Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-651/2024 15.11.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərin evdən və həyətyanı torpaq sahəsindən çıxarılmaları və vurulmuş ziyanın ödənməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, 2 yaşayış otaqlı, ümumi sahəsi 59.7 kv.m, yaşayış sahəsi 3.6 kv.m, köməkçi sahəsi 26.1 kv.m olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.10 ha həyətyanı torpaq sahəsindən cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 məcburi olaraq çıxarılmaları və iddianın irəli sürülməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı xüsusi mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən, 1 mərtəbəli, 2 yaşayış otaqlı, ümumi sahəsi 59.7 kv.m, yaşayış sahəsi 33.6 kv.m, köməkçi sahəsi 26.1 kv.m olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.10 ha həyətyanı torpaq sahəsindən cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 məcburi olaraq çıxarılmaları, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 vurulmuş ziyana görə 1600 (bir min altı yüz) manat pulun, iddianın irəli sürülməsi üçün ödənilmiş 136 (bir yüz otuz altı) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsi tərəfindən verilmiş 15 mart 2024-cü il tarixli, ********** qeydiyyat, **********15-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən 1966-cı ildə inşa edilmiş 1 mərtəbəli, 2 yaşayış otaqlı, ümumi sahəsi 59.7 kv/m, yaşayış sahəsi 33.6 kv/m, köməkçi sahəsi 26.1 kv/m olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.10 ha həyətyanı torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında, 1/4 hissədə Cavabdeh3, 1/4 hissədə Cavabdeh2 və 2/4 hissədə isə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli kitabın 18 nömrəli vərəqində qeydiyyata alınmış, Balakən regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş 16 mart 2024-cü il tarixli, AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 həmin fərdi yaşayış evini, onun yerləşdiyi 0.10 ha həyətyanı torpaq sahəsi ilə birlikdə İddiaçı satmış, alıcı tərəfindən əmlakın dəyəri satıcılara ödənilmişdir. Tərəflər arasında bağlanmış alqısatqı müqaviləsinin 10-cu bəndi ilə müəyyən edilmişdir ki,alıcının sahibliyinə verilənədək əmlakın vergisi, telefon, qaz, su, elektrik və istilik enerjisinin istifadəsi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsi satıcıların üzərinə düşür.Həmin müqavilənin 11-ci bəndi ilə müəyyən edilmişdir ki, satıcılar daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə 16 mart 2024-cü il tarixdən alıcının faktiki sahibliyinə verilməsini öhdələrinə götürmüşlər. Həmin müqavilənin 13-cü bəndinə əsasən, Satıcılar 30 aprel 2024-cü il tarixədək qeydiyyatdan çıxmağı öz öhdələrinə götürmüşlər. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş 15 aprel 2024-cü il tarixli, ********** qeydiyyat, **********15-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən 1966-cı ildə inşa edilmiş 1 mərtəbəli, 2 yaşayış otaqlı, ümumi sahəsi 59.7 kv.m, yaşayış sahəsi 33.6 kv.m, köməkçi sahəsi 26.1 kv.m olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.10 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli kitabın 18 nömrəli vərəqində qeydiyyata alınmışdır. Tərəflər arasında notarial qaydada alqı-satqı müqaviləsi bağlanmasına, alqı-satqı predmeti olan torpaq sahəsinin dəyəri satıcılara ödənilməsinə və sözügedən əmlak xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına dövlət qeydiyyatına alınmasına baxmayaraq cavabdehlər həmin ev və torpaq sahəsindən hazırki vaxtadək çıxmamış, əmlakı iddiaçıya təhvil verməmişlər. Bundan başqa, fərdi yaşayış evində qeydiyyatda olan şəxslər notarial razılıq və müqavilə üzrə öhdəlik götürmələrnə baxmayaraq fərdi yaşayış evində qeydiyyatda qalmışlar. İddiaçı tərəf mübahisənin həlli üçün səy göstərsə də, cavabdehlər könüllü olaraq əmlakdan çıxmamış, iddiaçının evə və torpaq sahəsinə daxil olmasına icazə verməmiş, müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişlər. Evlərin alqı-satqısı üzrə vasitəçi X6 tərəfindən verilmiş 08 iyul 2024-cü il tarixli 58 nömrəli arayışdan müəyyən edilir ki, Balakən şəhəri Rəşid Behbudov küçəsində 0,10 hektar həyətyanı torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 yaşayış otaqlı fərdi yaşayış evinin kirayə haqqı 400 manat təşkil edir.Cavabdehlər mübahisəli evdə 4 ay qanunsuz yaşadıqlarından onlardan ziyana görə 1600 manat alınıb ona verilməlidir. Cavabdehlər evdən və torpaq sahəsindən çıxmadıqlarından iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, reyestr nömrəsi **********15-10301 olan xx.xx.2024-cü il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 0.10 ha torpaq sahəsi 1/4 hissə Cavabdeh3, 1/4 hissə Cavabdeh2 və 2/4 hissə Cavabdeh1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi **********15-10301 olan 27 oktyabr 2023-cü il tarixli Texniki Pasportdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi 1/4 hissə X4, 1/4 hissə X5, 1/4 hissə X2 və 1/4 hissə Cavabdeh1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş 16 mart 2024-cü il tarixli, AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 paylı mülkiyyətlərində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini, yerləşdiyi 0.10 ha həyətyanı torpaq sahəsi ilə birlikdə İddiaçı 24000 manata satmışlar.Alqısatqı müqaviləsi reyestrdə 4Ə-383 nömrə ilə qeydə alınmışdır. Müqavilənin 11-ci bəndində göstərilmişdir ki, satıcılar daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə 16 mart 2024-cü il tarixdən alıcının faktiki sahibliyinə verilməsini öhdələrinə götürürlər. Müqavilənin 13-cü bəndində isə göstərilmişdir ki,satıcılar 30 aprel 2024-cü il tarixədək qeydiyyatdan çıxmağı öz öhdələrinə götürurlər. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********15-10301 olan xx.xx.2024-cü il tarixli Çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 0.1 ha torpaq sahəsi İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri public hüquqi şəxsi 18 saylı zaqatala ərazi İdarəsindən reyestr nömrəsi **********15-10301 olan xx.xx.2024-cü il tarixli Texniki Pasportdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16(107)-57/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Cavabdeh1 şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, e-16(019)-17/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş sahibkar-biznesman X6 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 58 nömrəli arayışda göstərilir ki, Balakən şəhəri, R.Behbudov küçəsində 0.1 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 26 nömrəli evin aylıq kirayə haqqı 400 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia əsaslıdır və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsi tərəfindən verilmiş 15 mart 2024-cü il tarixli, ********** qeydiyyat, **********15-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən 1966-cı ildə inşa edilmiş 1 mərtəbəli, 2 yaşayış otaqlı, ümumi sahəsi 59.7 kv.m, yaşayış sahəsi 3.6 kv.m, köməkçi sahəsi 26.1 kv.m olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.10 ha həyətyanı torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında- 1/4 hissədə Cavabdeh3, 1/4 hissədə Cavabdeh2 və 2/4 hissədə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli kitabın 18 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Balakən regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş 16 mart 2024-cü il tarixli, AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən paylı mülkiyyətlərində olan həmin fərdi yaşayış evini, onun yerləşdiyi 0.10 ha həyətyanı torpaq sahəsi ilə birlikdə İddiaçı satmışlar və alıcı tərəfindən əmlakın dəyəri satıcılara ödənilmişdir.Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 10-cu bəndi ilə müəyyən edilmişdir ki, alıcının sahibliyinə verilənədək əmlakın vergisi, telefon, qaz, su, elektrik və istilik enerjisinin istifadəsi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsi satıcıların üzərinə düşür. Həmin müqavilənin 11-ci bəndi ilə müəyyən edilmişdir ki, satıcılar daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə 16 mart 2024-cü il tarixdən alıcının faktiki sahibliyinə verilməsinə öhdəsinə götürürlər. Həmin müqavilənin 13-cü bəndinə əsasən, satıcılar 30 aprel 2024-cü il tarixədək qeydiyyatdan çıxmağı öz öhdələrinə götürmüşlər. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş 15 aprel 2024-cü il tarixli, ********** qeydiyyat, **********15-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən 1966-cı ildə inşa edilmiş 1 mərtəbəli, 2 yaşayış otaqlı, ümumi sahəsi 59.7 kv.m, yaşayış sahəsi 33.6 kv.m, köməkçi sahəsi 26.1 kv.m olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.10 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli kitabın 18 nömrəli vərəqində qeydiyyata alınmışdır. Tərəflər arasında notarial qaydada alqı-satqı müqaviləsi bağlanmasına, alqı-satqı predmeti olan torpaq sahəsinin dəyəri satıcılara ödənilməsinə və sözügedən əmlak xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına dövlət qeydiyyatına alınmasına baxmayaraq cavabdehlər həmin ev və torpaq sahəsindən hazırki vaxtadək çıxmamış, əmlakı iddiaçıya təhvil verməmişlər. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları Bəyannaməsinin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21.1 və 21.2-cimaddələrinə əsasən hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər; zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Yuxarıda göstərilən normalar konteksində məhkəmə nəzərə çatdırır ki,ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, 2 yaşayış otaqlı, ümumi sahəsi 59.7 kv.m, yaşayış sahəsi 33.6 kv.m, köməkçi sahəsi 26.1 kv.m olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.10 ha həyətyanı torpaq sahəsi 15 aprel 2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alındığı vaxtdan onun həmin evə və torpaq sahəsinə mülkiyyət hüququ yaranmış, cavabdehlərin adına qeydiyyat ləğv olunduğundan isə onlar həmin evə və torpaq sahəsinə mülkiyyət hüquqlarını, o cümlədən istifadə hüquqlarını itirmişlər. Cavabdehlər 15 aprel 2024-cü il tarixdən sonra həmin evdən və torpaq sahəsindən çıxmamaqla iddiaçının mülkiyyət hüququnu pozurlar və ona zərər vururlar.Eyni zamanda ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, 2 yaşayış otaqlı, ümumi sahəsi 59.7 kv.m, yaşayış sahəsi 3.6 kv.m, köməkçi sahəsi 26.1 kv.m olan fərdi yaşayış evinin kirayə haqqının 400 manat olması inandırıcı olmadığından məhkəmə bu barədə arayışı sübut kimi qəbul etmir. Məhkəmə adıçəkilən evin kirayə haqqının 150 manat olmasını işin faktiki hallarına uyğun hesab edərək iddia tələbini 600 manata aid hissədə əsaslı hesab edir. Məhkəmə işin hallarını, maddi hüquq normalarının tələbllərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 İddiaçı xüsusi mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, 2 yaşayış otaqlı, ümumi sahəsi 59.7 kv.m, yaşayış sahəsi 3.6 kv.m, köməkçi sahəsi 26.1 kv.m olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.10 ha həyətyanı torpaq sahəsindən məcburi olaraq çıxarılmalı, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 600 manat pul alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq tərəflərə aid edilməlidir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, 2 yaşayış otaqlı, ümumi sahəsi 59.7 kv.m, yaşayış sahəsi 33.6 kv.m, köməkçi sahəsi 26.1 kv.m olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.10 ha həyətyanı torpaq sahəsindən çıxarılmalı, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 vurulmuş ziyana görə 600 manat pul alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddiaçının ödədiyi 136 manat dövlət rüsumu xərcinin 113.5 manatı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tutulub İddiaçı verilməli, 22.5 manat İddiaçı özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 İddiaçı xüsusi mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, 2 yaşayış otaqlı, ümumi sahəsi 59.7 kv.m, yaşayış sahəsi 3.6 kv.m, köməkçi sahəsi 26.1 kv.m olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.10 ha həyətyanı torpaq sahəsindən çıxarılsınlar; cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 vurulmuş zərərə görə 600 manat pul alınaraq İddiaçı ödənilsin; iddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 136 manat dövlət rüsumu xərcinin 113.5 manatı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tutulub İddiaçı verilsin, qlan 22.5 manatı İddiaçı özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-651/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-651/2024
15.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver