Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-716/2022 24.11.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh sağlamlığına vurulan maddi ziyan tələbi olaraq 1371 manat məbləğində pulun, qazana bilmədiyi əmək haqqı olaraq 2100 manatın, mənəvi zərər tələbi olaraq 3000 manatın, banka ödədiyi 85 manat dövlət rüsumunun və vəkilə xidmət haqqı olaraq ödənilmiş 150 manatın, cəmi 6706 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, təqsirləndirilən şəxs Cavabdeh xx.xx.2021-ci il tarixdə idarə etdiyi “VAZ-21154” markalı “**- HX-***” dövlət nömrə nişanlı avtomobillə Balakən şəhəri H.Əliyev prospektində yerləşən Rayon Mərkəzi Xəstəxanasının qarşısında yol hərəkəti qaydalarını pozaraq onu avtomaşının qabaq sol qanad hissəsi ilə vuraraq ehtiyatsızlıqdan ona sağ baldırın hər iki sümüyünün qapalı, qəlpəli, yerini dəyişmiş sınıqları ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aid bədən xəsarəti yetirməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Balakən Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 1(019)-89/2021 saylı qərarı ilə “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisin 5 noyabr 2021-ci il tarixli Qərarının 1.16-cı və 9.1-ci bəndlərinə əsasən Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilmiş və o,cinayət məsuliyyətindən azad edilmişdir. Adı çəkilən Amnistiya qərarının 11.4-cü maddəsində qeyd olunur ki, bu qərar tətbiq olunanadək maddi ziyanı tam ödəməmiş şəxslər barəsində tətbiq oluna bilməz. Lakin təqsirləndirilən şəxs Cavabdeh tərəfindən onun müalicəsinə heç bir vəsait sərf olunmamışdır, Cavabdeh ona xəsarət yetirdikdən sonra müalicəsi ilə bağlı heç maraqlanmamış və müalicə olunmağı üçün pul verməmişdir. Buradan görünür ki, Cavabdeh törətdiyi cinayət nəticəsində onun sağlamlığına zərər dəyməklə eyni vaxtda onun müalicə olunmağına xərclədiyi pullara münasibətdə ona maddi zərər dəymişdir.Belə ki, Cavabdeh törətdiyi cinayət nəticəsində onun sağlamlığını əlindən almışdır. Hadisə nəticəsində o, ağır xəsarət almış, kastillərlə gəzir. Heç bir iş görə bilmir, hətta 1 kq yük belə qaldıra bilmir. Onun isə ailəsi və himayəsində üç azyaşlı uşağı vardır. Sağlamlığına zərər dəyənə qədər o, taksi sürməklə, sərnişin daşımaqla məşğul olmuş, orta hesabla ayda 300 manat məbləğində pul qazanmışdır. Törədilən hadisədən sonra o, xəstə olduğu üçün işləyə bilmir və ailəsini dolandırmaq üçün pul qazana bilmir. Lakin o və ailəsi yaşamalıdır və gündəlik tələbat mallarının alınmasına ehtiyac yaranır, lakin o, işləyib qazanc əldə edə bilmədiyinə görə ailəsinin dolanışığı aşağı vəziyyətə düşmüşdür.O, hesab edir ki, uzun müddətə onun sağlamlığı geri qayıda bilər. Lakin sağlamlığı geri qayıdanadək onun kənar şəxslərin qulluğuna ehtiyacı vardır. Bu vaxt ərzində isə o, işləyə bilmir, əldə edə biləcəyi gəliri itirmiş olur.Buna görə də o, sağlamlığına dəymiş ziyanın cüzi bir hissəsini, 3471 manatını Cavabdeh tələb edir. Bundan başqa o, hadisə nəticəsində mənəvi əzab-əziyyət çəkmiş, uzun müddət xəstəxanada qalmış və indi də aldığı xəsarətdən əzab çəkir.O, Cavabdeh xəsarət aldığı üçün müalicəsinə görə maddi ziyan olaraq 1371 manat, mənəvi ziyan olaraq 3000 manat, 7 ay müddətində işləmədiyinə görə 2100 manat, cəmi 6471 manat tələb edir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək göstərdi ki, xx.xx.2021-ci il tarixdə idarə etdiyi “VAZ-21154” markalı “**-HX-***” dövlət nömrə nişanlı avtomobillə Balakən şəhəri H.Əliyev prospektində yerləşən Rayon Mərkəzi Xəstəxanasının qarşısında yolla gedərkən İddiaçı maşının qabağına qaçmış və nəticədə idarə etdiyi avtomaşının qabaq sol qanad hissəsi ona dəymiş, İddiaçı az ağır dərəcəli bədən xəsarəti almışdır. O, Rüstəmin müalicəsinə 4000 manat pul xərcləmişdir. Bundan sonra Rüstəm ondan 3000 manat da pul istəmiş, o, 2500 manat vermiş, lakin Rüstəm pulu götürməmiş, ondan şikayətlər etmişdir. İddiaçı iddiası əsassızdır. O, Rüstəmə pul verməyəcəkdir. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, İddiaçı onun əridir. xx.xx.2021-ci il tarixdə əri İddiaçı avtoqəza nəticəsində az ağır dərəcəli bədən xəsarəti almışdır. Hadisəni törətmiş Cavabdeh ərinin müalicəsini tam təmin etməmişdir.Əri İddiaçı 7 ay müddətində işləyə bilməmiş, stasionar və ambulator qaydada müalicə olunmuşdur. Bu səbəbdən onların maddi vəziyyətləri çox ağırlaşmış,əri Rüstəm aldığı xəsarətlərə görə həm fiziki həm də mənəvi sarsıntılar keçirtmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən X3 Klinikasının xx.xx.2021-ci il tarixli Rentgen müayinə protokolundan görünür ki, İddiaçı-ön arxa və yan proyeksiyalarda çəkilmiş, sağ baldır sümüklərinin icmal Rentdenoqrammasında qamış və incik sümükləri diafizində, yerdəyişmiş, köhnə snıqların qənaətbəxş repozisiyası qamış sümüyündə, zəif sümük döyənəyi izlənilir. Sümüklərin ətrafında yumşaq toxumanın kölgəliyində patoloji dəyişiklik qeyd olunmur. Müayinə bölgəsinə daxil olan, ətraf sümüklərin sümük toxumasında, destruktiv və travmatik dəyişikliklər qeyd olunmur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən X4 xx.xx.2021-ci il tarixli Rentgen müayinə protokolundan görünür ki, İddiaçı-ön-arxa və yan proyeksiyalarda çəkilmiş,sağ baldır sümüklərinin icmal Rentdenoqrammasında qamış və incik sümükləri diafizində, yerdəyişmiş, köhnə sınıqların qənaətbəxş repozisiyası və zəif sümük döyənəyi izlənilir. Sümüklərin ətrafında yumşaq toxumanın kölgəliyində patoloji dəyişiklik qeyd olunmur. Müayinə bölgəsinə daxil olan, ətraf sümüklərin sümük toxumasında, destruktiv və travmatik dəyişikliklər qeyd olunmur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş “X5 Mərkəzi” Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən verilmiş hesabdan görünür ki, ödənişli xəstə İddiaçı xx.xx.2021-ci il tarixdə Laboratoriya üçün 39.00 manat ödəniş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş “X5 Mərkəzi” Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən verilmiş hesabdan görünür ki, ödənişli xəstə İddiaçı xx.xx.2021-ci ildə Ortopedin müayinəsi+lab+Ren+KT üçün 175.00 manat ödəniş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş “X5 Mərkəzi” Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən verilmiş hesabdan görünür ki, ödənişli xəstə İddiaçı xx.xx.2021-ci ildə Laboratoriya üçün 22.60 manat ödəniş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş “X5 Mərkəzi” Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən verilmiş hesabdan görünür ki, ödənişli xəstə İddiaçı xx.xx.2021-ci ildə ORT-P-04-007 üçün 2,372.20 manat ödəniş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş “X5 Mərkəzi” Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən verilmiş hesabdan görünür ki, ödənişli xəstə İddiaçı xx.xx.2021-ci ildə kompyuter Tomoqrafiya üçün 80.00, Laboratoriya üçün 29,00, təcilli yardım üçün 38.00,ödənişli tibbi vəsait üçün 2.74 manat-cəmi 149.74 manat ödəniş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş “ZEYTUN PHARMACEUTİKALS” Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, tibbi ləvazimatlara-spirt və bint üçün 290 manat ödəniş edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli «eManat» terminalıdan 150 manat Vəkil üçün xidmət haqqı ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli satış çekindən görünür ki X5 Mərkəzi” Məhdud Məsuliyyəti Cəmiyyətinə əməliyyatın təsdliqlənməsi üçün Şahid tərəfindən 120 manat ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli satış çekindən görünür ki,”Zeytun PHRMACEUTİCALS» MMC-nə 50 manat ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli satış təmənnasız ödəmə qəbzindən görünür ki, həmin tarixdə X5 Mərkəzi” Məhdud Məsuliyyəti Cəmiyyətinə əməliyyatın təsdiqlənməsi üçün 25 manat köçürülmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş .09.2021-ci il tarixli satış təmənnasız ödəmə qəbzindən görünür ki, həmin tarixdə X5 Mərkəzi” Məhdud Məsuliyyəti Cəmiyyətinə əməliyyatın təsdiqlənməsi üçün 25 manat köçürülmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş ittiham aktından görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(107)-66/2022 nömrəli qərarından görünür ki, Balakən Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli , 1(019)-89/2021 nömrəli qərarı ilə “8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 1.16-cı və 9.1-ci bəndlərinə əsasən Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsilə başlanmış cinayət təqibinə xitam verilmiş və Cavabdeh cinayət məsuliyyətindən azad edilmişdir. Zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Balakən Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli,1(019)- 89/2021 nömrəli qərarının verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması, zərərçəkmiş şəxslərə vurulmuş maddi və mənəvi zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olmasının izah edilməsi qərara alınmışdır. Məhkəmə tərəflərin izahatlarını,şahidin ifadəsini dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Cavabdeh 08 iyul 2021-ci il tarixdə saat 19 radələrində idarə etdiyi “VAZ-21154” markalı “**-HX-***” dövlət nömrə nişanlı avtomobillə Balakən şəhər mərkəzindən H.Əliyev prospekti ilə Balakən şəhəri aşağı dairəvi yol istiqamətində hərəkətdə olarkən H.Əliyev prospektində yerləşən rayon mərkəzi xəstəxanasının qarşısındakı işıqforu keçib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunları etməyərək yolu sağdan sola doğru asta yerişlə keçən piyada Balakən rayonu Talalar kənd sakini İddiaçı avtomaşının qabaq sol qanad hissəsi ilə vuraraq ehtiyatsızlıqdan ona sağ baldırın hər iki sümüyünün qapalı, qəlpəli, yerini dəyişmiş sınıqları ilə müşayiət edilən sağlamlığının uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aid bədən xəsarəti yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin əməlinə görə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsilə təqsirləndirilərək məhkəmə məsuliyyətinə verilmişdir. Balakən Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli,1(019)-89/2021 nömrəli qərarı ilə “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 1.16-cı və 9.1-ci bəndlərinə əsasən Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsilə başlanmış cinayət təqibinə xitam verilmiş və Cavabdeh cinayət məsuliyyətindən azad edilmişdir.Zərərçəkmiş şəxs İddiaçı maddi və mənəvi zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. İddiaçı həmin hadisə nəticəsində aldığı xəsarətə görə 7 ay müddətində stasionar və ambulator müalicə olunmuş,nəticədə ona maddi və mənəvi ziyan dəymişdir. Ona dəymiş maddi və mənəvi ziyan tam ödənmədiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin maddi ziyana aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iclasında müəyyən edildi ki, əməliyyata görə ödənilməli olan 2332 manat pulu iddiaçının əvəzindən Cavabdeh ödəmişdir. Digər ziyanlar isə ödənməmişdir. Ona görə də məhkəmə hesab edir ki, X5 Mərkəzinə İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə ödənmiş 39 manat, xx.xx.2021-ci il tarixdə ödənmiş 175 manat, xx.xx.2021-ci il tarixdə ödənmiş 22.60 manat, xx.xx.2021-ci il tarixdə ödənmiş 149,74 manat , xx.xx.2021-ci il tarixdə ödənmiş 25 manat, xx.xx.2021-ci il tarixdə ödənmiş 25 manat və xx.xx.2021-ci il tarixdə ödənmiş 120 manat, cəmi 556,34 manat Cavabdeh alınıb İddiaçı verilməlidir. Maddi ziyana aid iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, İddiaçı əldən çıxmış faydaya görə 2100 manat tələb etsə də onunla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir.Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır.Həmçinin “ZEYTUN PHARMACEUTİKALS” Məhdud Məsuliyyəti Cəmiyyətinə ödənmiş 290 manatın və 50 manatın İddiaçı tərəfindən ödənməsi təsdiq olunmur. Ona görə də məhkəmə hesab edir ki,iddia tələbi bu hissədə təmin edilə bilməz. İddia tələbinin mənəvi zərərə aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında göstərmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərında izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”-nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və sair hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu sözügedən qərarında həmçinin izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İddiaçı Cavabdeh törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aid bədən xəsarəti almasını, onun yeddi aya yaxın müddətdə əmək qabiliyyətini itirməklə stasionar və ambulator qaydada müalicə olunmasını, bu səbəbdən fiziki və mənəvi sarsıntılar keçirməsini,eyni zamanda 3000 manatın mənəvi zərər üçün çox hesablanmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi mənəvi ziyana aid hissədə də qismən təmin edilməli, mənəvi ziyana görə 1000 manat Cavabdeh alınıb İddiaçı verilməlidir. İddia tələbi mənəvi ziyana aid hissədə qalan hissədə təmin edilməməlidir. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 85 manat dövlət rüsumunun 20,40 manatı Cavabdeh alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddia tələbi qismən təmin edildiyindən İddiaçı vəkilə ödədiyi 150 manatın 36 manatı Cavabdeh alınıb ona verilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki,iddia qismən təmin edilməli, maddi ziyana görə 556,34 manat, mənəvi ziyana görə 1000 manat, ödənmiş dövlət rüsumu xərcinin 20,40 manatı və vəkilə ödənmiş xidmət haqqının 36 manatı,cəmi 1612,74 manat Cavabdeh alınıb İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 556,34 manat, mənəvi ziyana görə 1000 manat, dövlət rüsumu xərcinə görə 20,40 manat və vəkilə ödənmiş xidmət haqqına görə 36 manat, cəmi 1612,74 (bir min altı yüz on iki manat yetmiş dörd qəpik) manat alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-716/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-716/2022
24.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver