Məhkəmə qərarları › İş №e-2(019)-703/2024

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-703/2024

14.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-703/2024 14.06.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, İddiaçı Cavabdeh qarşı ödənilməli pul məbləğinin indeksasiyası tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-2777/2018 nömrəli, 14 noyabr 2018-ci il tarixli qətnaməsi üzrə borclu Cavabdeh ödəməli olduğu 4500 manat pul məbləğinin indeksasiya edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün dövlət rüsumu ödənilməmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirəm ki, hazrki iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli 2(107)-2777/2018 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Balakən Rayon Məhkəməsinin 11 dekabr 2017-ci il tarixli 2 (019)-1971/2017 nömrəli qətnaməsi dəyişdirilmiş, iddiaçı Cavabdeh tərəfindən cavabdeh İddiaçı ünvan 1 ünvanından istifadə hüququna xitam verilməsi və onun uşağı-xx.xx.2014-cü ildə anadan olmuş X2 ilə birlikdə mənzildən çıxarılması üçün verilməli olan kompensasiyanın məbləği 8000 (səkkiz min) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Azərbaycan Respublikasaı MPM-nin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İş materiallarından görünür ki, iddiaçının borclu Cavabdeh ödəməli olduğu 4500 manat pul məbləğinin indeksasiya edilməsinə dair qərardad qəbul edilməsini xahiş etdiyi məhkəmə aktı-Şəki Apellyasiya Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli 2(107)- 2777/2018 nömrəli qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İddiaçı icra icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət etməklə borclu Cavabdeh ödəməli olduğu 4500 manat pul məbləğinin indeksasiya edilməsini tələb etməli olduğlu halda, qanun normasının tələbini pozaraq icra icraatı qaydasında həll edilməli məsələ ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin İddiaçı iddia ərizəsində cavabdehə qarşı iddia icraatı qaydasında baxılması ilə əlaqədar iddia tələbini göstərməmiş, həmçinin dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir. Yəni iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinəformasına və məzmununa uyğun tərtib edilməmişdir. Ona görə də hesab edirəm ki, İddiaçı Cavabdeh qarşı ödənilməli pul məbləğinin indeksasiyası tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və ərizəçiyə həmin məsələ ilə bağlı ərizə ilə icra icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı ödənilməli pul məbləğinin indeksasiyası tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın; ərizəçi İddiaçı həmin məsələ ilə bağlı ərizə ilə icra icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar