də məhkəmə tərəfindən tətbiq oluna bilər.Yəni kəsici müddətlər elə müddətlərdir ki, həmin müddətlər ərzində hüququn özü mövcud olur, həmin müddətlərin keçməsi ilə tələbin əsası kimi çıxış edən hüququn özü artıq mövcud olmur. İş materiallarından görünür ki, tərəflər arasında iddianın predmetini təşkil edən bağışlama müqaviləsi 04 mart 2017-ci il tarixdə bağlanmış, tərəflər həmin müqavilənin bağlanması və notarial qaydada təsdiq olunmasında iştirak etmişlər. Həmçinin həmin müqavilədə Cavabdeh xüsusi mülkiyyətində olan 0.23 ha torpaq sahəsini qardaşı Səfər Yolçuyevə bağışlayacağı barədə şərt və öhdəliyi müəyyən edilməmişdir. İddiaçı həmin 04 mart 2017-ci il tarixli əqdin etibarsız əqd olduğunu göstərməklə onun etibarsızlığını xahiş edir. İşdəki sübutlarla müəyyyən olunur ki, iddiaçı əqdin məzmunundan məhz onun bağlandığı 04 mart 2017-ci il tarixdən xəbərdar olmuşdur və həmin vaxtdan əqdin etibarsız sayılmasına əsas verən halları bilmişdir və ya bilməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 1 dekabr 2020-ci il tarixli qərarında qeyd olunur ki, qanunvericilikdə müqavilələrin mübahisələndirilməsi hüququ müddətlə məhdudlaşdırılmışdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İş materiallaırndan müəyyən olunur ki, İddiaçı 04 mart 2017-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsızlığı ilə bağlı iddia ilə 13 iyun 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bununla da İddiaçı 04 mart 2017-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsızlığı ilə mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş kəsici iddia müddətini ötürmüş, həmin müddətin bərpası barədə məhkəməyə vəsatət verməmiş və həmin müddət bərpa olunmamışdır. Yuxarıda göstərilənlər hazırki iddia tələbinin heç bir faktoloji və hüquqi əsaslara malik olmadığını göstərir. Ona görə də hazırki iddia təmin olunmamalıdır. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında X9 Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı onunla iş üzrə Cavabdeh arasında 04 mart 2017-ci il tarixdə bağlanmış Balakən rayonu Talalar kəndində yerləşən 0.2271 ha torpaq sahəsininin bağışlanmasına dair 4Ə-135 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız sayılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməldir. Həmçinin iddia təmin edilmədiyi üçün ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edidlir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı onunla iş üzrə Cavabdeh arasında 04 mart 2017-ci il tarixdə bağlanmış Balakən rayonu Talalar kəndində yerləşən 0.2271 ha torpaq sahəsininin bağışlanmasına dair 4Ə-135 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız sayılması tələbinə dair iddiası təmin edilməsin. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-644/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-644/2022
10.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver