Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-749/2022 14.09.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı cavabdehlərin ona məxsus olan yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh5,Cavabdeh1,Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh4 Şahruddın qızının, Cavabdeh3, Cavabdeh2 ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 0.0250 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 116.80 kv.metr olan fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, ünvan 2 ünvanda 0.0250 ha həyətyanı torpaq sahəsində yaşayış sahəsi 116.80 kv.metr olan fərdi yaşayış evi vardır. Həmin yaşayış evini o, 2015-ci ildə Cavabdeh5 alqı-satqı yolu ilə almışdır.O, evi aldıqdan sonra həmin yaşayış sahəsinə xx.xx.2015-ci il tarixdə RX seriyalı 07092829 nömrəli DƏDRX-nin 18 saylı Ərazi İdarəsindən reyestr nömrəsi onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Hazırda o,mülkiyyətində olan həmin evi satmaq istəyir. Evi satmaq üçün sənədlər hazırlayarkən ona məlum olmuşdur ki, cavabdehlər olan Cavabdeh5, X2, Cavabdeh4, Cavabdeh3,Cavabdeh2 ona məxsus olan
0. 0250 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 116.80 kv. metr sahəsi olan evdə qeydiyyatdadır. Ona görə də o cavabdehlərinin ona məxsus olan 0.0250 ha həyətyanı sahəsində olan ümumi yaşayış sahəsi 116.80 kv.m olan evdən qeydiyyatdan çıxarılmağını istəyir. Cavabdehlərdən Cavabdeh5 Dabəy oğlu uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır, digər cavabdehlər isə bir ailə üzvləri olmaqla özlərinə məxsus evdə yaşayırlar.Cavabdehlər formal olaraq ona məxsus olan evdə qeydiyyatdadırlar.O,cavabdehlərin ona məxsus olan evdən qeydiyyatdan çıxarılmalarını istəyir. 2015-ci ildən həmin ev onun xüsusi mülkiyyətindədir və həmin vaxtdan sonra cavabdehlər bir dəfə də olsun həmin evdə yaşamamışlar. O, cavabdehlərin ona məxsus olan evdən qeydiyyatdan çıxarılmaları ilə əlaqədar Balakən rayon Polis Şöbəsinə müraciət etsə də, polis orqanı ona məhkəməyə müraciət etməyi izah etmişdir. Buna görə də məsələnin həlli ilə bağlı Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsində iddia qaldırmağa məcbur olmuşdur. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi . Məhkəmə iclasinda Cavabdeh1 iddianı etiraf edərək izahatında göstərdi ki, digər Cavabdeh4 onun arvadı, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 isə uşaqlarıdır. Cavabdeh3 xx xxxx 2008-ci ildə, Cavabdeh2 isə 20 avqust 2011-ci ildə anadan olmuşlar.Onların hər ikisi azyaşlıdırlar. Balakən şəhəri,Üzeyir Hacıbəyov küçəsi ev 47 ünvanında yerləşən,hazırda iddiaçının mülkiyyətində olan ev onun atası evi olmuşdur. O,2008-ci ilə kimi arvadı ilə birlikdə həmin evdə yaşamışdır.Onlar 2008-ci ildə həmin evdən daimi olaraq köçmüşlər. 2014-cü ildə atası həmin evi Cavabdeh5 satmış, sonuncu isə evi 2015-ci ildə İddiaçı satmışdır. O arvadı- Cavabdeh4, uşaqları- İmam və Ümid ilə birlikdə hazırda özlərinin mülkiyyətində olan evdə yaşayırlar.Onlar iddianın təmin edilməsinə etiraz etmirlər.Qanuni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasinda Cavabdeh4 iddianı etiraf edərək Cavabdeh1 izahatına uyğun eyni məzmunlu izahat verərək qanuni qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 20 iyul 2022-ci il tarixli 109-1820-5Y-32222 nömrəli məktubda göstərilmişdir ki, “xx.xx.2022-ci il tarixli Balakən RPŞ-nə müraciətinizə cavab olaraq bildiririk ki,Balakən şəhəri,Ü.Hacıbəyov küçəsindəki Sizə məxsus 47 nömrəli evdə qeydiyyatda olan Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 mülkiyyət hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılmaları barədə məhkəmə orqanlarına müraciət etməyiniz tövsiyyə olunur.” İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən 0.0250 ha həyətyanı sahəsi olan ümumi sahəsi 116.80 kv/m-dən ibarət fərdi yaşayış evi xx.xx.2015-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Cavabdeh3 xx xxxx 2008-ci ildə, Cavabdeh2 20 avqust 2011-ci ildə anadan olmuşdur. Məhkəmə iddiaçının və məhkəmə iclasına gəlmiş cavabdehlərin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki,Balakən şəhəri,Üzeyir Hacıbəyov küçəsi ev 47 ünvanında yerləşən, 0.0250 ha həyətyanı sahəsi olan ümumi sahəsi 116.80 kv/m-dən ibarət fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir.Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 2008-ci ildən daimi olaraq həmin evdən köçüb getmələrinə, Cavabdeh2 ümumiyyətlə həmin evdə yaşamamasına, Cavabdeh5 isə 2015-ci ildə həmin evi İddiaçı satıb oradan daimi olaraq köçüb getməsinə baxmayaraq həmin evdən qeydiyyatdan çıxmamışlar. Bu isə mülkiyyətçi olaraq İddiaçı mülkiyyət hüququnu pozur,ona həmin əmlak üzərində sərəncam vermək hüququnu məhdudlaşdırır. Ona görə də o hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 ilə hüquq münasibətlərinin 01 oktyabr 2009-cu ilədək, Cavabdeh2 və Cavabdeh5 ilə hüquq münasibətlərinin isə 01 oktyabr 2009-cu ildən sonra yaranmasını nəzərə alaraq hesab edir ki, cavabdehlər Cavabdeh1 , Cavabdeh4 və Cavabdeh3 aid hissədə Azərbaycan Respublikasının qüvvədən düşmüş əvvəlki Mənzil Məcəlləsinin qaydalarına, Cavabdeh2 və Cavabdeh5 aid hissədə isə hazırkı Mənzil Məcəlləsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edimədikdə, icarədar və onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Azərbaycan Respublikasının qüvvədən düşmüş Mənzil Məcəlləsinin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 82.3-cü maddəsinə əsasən kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. Məhkəmə işin hallarını, ünvan 4 ünvanında 0.0250 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 116.80 kv.m olan fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olmasını,cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 həmin evdən daimi olaraq köçüb getmələrini, bununla da onların həmin evdən istifadə hüquqlarını itirmələrini,maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli,cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan, Balakən şəhəri Ü.Hacıbəyov küçəsi 47 ünvanında 0.0250 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 116.80 kv.m olan fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh5,Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan, ünvan 5 ünvanında 0.0250 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 116.80 kv.m olan fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab olunsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Hümbət Səlimov