Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-712/2024 26.11.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, Cavabdeh nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 6000 (altı min) manat pulun Cavabdeh alınıb ona verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, iddianın təmin edilərək 6000 (altı min) manat pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək icraatda olan mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanması,iddia ərizəsini və ona əlavə olunmuş sənədlərin geri qaytrarılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinin baxılmamış saxlanmasına etiraz etmədiklərini bildirdi. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə işin hallarını, İddiaçı işin baxılmamış saxlanması barədə ərizəsini, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, mülki iş baxılmamış saxlanmalıdır. Ödənilmiş 80 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. İddiaçı izah olunmalıdır ki, yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 260.1, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı İddiaçı Cavabdeh qarşı 6000 (altı min) manat pulun Cavabdeh alınıb ona verilməsi tələbinə dair mülki iş baxılmamış saxlansın. Ödənilmiş 80 manat dövlət rüsumu xərci dövlət büdcəsindən İddiaçı qaytarılsın. İddiaçı izah olunur ki, yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-712/2024
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-712/2024
26.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver