Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-748/2025 27.08.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil2, Cavabdeh və onun nümayəndəsi vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək 88000,0 manat pul məbləğinin, 440,0 manat tərcümə xərcinin, 362,0 manat dövlət rüsumunun, 60 manat mediasiya xərcinin və 2000,0 manat vəkil xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı idda ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC beynəlxalq yük daşımaları fəaliyyəti ilə məşğul olur. İddiaçının sahibliyində və istifadəsində icarə müqaviləsi əsasında XLRTE47MS0E894085 şassi nömrəli, 2010-cu ildə istehsal olunan, DAF markalı, FTXF model, 99TL980 dövlət qeydiyyat nişanlı evakuator və həmin evakuatora qoşulmuş WSM**********4041 şassi nömrəli, 2007-ci ildə istehsal olunan, SCHMİTZ S 01 markalı, 99ZG980 dövlət qeydiyyat nişanlı treyler tipli vasitə olmuşdur. Qeyd edilən vasitələr iddiacının işçisi Cavabdeh istifadəsində olmuşdur. Cavabdeh həmin vasitə ilə Gürcüstandan keçməklə Türkiyə Respublikasına yüklərin daşıması ilə məşğul olmuşdur. xx.xx.2024-cü il tarixində Gürcüstandan Türkiyə Respublikasına daxil olmaq üçün X20 gələn, Cavabdeh tərəfindən idarə olunan XLRTE47MS0E894085 şassi nömrəli, 2010-cu ildə istehsal olunan, DAF markalı, FTXF model, 99TL980 dövlət qeydiyyat nişanlı evakuator və həmin evakuatora qoşulmuş WSM**********4041 şassi nömrəli, 2007-ci ildə istehsal olunan, SCHMİTZ S 01 markalı, 99ZG980 dövlət qeydiyyat nişanlı treyler tipli vasitədə axtarış əsnasında, 99ZG980 dövlət qeydiyyat nişanlı yarımqoşqu növündəki nəqliyyat vasitəsinin brezent, kəndir və üzərində taxılmış gömrük kilidinin bərk olduğu və həmin kilidin açılaraq treylerin içərisindəki 24TR**********7610 kitabça nömrəli ure cinsi əşyanın qoyulduğu böyük torbaların yuxarı hissəsi aralanaraq qara torbaların içində gizlədilmiş vəziyyətdə; 5 ədəd Hella markalı, istifadə edildiyi aşkarlanan qabaq fara, 1 ədəd Depo markalı, istifadə edildiyi aşkarlanan qabaq fara, 1 ədəd Mercedes-Benz etiketli, istifadə edildiyi aşkarlanan qabaq fara, 2 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan X15 Ekranı, 2 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan Avtomobil Ekranı, 2 ədəd GM etiketli, istifadə edilməmiş (yeni) qabaq fara, 1 ədəd Mercedes-Benz etiketli, istifadə edildiyi aşkarlanan ön Radiator Paneli, 6 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan X9, 2 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan X9 və orta panel, 1 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan Siğorta qutusu, 5 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan X10 Ekranı, 4 ədəd Delphi etiketli, istifadə edildiyi aşkarlanan Abs beyni, 1 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan Beş pilləli Ötürücü Mexanizm, 3 ədəd istifadə edildiyi aşkarlanan Ötürücü qəfəs, 10 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan Hava filtri xortumu, 1 ədəd istifadə edildiyi aşkarlanan Hava axını ölçən, 1 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan alışqanlı külqabı, 1 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan Hava filtri qutusu, 1 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan Havalandırma ventilyasiyası olan ekran çərçivəsi, 2 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan X16 Barmaqlığı, 1 ədəd istifadə edilməmiş (yeni) ön panel, 1 ədəd istifadə edildiyi aşkarlanan Fara tənzimləmə düyməsi ilə dizlik, 1 ədəd BMW etiketli, istifadə edildiyi aşkarlanan Baqaj üçün rəf, 1 ədəd Volkswagen etiketli, istifadə edildiyi aşkarlanan Bardaçok (daxıl), 2 ədəd istifadə edildiyi aşkarlanan Avar qutusu, 5 ədəd Mercedes-Benz etiketli, istifadə edildiyi aşkarlanan Hava yastığı örtüyü, 2 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan ön şüşə Yağış Bakeliti, 2 ədəd BMW etiketli, istifadə edildiyi aşkarlanan Qapı çərçivəsi, 1 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan X25 və 99TL980 dövlət qeydiyyat nişanlı evakuator növ nəqliyyat vasitəsinin altında mühərrikin yan tərəfindən olan təbii boşluqların içində gizlədilmiş vəziyyətdə 3 ədəd istifadə edildiyi aşkarlanan ümumilikdə 71 ədəd avtomobil ehtiyat hissələri, o cümlədən 6 qabaq ötürücü mexanizm qeyri-qanuni yolla ölkə ərazisinə gətirilməyə cəhd edilərkən müsadirə edilmişdir. Eyni zamanda XLRTE47MS0E894085 şassi nömrəli, 2010-cu ildə istehsal olunan, DAF markalı, FTXF model, 99TL980 dövlət qeydiyyat nişanlı evakuator və həmin evakuatora qoşulmuş WSM**********4041 şassi nömrəli, 2007-ci ildə istehsal olunan, SCHMİTZ S 01 markalı, 99ZG980 dövlət qeydiyyat nişanlı treyler tipli vasitə Türkiyə Respublikasında müsadirə edilmişdir.Qeyd edilənlərlə bağlı İddiaçı MMC-nin məlumatı olmamışdır. Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli 105 nömrəli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilmişdir. Cavabdeh İddiaçı MMC-yə maddi ziyan vurduğu üçün nəqliyyat vasitəsinin dəyərini iddiaçıya ödəməlidir. Nəqliyyat vasitəsi 88000,0 manat məbləğində qiymətləndirilir. Bundan başqa isə iddiaçı tərəfindən sənədlərin tərcüməsinə görə 440,0 manat, vəkil xidmətləri üçün 2000,0 manat xərc çəkilmiş və 362,0 dövlət rüsumu ödənilmişdir. Qeyd edilən xərclərdə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı nümayəndəsi-vəkili Vəkil2 məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək izahatında göstərdi ki, o, İddiaçı MMC-nin işçisi olmuş, beynəlxalq yük daşımaları fəaliyyəti ilə məşğul olmuşdur. İcarə müqaviləsi əsasında iddiaçının sahibliyində və istifadəsində XLRTE47MS0E894085 şassi nömrəli, 2010-cu ildə istehsal olunan, DAF marka, FTXF model, 99TL980 dövlət qeydiyyat nişanlı evakuator və həmin evakuatora qoşulmuş WSM**********4041 şassi nömrəli, 2007-ci ildə istehsal olunan, SCHMİTZ S 01 markalı, 99ZG980 dövlət qeydiyyat nişanlı treyler tipli vasitə onun istifadəsində olmuşdur.O,həmin vasitə ilə Gürcüstandan keçməklə Türkiyə Respublikasına yüklərin daşıması ilə məşğul olmuşdur. xx.xx.2024-cü il tarixində yenə də həmin nəqliyyat vasitəsi ilə Gürcüstandan keçməklə Türkiyə Respublikasına yük aparmışdır. Nəqliyyat vasitəsinə yük yığılarkən o, iştirak etməmiş, maşına nə yük yığılmasından xəbəri olmamışdır. Yük yığıdıqdan sonra blomlanmış və möhürlənmişdir. Yük yığıldıqdan sonra avtomaşın 3 gün ərzində zavodun həyətində qalmışdır. Ondan başqa 4 nəfərin də avtomobilinə yük yığılmış və birlikdə 3 gün möhür vurulmasını gözləmişlər. Bundan sonra yola düşmüşlər. X1 idarə etdiyi XLRTE47MS0E894085 şassi nömrəli, 2010-cu ildə istehsal olunan, DAF markalı, FTXF model, 99TL980 dövlət qeydiyyat nişanlı evakuator və həmin evakuatora qoşulmuş WSM**********4041 şassi nömrəli, 2007-ci ildə istehsal olunan, SCHMİTZ S 01 markalı, 99ZG980 dövlət qeydiyyat nişanlı treyler tipli vasitədə axtarış əsnasında, yarımqoşquda müxtəlif avtomaşın hissələri aşkar olunmuşdur. Həmin hissələr və onun idarə etdiyi avtomaşın müsadirə olunmuşdur. Avtomobildən aşkar olunan mallardan onun xəbəri olmamışdır. Türkiyə Respublikasında yazılan izahatın məzmununu və mənasını başa düşməmişdir. Həmin izahatı təzyiq altında yazmışdır. Bundan başqa iddiaçıya 25000 ABŞ dolları pul ödənmişdir. Onun Türkiyə Respublikasında təqsirləndlirildiyi cinayət işi üzrə yekun məhkəmə aktı qəbul edilməmiş və onun əməlində ümumiyyətlə cinayət hadisəsi olması sübuta yetirilməmişdir. Onun tərəfindən iddiaçıya hər hansı bir zərər vurulmamış, zərər vurulmasını təsdiq edən hər hansı bir sübut mövcud deyildir. O,həm İddiaçı “DAF markalı ,**-TL-*** dövlət qeydiyyat nişanlı evakutor və həmin evakutorra qoşulmuş “SCHMİTZ S 01” markalı **-GZ-*** dövlət qeydliyyat nişanlı treyler tipli vasitənin mülkiyyətçisi deyildir və qeyd edilən MMC-nin hazırkı iş üzrə iddia qaldırmağa subyektiv hüququ yoxdur. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nüimayəndəsi-vəkili Nümayəndə iddianı etiraf etməyərək Cavabdeh izahatına uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə uyğun olaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Türkiyə Respublikası Hopa Baş Prokurorluğu tərəfindən tərtib edilmiş ittiham aktında göstərilmişdir ki, həmin ittiham aktı Cavabdeh barəsində Türkiyə Respublikasının CM-nin maddələri ilə tərtib olunmuş və həmin ittihamda aktında şübhəli şəxs,hərəkətinə uyğun olan , yuxarıda yazılmış maddələrə əsasən cəzaladırılması,şübhəli şəxsin qəsdən törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəticəsində haqqında 5237 saylı Türkiyə Cinayət Məcəlləsinin 53/1-2-3-cü maddəsindəki Təhlükəsizlik tədbirlərinin tətbiq ediliməsi, cinayət predmeti olan 71 ədəd avtomobil hissələri tipli malların 5607 saylı qanunun 13/1-ci maddəsi işarəsi ilə 5237 saylı Türkiyə Cinayət Məcəlləsinin 57/4-cü maddəsinə əsasən müsadirə edilsin. Cinayət zamanı istifadə olunan 99TL980/99ƏG980 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin UYAP müayinəsinə Hopa 1 saylı Birinci İnstansiya Cinayət Məhkəməsinin 2021/525 əsas, 2021/1478 qərar nömrəli dosyesində cinayətdə istifadə olunan nəqliyyat vasitəsi ilə eyni olduğu aşkar edilərək , 5607 saylı Qanunun 13/1 a və b maddəsində qeyd olunan şərtləri daşımağı nəzərə alındıqda nəqliyyat vasitəsinin müsadirə edilməsinin törədilmiş cinayətdən daha ağır nəticələrə gətirib çıxarmayacağı qiymətləndirilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Türkiyə Respublikası Sülh Cinayət Hakimliyinin xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir ki, Baş prokurorluq tərəfindən çıxarılan müsadirə qərarının Cinayət Prosessual Məcəlləsinin 127-ci maddəsinə əsasən təsdiq edilsin. 2.Cinayətdə istifadə olunan və Türkiyədə qeydiyyatda olmadığı aşkar olunan və daha əvvəl Hopa 1 saylı Birinci İnstansiya Cinayət Məhkəməsinin hələ qanuni qüvvəyə minməmiş 2021/525 əsas saylı işindən Malların gömrük prosedurlarına məruz qalmadan ölkəyə gətirilməsi cinayətində iştirak edənlər 99TL980/99ƏG980 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 5607 saylı X3 10/1-2-ci maddəsinə istinadən Cinayət Prosessual Məcəlləsinin 128/4-cü maddəsinə əsasən saxlanılmaqla müsadirə edilsin. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 105 nömrəli əmrdə göstərilmişdir ki, İddiaçı bölməsində “Sürücü” vəzifəsində işləyən Cavabdeh Şair oğlu ilə bağlanılmış 12MMQC5000100 nömrəli əmək müqaviləsinə , “AR ƏM-nin 70.”ç”-işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2024-cuü il tarixdən xitam verilsin. İşçinin xx.xx.2023cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə departamentinə həvalə edilsin.İşçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilsin. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 04 mart 2023-cü il tarixli 01 nömrəli müqavilədən görünür ki, X2 ilə sürücü Cavabdeh arasında qara rəngli- DAF FTXF 105.510TYÜK avtomobili, 99TL980 dövlət qeydiyyat nişanlı, şassi nömrəsi XLRTE47İS0E894085, boz gümüşü rəngli SCHMŞTZ S01 YARİMQOŞQU,99ZG980 dövlət qeydiyyat nömrəsi, şassi nömrəsi WSM**********4041 olan avtonəqliyyat vasitəsinin iştirakı ilə beynəlxalq yük daşımalarının təşkili ilə bağlı müqavilə bağlanmışdır. Müqavilənin 3.6-cı maddəsinə əsasən sürücü yüklənmə, boşaltma və daşınma zamanı yüklərin, nəqliyyat vasitəsinin zərər görməməsinə tam məsuliyyət daşıyır, əks təqdirdə dəymiş zərəri sürücü ödəyir. Müqavilənin 4.0-cı maddəsinə əsasən CMR və İNVOİCE-də qeyd olunmayan mallara görə sürücü məsuliyyət daşıyır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 02 mart 2023-cü il tarixli 01 nömrəli müqavilədən görünür ki, “Firma” adlandırılacaq İddiaçı direktoru X18 və “Sahibkar” adlandırılacaq X12 arasında qara rəngli- DAF FTXF 105.510T YÜK avtomobili, 99TL980 dövlət qeydiyyat nişanlı, şassi şömrəsi XLRTE47İS0E894085, boz gümüşü rəngli SCHMŞTZ S01 YARİMQOŞQU,99ZG980 dövlət qeydiyyat nömrəsi, şassi nömrəsi WSM**********4041 olan avtonəqliyyat vasitəsinin iştirakı ilə beynəlxalq yük daşımalarının təşkili ilə bağlı müqavilə bağlanmışdır. Müqavilənin 2.3-cü bəndində göstərilmişdir ki, “Firma” Respublika daxilində və xarici ölkələrdə “Sahibkar”ı təmsil edir və onun hüquqlarını müdafiə edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş iddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası ”X6”19 avqust 2015-ci il tarixli 273 nömrəli rəyində qara rəngli- DAF FTXF 105.510T YÜK avtomobili, 99TL980 dövlət qeydiyyat nişanlı, şassi şömrəsi XLRTE47İS0E894085, boz gümüşü rəngli SCHMŞTZ S01 YARİMQOŞQU,99ZG980 dövlət qeydiyyat nömrəsi, şassi nömrəsi WSM**********4041 olan avtonəqliyyat vasitəsinin dəyəri 76889 manat qiymətləndirilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Vəkillər Kollegiyasının Hüquqi X7 2xx.xx.2025-si il tarixli EM-1920MK-12482/25 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC ilə Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Vəkil1 arasında müqavilə bağlanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Hüquqi X7 2xx.xx.2025-si il tarixli EM-1920MK-12482/25 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC ilə Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Vəkil1 arasında müqavilə bağlanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş MVGsfa61 nömrəli ödəniş tapşırığından görünür ki,”Həsənoğlu Logistika” MMC tərəfindən xx.xx.2025-ci il tarixli EM- 1920Mk-12482/25 nömrəli müqaviləyə əsasən 2000 manat Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli MŞŞ/MT018/2025/00596 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışda göstərilmişdir ki, İddiaçı MMC-nin nümayəndəsi-vəkili Vəkil2 və X13 ilkin mediasiya sessiyasında iştirak etmişlər. İddiaçı MMC tərəfindən 60 manat İMS xərci təktərfli qaydada ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin, cavabdehin, onun nümayəndəsi-vəkilinin izahatlarını dinləyib, iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, cavabdeh X13 İddiaçı MMC-nin işçisi olmuş, iddiaçının mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 beynəlxalq yükdaşımalarda istifadə etmək üçün icarəyə götürdüyü qara rəngli- DAF FTXF 105.510T YÜK avtomobili, 99TL980 dövlət qeydiyyat nişanlı, şassi şömrəsi XLRTE47İS0E894085, boz gümüşü rəngli SCHMŞTZ S01 YARİMQOŞQU,99ZG980 dövlət qeydiyyat nömrəsi, şassi nömrəsi WSM**********4041 olan avtonəqliyyat vasitəsi onun istifadəsində olmuşdur. xx.xx.2024-cü il tarixində Gürcüstandan Türkiyə Respublikasına daxil olmaq üçün X20 gələn, Cavabdeh tərəfindən idarə olunan XLRTE47MS0E894085 şassi nömrəli, 2010-cu ildə istehsal olunan, DAF markalı, FTXF model, 99TL980 dövlət qeydiyyat nişanlı evakuator və həmin evakuatora qoşulmuş WSM**********4041 şassi nömrəli, 2007-ci ildə istehsal olunan, SCHMİTZ S 01 markalı, 99ZG980 dövlət qeydiyyat nişanlı treyler tipli vasitədə axtarış əsnasında, 99ZG980 dövlət qeydiyyat nişanlı yarımqoşqu növündəki nəqliyyat vasitəsinin brezent, kəndir və üzərində taxılmış gömrük kilidinin bərk olduğu və həmin kilidin açılaraq treylerin içərisindəki 24TR**********7610 kitabça nömrəli ure cinsi əşyanın qoyulduğu böyük torbaların yuxarı hissəsi aralanaraq qara torbaların içində gizlədilmiş vəziyyətdə; 5 ədəd Hella markalı, istifadə edildiyi aşkarlanan qabaq fara, 1 ədəd Depo markalı, istifadə edildiyi aşkarlanan qabaq fara, 1 ədəd Mercedes-Benz etiketli, istifadə edildiyi aşkarlanan qabaq fara, 2 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan X15 Ekranı, 2 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan Avtomobil Ekranı, 2 ədəd GM etiketli, istifadə edilməmiş (yeni) qabaq fara, 1 ədəd Mercedes-Benz etiketli, istifadə edildiyi aşkarlanan ön Radiator Paneli, 6 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan X9, 2 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan X9 və orta panel, 1 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan Siğorta qutusu, 5 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan X10 Ekranı, 4 ədəd Delphi etiketli, istifadə edildiyi aşkarlanan Abs beyni, 1 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan Beş pilləli Ötürücü Mexanizm, 3 ədəd istifadə edildiyi aşkarlanan Ötürücü qəfəs, 10 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan Hava filtri xortumu, 1 ədəd istifadə edildiyi aşkarlanan Hava axını ölçən, 1 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan alışqanlı külqabı, 1 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan Hava filtri qutusu, 1 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan Havalandırma ventilyasiyası olan ekran çərçivəsi, 2 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan X16 Barmaqlığı, 1 ədəd istifadə edilməmiş (yeni) ön panel, 1 ədəd istifadə edildiyi aşkarlanan Fara tənzimləmə düyməsi ilə dizlik, 1 ədəd BMW etiketli, istifadə edildiyi aşkarlanan Baqaj üçün rəf, 1 ədəd Volkswagen etiketli, istifadə edildiyi aşkarlanan Bardaçok (daxıl), 2 ədəd istifadə edildiyi aşkarlanan Avar qutusu, 5 ədəd Mercedes-Benz etiketli, istifadə edildiyi aşkarlanan Hava yastığı örtüyü, 2 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan ön şüşə Yağış Bakeliti, 2 ədəd BMW etiketli, istifadə edildiyi aşkarlanan Qapı çərçivəsi, 1 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan X25 və 99TL980 dövlət qeydiyyat nişanlı evakuator növ nəqliyyat vasitəsinin altında mühərrikin yan tərəfindən olan təbii boşluqların içində gizlədilmiş vəziyyətdə 3 ədəd istifadə edildiyi aşkarlanan, ümumilikdə 71 ədəd avtomobil ehtiyat hissələri, o cümlədən 6 qabaq ötürücü mexanizm aşkar olunmuşdur. Həmin mallar, eyni zamanda XLRTE47MS0E894085 şassi nömrəli, 2010-cu ildə istehsal olunan, DAF markalı, FTXF model, 99TL980 dövlət qeydiyyat nişanlı evakuator və həmin evakuatora qoşulmuş WSM**********4041 şassi nömrəli, 2007-ci ildə istehsal olunan, SCHMİTZ S 01 markalı, 99ZG980 dövlət qeydiyyat nişanlı treyler tipli vasitə Türkiyə Respublikasında müsadirə edilmişdir. Odur ki, İddiaçı MMC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, tərəflər arasındakı mübahisəyə aşağıdakı hüquq tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 191-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 191-ci maddəsinin 2-ci hissəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 192-ci maddəsinin 1-2-ci hissələrinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 193-cü maddəsinin 1-2-ci hissələrinə əsasən mülkiyyətçi ilə əmək müqaviləsi əsasında fəaliyyət göstərən işəgötürən, özünün qanunazidd hərəkətləri nəticəsində mülkiyyətçiyə vurduğu ziyana görə bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada və hallarda tam maddi məsuliyyət daşıyır. Mülkiyyətçi əmri (sərəncamı, qərarı) ilə işəgötürən tərəfindən ona vurulan ziyanın ödənilməsini təmin edə bilər və ya vurulmuş ziyanın məhkəmə qaydasında ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görə bilər. 194-cümaddəsinin 1-2-ci hissələrinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 198-ci maddəsinə əsasən bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. 199-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. 200-cü maddəsinin 1-5-ci hissələrinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər. Bu maddənin birinci və ikinci hissələrində göstərilən tam maddi məsuliyyət barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir. İşçilərin bilavasitə iş yeri üzrə kollektiv (briqada) məsuliyyəti müəyyən edilən hallarda, həmin kollektiv tərəfindən işəgötürənə vurulan ziyana görə kollektivin (briqadanın) üzvlərinin hər biri özünün məsuliyyət dərəcəsi həddində fərdi maddi məsuliyyət daşıyır. Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. 201-ci maddəsinin 1-3-cü hissələrinə əsasən İşçi əmək funksiyasını yerinə yetirərkən təbii fəlakət — sel, daşqın, uçqun, quraqlıq, yanğın və digər qarşısıalınmaz qüvvə, normal təsərrüfat, istehsalat, texnologiya riski, işçinin təqsiri olmadan maşınmexanizmlərin, avadanlıqların, cihazların və başqa istehsal vasitələrinin və alətlərin sınması, korlanması, habelə son zərurət və ya zəruri müdafiə nəticəsində işəgötürənə vurulan ziyana görə o, maddi məsuliyyət daşımır. Bu hallar tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilməzsə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. İşçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulan faktik ziyandan əlavə işəgötürənin gələcəkdə əldə edə biləcəyi gəlirin, mənfəətin itirilməsinə görə işçi maddi məsuliyyət daşımır. Əgər işçi qabaqcadan bilə-bilə, qəsdən işəgötürəni gələcəkdə əldə edə biləcəyi gəlirdən, mənfəətdən məhrum etmək üçün qanunazidd hərəkətləri (hərəkətsizliyi) ilə işəgötürənə müəyyən ziyan vurmuşdursa, onda o, yalnız məhkəmənin qərarı ilə işəgötürənin gələcəkdə qazana biləcəyi gəlirin məbləğində ziyana görə maddi məsuliyyətə, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər məsuliyyətə cəlb edilə bilər. 202-ci maddəsinin 1-3-cü hissələrinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. İşəgötürənə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş prinsiplə məhkəmə tərəfindən müəyyən edilir. 203-cü maddəsinin 1-2-ci hissələrinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. 204-cü maddəsinin 1-4-cü hissələrinə əsasən işəgötürənə ziyan vurmaqda təqsirkar olan işçi həmin ziyanı könüllü surətdə tam və ya qismən ödəyə bilər. Vurulan ziyanın könüllü surətdə ödənilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş həddə həyata keçirilir. İşəgötürən işçinin razılığı ilə vurulan ziyanı ödəmək üçün möhlət verə bilər. Ziyanın məbləği əvəzinə işçi işəgötürəninin razılığı ilə korlanmış, itirilmiş əmlakın əvəzinə eynilə başqasını verə bilər, habelə şəxsən özü yaxud öz vəsaiti ilə onu təmir edə bilər. 205-ci maddənin 1-3-cü hissələrinə əsasən işəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilməlidir ki, Cavabdeh İddiaçı MMC-nin işçisi olması, iddiaçının mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 beynəlxalq yükdaşımalarda istifadə etmək üçün icarəyə götürdüyü qara rəngli- DAF FTXF 105.510T YÜK avtomobili, 99TL980 dövlət qeydiyyat nişanlı, şassi şömrəsi XLRTE47İS0E894085, boz gümüşü rəngli SCHMŞTZ S01 YARİMQOŞQU,99ZG980 dövlət qeydiyyat nömrəsi, şassi nömrəsi WSM**********4041 olan avtonəqliyyat vasitəsinin cavabdehin istifadəsində olması, xx.xx.2024-cü il tarixində Gürcüstandan Türkiyə Respublikasına daxil olmaq üçün X20 gələn, Cavabdeh tərəfindən idarə olunan XLRTE47MS0E894085 şassi nömrəli, 2010cu ildə istehsal olunan, DAF markalı, FTXF model, 99TL980 dövlət qeydiyyat nişanlı evakuator və həmin evakuatora qoşulmuş WSM**********4041 şassi nömrəli, 2007-ci ildə istehsal olunan, SCHMİTZ S 01 markalı, 99ZG980 dövlət qeydiyyat nişanlı treyler tipli vasitədə axtarış əsnasında, 99ZG980 dövlət qeydiyyat nişanlı yarımqoşqu növündəki nəqliyyat vasitəsinin brezent, kəndir və üzərində taxılmış gömrük kilidinin bərk olduğu və həmin kilidin açılaraq treylerin içərisindəki 24TR**********7610 kitabça nömrəli ure cinsi əşyanın qoyulduğu böyük torbaların yuxarı hissəsi aralanaraq qara torbaların içində gizlədilmiş vəziyyətdə; 5 ədəd Hella markalı, istifadə edildiyi aşkarlanan qabaq fara, 1 ədəd Depo markalı, istifadə edildiyi aşkarlanan qabaq fara, 1 ədəd Mercedes-Benz etiketli, istifadə edildiyi aşkarlanan qabaq fara, 2 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan X15 Ekranı, 2 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan Avtomobil Ekranı, 2 ədəd GM etiketli, istifadə edilməmiş (yeni) qabaq fara, 1 ədəd Mercedes-Benz etiketli, istifadə edildiyi aşkarlanan ön Radiator Paneli, 6 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan X9, 2 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan X9 və orta panel, 1 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan Siğorta qutusu, 5 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan X10 Ekranı, 4 ədəd Delphi etiketli, istifadə edildiyi aşkarlanan Abs beyni, 1 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan Beş pilləli Ötürücü Mexanizm, 3 ədəd istifadə edildiyi aşkarlanan Ötürücü qəfəs, 10 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan Hava filtri xortumu, 1 ədəd istifadə edildiyi aşkarlanan Hava axını ölçən, 1 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan alışqanlı külqabı, 1 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan Hava filtri qutusu, 1 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan Havalandırma ventilyasiyası olan ekran çərçivəsi, 2 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan X16 Barmaqlığı, 1 ədəd istifadə edilməmiş (yeni) ön panel, 1 ədəd istifadə edildiyi aşkarlanan Fara tənzimləmə düyməsi ilə dizlik, 1 ədəd BMW etiketli, istifadə edildiyi aşkarlanan Baqaj üçün rəf, 1 ədəd Volkswagen etiketli, istifadə edildiyi aşkarlanan Bardaçok (daxıl), 2 ədəd istifadə edildiyi aşkarlanan Avar qutusu, 5 ədəd Mercedes-Benz etiketli, istifadə edildiyi aşkarlanan Hava yastığı örtüyü, 2 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan ön şüşə Yağış Bakeliti, 2 ədəd BMW etiketli, istifadə edildiyi aşkarlanan Qapı çərçivəsi, 1 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan X25 və 99TL980 dövlət qeydiyyat nişanlı evakuator növ nəqliyyat vasitəsinin altında mühərrikin yan tərəfindən olan təbii boşluqların içində gizlədilmiş vəziyyətdə 3 ədəd istifadə edildiyi aşkarlanan ümumilikdə 71 ədəd avtomobil ehtiyat hissələri, o cümlədən 6 qabaq ötürücü mexanizm aşkar olunması, bu əsasla həmin malların və XLRTE47MS0E894085 şassi nömrəli, 2010-cu ildə istehsal olunan, DAF markalı, FTXF model, 99TL980 dövlət qeydiyyat nişanlı evakuator və həmin evakuatora qoşulmuş WSM**********4041 şassi nömrəli, 2007-ci ildə istehsal olunan, SCHMİTZ S 01 markalı, 99ZG980 dövlət qeydiyyat nişanlı treyler tipli vasitənin Türkiyə Respublikasında müsadirə edilməsi, bununla da iddiaçıya zərər vurulması işin mübahisəsiz hallarıdır. Cavabdeh iddianı etiraf etməyərək avtomobildə aşkar olunan mallardan onun xəbərinin olmamasını, Türkiyə Respublikasında yazılan izahatın məzmununu və mənasını başa düşməməsini, həmin izahatı təzyiq altında yazmasını, iddiaçıya 25000 ABŞ dolları pul ödənməsini göstərsə də bunları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Əksinə Cavabdeh Türkiyə Respublikasında verdiyi izahatında göstərmişdir ki, “ maşında tapılan əşyalar mənə aid deyildir. Tbilisidə yol kənarında dincəldiyim zaman heç vaxt tanımadığım,adını və əlaqə nömrəsini bilmədiyim bir gürcü şəxs mənə yaxınlaşaraq avtomobil ehtiyat hissələrinin olduğunu dedi və onları Türkiyəyə apara biləcəyimi soruşdu.Mən götürə biləcəyimi dedim.və 5000TL-yə razılaşdıq.telefon nömrəmi götürdü, lakin mənə pul vermədi. Əşyalar gətirildikdən sonra mənə zəng edəcəyini və onları harada qoyacağımı söylədi. Sözügedən əşyaları avtomobilə yerləşdirdim və heç kimdən kömək almadım.Evakuatoru qaldırıb şəxsdən aldığım əşyaların bir qismini mühərrikin yanındakı boşluqlara yerləşdirdim və qoşqunun arxa tərəfindəki kəndirin boşluğundan istifadə edərək brezentin bağlandığı dəmiri açıb yaranan boşluqdan içəri girdim və yükün qoyulduğu kisələrin üstünə qoydum və eyni yolla brezenti bağladım. Mən bilmirdim ki, bu əşyaları gətirmək qadağandır. Bilsəydim gətirməzdim.” Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin etirazında göstərdiklərini qəbul etmir. İddiaçıya 25000 ABŞ dolları pul ödənməsi barədə də cavabdeh heç bir sübut təqdim edə bilməmişdir. Gələcəkdə belə sübut təqdim olunarsa həmin hal icra zamanı nəzərə alına bilər. İddiaçı MMC müsadirə olunmuş nəqliyyat vasitəsinin mülkiyyətçisi olmadığından onun iddia qaldırmağa subyektiv hüququnun olmaması barədə cavabdeh tərəfin etirazı ilə bağlı məhkəmə qeyd edir ki; Mülki Məcəllənin: 158.1 və 158.1.2-ci maddələrinə əsasən Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Bundan başqa İddiaçı MMC ilə müsadirə olunmuş avtomaşının mülkiyyətçisi X12 arasında bağlanmış 02 mart 2023-cü il tarixli 01 nömrəli müqavilədə “İddiaçı MMC Respublika daxilində və xarici ölkələrdə İddiaçı MMC ilə müsadirə olunmuş avtomaşının mülkiyyətçisi X12 təmsil etməyi və onun hüquqlarını müdafiə etməyi öhdəsinə götürmüşdür. Göstərilənlərə əsasən məhkəmə cavabdeh tərəfin bu etirazını da əsassız hesab edərək qəbul etmir. Nəzərə alınmalıdır ki, iddia tələbi bilavasitə sübutetmə ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə işin hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi maddi ziyanın ödənməsinə aid hissədə qismən təmin edilməli, DAF FTXF 105.510T YÜK avtomobili, 99TL980 dövlət qeydiyyat nişanlı, şassi şömrəsi XLRTE47İS0E894085, boz gümüşü rəngli SCHMŞTZ S01 YARİMQOŞQU,99ZG980 dövlət qeydiyyat nömrəsi, şassi nömrəsi WSM**********4041 olan avtonəqliyyat vasitəsinin dəyəri 76889 manat Cavabdeh alınıb İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənmiş 362.00 manat dövlət rüsumunun 320.67 manatı, tərcümə xidmətinə görə ödənmiş 440 manatın 382,80 manatı və mediasiya xərcinə görə ödənmiş 60 manatın 52,20 manatı Cavabdeh alınıb İddiaçı xeyrinə ödənməlidir. Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə konkret hallarını , vəkil -nümayəndə Vəkil1 heç bir məhkəmə prosesinə gəlməməsini və təqdim edilmiş məlumatları qiymətləndirilməklə vəkil -nümayəndənin göstərdiyi hüquqi yardıma görə xərcin 300 manat olmasını ağlabatan məbləğ hesab edərək bu nəticəyə gəlir ki, vəkil -nümayəndəyə göstərdiyi hüquqi yardıma görə Cavabdeh 300 manat alınıb İddiaçı MMC-in xeyrinə ödənməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 76.889 (yetmiş altı min səkkiz yüz səksən doqquz) manat dəymiş madi ziyana görə, 300 manat hüquqi yardım göstərilməsi üçün xidmət haqqı, 382.80 qəpik tərcümə xərci, 320.67 manat ödənilmiş dövlət rüsumu xərci və 52.20 manat mediasiya xərci - cəmi 77892.47 manat (yetmiş yeddi min səkkiz yüz doxsan iki manat qırx yeddi qəpik) alınıb İddiaçı xeyrinə ödənməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 76.889 (yetmiş altı min səkkiz yüz səksən doqquz) manat maddi ziyana görə, 300 manat hüquqi yardım göstərilməsi üçün xidmət haqqına , 382.80 qəpik tərcümə xərcinə və 320.67 manat ödənilmiş dövlət rüsumu xərcinə görə- cəmi 77892.47 manat (yetmiş yeddi min səkkiz yüz doxsan iki manat qırx yeddi qəpik) alınıb İddiaçı xeyrinə ödənsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-748/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-748/2025
27.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver