Məhkəmə qərarları › İş №e-2(019)-706/2023

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-706/2023

10.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-706/2023 10.07.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq müəyyənetdim İddiaçı nümayəndəsi və vəkili Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Vəkil vasitəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehin qanunsuz hərəkətlərinin nəticəsində ona dəymiş 72 000 (yetmiş iki min) AZN maddi və 28 000 (iyirmi səkkiz min) AZN mənəvi-cəmi 100 000 (yüz min) AZN ziyanın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq hesab edirəm ki, iddia ərizəsi qaytarılmalıdır. Belə ki, İddiaçı nümayəndəsi və vəkili Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Vəkil vasitəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehin qanunsuz hərəkətlərinin nəticəsində ona dəymiş 72 000 (yetmiş iki min) AZN maddi və 28 000 (iyirmi səkkiz min) AZN mənəvi-cəmi 100 000 (yüz min) AZN ziyanın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən iddia qiyməti 100.000 manatdan ******* manatadək olduqda iddia ərizələrindən 390 manat + 100000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Hazırkı işdə İddiaçı 390 manat dövlət rüsumu ödəməli olduğu halda dövlət rüsumunun ödənməsinə dair qəbzi iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. İddiaçı 390 manat dövlət rüsumunun ödənməsinə dair qəbzi iddia ərizəsinə əlavə etmədiyindən hesab edirəm ki, onun iddia ərizəsi qaytarılmalıdır. Onu da diqqətə çatdırıram ki, Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməlidir. Lakin İddiaçı ona maddi və mənəvi ziyan dəydiyini iddia etsə də iddia ərizəsində bunu təsdiq edən heç bir sübutu göstərməmiş, bu barədə sənədləri ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilənlərə əsasən hesab edirəm ki, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılmalı, İddiaçı izah olunmalıdır ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı izah olunur ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar