Məhkəmə qərarları › İş №e-2(019)-713/2024

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-713/2024

20.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-713/2024 20.11.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, iddiaçılar İddiaçı* Zeynalabid oğlunun, İddiaçı2 nümayəndəsivəkili Nümayəndə*, cavabdehlər Cavabdeh*, Cavabdeh2 qıznın, Cavabdeh3 müdiri Nümayəndə3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçılar İddiaçı* Zeynalabid oğlunun, İddiaçı2 cavabdehlər Cavabdeh*, Cavabdeh2, Cavabdeh3nə qarşı övladlığa götürmənin ləğv edilməsi tələbinə dair mülki işə qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı* Zeynalabid oğlu, İddiaçı2 cavabdehlər Cavabdeh*, Cavabdeh2, Cavabdeh3nə qarşı iddia ərizəsi ilə Balakən Rayon məhkəməsinə müraciət edərək 30 yanvar 2007-ci il tarixdə Balakən rayonunda doğulmuş X* iddiaçılar İddiaçı* Zeynalabid oğlu və İddiaçı2 tərəfindən övladlığa götürülməsinin ləğv edilməsi, övladlığa götürülən X2 ilə övladlığa götürən iddiaçılar İddiaçı* Zeynalabid oğlu və İddiaçı2 qarşılıqlı hüquq və vəzifələrinə xitam verilməsi,*5 noyabr 20*3-cü il tarixdə Cavabdeh3 tərəfindən verilmiş övladlığa götürmə haqqında akt qeydləri kitabında *5 noyabr 20*3-cü il tarixli, 02 saylı qeydiyyatı aparılmış övladlığa götürmə haqqında şəhadətnamənin ləğv edilməsi, övladlığa götürülən X* ilkin doğum haqqında akt qeydində olan məlumatlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər . Məhkəmə iclasında iddiaçılar İddiaçı* Zeynalabid oğlunun və İddiaçı2 nümayəndəsivəkili Nümayəndə* iddianı müdafiə edərək ,iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh* və Cavabdeh2 iddianı etiraf edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi Nümayəndə3 iddianın təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Nümayəndə2 qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işin hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçılar İddiaçı* Zeynalabid oğlunun, İddiaçı2 cavabdehlər Cavabdeh*, Cavabdeh2, Cavabdeh3nə qarşı övladlığa götürmənin ləğv edilməsi tələbinə dair mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçılar İddiaçı* Zeynalabid oğlu və İddiaçı2 iddia tələbi ailə münasibətlərindən irəli gələn mübahisə olmasına baxmayaraq, tərəflər “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak etmədən məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.*3-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 2*.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 2*.9 və 29.9.*-ci maddələrinə əsasən bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Həmin Qanunun 28.*-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Məhkəmə işin hallarını, iddia tələbinin ailə münasibətlərindən irəli gələn mübahisə olmasına baxmayaraq, tərəflərin “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak etmədən məhkəməyə müraciət etmələrini, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçılar İddiaçı* Zeynalabid oğlunun, İddiaçı2 cavabdehlər Cavabdeh*, Cavabdeh2, Cavabdeh3nə qarşı övladlığa götürmənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Ödənilmiş *00 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı* Zeynalabid oğluna qaytarılmalıdır. İddiaçılar İddiaçı* Zeynalabid oğluna, İddiaçı2 izah edilməlidir ki, qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları vardır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259.0.*2-ci 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçılar İddiaçı* Zeynalabid oğlunun, İddiaçı2 cavabdehlər Cavabdeh*, Cavabdeh2, Cavabdeh3nə qarşı övladlığa götürmənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın;*00 manat dövlət rüsumu xərci dövlət büdcəsindən İddiaçı* Zeynalabid oğluna qaytarılsın. İddiaçılar İddiaçı* Zeynalabid oğluna və İddiaçı2 izah edilir ki, qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra *0 gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar