Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-71/2025 28.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı torpaq sahəsinin naturada bölünməsi tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti” X4 tərəfindən xx.xx.2024-cü tarixdə verilmiş ********** qeydiyyat nömrəli və xx.xx.2024-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlara əsasən 1/5 hissə onun, yəni İddiaçı, 1/5 hissəsi Cavabdeh1, 1/5 hissəsi Cavabdeh3 Abddu oğlunun, 1/5 hissəsi Cavabdeh2 və 1/5 hissə Cavabdeh4 adına paylı mülkiyyət hüququ ilə qeydə alınmış, Balakən rayonu Katex kəndində yerləşən 1,33 ha kənd təsərrüfatı təyinatlı və 0,1998 ha həyətyanı torpaq sahələrindən ona məxsus 1/5 pay hissələrinin naturada bölünərək ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər ilə ümumi birgə mülkiyyətlərində Balakən rayonu Katex kəndində yerləşən 1,33 ha kənd təsərrüfatı təyinatlı və 0,1998 ha həyətyanı torpaq sahələri vardır. Həmin torpaq sahələrinin 1/5 hissəsi onun mülkiyyətindədir, 1/5 hissə Cavabdeh1, 1/5 hissəsi Cavabdeh3, 1/5 hissə Cavabdeh2 və 1/5 hissə Cavabdeh4 mülkiyyətindədir. Lakin atası vəfat etdikdən sonra Cavabdeh2, ümumi birgə mülkiyyətlərində olan torpaq paylarından ona sahiblik, istifadə etməyə icazə vermir və maneçilik törədir. Ona görə də, o, həmin torpaq sahələrindən öz payının naturada ayrılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda onun və cavabdehlərin qeyd edilən torpaqlar üzərində paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq Çıxarışlar verilmişdir. Həmin torpaq sahələri üzərində paylı mülkiyyət hüquqları DƏDKR PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli və xx.xx.2024-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar əsasında qeydə alınmışdır. Hazırda o, Balakən rayonu Katex kəndində yerləşən 1,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və 0,1998 ha həyətyanı torpaq sahəsindən özünə məxsus olan hissədən faktiki sahiblik və istifadə etmək istəyir. Lakin qeyd edilən torpaq sahəsi ümumi paylı ümumi mülkiyyətdə olduğuna və Cavabdeh2 həmin torpaqdan istifadəsinə maneələr yaratmasına görə özünə məxsus torpaq sahələrinin üzərində mülkiyyət hüquqlarından istifadə edə bilmir. Həmin torpaq sahələrində fındıq ağacları yerləşir. Hər il fındıq yığımı zamanı cavabdeh və onun ailə üzvləri ona həmin fındıq ağaclarından məhsul yığmağına maneə yaradırlar. Ona görə də, məhkəməyə müraciət edərək Balakən rayonu, Katex kəndində yerləşən paylı ümumi mülkiyyətdə olan 1,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən özünə məxsus olan hissəsinin naturada ayrılmasını istəyir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı etiraf etməyərək göstərdi ki, iddiaçının özünün günahı üzündən onlar arasında mübahisə yaranmışdır. Belə ki, o, İddiaçı özünə məxsus fındığı yığmasına heç vaxt mane olmamışdır, bundan sonra da mane olmayacaqdır. Hətta atası öldükdən sonra İlhaməyə bildirmişdir ki, gəlib yaşadıqları həyətdən keçib bağa getsin. Bir gün iddiaçının əri bağa traktor salmaq istədiyini bildirmiş, o, da bunun mümkün olmayacağını demişdir. Sonra iddiaçının əri yalnız bir gün bağa traktor salmaq istədiyini demiş, o da razı olmuşdur. Həmin gün işi ilə əlaqədar evdə olmamış, geri qayıdanda görmüşdür ki, iddiaçının əri fındıq tomalarını kəsərək oradan yol salır. Odur ki, o, iddiaçının ərinin ora gəlməsini qadağan etmişdir. İddiaçının payına düşən hissə məlumdur və həmin hissədən fındıq məhsulunu da özü yığır. Bağa yalnız onun həyətindən yol olduğu üçün iddiaçının torpaq payının naturada ayrlmasını istəmir. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasının xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı etiraf etməyərək və Cavabdeh2 izahatına uyğun izahat verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasının xahiş etdi. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4nin 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən 10 iyul 2024-cü il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Balakən rayonu Katex kəndində yerləşən 1.33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsi Cavabdeh4,1/5 hissəsi Cavabdeh1, 1/5 hissəsi Cavabdeh3, 1/5 hissəsi İddiaçı və 1/5 hissəsi Cavabdeh2 xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4nin 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən 16 iyul 2024-cü il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Balakən rayonu Katex kəndində yerləşən 0.1998 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam, torpaq sahəsinin 1/5 hissəsi Cavabdeh4, torpaq sahəsinin 1/5 hissəsi İddiaçı, torpaq sahəsinin 1/5 hissəsi Cavabdeh2, torpaq sahəsinin 1/5 hissəsi Cavabdeh3 və torpaq sahəsininin 1/5 hissəsi Cavabdeh1 xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 23 oktyabr 2024-cü il tarixdə verilmiş 3-21-3-47/2-4211/2024 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri X4n 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il ********** qeydiyyat nömrəli və xx.xx.2024-cü il tarixdə verilmiş ********** nömrəli hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Katex kəndində yerləşən İddiaçı Aduqafur qızının, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X1 ümumi paylı mülkiyyətində olan 1.33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və 0.1998 ha həyətyanı torpaq sahəsinin naturada yeri müəyyən edilmişdir. Həmin torpaq sahələrinin ölçüləri və hüquqmüəyyənedci sənədlərdə göstərilən ölçüləri tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri X4n 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il ********** qeydiyyat nömrəli və xx.xx.2024-cü il tarixdə verilmiş ********** nömrəli hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarda göstərilən Balakən rayonu, Katex kəndində yerləşən 1.33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və 0.1998 ha həyətyanı torpaq sahəsindən iddaçı İddiaçı 1/5 hissə payının naturada ayrılması mümkün olmamışdır. Məlumat üçün bildiririk ki, Balakən rayonu, Katex kəndində yerləşən 1.33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddaçı İddiaçı 1/5 hissə payının naturada ayrıldığı halda cavabdehlərın öz pay normalarına düşən kənd təsərrüfatı təyinatlı və həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün yol qalmadığına görə həyətyanı və pay torpaq sahəsinin naturada ayrılması mümkün olmamışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 fevral 2025-ci il tarixli №10/900 nömrəli ekspert rəyində göstərilir ki; Mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4n 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastr və Reyestri X4n 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il ********* qeydiyyat nömrəli və xx.xx.2024-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Katex kəndində yerləşən İddiaçı Abduqafar qızının,Cavabdeh1, Cavabdeh3,Cavabdeh2 və Cavabdeh4 ümumi paylı mülkiyyətində olan 1.33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və 0.1998 ha həyətyanı torpaq sahəsinin naturada yeri müəyyən edilmişdir. Həmin torpaq sahələrinin ölçüləri və hüquqmüəyyənedici sənədlərdə göstərilən ölçüləri mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Qərardadın ikinci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastr və Reyestri X4n 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il ********* qeydiyyat nömrəli və xx.xx.2024-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən Balakən rayonu Katex kəndində yerləşən 1.33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və 0.1998 ha torpaq sahəsindən İddiaçı Abduqafar qızının 1/5 hissə payının naturada ayrılması mümkün olmamışdır. Məlumat üçün bildirilir ki, Balakən rayon, Katex kəndində yerləşən 1.33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 1/5 hissə payının naturada ayrıldığı halda cavabdehlərin öz pay torpaq sahəsinə gediş-gəliş üçün yol ayrılması mümkün olmamışdır. Məhkəmə,iddiaçının və məhkəmə iclasına gəlmiş cavabdehlərin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi zamanı müəyyən edildi ki, 10.07. 2024-cü il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Balakən rayonu Katex kəndində yerləşən 1.33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsi Cavabdeh4, 1/5 hissəsi Cavabdeh1, 1/5 ha hissəsi Cavabdeh3, 1/5 hissəsi İddiaçı və 1/5 hissəsi Cavabdeh2, eyni zamanda xx.xx.2024-cü il tarixli,********** nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Katex kəndində yerləşən 0.1998 ha yaşayış məntəqələrinə aid torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində, fərdi yaşayış evi tam, torpaq sahəsi 1/5 hissədə Cavabdeh4, torpaq sahəsi 1/5 hissədə İddiaçı, 1/5 hissəsi Cavabdeh2,1/5 hissəsi Cavabdeh3 və 1/5 hissəsi Cavabdeh1 mülkiyyətinə verilmişdir. Paylı mülkiyyətçilər arasında narazılıq olduğundan İddiaçı sözügedən torpaq sahəsindən öz payının ayrılması ilə bağlı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ekspert rəyinə əsasən ümumi paylı mülkiyyətlərində olan kənd təsərrüfatı təyinatlı və həyətyanı torpaq sahələrinə gediş-gəliş üçün yol olmadığına görə həyətyanı və pay torpaq sahəsindən İddiaçı payının naturada ayrılması mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 220.1-220.3-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, işin hallarını, mübahisəli torpaq sahələrinin tərəflərin paylı mülkiyyətlərində olmasını, torpaq sahəsindən istifadə ilə bağlı tərəflər arasında mübahisə olmasını, iddiaçının 1/5 hissə payının naturada ayrılmasını tələb etməsini, ekspert rəyinə əsasən torpaq sahələrindən iddiaçının 1/5 hissə payının naturada bölünərək ayrılmasının mümkün olmamasını, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki,iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən iddiaçının ödədiyi 100 manat dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Həmçinin 100 manat ekspertiza xərci İddiaçı tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesaba köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qə t e t d i İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı torpaq sahəsinin naturada bölünərək ayrılması tələbinə dair iddiası təmin edilməsin; ödənilmiş 100 manat dövlət rüsumu xərci İddiaçı özünə aid edilsin. 100 manat ekspertiza xərci İddiaçı tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Hümbət Səlimov