Məhkəmə qərarları › İş №e-2(019)-645/2024

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-645/2024

10.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-645/2024 10.10.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçı X1 (Magamakhanov Fangiz) nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı X1 (Magamakhanov Fangiz) Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X3 (Magamakhanov Fangiz) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10000 funt sterlinq (iyirmi iki min manat) pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X1 (Magamakhanov Fangiz) nümayəndəsi-vəkili Nümayəndə2 iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə verərək Cavabdeh 10000 (on min) funt sterlinq pulun, iddia ərizəsi üçün ödənilmiş 156 manat dövlət rüsumunun, vəkilə hüquqi yardım üçün ödənilmiş 320 manat xidmət haqqının cavabdehdən alınaraq iddiaçı X2 ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iddiaçı X1 (Magamakhanov Fangiz) nümayəndəsi-vəkili Nümayəndə2 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxmağı xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsi -vəkili Nümayəndə2 izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı X3 (Magamakhanov Fangiz) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10000 funt sterlinq (iyirmi iki min manat) pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi iddiaçı X3 (Magamakhanov Fangiz) adından vəkil Nümayəndə1 tərəfindən imzalanmışdır. İddia ərizəsinə Nümayəndə1 iddiaçı X1 (Magamakhanov Fangiz)nümayəndəsi olmasına və onun adından hazırki iddia ərizəsini imzalamasına səlahiyyətinin olmasına dair hər hansı sənəd (müvafiq qaydada təsdiq olunmuş etibarnaməni) əlavə edilməmişdir. Mülki-Prosessual Məcəllənin 68.1-68.3-cü maddələrinə əsasən iş məhkəmə baxışına hazırlandıqda və həmin işə məhkəmədə baxıldıqda vəkil ixtisaslı hüquqi yardım göstərməyə borcludur. Məhkəmə tərəfindən işə buraxılmış vəkil iş materialları ilə tanış olmaq, onlardan çıxarışlar götürmək, surətlərini çıxartmaq, sübutlar təqdim etmək və sübutların tədqiqində iştirak etmək, işdə iştirak edən başqa şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatət vermək, habelə əlavə sübutlar tələb olunması barədə vəsatət vermək, məhkəməyə şifahi və yazılı izahat vermək, məhkəmə baxışı gedişində baş verən bütün məsələlər barədə öz dəlil və mülahizələrini təqdim etmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək hüququna malikdir. İşdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir. Göründüyü kimi qanunvericilikdə vəkilin iddia ərizəsini imzalamaq səlahiyyəti müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Qeyd edilən hüquq normasının məzmunundan göründüyü kimi Mülki-Prosessual Məcəllədə imperativ qaydada müəyyən edilmişdir ki, iddia ərizəsi iddiaçı, yaxud da onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanmalıdır. Mülki-Prosessual Məcəlləsinin 74.1-74.2-ci maddələrinə əsasən nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. İddia ərizəsinin imzalanması,işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi,iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi,barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Hazırkı işdə vəkil Nümayəndə1 səlahiyyəti olmadığı halda iddia ərizəsini imzalamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından baxılmamış saxlanmalıdır. Məhkəmə onu da diqqətə çatdırır ki, hazırkı işdə iddiaçının nümayəndəsi-vəkili Nümayəndə2 təqdim etdiyi etibarnamədə səlahiyyət verən şəxsin İddiaçı olduğu qeyd edilmişdir. İddia ərizəsinə əlavə edilmiş şəxsiyyəti təsdiq edən sənəddə iddiaçı Magamakhanov Fangiz göstərilmişdir. Nümayəndə2 onların eyni şəxs olduğunu bildirsə də bu barədə hər hansı sənədi məhkəməyə təqdim edə bilməmişdir. İddia ərizəsi baxılmamış saxlandığından məhkəmə əlavə olaraq bu məsələnin aydınlaşdırılmasını zəruri hesab etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Hazırkı işdə iddia ərizəsi baxılmamış saxlandığından ödənmiş 156 manat dövlət rüsumu Balakən rayon Maliyyə Şöbəsi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən iddiaçı X2 (Magamakhanov Fangiz) qaytarılmalıdır. Məhkəmə yuxarıda qeyd edilənləri və Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq bu nəticəyə gəlir ki, iddiaçı X1 (Magamakhanov Fangiz) Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı, ödənmiş 156 manat dövlət rüsumu Balakən rayon Maliyyə Şöbəsi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən iddiaçı X2 (Magamakhanov Fangiz) qaytarılmalıdır. İddiaçı X2 (Magamakhanov Fangiz)qərardadda qeyd edilən nöqsanları aradan qaldırmaqla yenidən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı X1 (Magamakhanov Fangiz) Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın; iddiaçı X3 (Magamakhanov Fangiz) tərəfindən ödənilmiş 156 manat dövlət rüsumu Balakən rayon Maliyyə Şöbəsi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən iddiaçı Mahamaxanov Fəngiz (Mahamaxanov Fəngiz) İsə oğluna qaytarılsın. İddiaçı X2 (Magamakhanov Fangiz) izah olunur ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ vardır. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar