Məhkəmə qərarları › İş №e-2(019)-645/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-645/2022

07.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-645/2022 07.09.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh İddiaçı məxsus Balakən rayonu Gərəkli kəndində yerləşən 0,0928 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Balakən rayonu Gərəkli kəndində yaşayır. Cavabdeh ona və Nümayəndə qarşı iddia ərizəsi ilə məhkəməyə müracət edərək mərhum əri X3 miras qalmış 10000 (on min) manat dəyərində **-BK-*** dövlət qeydiyyat nişanlı VAZ-21703 markalı minik avtomobilin, həmçinin 2000(iki min) manat dəyəri olan dişi iribuynuzlu inək malının iddiaçılar və cavabdehlər arasında bölünməsi,habelə onun və iki azyaşlı uşaqlarının daimi yaşadıqları və qeydiyyatda olduqları Balakən rayon Gərəkli kəndindəki evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli 2(019)- 912/2021 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh iddiası qismən təmin edilmiş, 25 fevral 2021-ci ildə ölmüş X3 miras qalmış əmlak-10000 ( on min) manat dəyərində 2008-ci il buraxılışı, sedan tipli “VAZ 21703 minik” markalı **-BK-*** dövlət qeydiyat nişanlı avtomaşının ½ hissəsi və 1500 manat dəyərində bir baş inəyin ½ hissəsi onun birinci növbəli vərəsələri-İddiaçı, Nümayəndə, Cavabdeh, X7 və X8 arasında payları bərabər olmaqla bölünmüş, 2008-ci il buraxılışı, sedan tipli, “VAZ 21703 minik” markalı **-BK-*** dövlət qeydiyat nişanlı avtomaşın Cavabdeh, X7 və X10 verilməsi, avtomaşının dəyərinin 2000 ( iki min) manatı İddiaçı və Nümayəndə verilmişdir. 1500 manat dəyərində inəyin dəyərinin 300 ( üç yüz) manatının İddiaçı və X1, 1200 ( bir min iki yüz) manatı Cavabdeh, X7 və X10 verilmişdir. İddia tələbinin evə köçürülməyə aid hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən şikayət verilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Lakin cavabdeh onun mənzilində qeydiyyatda olmaqla, 2021-ci ilin aprel ayından atasının evində yaşayır. O,Cavabdeh Vahd qızının onların evindən yaşayış sahəsindən qeydiyyatdan çıxarılması üçün Balakən Rayon Polis Şöbəsinə müraciət etmiş, lakin cavabdehin onun evindən qeydiyyatdan çıxarılmasından imtina olunmuş, qeydiyyatdan çıxarılmanın yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında mümkün olacağı ona izah olunmuş, məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Odur ki, Cavabdeh ona və ailə üzvlərinə məxsus olan Balakən rayonu Gərəkli kəndində yerləşən evindən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək göstərdi ki, o, iddiaçının oğlu ilə xx.xx.2012-ci ildə nikah bağlamaqla ailə qurmuşdur. Onların birgə nikahından 2013-cü il təvəllüdlü Mələk, 2015-ci il təvəllüdlü Əli adında iki övladları dünyaya gəlmişdir. Ailə həyatı qurduqdan sonra o ərinin və onun ailə üzvlərinə məxsus fərdi yaşayış evinə pasport qeydiyyatına düşməklə 10 il iki övladı ilə birlikdə həmin evdə yaşamışdır. Əri xx.xx.2021-ci il tarixində qəfil öldükdən sonra, iddiaçı yaşadığı mülkiyyət üzərində hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə aldırmışdır.Həmin mülkiyyətə isə xx.xx.2021-ci il tarixində çıxarış almışdır. Çıxarışda ərinin də mülkiyyət hüquqları vardır. İddaçı çıxarış aldıqdan sonra onu və iki nəvəsini həmin mülkiyyətdən uzaqlaşdırmaq məqsədilə onları evdən çıxartmış, hazırda isə qeydiyyatdan çıxartmaq istəyir . O, iddia tələbi ilə razı deyildir. O,iki uşağı ilə birlikdə köçüb həmin evdə yaşamaq istəyir. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Balakən rayonu Gərəkli kəndində yerləşən 0.928 ha həyətyanı sahəsi olan ümumi sahəsi 126.20 kv/m-dən ibarət fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 96 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli 2(019)-912/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Cavabdeh iddiasının qismən təmin edilməsi, 25 fevral 2021-ci ildə ölmüş X3 miras qalmış əmlak-10000 (on min) manat dəyərində 2008-ci il buraxılışı,sedan tipli, “VAZ 21703 minik” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomaşının ½ hissəsinin və 1500 manat dəyərində bir baş inəyin ½ hissəsinin onun birinci növbəli vərəsələri- İddiaçı,Nümayəndə, Cavabdeh, X7 və X8 arasında payları bərabər olmaqla bölünməsi, 2008-ci il buraxılışı, sedan tipli, “VAZ 21703 minik” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomaşının Cavabdeh, X5 və X10 verilməsi, avtomaşının dəyərinin 2000 (iki min) manatının İddiaçı və Nümayəndə verilməsi, 1500 manat dəyərində inəyin dəyərinin 300 (üç yüz) manatının İddiaçı və Nümayəndə, 1200 (bir min iki yüz) manatının Cavabdeh, X7 və X10 verilməsi, iddia tələbinin evə köçürülməyə aid hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon İcra Hakimiyyəti Başçısının Gərəkli kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 08 iyun 2022ci il tarixdə verilmiş 64 nömrəli arayışdan görünür ki, 2021-2025-ci illərin 2 nömrəli təsərrüfatbaşına kitabın 96-cı səhifəsində 96 saylı təsərrüfatda qeydiyyatda olan Cavabdeh, X7 və X11 08 aprel 2021-ci il tarixdən Gərəkli kəndində bu təsərrüfatda yaşamırlar. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Cavabdeh İddiaçı mərhum oğlu-X4 arvadıdır. Cavabdeh xx.xx.2012-ci ildə X9 ilə rəsmi nikah bağlamaqla ailə qurmuş və onların yaşadığı, Balakən rayonu Gərəkli kəndində yerləşən, cavabdeh İddiaçı adına qeydə alınmış beş otaqlı evə gəlin köçmüş və orada yaşamışdır və həmin evdə qeydiyyata alınmışdır. xx.xx.2021-ci ildə Natiq Tosov kəskin xroniki miokard infaktı keçirmiş və ölmüşdür. Bir müddət sonra aralarında olan narazılığa görə Cavabdeh uşaqları ilə birlikdə atası evinə getmişdir. Buna baxmayaraq o hazırkı vaxta kimi sözügedən evdə qeydiyyatdadır.Ona görə də İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə Cavabdeh İddiaçı mülkiyyətində olan, Balakən rayonu Gərəkli kəndində yerləşən 0,0928 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən istifadə hüququnun olub-olmamasına hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi belə olmuşdur ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırkı işdə tərəflər arasında münasibətlər 01 oktyabr 2009-cu ildən sonra yarandığından onlar arasındakı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi baxımından da hüquqi qiymət verilməlidir. Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Sözügedən qərarda Konstitusiya Məhkəməsinin Plenumu qərar almışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəsli isə qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsini, baba və nənənin nəvələrini saxlamaq vəzifəsini, nəvələrin baba və nənəni saxlamaq vəzifəsini, yetirmələrin öz faktik tərbiyəçilərini saxlamaq vəzifəsini, ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsini müəyyən edir. Həmin fəsildə qaynatanın gəlini saxlamaq vəzifəsi müəyyən edilməmişdir. Ona görə məhkəmə bu nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30–cu maddəsinin tələbləri baxımından, Cavabdeh İddiaçı mülkiyyətində olan, Balakən rayonu Gərəkli kəndində yerləşən 0,0928 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən istifadə hüququ yoxdur. Cavabdeh həmin evdən istifadə hüququnun olmaması Balakən Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli 2(019)- 912/2021 saylı qətnaməsi ilə də müəyyən olunmuş,onun sözügedən evə köçürülməsinə dair iddiası təmin edilməmişdir. Məhkəmə işin hallarını, Cavabdeh İddiaçı mülkiyyətində olan, Balakən rayonu Gərəkli kəndində yerləşən 0,0928 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən istifadə hüququnun olmamasını, qanunvericilikdə evdən istifadə hüququ olan şəxslərin istifadə hüquqlarına xitam verilməsinin müəyyən edilməsini nəzərə alaraq hesab edir ki,iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən 100 manat dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qətetdi İddiaçı Cavabdeh qarşı cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin. 100 manat dövlət rüsumu xərci iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar