Məhkəmə qərarları › İş №e-2(019)-69/2025

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-69/2025

10.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-69/2025 10.02.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, Dibirova Leyla Rəfail qızının katibliyi, Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçılar X3, İddiaçı2 və X1 Cavabdeh qarşı Balakən rayonu Mahamalar kəndində yerləşən 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ¼ hissədə paylarının naturada ayrılması, cavabdehin onlara məxsus hissədən çıxarılması tələbi barədə işə Balakən Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar X9, İddiaçı2 və X5 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Mahamalar kəndində yerləşən Balakən rayonu Aqrar İslahat Komissiyasının qərarı ilə iddiaçılar İddiaçı2 Məhəmməd qızı, X5, X9 və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmiş JN-1765 kod 40108018 olan Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktı JN-1765 B planşetində göstərilən 0.21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Balakən rayonu Mahamalar kəndində yerləşən Balakən rayonu Aqrar İslahat Komissiyasının qərarı ilə iddiaçılar İddiaçı2 Məhəmməd qızı, X5, X9 və Cavabdeh ümumbirgə mülkiyyətinə verilmiş JN-1765 kod 40108018 olan Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktı JN-1765 B planşetində göstərilən 0.21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı2, X5, X9 və Cavabdeh ¼ hissədə, birlikdə ¾ hissədə paylarının naturada ayrılması, cavabdeh X8 onlara düşən ¾ hissədən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddia onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı2, X2, X6 və Cavabdeh Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun tarixli 08 nömrəli qərarı ilə 0.71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsindən Hüquqların Dövlət Qeydiyyatından Çıxarış və Torpaq sahəsinin planı və ölçüsü sənədini almışlar. Lakin,Cavabdeh həmin torpaq sahəsindən onlara istifadə etməyə, onların payının naturada ayrılmasına etiraz edir. Odur ki, Balakən rayonu Mahamalar kəndində yerləşən Balakən rayonu Aqrar İslahat Komissiyasının qərarı ilə iddiaçılar İddiaçı2, X5, X9 və Cavabdeh ümum birgə mülkiyyətinə verilmiş JN-1765 kod 40108018 olan Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktı JN-1765 B planşetində göstərilən 0.21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı2, X5, X9 və cavabdeh Cerçiyev X7 ¼ hissədə, birlikdə ¾ hissədə paylarının naturada ayrılması, Cavabdeh onlara düşən ¾ hissədən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Balakən Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli e- 2(019)-97/2024 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı2, X5, X9 və Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması barədə iddia tələbi qismən təmin edilmiş, JN- 1765 (kod ********) saylı “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktına əsasən iddiaçılar İddiaçı2, X5, X3 ümumi paylı mülkiyyətlərində olan, Balakən rayonu Mahamalar kəndi ərazisində yerləşən, 0.71 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsindən “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktın”nın 1765 N cizgisində göstərilən 0.50 ha torpaq sahəsindən İddiaçı2 ¼ hissə, X1 ¼ hissə, X3 ¼ hissə payları naturada ayrılmışdır. Lakin, 0.21 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi olduğuna görə həmin torpaq sahəsinin bölünməsi mümkün olmamışdır. Hal-hazırda, 0.21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yaxınlığında yerləşən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqişəxsin 18 saylı Zaqatala Ərazi İdarəsindən Hüquqların Dövlət Qeydiyyatından çıxarış alınmış, ona görə də 0.21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bölünməsi hesab edir ki, mümkündür. İddiaçılar İddiaçı2, X5 və İddiaçı1 oğlu məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmişlər. Lakin iddiaçı X5 məhkəməyə ərizə göndərərək işə onun və anası İddiaçı2 iştirakları olmadan baxılmasını xahiş etmişlər. Cavabdeh X4 nümayəndəsi-vəkili Nümayəndə2 iddiaçıların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçıların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X3 nümayəndəsi-vəkili Nümayəndə2 izahat verərək, iddiaya etiraz etdiyini və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçılar X9, İddiaçı2 və X5 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Mahamalar kəndində yerləşən Balakən rayonu Aqrar İslahat Komissiyasının qərarı ilə iddiaçılar İddiaçı2 Məhəmməd qızı, X5, X9 və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmiş JN-1765 kod 40108018 olan Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktı JN-1765 B planşetində göstərilən 0.21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Balakən rayonu Mahamalar kəndində yerləşən Balakən rayonu Aqrar İslahat Komissiyasının qərarı ilə iddiaçılar İddiaçı2 Məhəmməd qızı, X5, X9 və Cavabdeh ümumbirgə mülkiyyətinə verilmiş JN-1765 kod 40108018 olan Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktı JN-1765 B planşetində göstərilən 0.21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı2, X5, X9 və Cavabdeh ¼ hissədə, birlikdə ¾ hissədə paylarının naturada ayrılması, Cavabdeh onlara düşən ¾ hissədən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İşdə olan Balakən Rayon Məhkəməsininin xx.xx.2024-cü il tarixli e-2(019)-97/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçılar İddiaçı2, X1 və X3 Cavabdeh qarşı kənd təsərrüfatı təyinatlı torpaq sahəsində paylarının naturada ayrılması, cavabdehin onlara düşən ¾ hissədən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmiş, həmin qətnamə ilə iddianın qismən təmin edilməsi, JN 1765 KOD 40108018 olan “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən iddiaçılar İddiaçı2, X1, İddiaçı1 oğlunun və Cavabdeh ümumi paylı mülkiyyətlərində olan, Balakən rayonu Mahamalar kəndi ərazisində yerləşən, 0.71 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsindən “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın 1765 N cizgisində göstərilən 0.50 ha torpaq sahəsindən İddiaçı2 ¼ hissə, X1 ¼ hissə və X3 ¼ hissə payları Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 14 fevral 2024-cü il tarixli 3-16-16/2-10/8362 nömrəli ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə əsasən naturada ayrılması; Cavabdeh həmin torpaq sahəsinin iddiaçılara ayrılan ¾ hissəsindən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Beləliklə iş materialları ilə işin faktiki halları araşdırılarkən müəyyən olunmuşdur ki, Balakən rayonu Aqrar İslahat Komissiyasının qərarı ilə iddiaçılar X9, İddiaçı2 və X1 və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Mahamalar kəndində yerləşən, JN-1765 kod 40108018 olan Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktı JN- 1765 B planşetində göstərilən 0.21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıların ¾ hissə paylarının naturada ayrılması və cavabdehin onlara aid ¾ hissə paylarından çıxarılması barədə qüvvədə olan məhkəmə qətnaməsi vardır. Həmin qətnamə ilə iddia tələbi təmin edilməmişdir. Qətnamənin məzmunundan görünür ki, sözügedən torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evi bölündükdən sonra JN-1765 kod 40108018 olan Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktı JN-1765 B planşetində göstərilən 0.21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıların ¾ hissə paylarının naturada ayrılması mümkün ola bilər. İddiaçılar sözügedən torpaq sahəsindəki fərdi yaşayış evinin bölünməsinə dair sübut təqdim etmədən, yəni yeni əsas olmadan eyni cavabdehə qarşı,eyni predmet barəsində və eyni əsaslar üzrə iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Mülki Prosessual Məcəllənin: 261.0 və 261.0.3-cü maddələrinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi varsa və həmin qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınmış və icraya qəbul edilmişsə Hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. 114.1 və 114.1.4-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 oğlunun, İddiaçı2 və X1 Cavabdeh qarşı Balakən rayonu Mahamalar kəndində yerləşən 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ¼ hissədə paylarının naturada ayrılması, cavabdehin onlara məxsus hissədən çıxarılması tələbinə dair iş üzrə icraata xitam verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat qərardad qanuni qüvvəsini aldıqdan sonra iddiaçılara qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar